ANSWER

answer1

n 1. cavab; to give an ~ cavab vermək; to have / to receive / to get an ~ cavab almaq; in ~ to smth. bir şeyə cavab olaraq; favourable / ready / evasive ~ müsbət / hazır / ikibaşlı cavab; an ~ in the affirmative / in the negative təsdiq / inkar cavab; to find the ~ to smth. bir şeyə cavab tapmaq; 2. riyaz. həlli, cavabı (tapşırığın)

answer2

v 1. cavab vermək; to ~ the question / letter suala / məktuba cavab vermək; to ~smb. bir kəsə cavab vermək; Have you answered his letter? Sən / Siz onun məktubuna cavab vermisənmi? / vermisinizmi? to ~ instantly / frankly / ironically dərhal / açıq / kinayə ilə cavab vermək; to ~ a call 1) haraya / çağırışa cavab vermək; 2) telefona cavab vermək; to ~ blows with blows zərbəyə zərbə ilə cavab vermək; 2. müvafiq olmaq / gəlmək; doğrultmaq; to ~ hopes ümidi doğrultmaq; 3. müyəssər / müvəffəq olmaq, baş tutmaq; The plan / The experiment has not answered Plan / Təcrübə baş tutmadı; 4. yerinə yetirmək; to ~ orders / demands sifarişləri / tələbləri yerinə yetirmək; 5. təmin etmək; to ~ claims şikayəti təmin etmək; 6. cavab vermək, zamin olmaq / durmaq, məsuliyyət daşımaq; to ~for smb. bir kəsə zamin, olmaq; to ~ for smb.’s honesty bir kəsin düzlüyünə / sədaqətinə / səmimiyyətinə zamin durmaq / olmaq; to ~ back qabarmaq, söz / cavab qaytarmaq, qaba cavab vermək; Don’t answer back! Söz qaytarma! / qaytarmayın!

ANOTHER
ANSWERABLE