Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zeynalabdin Elmiyyə
Zeynalabdin Elmiyyə — Təbrizli tacir və çap sənayesinin qabaqcıllarındandır.O, Elmiyyə daş mətbəəsinin banisidir. Zeynalabdin Elmiyyə,Mirzə Zeynalabdin Təbrizinin nəvəsidir.
Sələfiyyə
Sələfiyyə və ya Sələfilik — Lüğətdə- əvvəl gəlmək, keçmək mənasında olan “sələf” (ərəb. سلف‎) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur. Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır. Bu baxımından sələfiyyə, əshab və tabiinin yolunu tutanlar mənasına gələrək Əhli-sünnənin adı olaraq qarşımıza çıxmışdır. Ancaq sələfiyyə daha sonra “xələfiyyə” kimi bilinən Sünni kəlam məktəblərini əhatə etmədiyi üçün bəzi alimlər tərəfindən “Əhli sünnəyi-xassa” digərləri isə “Əhli sünneyi-ammə” şəklində tanınmışdır. == Sələfiyyənin yaranma tarixi == Hz.Peyğəmbərin vəfatından sonra inanc mövzuları və siyasi sahədəki ixtilaflar ətrafında firqələşmələr ortaya çıxdığı zaman, hər bir firqə özünəməxsus bir ad ilə bilinməyə başlamış, bunların xaricində müsəlmanların əksəriyyəti xüsusi bir ad almadan varlığını davam etdirmişdir. Ancaq h. II/m.VIII əsrlərdən etibarən xüsusuilə inanc mövzularında fikir yürüdən və mütaşabih ayələri təvil edən Mötəzilənin ortaya çıxıb inkişaf etməsi ilə birlikdə müsəlmanların əksriyyətinə bağlı alimlər bunlara etiraz etmiş, doğru yolun səhabənin və tabiinin yolunu izləmək olduğunu bildirmişdir.
Əsbiyyə
Əsbiyyə və ya Əl-Asaba Tripolidən təqribən 120 km məsafədə, qərb dağı sayılan Nafusa dağının ətəklərində şəhər. == Tarixi == === Qısa Tarixi === Əl-Asaba kənd təsərrüfatı ilə məşhur olan Nafusa dağlarında (Qərbi Dağ) yerləşən, 2010-cu il siyahıyaalınmasında faktiki olaraq təxminən 27.600 nəfər məskunlaşan bir əhalisi olan bir bölgədir və Qaryan şəhərindən sonra bölgənin ən böyük şəhərlərindən biridir. 23 mart 1913-cü ildə Əl-Təvisin protektoratı olan Liviya mücahidləri və italyanlar arasında döyüş baş verdi və bu zərbə zamanı italyanlara ağır itki verildi.
Ədliyyə
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Aşıq Zülfiyyə
Aşıq Zülfiyyə (İbadova Zülfiyyə; 26 noyabr 1970, Alakol, Tovuz rayonu) — Azərbaycan aşığı. Azərbaycan komsomolu mükafatının laureatı (1987). "Aşıq Pəri" Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Zülfiyyə 1970-ci il noyabr ayının 26-da Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. == Aşıqlıq fəaliyyəti == On dörd yaşından peşəkar səviyyədə saz çalmağa başlamışdır. İlk ustadı dayısı Fərrux olmuşdur. "Aşıq Pəri" Məclisinin ən kiçik üzvü olmuşdur. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. 1986-cı ildə Almaniyaya, 1987-ci ildə Moskvaya festivala getmişdir. == Təltifləri == 1991-ci ildə Türkiyənin Konya şəhərində "Atatürk ödülü" qızıl medalı təqdim edilmişdir.
Səfiyyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. == Saraydan öncəki həyatı == Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. === Saraya gəlişi === 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Zülfiyyə (şairə)
Zülfiyyə (1 (14) mart 1915, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 1 avqust 1996 və ya 23 avqust 1996, Daşkənd) — Özbəkistan şairi, Özbəkistanın xalq şairi (1965), Sosialist Əməyi Qəhrəmanı (1985) . == Həyatı == Zülfiyyə 1915-ci ildə Daşkənddə dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini bitirdikdən sonra, qızlar üçün açılmış pedaqoji məktəbdə oxumuşdur. Burada o, böyük ədəbiyyat dünyasına daxil olmuş və ilk şeirlərini yazmışdır. Bu, 1930-cu ilə təsadüf etmişdir. İlk şeirini mətbuatda-qəzetdə dərc etdirmiş və sonralar mütəmadi olaraq müxtəlif qəzet və jurnallarda çap olunmuşdur. 1932-ci ildə "Həyat səhifələri" adlı ilk şeirlər kitabı çapdan çıxdı. Bu uğurlarına baxmayaraq, o, özünü zəif görürdü, həyat təcrübəsi az olduğundan hər addım çətin görünürdü. Əslində, ilk addımı atmışdı. O, məqalələrinin birində yazırdı: "Mənim üçün həyatımın ən xoşbəxt çağları Həmid Alimcanla olan 10 illik ailə həyatım olmuşdur.
Zülfiyyə Hüseynova
Zülfiyyə Hüseynova (15 oktyabr 1970, Qaradağlı, Jdanov rayonu) — Azərbaycanı təmsil edən samboçu, cüdoçu və para-cüdoçu, sambo üzrə 5 dəfə Dünya Çempionatlarının, 2 dəfə isə Avropa Çempionatlarının qalibi. == Həyatı == Zülfiyyə Yusif qızı Hüseynova 1970-cı il oktyabrın 15-də Beyləqan rayonunun Qaradağlı qəsəbəsində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutu, 1998-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirib. 1986-cı ildən idmanla məşğul olur. Zülfiyyə Hüseynova idmana başlamasından 2 həftə sonra, 15 yaşında sambo üzrə Azərbaycan SSR Çempionatının bürünc medalına sahib oldu. Qısa müddət sonra isə sambo üzrə yeniyemətlər arasında Azərbaycan SSR Çempionatının qalibi oldu. == Karyerası == Karyerası ərzində Zülfiyyə Hüseynova sambo üzrə dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. 1992, 1994, 1995, 1996, 1997-ci illərdə Zülfiyyə Hüseynova bütün rəqibləri üzərində qələbə qazanaraq sambo üzrə Dünya Çempionatlarının qızıl medallarına sahib oldu. 1998 və 1999-cu illərdə isə o, final görüşlərində məğlub olaraq turniri gümüş medallarla başa vurdu. Avropa Çempionatlarında Zülfiyyə Hüseynova 2 dəfə — 1992 və 1995-ci illərdə turnirin qalibi oldu.
Zülfiyyə Qurbanova
Zülfiyyə Qurbanova (4 yanvar 1984, Sumqayıt) — aktrisa. == Həyatı == Qurbanova Zülfiyyə Misirxan qızı Yanvarın 4-ü 1984-cü ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində incəsənət və mədəniyyət işçiləri ailəsində anadan olmuşdur. 1990-cı ildə Sumqayıt şəhərində 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə Sumqayıt şəhərində 7 saylı orta məktəbi bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinə daxil olmuş, oranı 2007-ci ildə qurtarıb, həmin ildə eyni ixtisas üzrə magistraturaya qəbul olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyorluq" şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinin magistraturasını bitirmişdir. 2007-ci ildən xalq artisiti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan aktrisa, hazırda teatrın gənc aparıcı aktrisalarından biridir. Zülfiyyə Qurbanova Azərbaycandan Kann film festivalında iştirak edən ilk Azərbaycanlı aktrisadır. == Filmoqrafiya == 1. "Arzular" filmi (2005). İran və Azərbaycanın birgə istehsalı.
Zülfiyyə Sadıqova
Sadıqova Zülfiyyə Şükür qızı - Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri, Xəzər Universitetinin kamera orkestrının bədii rəhbəri professor, dosent. Əməkdar müəllim. 1990-cı ildə Bülbül adına orta ixtisa musiqi məktəbini gümüş medalla, 1995-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə “Gənc musiqiçilər” müsabiqəsinin birinci dərəcəli fəxri diplomunu almış, həmin ildə şəhər və respublika baxışlarının qalibi olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət və İncəsənət Muzeyində solo konserti keçirilmişdir. 1994-cü ildə “Tələbə və aspirantların IV elmi ifaçılıq konfransı”nın diplomu ilə təltif olunub. 1997-ci ildə görkəmli tarzən Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) adına Xalq Çalğı Alətləri üzrə musiqi ifaçılarının Respublika müsabiqəsində yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib. 1998-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində aspiranturanı bitirib. 2011-ci ilin may ayında İtaliyanın Roma şəhərində Akademia Nazionale di Sonto Ceciliya konsert salonunda solo proqramla çıxış edib. 2014-cü ilin mart ayının 7-də Böyük Britaniyanın London şəhərində solo konsertlə çıxış etmişdir.
Zülfiyyə Xanbabayeva
Zülfiyyə Xanbabayeva (16 oktyabr 1967, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). Azərbaycan müasir estrada qurucularından biri. == Həyatı == Zülfiyyə Güloğlan qızı Xanbabayeva 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 161 nömrəli məktəbi bitirdikdən sonra 1985-ci ildə İncəsənət İnstitutunun "Teatr rejissoru" fakültəsinə daxil olub. 1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb.1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Aypara" qrupunda çıxış etməyə başlayır. Ailəlidir. Bir qız övladı var. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Solo karyera == Qrupdan ayrıldıqdan bir müddət sonra solo karyerasına başlamışdır.
Ülviyyə Ağayeva
Ülviyyə Ağayeva (18 sentyabr 1978, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezideni. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.
Ülviyyə Fətəliyeva
Ülviyyə Hasil qızı Fətəliyeva (3 avqust 1996, Gəncə) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (2022). == Həyatı == Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə anadan olub. Gəncə şahmat məktəbinin yetirməsidir. == Karyerası == 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. 2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub. 2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb. 2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb. 2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında 8 xalla brünc medala sahib olmuşdur. == Milli komanda == Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub.
Ülviyyə Hacıbəyova
Ülviyyə Vaqif qızı Hacıbəyova (d. 9 iyun 1960, Bakı) — Azərbaycan pianoçusu və bəstəkarı, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Ülviyyə Hacıbəyova 9 iyun 1960-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 3 yaşında pianoda ifa etməyə başlamışdır. Ülviyyə Hacıbəyova ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində almışdır. 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1986-cı ildə isə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirmiş, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs almış, təcrübə keçmişdir. Ülviyyə Hacıbəyova pedaqoji fəaliyyətinə 1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlamışdır. Hazırda Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının professorudur. == Yaradıcılığı == Ülviyyə Hacıbəyova 1985-ci ildən Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. O, həmçinin bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla çıxış edir.
Ülviyyə Həmzəyeva
Həmzəyeva Ülviyyə Tapdıq qızı (30 aprel 1982, Şəkərabad, Babək rayonu) — Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, 2010–2015-ci il IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, V və VI çağırış Milli Məclisin deputatı. == Həyatı == Ülviyyə Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır. == Siyasi fəaliyyəti == Naxçıvan Ali Məclisinin V çağırışı, Azərbaycan Milli Məclisinin V çağırış deputatı və Azərbaycan Milli Məclisinin VI çağırış deputatıdır. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Yaradıcılığı == Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır.
Ülviyyə Könül
Ülviyyə Könül (28 sentyabr 1972, Bakı) — klipmeyker, rejissor, ssenari müəllifi. Əməkdar incəsənət xadimi. "Mədəniyyət" telekanalın direktoru. == Həyatı == Kərimova Ülviyyə Oqtay qızı 28 sentyabr 1972-ci ildə Bakıda anadan olub. 1989-cu ildə 1 nömrəli Dəmiryol orta məktəbini bitirib. 1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb. 1992–1996-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, daha sonra rejissor kimi fəaliyyət göstərib, musiqili kliplər, sosial və digər reklam çarxlarını, 1996-cı ildə isə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında eyniadlı televiziya filmini çəkib. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülüb. 2004-cü ildə Afinada keçirilən olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" üçün Azərbaycan haqqında tanıtım çarxını hazırlayıb. 2004-cü ildə Bədii gimnastika üzrə Dünya Kubokunun açılış və bağlanış mərasimlərinin, 2005-ci ildə Bədii gimnastika üzrə Dünya Çempionatının açılış və bağlanış mərasimlərinin, həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə UNESCO qərargahında təşkil edilmiş tanınmış akademik, alim Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli konsertin və digər layihələrin rejissoru olub.
Ülviyyə Rza
Ülviyyə Abdullayeva (13 iyun 1984, Bakı) — Aktrisa. == Həyatı == Rza Ülviyyə Gülməmməd qızı 1984-cü il iyun ayının 13-də Bakıda anadan olub. Hal-hazırda Bakı Bələdiyyə Teatrının aktrisasıdır.Ailəlidir, iki övladi var.
Ülviyyə Rəhimova
Ülviyyə Rəhimova (2 avqust 1983, Bakı) — Azərbaycanlı müğənni. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib, həmin illərdə "Bəri-Bax" qrupun tərkibində müxtəlif müsabiqələr və festivallar iştirakçısı olub. 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün 2 fevralda keçiriləcək yarımfinal mərhələsində "İn Love" mahnısı ilə yarışıb. Lakin finala çıxa bilməyib. Müğənninin toyu 2010-cu il sentyabrın 25-i Bakının şadlıq saraylarından birində baş tutub. Ülviyyə caz ifaçısı Ceyk Cons adlı əcnəbi şəxslə ailə həyatı qurub.
Ülviyyə Sultan
Ülviyyə Sultan (1868, Konstantinopol – 5 oktyabr 1875, Konstantinopol) — XXXIV Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == II Əbdülhəmidin ilk övladı idi. Atasının şahzadəlik illərində Dolmabağça sarayında dünyaya gələn Ülviyyə Sultanın anası çərkəz əsilli Nazikəda xanım idi. Sarayda baş verən qəza nəticəsində hələ 7 yaşında ikən yanaraq faciəvi şəkildə ölmüşdür. II Əbdülhəmid bu övladını və onun acısını heç vaxt unutmadı. Ayşə Sultanın xatirələrində dediyinə görə, atası II Əbdülhəmid Ülviyyə Sultan haqqında danışarkən "Allah heç birinizin acısını göstərməsin, ancaq Ülviyyəmi heç vaxt unutmayacam, ağrısı qəlbimi yandırır" demişdir. Məzarı Yeni Məsciddə Cədid Havadin türbəsində anasının məzarının yanındadır.
Ülviyyə Tahir
Ülviyyə Tahir (tam adı: Ülviyyə Tahir qızı Mustafayeva; 15 noyabr 1980, Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist. == Həyatı == Ülviyyə Tahir qızı Mustafayeva 15 noyabr 1980-ci ildə Azərbaycan SSR, Göyçay rayonunun, Bəydövül kəndində anadan olmuşdur. === Təhsili === 1987—1998-ci illərdə Göyçay rayonu, Ə.Əsgərov adına orta məktəbdə təhsil almışdır. 1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 2002-ci ildə həmin fakültəni bitirmişdir. 2009-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == 2009-cu ildə ilk hekayəsini yazmışdır. 2014-cü ildə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsində "Anamın tabutu" adlı pyeslə iştirak etmiş və 44 balla 7-ci yer olub. "Stokholm Sindromu" hekayəsilə "Ədəbi Azadlıq-2015" müsabiqəsində iştirak edib. Hazırda 150-ə yaxın hekayə, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir. === Əsərləri === ==== Müəllifi olduğu əsərlər ==== Şeytanın missiyası Üzü cəhənnəmə Buqələmun Ortaq şəhər (hekayələr kitabı) ALJİR Şükriyyə Taleyim ==== Tərcümə və şərhçisi olduğu əsərlər ==== Co Navarro / Marvin Karlins, Bədən dili Nevzat Tarhan, Qadın psixologiyası (Kadın psikolojisi) (nəşr edilməyib) == İstinadlar == == Həmçinin bax == Ceylan Mumoğlu == Xarici keçidlər == Rəsmi bloqu Ülviyyə Tahir — Instagram səhifəsi Ülviyyə Tahir — Azadlıq Radiosunun rəsmi saytında Ülviyyə Tahir.
Ülviyyə Şamilqızı
Ülviyyə Şamilqızı (Məmmədova) (d. 23 aprel, 1986, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. 24 yanvar, 2018, Həştərxan vilayəti, Rusiya) — Azərbaycan jurnalisti. == Həyatı == Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alsa da, əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. Gizir Şamil Məmmədov yaralı əsgərləri xilas etmək üçün həmin əraziyə doğru irəliləyib. Amma özü də yaralanaraq həmin ərazidə qalıb. Döyüş bölgəsində vəziyyətin ağır olduğunu görüb əsgərlərinin yanında qalır. Bu vaxt ermənilər hücuma keçib. Əsgərlərdən bir neçəsi yaralanıb. Yaralıların olduğu ərazi atəş altında saxlandığından yaralıları döyüş meydanından çıxarmaq mümkün olmayıb.
Ülviyyə Əlili
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. == Həyatı == Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. == Oynadığı rollar == Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.
Ülviyyə Əliyeva
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. == Həyatı == Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. == Oynadığı rollar == Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.
İnzibati ədliyyə
İnzibati ədalət — dövlət idarəetmə sistemində hüququn aliliyinə riayət olunmasına nəzarət edən ixtisaslaşmış orqanlar və ya xüsusi məhkəmələr sistemi. Dar mənada bir tərəfdən vətəndaş və ya təşkilatla digər tərəfdən dövlət orqanı arasında olan inzibati-hüquqi mübahisələrin həlli üçün xüsusi prosessual prosedurdur. Dünyanın bir çox ölkələrində belə bir sistem yaradılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Десницкий, Семён Ефимович. Представление об учреждении законодательной, судительной и наказательной власти в Российской империи.// Избранные произведения русских мыслителей второй половины XVIII века. М.,1952. -Т.1.- С.300-311. Куплеваский, Николай Осипович. Административная юстиция в Западной Европе. Харьков, Куплеваский, Николай Осипович.
Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960). == Həyatı == Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir. Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. 1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır.