Abakar Hacıyev
Abakar Hacıyev (11 aprel 1979, Zaqatala rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
== Həyatı ==
Abakar Hacıyev 1979-cu il aprelin 11-də Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. Orta təhsilini Ş. Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində alıb. 1996–2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
=== Ailəsi ===
Ailəli idi. Hacı və Eldar adında oğulları, Elvira adında isə qızı yadigar qaldı.
== Hərbi xidməti ==
1996–2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında — indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Abakar Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmətə başlayıb. 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb. Sonuncu xidmət yeri Qusar olub.