antensiz
anti-Azərbaycan
OBASTAN VİKİ
Anti-Dürinq
"Anti-Dürinq" (1876 −1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 −1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Anti-Masonluq
Antimasonluq — masonluğa açıq bir müxalifət olan bir cərəyan. Bununla birlikdə antimasonluğun bircinsli hərəkatı möcud deyil. Antimasonluq masonluğa düşmən olan bəzən bir-birinə kəskin formada uyğun olmayan qrupların tənqidi iradlarından ibarətdir. == İlkin antimason sənədləri == Ən erkən antimason sənədi, 1698-ci ildə mətbut nazirliyi tərfindən dərc olunan Vinter adlı bir vərəqə olur. Burada bildirilir: == Siyasi antimasonluq == === Amerika antimasonluğu (1830 - 1850) === 1826-cı ildə Villiam Morqan Nyu-Yorkun kiçik Batavia şəhərindən itkin düşdü. Masonluğun sirlərini yayımlamaqla hədələyən Morqan onun rituallarını dərc etdirir. Onun yoxa çıxması bəziləri tərəfindən masonlar tərəfindən qaçırıldığını və öldürüldüyünü iddia etməsinə əsas formalaşdırır. Morqanın yoxa çıxması masonlara qarşı bir sıra etirazlara səbəb olur və nəticədə siyasi aləmə yayılır. Antimason Terlou Vidin rəhbərliyi altında anticeksonist hərəkatı (Endrü Cekson mason olduğu üçün) Antimason Partiyasına çevrilir. Bu siyasi partiya 1828 və 1832-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdür, lakin 1835-ci ilə qədər partiya Pensilvaniyadan başqa hər yerdə dağılır.
Anti-detonatorlar
Antidetonatorlar - (antiknok agentləri) motor yanacaqlarının oktan ədədini artırmaq və mühərrikdə səs ehtimalını azaltmaq üçün onlara az miqdada əlavə olunan maddələrdir. Yanacaqların antidetonasiya qabiliyyətini artırmaq imkanı verən maddələrin siyahısı genişdir, lakin onların heç də hamısı texnoloji məhdudiyyət və ya ekoloji səbəblərdən istifadə edilə bilməz. == Metil-tret-butil efiri == Metil-tret-butil efiri (MTBE) hal-hazırda ən perspektiv antidetonator hesab olunur. Rusiyada onun avtomobil yanacağına 15% əlavə olunmasına icazə verilmişdir. Yol testlərinin nəticələrinə görə, tərkibində 7-8% MTBE olan qurğuşunsuz benzin bütün sürətlərdə etilləşdirilmiş benzindən yaxşıdır. MTBE kəskin qoxulu rəngsiz şəffaf bir mayedir. Qaynama temperaturu 54-55 °C, sıxlığı 0,74 q / sm3- dir. Tədqiqat üsuluna görə oktan ədədi 115-135-dir. MTBE-nın ümumdünya illik istehsalı on milyon tonlarla ölçülür. Potensial antdetonator kimi etil-tret-butil efiri, tret-amil metil efiri və eləcə də C6-C7 olefinlərindən alınmış metil efirlərindən istifadə etmək mümkündür.
Anti-federalizm
Anti-qloballaşma
Anti-qloballaşma — kapitalizmin qloballaşmasına qarşı tənqidi ictimai hərəkatdır.
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir. Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli (əleyhis-salam) onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər. Əməvilərin hakimiyyəti dövründə Şiə azlığını məhv etməyə çalışıblar.Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. == Tarixi zülm == === Əməvilər === Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi.
Anti-marksist
Amerika
Amerika — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 km² dir. Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur. == Etimologiya və adı == "Amerika" adı ilk dəfə 1507-ci ildə qeydə alınmışdır. Martin Valdseemüller tərəfindən yaradılmış iki ölçülü qlobus terminin qeydə alınmış ən erkən istifadəsi olmuşdur. Ad həmçinin Cənubi Amerikaya istinad edərək Matthias Ringmann tərəfindən yazılmış Cosmographiae Introductio-da (amerigen termini ilə birlikdə) istifadə edilmişdir. 1538-ci ildə Gerardus Mercator tərəfindən həm Şimali, həm də Cənubi Amerikaya tətbiq edilmişdir. "Amerika" İtalyan tədqiqatçısı Ameriqo Vespuççinin ilk adının Latın versiyası olan Americusdan gəlir.
Anti-Livan dağları
Antilivan (ərəb. جبال لبنان الشرقية‎‎ və ya ərəb. الجبل الشرقي‎) — Suriya ilə Livan arasında cənub-qərbdən şimal-şərqə uzanan dağ sistemi. İki ölkə arasında sərhəd silsilənin ən hündür hisssindən keçir. Silsilənin cənubu Colan təpələri ərazisində yerləşir. Livan silsiləsindən şərqdə qərarlaşır. Yunan dilindən törəmədir və «Livanın əksi» mənasını verir. Qərbində Bekaa və cənubunda El-Xasbani çayının vadisi yerləşir. Silsilənin şərqində Şərq platosu yerləşir. Bu platoda Dəməşq şəhəri yerləşir.
Anti-armenia Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. == Yaranma Tarixi və Missiya == Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. == Fəaliyyəti == 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir.
Anti-ballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Anti-müharibə hərəkatı
Antimüharibə hərəkatı — müharibələri dayandırmaq və sülhün qurulması məqsədli ictimai hərəkat. Bu məqsədə nail olmaq vasitələrinə pasifizmin və antimilitarizmin təbliğatı və müharibəyə qarşı müxtəlif növ etirazlar, o cümlədən, nümayişlər, xahişlər, boykotlar, seçkilərdə müəyyən namizədlərin dəstəklənməsi, hərbi çağırışlardan yayınma, "Die-in" (ölümün təqlidi) kimi qeyri-adi etiraz üsulları daxildir.
Anti-pornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.
Anti-Hitler koalisiyası
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. == Tarixi == Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
Valve Anti-Cheat
Valve Anti-Cheat — ilk dəfə 2002-ci ildə Counter-Strike ilə buraxılan Steam platformasının komponenti kimi Valve tərəfindən hazırlanmış anti-hiylə sistemi. Proqram oyunçunun sistemində hiylə aşkar etdikdə orijinal aşkarlamadan günlər və ya həftələr sonra oyunçunu qadağan edir. Sistem yaddaşda və ya cihazda səhvlər aşkar edərsə, oyunçuları oyundan kənarlaşdıra bilər. Aşkarlanma tarixi və ya aşkar edilən hiylə növü kimi heç bir məlumat oyunçuya açıqlanmır. Oyunçuya məlumat verildikdən sonra, oyunçunun hiylə istifadə etdiyi oyunun onlayn "VAC ilə qorunan" serverlərinə giriş həmişəlik qadağan edilir və oyunçunun Steam hesabına əlavə məhdudiyyətlər tətbiq edilir. Sistem 2006-cı ilin noyabr ayının bir həftəsi ərzində 10.000-dən çox hiylə cəhdini aşkar edib. 2018-ci ilin dekabr ayı ərzində 600.000-dən çox hesaba qadağa qoyulub. == Tarixi == 2001-ci ildə, "Counter-Strike" və "Half-Life" modları üçün nəzərdə tutulmuş anti-hiylə proqramı olan "PunkBuster"in tərtibatçıları "Even Balance", "Valve"dən heç bir dəstək almadıqları üçün oyunları dəstəkləməyi dayandırdılar. Valve, texnologiyanı birbaşa oyunlarına inteqrasiya etmək üçün edilən iş təkliflərini də rədd etdi. Valve 2001-ci ildə hiylələr üçün "uzunmüddətli həll" üzərində işləməyə başladı.
Amerika (qitə)
Amerika — Qərb yarımkürəsində qitə. Sahəsi 42.000.000 km² dir. Şimali Amerika və Cənubi Amerika materiklərindən ibarətdir. Şimali Amerika dünyanın ən böyük 3-cü, Cənubi Amerika isə 4-cü ən böyük materikidir. Şimal Buzlu okean, Sakit okean, Atlantik okeanı ilə əhatə olunmuşdur. == Etimologiya və adı == "Amerika" adı ilk dəfə 1507-ci ildə qeydə alınmışdır. Martin Valdseemüller tərəfindən yaradılmış iki ölçülü qlobus terminin qeydə alınmış ən erkən istifadəsi olmuşdur. Ad həmçinin Cənubi Amerikaya istinad edərək Matthias Ringmann tərəfindən yazılmış Cosmographiae Introductio-da (amerigen termini ilə birlikdə) istifadə edilmişdir. 1538-ci ildə Gerardus Mercator tərəfindən həm Şimali, həm də Cənubi Amerikaya tətbiq edilmişdir. "Amerika" İtalyan tədqiqatçısı Ameriqo Vespuççinin ilk adının Latın versiyası olan Americusdan gəlir.
Amerika (roman)
Amerika və ya əsil adı ilə İtkin düşmüş (alm. Der Verschollene‎) — Frans Kafka tərəfindən yazılmış yarımçıq roman. Əsər onun vəfatından sonra dostu Maks Brod tərəfindən çap halına salınmış, tamamlanmış və bu adla nəşr etdirilmişdir. Romanın əsl adı "İtkin düşmüşlər"dir. == Məzmun == On altı yaşlı Karl, qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir. Burada o, öz evində alışmış hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək. Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir: real hadisələrin təsvirini hər-hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir. == Nəşr və tərcümə == Roman Elxan Rzayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2017-ci ildə Bakı Kitab Klubunda, 256 səhifədə nəşr edilib. == İstinadlar == == Xarici keçidlər == DigBib. Org: Amerika Arxivləşdirilib 2012-08-19 at the Wayback Machine romanının almanca tam mətni.
Amerika (toponim)
Amerika — Qərb yarımkürəsində qitə. O, Şimali və Cənubi Amerika qitələrinə bölünür. Qitə Xristofor Kolumbun 1492-ci il səfərindən əvvəl yerlilər tərəfindən bir çox ada malik idi. O tarixdən sonra gələn əcnəbilər isə qitəni Amerika adlandırdılar. Ümumi olaraq, Amerika adının XVII əsrdə, bu iki qitədə tədqiqatlar aparmış İtaliya səyyahı Ameriqo Vespuççidən gəldiyi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixşünaslar müxtəlif açıqlamalar irəli sürüblər. == İstifadəsi == Müasir Azərbaycan dilində, Şimali və Cənubi Amerika ayrı qitələr hesab edilir. Bu, ingilis dilində də eynidir, amma onlar cəmdə "Americas" (azərb. Amerikalar‎) adlanır. Addan tək formada istifadə edən zaman, bu ad sadəcə Amerika qitəsinə aid edilir.
Amerika Azərbaycanlıları
ABŞ azərbaycanlıları və ya Amerika azərbaycanlıları (ing. Azerbaijani Americans) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun ABŞ-də yaşayan hissəsinin adı. Əsasən ABŞ-nin Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. ABŞ-də azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. ABŞ dövlət departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 553 azərbaycanlı ABŞ vətəndaşlığına keçmişdir. == Tarixi == ABŞ-yə gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. O, 1912-ci ilin 7 iyun tarixində Böyük Britaniyanın Liverpul dəniz limanından Mauretania gəmisi ilə Ellis adasına gəlmişdir. Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-yə getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-yə mühacirət etmişlər.
Amerika Ensiklopediyası
Amerika Ensiklopediyası (ing. Encyclopedia Americana) və ya Amerikana — ingilis dilində ən böyük ensiklopediyalardan biri, Nyu-Yorkda nəşr olunan universal ensiklopediya. Ensiklopediyada 45 mindən çox məqalə var, əksəriyyətində 500-dən çox söz var. Ensiklopediyanın yazılmasında 6,500 nəfər iştirak etmişdir. Hal-hazırda ensiklopediya internet abunəçiliyi ilə mövcuddur.
Amerika Hikozo
Hamada Hikozo (浜田彦蔵, 20 sentyabr 1837 – 12 dekabr 1897, Tokio), eləcə də, digər adları ilə Cozef Heko (ing. Joseph Heco) və ya Amerika Hikozo – ABŞ vətəndaşlığı almış ilk yapon. Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir. == Həyatı == === ABŞ səfəri === Hamada 1837-ci ildə Harima əyalətində bir gəmi kapitanının oğlu kimi doğulmuşdur. 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir. Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır. Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi. Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür. Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər. Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır.
Amerika Kuboku
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Amerika Samoası
Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır. == Tarix == Avropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır. 1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir.
Amerika çiçəbaharı
Amerika çiçəbaharı (lat. Phytolacca americana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin çiçəbaharkimilər fəsiləsinin çiçəbahar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 100-300 sm olan çoxillik ot bitkisidir. Kökü yoğun, gövdəsi düz, budaqlı, yaşıl, bəzən qırmızıdır. Yarpaqları ardıcıl, yumurtavari-lansetvaridir. Yuxarı yarpaqları aşağıdakılardan xırdadır, çox vaxt sonradan qızarır. Ağımtıl rəngli, inkişaf etdikcə qızaran çiçəkləri uzunsov salxımvari çiçəkqrupunda birləşmişlər. Meyvəsi qara, parıltılıdır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Adventiv coğrafi tipinin adventiv sinfi və qrupuna aiddir.
Amerika şiri
Amerika şiri (lat. Panthera atrox) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.