ABSTRAKTLAŞMAQ
AC
OBASTAN VİKİ
Abzas
Abzas (və ya Sətirbaşı) — hər hansı mətnin sətrin əvvəlindən sonrakı sətrin əvvəlinə qədər olan hissəsi. Abzas hekayə üsullarından və düşüncə inkişaf yollarından istifadə etməklə bir duyğu, düşüncə, xahiş, vəziyyət, təklif, hadisənin bir tərəfini, yalnız bir cəhətini təsvir edən yazı növüdür. Sözlər vasitəsilə cümlələr, cümlələr vasitəsilə abzaslar, abzaslar vasitəsilə məqalələr, mətnlər yazılır. Abzas bir neçə cümlədən ibarətdir. Sətir başlanğıcı; Mətnin bir sətirbaşından digər sətirbaşına qədər olan hissəsi; Çap və ya əlyazması mətnlərində sətirbaşında verilən ara, sətirbaşı; Mətnin iki sətirbaşı arasındakı məzmunca bağlı hissəsi; Mətnin hər hansı bir hissəsinin əvvəlində boş yer (sətirbaşı); Mətnin sətirbaşı ilə ayrılmış, məna baxımından nisbətən tamamlanmış hissəsi. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları nəşriyyatı, 2009, 201 s.
Abzas Media
AbzasMedia — Azərbaycanda fəaliyyət göstərən qeyri-kommersiya müstəqil media orqanı. 2016-cı ildə Ülvi Həsənli daxil olmaqla bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən təsis edilib. Fəaliyyəti əsasən korrupsiya araşdırmaları ilə bağlıdır. Sayt hər gün daxili siyasət və insan haqları ilə bağlı beş-altı xəbər, həmçinin dövri köşə yazıları və araşdırmalar dərc edir. AbzasMedia martın 19-da Çexiyada "People in Need" təşkilatının "Homo Homini" insan hüquqları mükafatına layiq görülüb.
Abzas Media jurnalistlərinin həbsi
"AbzasMedia" jurnalistlərinin həbsi və ya ictimaiyyət arasında tanınan adı ilə "AbzasMedia" işi — 2023-cü il noyabrın 20-dən etibarən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən "AbzasMedia" müstəqil media plaftormasının rəhbərliyi və jurnalistlərinə qarşı aparılan həbslər dalğasıdır. Həbslər zamanı "AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənli, direktorun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova polislər və Elnarə Qasımova həbs edilmiş və onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. "AbzasMedia" jurnalistlərinin həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. == Arxa plan == "AbzasMedia" Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınan müstəqil media plaftormasıdır. "AbzasMedia"da Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyyubov, DTX rəisi Əli Nağıyevlə bağlı korrupsiya araşdırılmaları, o cümlədən nazir və məmurlarla bağlı olan onlarla araşdırılmayan cinayətlərlə bağlı materiallar dərc olunmuşdur. == Ülvi Həsənli və Sevinc Vaqifqızının həbsi == 2023-cü il noyabrın 20-də saat 07:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı. Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. "AbzasMedia" isə bu ittihamları rədd elədi və bunu "Ülvi Həsənliyə qarşı ittihamın irəli sürülməsi üçün qurulan ssenari" olduğunu bildirdi. Axtarış prosesi zamanı Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib.
AbzasMedia

AbzasMedia işi

AbzasMedia jurnalistlərinin həbsi

Digər lüğətlərdə