Anna Doqonadze
Anna Doqonadze və ya tam adı ilə Anna Doqonadze-Lilkendey (15 fevral 1973, Mtsxeta) — Almaniyanı təmsil edən Gürcüstan əsilli batut gimnastı. Anna Doqonadze, 2000, 2004, 2008 və 2012-ci illərdə Almaniyanı Olimpiya Oyunlarında təmsil edib. 2004 Afina Olimpiadasında qızıl medal qazanan Anna Doqonadze, həmdə Dünya Çempionatlarında 3 qızıl, 4 gümüş və 6 bürünc medala sahib olub.
== Karyerası ==
=== 2000 Sidney Olimpiadası ===
Anna Doqonadze, 2000-ci ildə Almaniya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Anna Doqonadze, 5 xal topladı və 8 idmançı sırasında sonuncu, 8-ci yeri tutdu.
=== 2004 Afina Olimpiadası ===
Anna Doqonadze növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Anna Doqonadze, 39.60 xal topladı və 8 idmançı sırasında 1-ci yeri tutaraq Olimpiya çempionu oldu.
=== 2008 Pekin Olimpiadası ===
Anna Doqonadze üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Anna Doqonadze, 18.90 xal topladı və 8 idmançı sırasında sonuncu, 8-ci yeri tutdu.
=== 2012 London Olimpiadası ===
Anna Doqonadze sonuncu, dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı.