ADİ – CİDDİ Bu, adi yol hadisələrindən biri idi. Baba keşiş hiss edirdi ki, nə isə daha əsaslı, daha ciddi hadisə baş verib (Elçin).
ADİ – QƏRİBƏ Qısır Qarı adi adamlar kimi gəzə bilmirdi, həmişə yüyürürdü, həmişə qaçırdı (Elçin); Özünü qəribə adam kimi aparırdı (İ.Əfəndiyev).
ADİ – MÜRƏKKƏB Ən çətin zamanlarda Əsgər kişi öz kitabxanasını adi səliqə ilə saxlamışdı (Mir Cəlal); Bəli, mürəkkəbdir həyat səhnəsi; hər şeyi göz görüb seçə bilməyir! (H.Hüseynzadə).