Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əcnəbi (film, 2017)
Əcnəbi (ing. The Foreigner) — rejissoru Martin Kampbell və müəllifi David Markoni olan 1992-ci ildə Stefen Lezir tərəfindən yazılan "Çinli" romanı əsasında hazırlanmış, 2017-ci il çəkilmiş hərəkət filmi. Amerika-İngiltərə-Çin ortaq istehsalı olan bu filmdə Ceki Çan, Pierse Brosnan, Maykl MkElhatton, Liu Tao, Çarli Murfi, Orla Bredi və Keti Leun çəkilmişdir. Film qızının ölümü üçün intiqam istəyən İngilis-Çinli bir adamdan bəhs edir. "Əcnəbi" filmi 30 sentyabr 2017-ci ildə Çində, 13 oktyabr 2017-ci ildə ABŞ-da STXfilms tərəfindən və İngiltərədə 2017-ci ildə Netflix-də yayımlandı. Film dünyada 145 milyon dollar qazandı və tənqidçilərdən qarışıq rəylər aldı. == Plot == Keçmiş Vyetnam Müharibəsi xüsusi əməliyyat qüvvələrinin əsgəri dul qalan Nqoc Min Quan, iş ortağı Lam və yeniyetmə qızı Fan ilə birlikdə Londonda "Happy Peacock Takeout" adlı bir Çin restoranı işlədir. Fan terrorçuların bombalamasında öldürüldüyündə Quan intiqam almaq istəyir. Özünü "Otantik IRA" adlandıran İrlandiyalı bir respublika qrupu məsuliyyəti öz üzərinə götürür. Quan hər gün bombardman edənlərin adlarını soruşaraq Şotlandiya Yard-a baş çəkir, lakin polis rəisi Komandir Bromley tərəfindən dəfələrlə etdiyi ziyarətlərin mənbələri istintaqdan uzaqlaşdırdığını söyləyir.
Əcnəbi filmlərin siyahısı
== 0-9 == 12 stul (film, 1971) 13-cü döyüşçü (film, 1999) 16 arzu (film, 2010) 1900-ün əfsanəsi (film, 1998) 2012 (film, 2009) 300 spartalı (film, 2007) == I-X == == A == Ada (film, 2005) Ada (film, 2006) Addams ailəsi (film, 1991) Ağ saray (film, 1990) Alatoran (film, 2008) Alisa artıq burada yaşamır (film, 1974) Alisa möcüzələr ölkəsində (film, 1915) Allahın elçisi Məhəmməd (film, 1976) Amerika piroqu (film, 1999) Amerikansayağı gözəllik (film, 1999) Avara (film, 1951) Avatar (film, 2009) Avqustun 5 günü (film, 2011) Avtomobildən qorun (film, 1966) == B == Babil (film, 2006) Bağışlanmamış (film, 1960) Barri Lindon (film, 1975) Baskervillərin iti (film, 1959) Ben-Hur (film, 1959) Beovulf (film, 2007) Berni (film, 1996) Binqo Bonqo (film, 1982) Bir, iki, üç (film, 1961) Bitlcus (film, 1988) Bleyd (film, 1998) Boleyn qızı (film, 2008) Boşboğaz (film, 1978) Böyük boss (film, 1971) Böyük diktator (film, 1940) Böyük manevrlər (film, 1955) Böyük şəhərin işıqları (film, 1931) Brilyant əl (film, 1968) Bruklin (film, 2015) Bu cütlüyü Tanrı yaradıb (film, 2008) == C == Cangüdən (film, 1961) Cəsur ürək (film, 1990) Cəsur ürək (film, 1995) Cincer və Fred (film, 1986) Cümə, ayın 13-ü. İkinci hissə (film, 1981) == Ç == Çapıqlı üz (film, 1983) Çətin hədəf (film, 1993) == D == Da Vinçi şifrəsi (film, 2006) Dağ novellası (film, 1979) Davaçı (film, 1986) Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992) Devdas (film, 2002) Diksinmə (film, 2004) Dirijor (film, 1980) Don (film, 2006) Don 2 (film, 2011) Dönüklər (film, 2006) Dünən, bu gün, sabah (film, 1963) == E == Embrion gizli ov edir (film, 1966) Emili Rouzun altı ekzorsizmi (film, 2005) Eşq təsadüfləri sevər (film, 2011) Etiraf (film, 2011) Ev (film, 1986) == Ə == Əjdahanın