ABDULƏHƏD
ABDULLAH
OBASTAN VİKİ
Abbas Abdulla
Abdulla Abbas Hacaloğlu (12 may 1940, Kəpənəkçi, Lüksemburq rayonu – 4 sentyabr 2019) — şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), ədəbiyyatşünas, tərcüməçi, redaktor, siyasətçi, Azərbaycan Kommunist Partiyası üzvü, Müsavat Partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbuldakı baş konsulu (1992–1997), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984). == Həyatı == Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Tiflisin baş hakimi İsrafil ağa Acalov və Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucusu və başcısı Emin ağa Acalov əmiləridirlər. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958–1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964–1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981–1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T. Q. Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir. Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961–1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966–1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973–1977), baş redaktorun müavini (1979–1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992–1997) olmuşdur. Kommunist Partiyasının üzvü olmuş (1978–1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981–1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991–1992).
Abdulla Sabir
Sabir Abdulla (18 sentyabr 1905 və ya 5 (18) sentyabr 1905, Kokand, Fərqanə vilayəti – 24 oktyabr 1972, Daşkənd) — özbək yazıçısı, şairi. == Həyatı və fəaliyyəti == Abdulla Sabir (Sabircan Abdullayevin təxəllüsü) 18 sentyabr 1905-ci ildə Kokandda anadan olmuşdur. Onun "Bahar" (1931), "Sevinc" (1933), "Dostluq" (1937), "Gülşən" (1939), "Həyat nəğmələri (1962), "Divan" (1970) şeir və hekayə toplularında zəhmət adamlarının həyatından söhbət açılır. Abdulla Sabir "Mövlana Müqimi" (1965)romanının, "Bağban qızı" (1930), "Ayxan" (1935), "Qurban Ömərov" (1941) pyeslərinin, "Tahir və Zöhrə" (1943), "Muqimi" (1954), "Alpamış" (1959) musiqili dramlarının müəllifidir. Abdulla Sabirə Özbəkistan ədəbiyyatında göstərdiyi xidmətlərinə görə 1944-cü ildə Özbəkistanın əməkdar incəsənət xadimi, 1965-ci ildə Özbəkistanın xalq şairi fəxri adları verilmişdir. O, 3 ordenlə təltif edilmişdir. Abdulla Sabir 1972-ci ildə Daşkənddə vəfat etmişdir.
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883-cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Abdulla Süleymanov
Abdulla Telman oğlu Süleymanov (28 iyun 1999; Bakı, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı, pilot, İkinci Qarabağ müharibəsinin iştirakçısı. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur. == Həyatı == Abdulla Süleymanov 28 iyun 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindəndir. 2005–2016-cı illərdə M. Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbində təhsil almışdır. 2016–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Abdulla Süleymanov 2020-ci ildə akademiyanı aviasiya ixtisası üzrə bitirmiş və "leytenant" rütbəsində Səngəçal aerodromunda xidmətə başlamışdır. Azərbaycan Ordusunun leytenantı olan Abdulla Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pilot olaraq iştirak etmişdir. Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Abdulla Tahirzadə
Abdulla Mahmud oğlu Tahirzadə (19 yanvar 1896, Vartaşen, Nuxa qəzası – 2 noyabr 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Abdulla Tahirzadə 19 yanvar 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında anadan olmuşdur. İlk təhsilini Ağdaşda alan Tahirzadə orta təhsilini İstanbulda xeyriyyə məktəbində davam etdirmişdir. Daha sonra o, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. Orada Ali İqtisad Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. 1923-cü ildə vətənə qayıdan Abdulla Tahirzadə Azərbaycanın orta ixtisas və ali məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir. == Repressiya dövrü == Abdulla Tahirzadə 1949-cu ildə repressiyaya məruz qalmışdır. O, 1949-cu ilin may ayında Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilmişdir. Beş il müddətinə islah-əmək düşərgəsində sürgündə olan Abdulla Tahirzadə 1953-cü ildə azad edilmişdir. O, iki il Cambulda (Qazaxıstan) müəllim işləmişdir.
Abdulla Tağızadə
Abdulla Məmməd oğlu Tağızadə (1897, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 12 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dilçisi, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi və APİ-nin dilçilik kafedrasının müdiri. Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri və Azərbaycandakı əlifba hərəkatının fəal üzvlərindən biri olmuşdur. Böyük təmizləmə zamanı öldürülüb. == Təhsili == İlk təhsilini məhəllədəki ibtidai məktəbdə alan Abdulla, daha sonra Gəncə gimnaziyasında oxuyub. O, 1916-cı ildə gimnaziyanı uğurla başa vurub və Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra Rusiyanı bürümüş inqilab dalğası səbəbiylə Gəncəyə geri dönmüşdür. Abdulla Tağızadə, Maarif Komissarlığının sərəncamı ilə 1924-cü ildə Leninqrad şəhərindəki Şərq Dilləri İnstituna oxumağa göndərilir. O, həm də Leninqrad Dövlət Universitetinin dil və mədəniyyət fakültəsinə daxil olur. Burada professor A. N. Samoyloviçlə dostluq edən Abdulla 1925-ci ildə Leninqradda Bəkir Çobanzadə ilə tanış olur. Bu tanışlıq sonralar onlar arasında möhkəm dostluğa çevrilir.
Abdulla Tukay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Abdulla Tuqay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Abdulla Vəliyev
Vəliyev Abdulla Hüseyn oğlu (13 fevral 1910 – 8 iyun 1986) — Azərbaycanın tanınmış görkəmli dialektoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Vəliyev Abdulla Hüseyn oğlu 13 fevral 1910-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1941-ci ildə xarici Dillər İnstitutunda Azərbaycan və rus dili kafedrasının müdiri olmuş, 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetində Azərbaycan dili kafedrasının müdiri vəzifəsidnə çalışmışdır. Vəliyev Abdulla Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi, "Türk dilləri dialektologiyası məsələləri" adlı ümumittifaq jurnalının məsul katibi, Azərbaycan EA dil üzrə əlaqələndirmə şurasının katibi, ADU-nun filologiya fakültəsinin Müdafiə Elmi Şurasının elmi katibi vəzifələrini icra etmişdir. O, Moskva türkologiya məktəbinin yetirməsidir. == Elmi yaradıcılığı == A.Vəliyevin elmi fəaliyyəti zəngin və çəxşaxəli olmuşdur. Uzun müddətli ekspedisiyalarda topladığı materiallar əsasında yazılmış "Azərbaycan dilinin Muğan qrupu şivələri" (1955), "Naxçıvan MSSR-in dialekt və şivələri" (1962), "Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri" (1967) monoqrafiyalarının və "Azərbaycan dilinin dialektoloji lüğətin"nin (1964) müəlliflərindən biri olmuşdur. A.Vəliyev 1952-ci ildə "Говоры западных районов Апшеронского полуострова" adlı mövzuda namizədlik dissertasiyasını müdafiə etmişdir, 1975-ci ildə "Переходные говоры азербайджанского языка" adlı mövzu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Cəbhədəki xidmətlərinə və səmərəli əmək fəaliyyətinə görə o, bir çox orden və medallarla, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur. == Kitablar == 1.
Abdulla Zərbəliyev
Kərbəlayı Abdulla Zərbəliyev (1849, İçəri şəhər, Bakı qəzası – 1934, Bakı) — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin iki arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi. Kərbəlayı Abdulla Bakıda və onun ətraf kəndlərində qoçuların qoçusu (baş qoçu) adlandırırdılar.
Abdulla xan
Abdulla xan (1340 – 1370) — Mamay xanın köməyi ilə hakimiyyətə gəlmişdi. Əvvəlcə Həsən xan tərəfindən devrilsə də yenidən hakimiyyətə gətirilmiş, müstəqil hərəkətlərindən dolayı Mamay xan onu devirib taxta Bulak xanı gətirmişdi.
Abdulla
Abdulla — kişi adı və təxəllüs. Adın Abdullah forması da var.
Abdulla (Avurğazı)
Abdulla (başq. Абдулла, rus. Абдуллино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Şlanlı): 1 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (90%) üstünlük təşkil edir.
Abdulla Abatsiyev
Abdulla Alxazoviç Abatsiyev (rus. Абдулла Алхазович Абациев; 16 avqust 1993, Vladiqafqaz, Şimali Osetiya SSR) — yarımmüdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusu, == Karyerası == Abdulla Abatsiyev 1993-cü ildə Vladiqafqaz şəhərində anadan olmuşdur. Futbolçunun atası Alxaz Ayvazov azərbaycanlıdır. 8 yaşında Abdulla "Yunost" Vladikavkaz Gənclər İdman Məktəbinin futbol bölməsinə yazıldı və 9 il orada çıxış etdi. 2010-cu ildə Moskvaya, 2011-ci ildə isə 2009 -cu ildə vətəndaşlığını aldığı Azərbaycana köçdü. 15 yaşında "Alaniya" (Vladiqafqaz) Futbol Klubuna transfer olan Abdulla Abatsiyev Şimali Osetiyanın çempionatında əvəzedici heyətində çıxış edib. 2010-cı ildə Moskvaya köçən həvəskar futbol klubların arasında Rusiya çempionatında Üçüncü Divizionda çıxış etməyə başlayıb. Həmin ildə moskvalıların heyətində Moskva Kubokunun sahibi olub. 15 yaşında Abdulla Abatsiev Şimali Osetiya çempionatında çıxış edən "Alaniya" (Vladikavkaz) klubuna keçdi. 2010 -cu ildə Moskvaya köçdükdən sonra həvəskar futbol klubları arasında Rusiya çempionatında Moskvanın "Stolitsa" klubunda oynamağa başladı.
Abdulla Abbas
Abbasov Abdulla Əsgər oğlu (Abdulla Abbas 9 mart 1930, Quba – 23 fevral 2021, Bakı) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1976), professor (1977). == Həyatı == Abdulla Abbas 1930-cu il martın 9-da Quba şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Quba Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır (1948–1950). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1950–1955). Əmək fəaliyyətinə Quba şəhər orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş (1962–1964), müasir ədəbi proses mövzusunda dissertasiya müdafiə etdiyinə görə fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (1965). Hazırda Azərbaycan Dövlət Universitetinin çağdaş Azərbaycan ədəbiyyatı kafedrasında çalışır (1970-ci ildən). Eyni zamanda Ali İctimai-Siyasi Kollecin filologiya fakültəsinin dekanıdır (1995-ci ildən). Azərbaycan ədəbiyyatı tarixinə dair mühazirələr oxuyur, elmi tədqiqatla ardıcıl məşğul olur. Uzun illər filologiya fakültəsinin ixtisaslaşdırılmış müdafıə şurasının və elmi-pedaqoji şuranın üzvü olmuşdur.
Abdulla Abdullayev
Abdulla Abdullayev (güləşçi) — dünya şöhrətli pəhləvan, SSRİ çempionu, əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası. Abdulla Abdullayev (hərbçi) — 25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.
Abdulla Aliş
Abdulla Aliş (tatar. Abdulla Aliş, Ğabdulla Aliş; 15 sentyabr 1908 – 25 avqust 1944, Plyötsenzee həbsxanası[d], Berlin, Üçüncü Reyx) — Tatarıstan sovet şairi, yazıçısı. Əsil adı Abdullah Bariev oğlu Alişevdir. O 15 sentyabr 1908-ci ildə Kayuki kəndində anadan olmuşdur. Onun uşaqlar üçün nağıllar, şeirlər və dramatik əsərləri vardır. == Tərcümeyi-hal == Abdulla 1908-ci ildə anadan olub. 1927-ci ildə Kazan torpaq-tikinti texnikomuna daxil olur. O meliorativ və usta işləyibdir. 1933-cü ildə jurnalistika ilə məşğul olmağa başlayır. O ilk dəfə "Pioner kalyame" (Pioner yazısı) jurnalında işləməyə başlayır.
Abdulla Allahverdiyev
Abdulla Museyib oğlu Allahverdiyev (23 may 1941, Odessa – 14 aprel 2023, Türkiyə) — Azərbaycan sabiq daxili işlər naziri, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi. == Həyatı == Abdulla Museyib oğlu Allahverdiyev 23 may 1941-ci il tarixində Ukrayna Sovet Sosialist Respublikasının Odessa şəhərində doğulmuşdur. O, 1958-ci ildə Dağ Kəsəmən kənd orta məktəbində, daha sonra isə Azərbaycan Politexnik İnustitunun Avtomobil nəqliyyatının istismarı fakültəsində təhsil almışdır. Abdullah Allahverdiyev 1964-cü ildən 1974-cü ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin mərkəzi aparatında və Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyi Xidmətində məsul vəzifələrdə çalışmışdır. O, 1974–1979-cu ilədək Azərbaycan SSR Dövlət Avtomobil Müfəttişliyinin Əlahiddə Yol Nəzarət Diviziyonunun komandiri olmuş, 1979–1981-ci illərdə isə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına rəhbərlik etmişdir. Abdullah Allahverdiyev 1981–1983-cü illərdə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında təhsil almış, oranı fərqlənmə ilə bitirərək hüquqşünas ixtisası və milis podpolkovniki rütbəsi almışdır. O, Bakı Xüsusi Orta Milis Məktəbinin rəisi, sonra idarə rəisi vəzifəsində işləmişdir. Abdullah Allahverdiyev 1988–1990-cı illərdə Bakı Şəhər Milis İdarəsinin rəis müavini, 1990–1991-ci illərdə isə nazirliyin hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır. 1992-ci ildən isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Abdullah Allahverdiyevə 1989-cu ildə polkovnik, 1992-ci ildə isə general-mayor rütbəsi verilmişdir.
Abdulla Avlani
Abdulla Avlani - şairi, daramturq, pedaqoq, müasir özbək məktəbinin yaradıcılarından, professor, Özbəkistanın xalq maarif zərbəçisi == Həyatı == Abdulla Miravlan oğlu Avlani 1878-ci il iyulun 12-də Daşkənd şəhərindəki Merqança məhəlləsində toxucu ailəsində anadan olub. Bəzi mənbələrdə isə onun doğulduğu tarix 12 iyul 1874-cü il yazılıb. Abdullanın ailəsi toxuculuqla məşğul olsa da, elmə, təhsilə də yüksək qiymət verib. Övladlarına ata-baba sənətlərini öyrətməklə yanaşı, təhsil almalarına da şərəait yaradıblar. 13 yaşında Ukçi mədrəsəsinə daxil olan Abdulla ilk şeirini 15 yaşında yazır. Mədrəsənin nümunəvi şagirdlərindən olduğundan ona özündən kiçiklərin dərslərinə nəzarət etməyi də tapşırırlar. Lakin mədrəsədəki təhsil proqramı onu qane etmir. == Maarifçilik == Ukçi mədrəsəsini bitirdikdən sonra özü yeni tipli məktəb açır. İsmayıl bəy Qaspıralının yolunu davam etdirən, o dövrdə cədidçilər, yəni yenilikçilər adlandırılan hərəkata qoşulur. 1904-cü ildə açdığı məktəbdə mədrəsələrdə olduğu kimi şəriət, fiqh, islam tarixi, bəlağət fənləri ilə yanaşı, Avropa tipli məktəblərdəki kimi kimya, fizika, riyaziyyat, astronomiya, coğrafiya dərsləri də keçir, uşaqların Doğu və Avropa dillərini mənimsəmələri üçün əlindən gələni əsirgəmir.
Abdulla Axundov
Abdulla Qasım oğlu Axundov (8 fevral 1913, Sədərək, İrəvan qəzası – 16 mart 1970, Bakı) — meliorasiya, suvarma əkinçiliyi sahəsində alim. Texnika elmləri doktoru (1960). == Həyatı == Abdulla Axundov 1913-cü ilin fevralın 8-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur. 1930-cu ildə Bakıda Yer quruluşu texnikumunu, 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsini, 1947-ci ildə Moskva Hidromeliorasiya İnstitunun aspiranturasını bitirmişdir. 1930–1932-ci illərdə Naxçıvanda yer quruluşu dəstəsinə başçılıq etmişdir. 1937–1939-cu illərdə Balakən suvarma sistemləri idarəsinin rəisi olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947–1949-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, Pambıqçılıq İnstitutunda meliorasiya və suvarma şöbəsinin, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda drenaj şöbəsinin müdiri işləmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Abdulla Axundov 1970-ci il, martın 16-da Bakıda vəfat etmişdir.
Abdulla Babayev
Abdulla Murtuz oğlu Babayev (1 aprel 1924, Tumbul, Naxçıvan MSSR – 10 mart 2015) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998). == Həyatı == Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirən Abdulla Baba­yev 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-­2011-ci illərdə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərən Abdulla Babayev öz repertuarını daim zənginləşdirmiş, Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanmışdır. Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Abdulla Babayev Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olmuş, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərmişdir. Əməyi yüksək qiymətləndirilən Abdulla Babayev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüş, 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Abdulla Babayev 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.Abdulla Babayev 2015 mart ayının 10-da vəfat etmişdir.
Abdulla Bayramov
Abdulla Səlim oğlu Bayramov (1912, Ağamalıoğlu, Yelizavetpol qəzası – may 1977, Bakı) — Azərbaycan geoloqu və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1955–1958), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1956–1960), Azərbaycan SSR mədəniyyət naziri (1960–1963), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin sədri (1963–1965) və Azərbaycan SSR Nazirlər Soveti Geologiya İdarəsinin rəisi (1965–1974). == Həyatı və fəaliyyəti == Abdulla Səlim oğlu Bayramov 1912-ci ildə hazırkı Goranboy rayonunun Düzqışlaq kəndində yoxsul ailədə anadan olmuşdur. Səkkiz yaşında olarkən atası vəfat etmiş, anasının himayəsində böyümüşdür. İkisinifli kənd məktəbini bitirdikdən sonra o, Gəncəyə gələrək burada təhsilini məktəbdə davam etdirmiş, 1927-ci ildə Bakı Pedaqoji Texnikumuna daxil olmuşdur. Təhsilini bitirdikdən sonra o, Goranboy rayonuna gedərək burada yeddiillik məktəbin müəllimi, məktəb direktoru, RXMŞ-nın təlimatçı-metodisti işləmişdir. 1933-cü ildə Abdulla Bayramov Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1929-cu ildən komsomol sıralarına qoşulan Abdulla Bayramov institutda təhsil aldığı illərdə komsomol komitəsi katibinin müavini seçilmişdir. İnstitutu bitirdikdən az sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. Böyük Vətən müharibəsi illərində Abdulla Bayramov Sovet Ordusu sıralarında əlahiddə zenit-topçu diviziyasının partiya bürosunun katibi, polk komandirinin siyasi hissə üzrə müavini, diviziya siyasi şöbəsi rəisinin müavini olmuşdur. O, Krım və Şimali Qafqaz cəbhələrində döyüşlərdə iştiraş etmişdir.
Abdulla Bağırlı
Bağırlı Abdulla Sadıq oğlu (?-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1920-1925-ci illərdə Kiyev Kommersiya İnstitutunda oxumuş, lakin Rusiyada Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxıb vətənə qayıtmışdır. Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Abdulla Cövdət
Abdulla Cövdət (1869-1932) — Türkiyədə məşhur həkim, şair və jurnalist. İsveçrədə, Qahirədə və İstanbulda "İctihad" ("Cəhd") adlı jurnal nəşr etdirmişdir.
Abdulla İbrahimov
Abdulla Hacıbaba oğlu İbrahimov — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1962–1980), əməkdar hüquqşünas. == Həyatı == Abdulla İbrahimov 1921-ci ildə Dəvəçi rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olan A.İbrahimov 1948-ci ildə Ümumittifaq Hüquq İnstitutunu bitirmişdir. Abdulla İbrahimov 1944–1958-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Bakı şəhər milis idarəsi rəisinin müavini olmuşdur. 1958–1960-cı illərdə isə o, Bakı şəhərinin prokuroru vəzifəsində işləmişdir. 1960–1962-ci illərdə Azərbaycan respublikası Daxili İşlər nazirinin müavini işləmiş A.İbrahimov 1962-ci ilin martında Azərbaycan SSR Ali Məhkəməsinin sədri seçilmişdir. A.İbrahimov 1962-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 18 il Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmiş, 1980–1991-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Hüquq Şöbəsinin müdiri olmuşdur. Təqaüdə çıxdıqdan sonra isə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Abdulla Hacıbaba oğlu İbrahimov 2003-cü il iyulun 5-də 82 yaşında vəfat etmişdir.
Abaddon (Rövşən Abdullaoğlu)
Abaddon — Rövşən Abdullaoğlunun 2018-ci ildə nəşr olunan 3-cü romanı. == Məzmun == Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır. Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir. Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır.
Abaddon (Rövşən Abdullaoğlunun əsəri)
Abaddon — Rövşən Abdullaoğlunun 2018-ci ildə nəşr olunan 3-cü romanı. == Məzmun == Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır. Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir. Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır.
Abdulla Seyrafi Təbrizi
Abdulla Seyrafi Təbrizi - XIV əsrin görkəmli xəttatı.
Abdulla ağa Bakıxanov
Abdulla ağa Bakıxanov (1824, Tiflis, Gürcüstan quberniyası – 20 iyul 1879, Tiflis) — Rusiya imperiyasının azərbaycanlı hərbi xadimi, general-mayor, məşhur azərbaycanlı ictimai xadim Abbasqulu ağa Bakıxanovun qardaşı (ata xətti ilə), yazıçı və maarifçi. == Həyatı == Abdulla ağa Bakıxanov 1824-cü ildə Bakı xanlığının üçüncü xanı II Mirzə Məhəmməd xanın ailəsində anadan olmuşdur. Hərbi xidmətə başladıqdan sonra Qafqaz ordusunun süvari bölməsində yer almışdır. 1843-cü ilin martında zabit, 1859-cu ildə polkovnik, 1871-ci ildə general-mayor rütbəsinə yüksəlməyi bacarmışdır. Abdulla ağa 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsi zamanı Qafqaz ordusunun süvari alayında xidmət etmiş, Qafqaz müharibəsində yer almışdır. Cəfərqulu ağanın vəfatından sonra Bakıxanovlar nəslinin qanuni varisi Abdulla ağa olmuşdur. Onun general olmasını təsdiq edən iki arxiv sənədi var. Birincisi Azərbaycan Dövlət Tarix Muzeyindədir. Həmin sənəd 29 aprel 1894-cü ilə aiddir. Sənədə əsasən 1859-cu ildə qubalı zadəgan, polkovnik Ağabəy Sadıqov Quba qəzasındakı Xudat adlı kəndini hazırda general-mayor rütbəsində olan Abdulla ağa Bakıxanova dövlət qanunu ilə satmışdır.
Abdulla bəy Asi
Abdulla bəy Əli bəy oğlu Fuladov — öz dövrünün ziyalısı, şair, mütəfəkkir. Əli bəy Fuladovun oğlu, İbrahim bəy Azərin kiçik qardaşı və Qasım bəy Zakirin nəvəsi. == Həyatı == Abdulla bəy Asi Əli bəy və Nənuş xanımın ailəsində 1841-ci ildə Şuşada anadan olmuşdur. Atası Əli bəy məşhur Azərbaycan şairi Qasım bəy Zakirin oğlu olmuşdur. Bundan başqa, Abdulla bəyin kiçik qardaşları İbrahim bəy Azər və Xudadat bəy Poladov da şair olmuşdur. Erkən yaşda atasını itirdiyinə görə babası Qasım bəy Zakirin himayəsində böyümüşdür. Ailə kökən olaraq Qarabağ xanları nəslindən gəlməkdədir. İlk təhsilini Şuşa şəhərində almış, daha sonradan mədrəsədə təhsilini davam etdirmişdir. Erkən yaşlarından şeirlər yazmağa başlamış və Azərbaycan dilindən başqa, ərəb, fars dillərində də şeirlər yazmışdır. Gəncliyində Əlişir Nəvainin əsərlərini oxumuş, bu əsərlərdən Çağatay dilini öyrənmiş və bu dildə bir neçə qəzəl də yazmışdır.
Abdulla bəy Divanbəyoğlu
Sübhanverdixanov Abdulla Vəli ağa oğlu (1 yanvar 1883, Əzizbəyli – 6 yanvar 1936, Bakı) — nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898–1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir. 1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920–1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927–1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930–1935). == Yaradıcılığı == Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906) və s. əsərlərini qələmə almışdır.
Abdulla bəy Məlikaslanov
Abdulla bəy Vəlizadə
Abdulla bəy Vəlizadə (Məşədi Abış bəy; 1841, Şuşa, Kaspi vilayəti – 1912, Şuşa) — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu. == Həyatı == Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır. Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır. Abdulla bəy Vəlizadə "Məclisi-fəramuşan"ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, "Məclisi-fəramuşan"ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.
Abdulla bəy Əfəndiyev
Abdulla bəy Əfəndizadə (Tam adı:Abdulla İsmayıl oğlu Əfəndizadə; 3 mart 1873, Nuxa – 1928, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, pedaqoq. == Həyatı == Abdulla bəy Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan olmuşdu. 1880–1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almış, 1888–1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895–1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Şəkidə müəllim işləmişdir. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və 1899-cu ildə orada təhsilini tamamlamışdı. === Ailəsi === Babası Hacı Çələbi əfəndi, atası İsmayıl əfəndi və anası Fəxri (Şirin) xanım Əfəndizadə olmuşdur. Qardaşları Hüseyn əfəndi Əfəndizadə və Rəşid bəy Əfəndiyevolmuşdur. Ziya adında oğlu olmuşdur. Hikmət Ziyanın babasıdır. İsmayıl əfəndi — 1819-cu ildə Şəkidə anadan olmuşdur.
Abdulla bəy Əfəndizadə
Abdulla bəy Əfəndizadə (Tam adı:Abdulla İsmayıl oğlu Əfəndizadə; 3 mart 1873, Nuxa – 1928, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, pedaqoq. == Həyatı == Abdulla bəy Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan olmuşdu. 1880–1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almış, 1888–1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895–1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Şəkidə müəllim işləmişdir. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və 1899-cu ildə orada təhsilini tamamlamışdı. === Ailəsi === Babası Hacı Çələbi əfəndi, atası İsmayıl əfəndi və anası Fəxri (Şirin) xanım Əfəndizadə olmuşdur. Qardaşları Hüseyn əfəndi Əfəndizadə və Rəşid bəy Əfəndiyevolmuşdur. Ziya adında oğlu olmuşdur. Hikmət Ziyanın babasıdır. İsmayıl əfəndi — 1819-cu ildə Şəkidə anadan olmuşdur.
Abdulla ibn Əbdülqədir Münşi
Abdulla ibn Əbdülqədir Münşi (malay dilində Abdullah bin Abdul Kadir Munshi) (1796–1854) — malay maarifçisi və yazıçısı. Sadəcə Abdullah munşi adı ilə də tanınır. Malayziyada müasir Malay ədəbiyyatının banisi hesab edilir. == Həyatı == 1796-cı ildə Malakkada anadan olub. Tacir oğludur. Mənşəcə ərəb, bir tərəfi də tamillidir. Britaniya imperiyasının dövlər xadimi, erudit-şərqşünas, Nusantra tarixi və mədəniyyəti üzrə mütəxəssis Tomas Stemford Rafflzın katibi olub. Abdulla ibn Əbdülqədir Münşi Xristian missionerlərə və hind sipahilərə malay dili tədris edib. O eyni zamanda Malayya barədə məlumat toplayan ingilis alimlərinə kömək edirdi. 1854-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində vəfat edib.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi: "Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm". Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü.
Abdulla ibn əl-Müqəffa
Abdulla ibn əl-Müqəffa (fars. ابومحمد عبدالله روزبه بن دادویه‎), Ibn al-Muqaffaʿ (ərəb. ابن المقفع‎), Ibn Muqaffa/Ebn-e Moghaffa (fars. ابن مقفع‎), ilkin adı Rūzbeh pūr-e Dādūya (fars. روزبه پور دادُویی‎; təq. 724 – təq. 757[…], Bəsrə[…])) — İran ədibi, tərcüməçi. == Həyatı == Abdulla ibn əl-Müqəffa (724–759) İranda zərdüştilər ailəsində doğulmuş və İslamı qəbul edənə qədər adı Ruzbix olmuşdur. O, ənənəvi zərdüştilik tərbiyəsi almış və fars mədəniyyəti haqqında biliklərə yiyələnmişdir. Sonradan Bəsra şəhərinə gələrək təhsilini başa vurmuş və istilaçıların mədəniyyətinə qaynayıb qarışmışdır.
Abdulla və Cahan dastanı
Abdulla və Cahan – Azərbaycan məhəbbət dastanı. Şirvanlı Aşıq Abdullanın (XVII əsr) həyatı və şeirləri əsasında yaranmışdır. Müxtəlif variantları var. Məhəbbət dastanlarına xas olan ənənəvi süjetə malikdir. Dastanın qısa məzmununu və şeirlərindən bir qismini H.Əlizadə "Aşıqlar" kitabında (h.1, 1935), qazaxlı Aşıq Məmmədyardan toplanmış variantını isə Ə.Axundov və M.H.Təhmasib nəşr etdirmişlər. Dastanın başqa bir variantını 1971–1972-ci illərdə Türkiyədə nəşr etdirən türk aşığı Lütfi Aydanın ehtimalına görə, bu dastan uzun müddət Şirvanda və Dağıstanda yaşamış Xəstə Qasım tərəfindən Aşıq Abdullanın şeirləri əsasında yaradılmışdır. == Mənbə == Azərbaycan dastanları. 5 cilddə. C. 2. B., 2005.