çıxışı (film, 1973) Əlvida, Bafana (film, 2007) Ən yüksək ölçü (film, 1991) Əndəlüs köpəyi (film, 1929) Əsgər atası (film, 1964) Əsgər haqqında ballada (film, 1959) Əvəz qatilləri (film, 1998) == F == Filadelfiya əhvalatı (film, 1940) Forrest Qamp (film, 1994) Fransız öpüşü (film, 1995) == G == Gecə uçuşu (film, 2005) Geniş bağlanmış gözlərlə (film, 1999) Gənc qvardiya (film, 1948) Gizli qalada üç əclaf (film, 1958) G.O.R.A. Götür mənim ruhumu (film, 2010) Günəşli vadinin serenadası (film, 1941) Günortadan sonra məhəbbət (film, 1957) Güzgülər (film, 2008) == H == Harri Potter və Azkaban Məhbusu (film, 2004) Hellovin (film, 1978) Həkim Nou (film, 1962) Həyat üçün təhlükəlidir! (film, 1985) Həyatda hər şey olur (film, 1998) Hörümçək-adam (film, 2002) == X == Xaç atası (film, 1972) Xaç atası 2 (film, 1974) Xaç atası 3 (film, 1990) Xarabalıqdan çıxmış milyonçu == I == "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965) == İ == İblisin qəsri (film, 1896) İdman lotosu-82 (film, 1982) İki kapitan (film, 1976) İki nəfər yolda (film, 1967) İki nəfərlik vağzal (film, 1982) İmmiqrant (film, 1917) İnadkarın ram edilməsi (film, 1967) İnadkarın ram edilməsi (film, 1980) İrəli, Hindistan (film, 2007) İşdə məhəbbət macərası (film, 1977) İşgüzar adamlar (film, 1962) İt həyatı (film, 1918) İtirilmiş həftəsonu (film, 1945) İtləri sevməli (film, 2005) İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973) == J == == K == Kabiriyanın gecələri (film, 1957) Kanal (film, 1956) Karnaval gecəsi (film, 1956) Kiborq (film, 1989) Kikboksçu (film, 1989) Kişi və qadın (film, 1966) Kolleksiyaçı (film, 1965) Köpək Barbos və qeyri-adi qaçış (film, 1961) Körpə gəzintidə (film, 1994) Kraliça (film, 2006) Kral Lir (film, 1970) Kriminal qiraət (film, 1994) Küp (film, 1970) == Q == Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966) Qapışma (film, 2000) Qan ovçusu (film, 2007) Qara qağayı (film, 1962) Qara qu quşu (film, 2010) Qaraqulaq ağ Bim (film, 1977) Qaz işığı (film, 1944) Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975) Qətl! (film, 1930) Qəzəbin yumruğu (film, 1972) Qırmızı günəş (film, 1971) Qırmızı səhra (film, 1964) Qızıl hərisliyi (film, 1925) Qisasçılar (film, 2012) Qladiator (film, 2000) Qoca və dəniz (film, 1958) Qocalara burada yer yoxdur (film, 2007) Qorxulu gecə (film, 1896) Qoy danışsınlar!
Seria A ilin əcnəbi futbolçusu
Seria A ilin əcnəbi futbolçusu "İtaliya Futbolçular Assossasiyası" (AIC) tərəfindən təşkil edilmiş futbol mükafatı idi. Mükafat İtaliyada mövsüm ərzində ən yaxşı oyun sərgiləmiş əcnəbi futbolçuya təqdim edilirdi. Sonuncu qalib isə 2010-cu ildə "İnter Milan" şərəfini qorumuş Dieqo Milito olmuşdur. Mükafat hər il baş tutan "Oskar del Kalço" mükafatlandırma gecəsində sahibinə təqdim edilirdi.
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı — İraqda peşə vəzifəsini yerinə yetirmiş əcnəbi media orqanlarının nümayəndələri müxtəlif qruplar tərəfindən fərqli səbəblərə görə edam edilmiş, bəzisi qaçırılaraq öldürülüb, bəzisi də peşə vəzifəsini yerinə yetirərkən baş vermiş partlayışlar nəticəsində həyatlarını itirmişlər.
Cənubi
Cənubi — Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şüvəlan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Cənubi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Qəsəbənin keçmiş adı Şüvəlan mayakı yanında qəsəbə olmuşdur. 1965-ci ildən Cənubi Azərbaycanın şərəfinə Cənubi adlandırılmışdır.
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Arabat əqrəbi
Arabat əqrəbi və ya Arabat dili (ukr. Арабатська стрілка, krımtat. Арабат бели, Arabat beli) — uzun və ensiz coğrafi obyekt, Krım yarımadasının şimal-şərqində yerləşir. Arabat əqrəbi əsasən balıqqulağından təşkil olunmuşdur. Arabat Sivaş körfəzi ilə Azov dənizi arasında yerləşir. Uzunluğu 100 kilometrdən çox, eni 270 m - 8 km arasında dəyişir. == Coğrafiyası == Arabat əqrəbi şimalı kiçik Kryaçin adasından Arabat boğazı ilə ayrılır. Adada öz növbəsində materikdən ensiz Qenices boğazı ilə ayrılır. Kryaçin adası Arabat oxunun davamıdır. Promoina və Qeniçeski boğazları ilə Sivaş körgəzi Azov dənizi ilə birləşir.
Cənubi ABŞ
Cənubi ABŞ (ing. Southern United States) - (həmçinin Amerikanın Cənubu, Diksi və ya sadəcə Cənub) Amerika Birləşmiş Ştatlarının orta-şimal hissəsində yerləşən və ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən iqtisadi rayon. Cənub coğrafi cənuba uyğun gəlmir, daha çox cənub-şərq hissəsində yerləşir; ölkənin coğrafi baxımdan cənubunda yerləşən Arizona və Nyu-Meksiko bəzən Cənuba aid edilir, lakin 1863-cü ildə Virciniyadan ayrılan Qərbi Virciniya isə adətən bura aid edilir. Bəzi alimlər ştat sərhədləri ilə üst-üstə düşməyən Cənub anlayışının müəyyənləşdirilməsini təklif etmişdi. Delaver və Merilend, eləcə də Kolumbiya Dairəsi Vətəndaş müharibəsinə qədər köləliyə icazə versə də, İttifaqda qaldı. 1960-cı illərin Vətəndaş Hüquqları Hərəkatından sonra onlar sənayesi inkişaf etmiş Şimal ştatları ilə mədəni, iqtisadi və siyasi cəhətdən daha bərabər oldular və bir çox vətəndaş, firma, ictimai qurum və özəl təşkilatlar tərəfindən Orta Atlantik və ya Şimal hissəsinə aid edildilər. Lakin, ABŞ Siyahıyaalma Bürosu onları Cənuba aid etdi. Adətən Cənuba ABŞ-nin cənub-şərqi və cənub-mərkəzi hissəsi aid edilir. Rayon öz mədəniyyəti və tarixi ilə tanınır, həmçinin burada ABŞ-nin digər hissələrindən müəyyən mənada fərqlənən adətlər, musiqi üslubu və mətbəx inkişaf etmişdir. Cənubun etnik irsi rəngarəngdir və daha çox Avropalı (əsasən Şotland-İrland, Şotland, İngilis və Fransız), Afroamerikalı və az miqdarda Hindilərdən təşkil olunmuşdur.
Cənubi Abako
Cənubi Abako (ing. South Abaco) — Baham adalarının 32 rayonundan biri. Rayon Abako adalarınının cənub qismini əhatə edir. == İstinadlar == == Xarici keçidlər == Statoids.com об административно-территориальном делении Багам на англ.
Cənubi Afrika
Cənubi Afrika — Afrika qitəsinin cənub hissəsini əhatə edən region. BMT təsnifatlandırılmasına görə regionun tərkibinə aşağıdakı ölkələr daxildir: Botsvana Lesoto Namibiya Esvatini CAR Bu 5 ölkə eləcə də Cənub Afrika Gömrük İttifaqına daxildirlər. Coğrafi cəhətdən Cənubi Afrika regionuna eləcə də aşağıdakı ölkələr daxıldir.
Cənubi Avropa
Cənubi Avropa — Avropa qitəsinin cənub hissəsi. Cənubi Avropaya bir qayda olaraq Aralıq dənizinin Pireney yarımadası ərtafındakı ölkələr (Portuqaliya, İspaniya, Andorra), Monako, Appenin yarımadasında yerləşən ölkələr (İtaliya, Vatikan, San-Marino), Yunanıstan, həmçinin ada dövlətləri olan Malta və Kipr aid edilir. Bəzən Cənubi Avropaya Xorvatiya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Ukraynanın cənub hissəsi olan Odessa, vilayətlərini və Türkiyənin Avropa hissəsini aid edirlər. Cənubi Avropa — Avropa qitəsinin cənub hissəsi. Cənubi Avropa ərazisinə Aralıq dənizi sahillərində yerləşən Pireney yarımadası olkələri — (Portuqaliya, İspaniya, Andorra), Monako, Appenin yarımadasında yerləşən ölkələr — (İtaliya, Vatikan, San-Marino), Yunanıstan, həmçinin ada dövlətləri olan Malta və Kipr daxildir. Bəzən Cənubi Avropanın tərkibinə Xorvatiya, Serbiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, həmçinin Türkiyənin Avropa hissəsi də daxil ediir. == Ölkələr və paytaxtlar == Bosniya və Hertseqovina — Sarayevo Albaniya — Tirana Kipr — Nikosiya Makedoniya — Skopye San-Marino — San-Marino Serbiya — Belqrad Sloveniya — Lyublyana Xorvatiya — Zaqreb Monteneqro — Podqoritsa Portuqaliya — Lissabon İspaniya — Madrid Andorra — Andorra-la-Velya Monako — Monako İtaliya — Roma Vatikan — Vatikan Yunanıstan — Afina Malta — Valletta Türkiyə — Ankara == Əhalisi == Cənubi Avropada əhalinin sıxlığı yüksəkdir, hər km².-ə 100 və daha çox insan düşür, əhalinin dini etqdında xristianlıq (katolik) dini üstünlük təşkil edir. Əhalini urbanizasiya səviyyəsi: Yunanıstan — 59 % İspaniya — 91 % İtaliya — 72 % Malta — 89 % Portuqaliya −48 % San-Marino — 48 % Bu ölkələrdə əhalinin təbii artımı çox da yüksək deyildir: Yunanıstan — 0,1 İspaniya — 0 İtaliya — (-0,1) Malta — 0,4 Portuqaliya — 0,1 San-Marino — 0,4 == İstinadlar == == Mənbə == Мурзаев Э. М. Где же проводить географическую границу Европы и Азии? Изв. АН СССР, сер.
Cənubi Avstraliya
Cənubi Avstraliya (ing. South Australia) — Avstraliyanın cənubunda yerləşmiş ştat. Əhalisinin böyük hissəsi paytaxt şəhəri olan Adelaida şəhərində yaşayır.
Cənubi Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az-əbcəd. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az-əbcəd. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az-əbcəd. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan, Qəzvin, Həmədan, Kürdüstan ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. == Coğrafiya == === Sərhədləri === Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir.
Cənubi Azərbaycanlılar
İran azərbaycanlıları, cənubi azərbaycanlılar, İran türkləri və ya İran azəriləri (Farsca: ایرانیان آذربایجان; Azərbaycanca: ایران آذربایجانلیلاری [iˈɾɑːn ɑːzæɾbɑjˈdʒɑnlɯlɑɾɯ]) — İranda yaşayan və Azərbaycan türkcəsini özlərinin ana dili kimi danışan etnik qrup. Onlar Şimali Azərbaycanda yaşayanlarla eyni etnik qrup hesab edilirlər və İrandakı Türk xalqlarından birini təşkil edirlər. İran azərbaycanlıları özlərinin doğma bölgəsi olan İran Azərbaycanında və ya Cənubi Azərbaycanda yaşamaqdadırlar. Buraya Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Qərbi Azərbaycan ostanları daxildir. Bu ostanlarda onlar əhalinin mütləq əksəriyyətini təşkil etsələr də, habelə Kürdüstan, Qəzvin, Həmədan, Gilan, Mərkəzi və Kermanşah ostanlarında da kütləvi şəkildə yaşamaqdadırlar. Həmçinin onlardan xeyli sayda insan Tehranda, Kərəcdə və digər yerlərdə də yaşamaqdadır. İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 35–40 milyondur. Bu isə İran əhalisinin 42% — 46%-ni təşkil edir. == Demoqrafik göstəricilər == İran Orta Şərqdəki bir çox digər dövlət kimi çoxmillətli bir dövlətdir.
Cənubi Brianson
Cənubi Brianson (fr. Briançon-Sud) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0525. Cənubi Brianson kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Brianson kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 10 511 nəfər təşkil edirdi.
Cənubi Karolina
Cənubi Karolina (ing. South Carolina) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Kolumbiya şəhəridir.
Cənubi Kipr
Cənubi Kipr, Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Cənubi Koreya
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Cənubi Korsika
Cənubi Korsika (fr. Corse-du-Sud, kors. Corsica suttana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2A. İnzibati mərkəzi — Ayaçço. Əhalisi — 145 998 nəfər. == Coğrafiya == Sahəsi — 4014 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, şimal-şərqdə Yuxarı Korsika departamenti ilə sərhəddir. == Tarix == Cənubi Korsika departamenti 1975-ci il 15 may tarixində, 1975-ci il 15 sentyabr tarixində, 1793-cü ildən 1811-ci ilə qədər mövcud olan Liamonun tarixi rayonunda yaradılmışdır. Layihəyə görə Sarten, 20 kanton və 124 kommuna şəhərlərində mərkəzləri olan departamentdə 2 rayon mövcüd idi. == İnzibati bölgüsü == 2015-ci ildən Cənubi Korsikanın ərazisi 2 rayon (Sarten və Ayaçço), 11 kanton və 124 kommuna bölünmüşdür .
Cənubi Kürdüstan
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. == Tarixi == === İraq mandatı === Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Cənubi Loular
Cənubi Loular — Şərqi Afrikada Nilboyu xalqlar qrupu. == Mənşələri == Uqandanın şimalında yaşayırlar: lanqolar (Şimal vilayətinin cənubunda, Kyoqo gölündən şimalda 1,7 mln. nəfər); açolilər [özlərini akoli adlandırırlar; Şimal vilayətində 1,3 mln. nəfər (2010); 50 min nəfərdən çox həmçinin Sudanın cənubunda Şərqi Ekvatorial vilayətinin cənub qərbində Açoli dağında yaşayır]; kumanlar (ikumamalar, ikokolemular, ako kolemular; Kvania və Kyoqo gölləri arasında, Şərq vilayətinin şimal qərbində Kaberamaido dairəsində təqribən 200 min nəfər). Uqandanın cənub şərqində (Şərq vilayətinin şərqində Tororo dairəsi) copadholalar (padho lalar, damalar, budamalar; 480 min nəfər), Keniyanın cənub qərbində, Viktoriya gölündən şərqdə (Nyanza əyaləti) coluolar yaşayırlar. Alurlar (özlərini coalur adlandırırlar) Albert gölündən şimal qərbdə (Uqandanın Şimal vilayətinin cənub qərbində, Nebbi dairəsində 640 min nəfər və Konqo Demokratik Respublikasının şimal şərqində, Yuxarı Konqo əyalətinin şərqində 880 min nəfər) məskunlaşmışlar. Ümumi sayları 10 mln. nəfərdən çoxdur (2009). Nilboyu dillərin qərbi luo qrupunun cənub yarımqrupuna daxil olan dillərdə danışırlar. Dindarların əksəriyyəti xristiandır, müsəlmanları da var.
Cənubi Mesopotamiya
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Cənubi Osetiya
Cənubi Osetiya (oset. Хуссар Ирыстон; rus. Южная Осетия) və ya rəsmi adı ilə Cənubi Osetiya Respublikası – Alaniya Dövləti (oset. Республикӕ Хуссар Ирыстон – Паддзахад Аллонстон; gürc. ცხინვალის რეგიონი; rus. Республика Южная Осетия – Государство Алания) – Cənubi Qafqazda Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Cənubi Osetiya BMT, Avropa İttifaqı və ABŞ tərəfindən, eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstan ərazisi kimi tanınan mübahisəli bölgədir. 26 avqust 2008-ci ildə Rusiya Federasiyası, 5 sentyabr 2008-ci ildə Nikaraqua, 10 sentyabr 2009-cu ildə Venesuela, 16 dekabr 2009-cu ildə Nauru, 29 may 2018-ci ildə isə Suriya Cənubi Osetiyanın müstəqilliyini tanımışdır. Digər dövlətlər bu bölgəni Gürcüstanın əyaləti kimi tanıyır. Paytaxtı və ən böyük şəhəri Sxinvali, ümumi sahəsi 3,900 kvadrat kilometrdir.
Cənubi Buq
Cənubi Buq — Ukraynanın cənub qərbində çay. == Sahəsi == Uzunluğu 806 km, hövzəsinin sahəsi 63,7 min km2. == Coğrafiyası == Podol yüksəkliyi və Qaradənizyanı ovalıqla axır. Qara dənizin Dnepr limanına tökülür. Yuxarı axını bataqlıqlaşmış ərazidən keçir; orta axınında astanalar var. Əsas qolları: sağdan Kolıma, Savranka; soldan Sinyuxa, İnqul. Qarışıq mənbədən qidalanır. Ortaillik su sərfi Aleksandrovka kəndi yaxınlığında 87,6 m³/san. Noyabrdan fevraladək donmuş olur. Fevralın sonu mayın əvvəlinə qədər gursuludur.
Cənubi Cimahi
Cənubi Cimahi — Cimahi, Qərbi Yava, İndoneziyada rayon. 2014-cü ildə Cənubi Cimahinin 238,792 nəfər əhalisi olub.
Cənubi Dakota
Cənubi Dakota (ing. South Dakota) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Pirr şəhəridir.
Çələbi
Çələbi — Bir çox mənalarda işlədilən ifadə, təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əhməd Çələbi — siyasətçi Övliya Çələbi — səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair. Hacı Çələbi xan — görkəmli siyasi xadim və istedadlı sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. Musa Çələbi — Osmanlı şahzadəsi Süleyman Çələbi — Osmanlı şahzadəsi İsgəndər Çələbi — Osmanlı imperiyasının baş dəftərdarı. Katib Çələbi — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Çələbi Lütfi Paşa — sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İsa Çələbi — Osmanlı sultanı İldırım Bəyazid ilə Dövlət Xatunun oğlu Hacı Qaraman çələbi Əhmədli — övliya, XVI yüzilin sonu, XVII yüzilin əvvəli. Hezarfən Əhməd Çələbi — IV Sultan Muradın hakimiyyəti dövründə özü düzəltdiyi qanadlarla havaya qalxmağa cəhd etmiş türk alimi. Digər Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Aşıq Çələbi
Aşıq Çələbi, əsl adı Pir Mehmed (1519, Prizren – 1571, Üskub) — Osmanlı bioqrafı, şairi və tərcüməçisi. O, Rumelinin bir çox şəhərlərində kadi vəzifəsini tutmuş, 1568-ci ildə yazdığı "Meşair əş-şüəra" əsəri ilə məşhurdur. Aşıq Çələbi Prizrendə bir seyid ailəsində anadan olmmuşdur. O, 1535-ci ildə vəfat edən atasının ölümündən sonra Filibeyə, oradan da İstanbula köçmüşdür. Orada dövrünün ən yaxşı müəllimlərindən oxuduğu mədrəsəni bitirmiş, mükəmməl təhsil almışdır. Daha sonra Bursada məhkəmə katibi vəzifəsində çalışmışdır. 1546-cı ildə İstanbula qayıtmışdır. Orada müəllimi Əmir Qisin sayəsində məhkəmədə vəzifə almışdır. Bundan sonra o, Rəcəb Çələbinin vəfatından sonra boş qalmış imperator divanında baş etirafçı vəzifəsini almaq istəsə də, fətva idarəsində işə düzəlmişdir.
Bəhram Çələbi
Bəhram Çələbi — Azərbaycan yazıçısı. == Həyatı == Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər Şəki Şahmat Məktəbinin direktoru işləmişdir. == Yaradıcılığı == İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır. 1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib. Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb.