Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəmriyyə
Xəmriyyə (ərəb. خمريات‎, fars. خمریه‎ — şərab poeziyası) - ərəbdilli və farsdilli ədəbiyyatda İslamın qadağan etdiyi şərabı mədh edən ədəbi hərəkatdır. == Həmçinin bax == Esat Ayyıldız, "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18/18 (Aralık 2020): 147-173.
Əmiriyyə
Əmiriyyə — İranın Simnan ostanının Damğan şəhristanının Əmiriyyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,541 nəfər və 455 ailədən ibarət idi.
Ərməniyyə
Ərməniyyə (ərəb. إمارة أرمينيا‎‎‎, translit. imārat Arminiya) — Əməvilər sülaləsi dövründəki inzibati bölgü üzrə Xilafət sistemindəki IV əmirlik (canişinlik). "Azərbaycan tarixi: ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər" kitabında qeyd olunur:Yeni ərəb inzibati-bölgü sisteminə görə Cənubi Qafqazda ərəb işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən “Ərminiyə” ərazisi vaxtilə Bizans imperatoru Yustinianın (527-565) “Qərbi Ermənistan”da həyata keçirdiyi inzibati islahata uyğun olaraq ənənəvi şəkildə I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünmüşdü. I və II Ərminiyə şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Aran adlandırdığı qədim Albaniya torpaqlarını özündə birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun civarları, eləcə də dağlıların yaşadıqları ərazi də daxil edilmişdi. Ermənistan özü isə III-IV Ərminiyə bölgüsünə aid idi.Bu ərazi Cənubi Qafqaz ölkələrini də əhatə edirdi. Mərkəzi Dəbil (Dvin) şəhəri idi; bu şəhərin xarabalıqları indiki Ermənistan ərazisindədir. Abbasilər sülaləsi dövründə III əmirlik olub və 789-cu ildən paytaxtı Bərdə idi. Ərəb müəllifləri (əl-İstəxri, ibn Havqəl, əl-Müqəddəsi və s.) çox vaxt Azərbaycan (indiki Cənubi Azərbaycan), Arran (indiki Azərbaycan Respublikası) və Ermənistanı (indiki Şərqi Türkiyə) bir inzibati vahiddə birləşdirərək Ərməniyyə və ya Azərbaycan adlandırırlar.
Əsbiyyə
Əsbiyyə və ya Əl-Asaba Tripolidən təqribən 120 km məsafədə, qərb dağı sayılan Nafusa dağının ətəklərində şəhər. == Tarixi == === Qısa Tarixi === Əl-Asaba kənd təsərrüfatı ilə məşhur olan Nafusa dağlarında (Qərbi Dağ) yerləşən, 2010-cu il siyahıyaalınmasında faktiki olaraq təxminən 27.600 nəfər məskunlaşan bir əhalisi olan bir bölgədir və Qaryan şəhərindən sonra bölgənin ən böyük şəhərlərindən biridir. 23 mart 1913-cü ildə Əl-Təvisin protektoratı olan Liviya mücahidləri və italyanlar arasında döyüş baş verdi və bu zərbə zamanı italyanlara ağır itki verildi.
Cəmmiyyə
Cəmmiyyə — İslamda tarixi şiə məzhəbi. 800-ci illər ətrafında aktiv olmuşlar. Cəmmilər Əlinin tanrı, Məhəmmədin isə onun elçisi olduğuna inanırdılar. Qrupun adı ərəbcə "dhamm" felindən gəlir, onu "qınamaq, mühakimə etmək" kimi tərcümə etmək olunur. Ehtimal olunurdu ki, Məhəmmədi Əliyə deyil, insanları ona tabe olmağa çağırmağa başladığına görə qınayırlar. == İnancları == inancları: Əlinin ilahiliyinə. Əlinin Məhəmmədi özünə peyğəmbər təyin etməsnə. Məhəmmədin insanları Əliyə yox, ona tabe olmağa çağırmağa başlaması. Bunun üçün Cəmmilər Məhəmmədi (s.a.v) şiddətlə tənqid etdilər. Cəmmilərdən bəziləri Əli deyil, Məhəmmədin Allah olduğuna inanırdılar.
Məğniyyə
Məğniyyə (ərəb. مغنية‎) — Əlcəzairin şimal-qərbində, Tlemsen vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Mərakeşlə sərhədə yaxın ərazidə, eyniadlı düzənlikdə, Tafina çayının qərbində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 363 metrdir. Məğniyyə ölkənin paytaxtı Əlcəzairdən təxminən 475 kilometr (295 mil) qərb-cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 114,634 nəfər idi.
Ədliyyə
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
İnzibati ədliyyə
İnzibati ədalət — dövlət idarəetmə sistemində hüququn aliliyinə riayət olunmasına nəzarət edən ixtisaslaşmış orqanlar və ya xüsusi məhkəmələr sistemi. Dar mənada bir tərəfdən vətəndaş və ya təşkilatla digər tərəfdən dövlət orqanı arasında olan inzibati-hüquqi mübahisələrin həlli üçün xüsusi prosessual prosedurdur. Dünyanın bir çox ölkələrində belə bir sistem yaradılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Десницкий, Семён Ефимович. Представление об учреждении законодательной, судительной и наказательной власти в Российской империи.// Избранные произведения русских мыслителей второй половины XVIII века. М.,1952. -Т.1.- С.300-311. Куплеваский, Николай Осипович. Административная юстиция в Западной Европе. Харьков, Куплеваский, Николай Осипович.
Şəmsiyyə Kərimova
Şəmsiyyə Kərimova (tam adı: Şəmsiyyə Musa qızı Kərimova; d. 24 noyabr 1955, Azərbaycan, Tovuz) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetinin həmtəsisçisi olduğu "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist. == Həyatı == Şəmsiyyə Kərimova 24 noyabr, 1955-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirmiş, elə həmin ildə Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə göndərilmiş və sürücü-mexaniklik kursunu oxumuşdur. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Azərbaycan Respublikası Komsomolun Mərkəzi Komitəsini onu Bərdə rayonuna göndərmişdir. Orada “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışmışdır. 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutmuşdur. Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında məktəbli olaraq tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə birgə açdığı “Jurnalist...
Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi (Azərbaycan)
Azərbaycan Ədliyyə Nazirliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı, bəşəri inkişafın yaratdığı mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin nəhəng Şərqdə təməli atıldı. Şərqdə yaranan bu ilk respublika həm də milli mədəniyyətimizin üzərində qurularaq, xalqımızın milli şüurunun inkişafını, milli varlığımızın qorunub saxlanmasını öz siyasətində prioritet məsələyə çevirdi. Xalq Cümhuriyyəti yarandığı ilk dövrdən dövlət mexanizmini sürətlə formalaşdırılmağa başladı. Cümhuriyyətin ilk parlamenti və hökuməti yaradıldı. Eyni zamanda, yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirə bildi. Bu istiqamətdə hökumətlə yanaşı, parlamentin gördüyü işlər dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə parlament tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə münasibətləri tənzimləyən, iqtisadiyyatın, mədəniyyətin, bütövlükdə cəmiyyətin inkişafını ehtiva edən 230-a yaxın qanun qəbul olundu. Hüquq sisteminin inkişafına verilən əhəmiyyətə görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu.
Azərbaycanın Ədliyyə Nazirləri
Azərbaycan ədliyyə nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi. Həmin vaxtdan başlayaraq Azərbaycanın ədliyyə nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) bu siyahıda göstərilib.
Ağbulaq-Həmdiyyə (Təbriz)
Ağbulaq-Həmdiyyə — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 31 km cənub-qərbdə, Miyanə-Marağa dəmir yol xəttinin 5 kilometrliyindədir.
Şərül-Əsmai-səmaniyyə
Şərhi-əsmayi-səmaniyyə və ümmül-əsma – Seyid Yəhya Bakuvinin yazdığı məsnəvilərdən biri. Məsnəvi 610 beytdən ibarətdir. Allahın həyat, elm, səmi (duyma), bəsər (görmə), qüdrət, kəlam, iradə, bəqa kimi ad və sifətlərin mənaları təsəvvüfi olaraq açıqlanır.
Ədliyyə Bakı FK
Ədliyyə Bakı FK — Bakıda futbol klubu. Ədliyyə futbol klubu Bakıda yaranmışdır. 2 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. 2011-ci ildə klub oyunların yarıdan çoxunu keçirmədi.Komandaya keçirmədiyi oyunlarda 3–0 hesabı ilə texniki məğlubiyyət verilirdi.Buna görə də klub fəaliyyətini dayandırdı.
Ədliyyə Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı, bəşəri inkişafın yaratdığı mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin nəhəng Şərqdə təməli atıldı. Şərqdə yaranan bu ilk respublika həm də milli mədəniyyətimizin üzərində qurularaq, xalqımızın milli şüurunun inkişafını, milli varlığımızın qorunub saxlanmasını öz siyasətində prioritet məsələyə çevirdi. Xalq Cümhuriyyəti yarandığı ilk dövrdən dövlət mexanizmini sürətlə formalaşdırılmağa başladı. Cümhuriyyətin ilk parlamenti və hökuməti yaradıldı. Eyni zamanda, yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirə bildi. Bu istiqamətdə hökumətlə yanaşı, parlamentin gördüyü işlər dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə parlament tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə münasibətləri tənzimləyən, iqtisadiyyatın, mədəniyyətin, bütövlükdə cəmiyyətin inkişafını ehtiva edən 230-a yaxın qanun qəbul olundu. Hüquq sisteminin inkişafına verilən əhəmiyyətə görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu.
Ədliyyə Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyi (qaz. Қазақстан Республикасының Әділет министрлігі) — öz səlahiyyətləri daxilində dövlətin fəaliyyətinə hüquqi dəstək verən, dövlət orqanlarının, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların işində qanunun aliliyini dəstəkləyən, hüquqlarının qorunmasını təmin edən Qazaxıstan Respublikasının mərkəzi icra orqanıdır. Qazaxıstan Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə Qazaxıstan Respublikası Hökumətinin 28 oktyabr 2004-cü il tarixli 1120 nömrəli qərarı ilə təsdiq edilmişdir.. == Tarixi == Qazaxıstan Respublikası Prezidentinin 22 yanvar 2001-ci il tarixli Fərmanına uyğun olaraq Qazaxıstan Respublikası Hökuməti 29 mart 2001-ci il tarixdə Fikri Mülkiyyət Hüquqları Komitəsini təsis etdi. Müəllif Hüquqları Komitəsinin səlahiyyətləri köçürülmüşdür. Buna görə Nazirlik haqqında Əsasnaməyə dəyişiklik edildi: Müəllif Hüquqları Komitəsi əvəzinə Əqli Mülkiyyət Hüquqları Komitəsi nazirliklər siyahısına daxil edildi. Qazaxıstan Respublikası Prezidentinin 22 yanvar 2001-ci il tarixli Fərmanına uyğun olaraq Qazaxıstan Respublikası Hökumətinin 14 aprel 2001-ci il tarixli qərarı ilə Nazirliyin Məhkəmə Qərarlarının İcrası Komitəsi dağıldı və onun Astana və Almatıdakı idarələri. Buna görə Nazirlik haqqında əsasnaməyə dəyişiklik edildi: Məhkəmə İcra Komitəsi Nazirliyin şöbələrinin sayından çıxarıldı. Nazirliyin əsas vəzifələri məhkəmə icraçılarının və icra məmurlarının təşkilati, kadr və maddi-texniki təminatı, habelə məhkəmə qərarlarının icrasıdır. Qazaxıstan Respublikası Hökumətinin 2 noyabr 2001-ci il tarixli Qərarı ilə fərqli bir formada lisenziyalaşdırma üçün Nazirliyin vəzifələri müəyyən edilmişdir: notariat və vəkillik fəaliyyətinin lisenziyalaşdırılması, məhkəmə ekspertizası və səlahiyyətlərinə aid bütün fəaliyyət növləri.
Ədliyyə Nazirliyi (İsrail)
Ədliyyə naziri (ivr. ‏מִשְׂרָד הַמִשְׁפָּטִים‏‎; ərəb. وزارة العدل‎) — İsrail məhkəmə sisteminə nəzarət edən İsrail hökumət nazirliyidir. İsrailin hazırkı ədliyyə naziri Avi Nissenkorn.
Ədliyyə naziri (İsrail)
Ədliyyə naziri (ivr. ‏מִשְׂרָד הַמִשְׁפָּטִים‏‎; ərəb. وزارة العدل‎) — İsrail məhkəmə sisteminə nəzarət edən İsrail hökumət nazirliyidir. İsrailin hazırkı ədliyyə naziri Avi Nissenkorn.
Ədliyyə Nazirliyi (Moldova)
Moldova Respublikasının Ədliyyə Nazirliyi (rum. Ministerul Justiției al Republicii Moldova) — Moldova hökumətinin on dörd nazirliyindən biridir. Hazırkı ədliyyə naziri Veronika Mixaylov-Morarudur.
Ədliyyə Nazirliyi (Vyetnam)
Ədliyyə Nazirliyi (vyet. Bộ Tư pháp) — Vyetnamda qanunların və qaydaların hazırlanması, onların həyata keçirilməsi, hüquqi normativ sənədlərin postresenziyası, inzibati prosedurlara nəzarət, hüquqi təbliğat və maarifləndirmə üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik. O, həmçinin, ölkə miqyasında mülki və inzibati məhkəmə qərarlarının icrasını, məhkəmə-inzibati fəaliyyətləri, məhkəmə işlərinin təmin edilməsini, dövlət kompensasiyasını, məhkəmə qərarlarının icrasını və digər ədalət mühakimə işlərini tənzimləyir, inzibati xətalara qarşı mübarizəyə dair qanun və qaydaların icrasına nəzarət edir.
Ədliyyə Nazirliyi (Gürcüstan)
საქართველოს იუსტიციის სამინისტრო - Gürcüstanın Ədliyyə Nazirliyi Gürcüstanda ədliyyə sisteminin fəaliyyəti tənzimləmək, prokurorlara nəzarət etmək, hüquq sistemini və ictimai asayişi qorumaq, həmçinin ictimaiyyəti qorumaq və Gürcüstanda hüquqi islahatlara başlamaq üçün məsul olan Gürcüstan Nazirlər Kabinetinin tərkibində olan dövlət qurumudur. Hal-hazırda nazirliyə Rati Breqadze rəhbərlik edir. == Tarix == Müstəqil Gürcüstan Respublikasının ilk Ədliyyə Nazirliyi Gürcü Milli Şurası 1918-ci il mayın 26-da Gürcüstanın Müstəqillik Qanununu qəbul etdikdən sonra yaradılmışdır; Bu qanun 1921-ci ildə Gürcüstan Sovet Rusiyasına birləşənə qədər fəaliyyət göstərib. 11 oktyabr 1918-ci il tarixli qanuna əsasən, Ədliyyə Nazirliyində qanunvericiliyin məcəllələşdirilməsini və “Qanunlar və hökumət qərarları toplusu”nun rəsmi nömrəsinin nəşrini öz üzərinə götürən Qanuniləşdirmə İdarəsi yaradıldı. 1991-ci ildə Gürcüstan müstəqillik əldə etdikdən sonra nazirlik yenidən yaradılıb. == Struktur və öhdəlik == Nazirliyə üç nazir müavini tərəfindən dəstəklənən nazir rəhbərlik edir. Nazirlik öz fəaliyyətini Prezidentin 7 noyabr 2008-ci il tarixli 541 nömrəli Fərmanına uyğun olaraq həyata keçirir. 2000-ci ilin yanvarından Ədliyyə Nazirliyi cəza sisteminin idarə edilməsi və təşkilati rəhbərliyi kimi ən mühüm səlahiyyətləri əldə etmişdir, dövlət və mülki sənədlərin funksiyaları (2004-cü ildə), Dövlət Arxivinə rəhbərlik edir (2004-cü ildə); Effektiv idarəetmə sisteminin, habelə ərazi məskunlaşma islahatı üzrə Dövlət Komissiyasının və işçi qruplarının fəaliyyətinin təşkilati təminatı (2006-cı ildə). Nazirliyin əsas vəzifələri milli və beynəlxalq məhkəmələr qarşısında dövlət maraqlarını qorumaq; aktiv tənzimləyici qanunlar üçün standartların müəyyən edilməsi; Gürcüstan qanunvericiliyini beynəlxalq qaydalara uyğunlaşdırmaq; Dövlət Reyestrinin yaradılması; miqrasiya və miqrasiya prosedurlarının tənzimlənməsi; Notariat rüsumlarının tənzimlənməsi, dövlət reyestr xidmətləri, əhalinin qeydiyyatı xidmətləri; dövlət arxivinin saxlanması; məhkəmə qərarlarının icrası; Avropa İnsan Hüquqları Məhkəməsində dövlətin təmsilçiliyinin təşkili.
Ədliyyə Nazirliyi (Rusiya)
Rusiya Federasiyasının Ədliyyə Nazirliyi (rus. Министе́рство юсти́ции Росси́йской Федера́ции, Миню́ст Росси́и) Rusiya Hökumətinin hüquq və cinayət sisteminə cavabdeh olan bir nazirliyidir. Ədliyyə Nazirliyi Rusiyada məhkəmələri və həbsxanaları idarə edən federal orqandır və iki tabeli federal icra hakimiyyəti orqanı: Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) və Federal Penitensiar Xidmət (FSIN) tərəfindən həyata keçirilir. Ədliyyə Nazirliyinin qərargahı Moskvanın Mərkəzi İnzibati Dairəsinin Yakimanka rayonunda, Jitnaya küçəsi 14 ünvanında yerləşir. Ədliyyə Nazirliyi Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə yaradılıb və onun adını dəyişdirərək Rusiya SFSR Ədliyyə Nazirliyi adlandırıb, lakin 1802-ci ildə yaradılmış Rusiya İmperiyasının Ədliyyə Nazirliyinin mirasını tələb edirdi. Konstantin Çuyçenko 21 yanvar 2020-ci ildən ədliyyə naziri vəzifəsində çalışır. == Funksiyaları == Rusiya Federasiyası Prezidentinin 13 oktyabr 2004-cü il tarixli Fərmanına (15 dekabr 2016-cı il tarixli dəyişikliklərlə) və digər normativ hüquqi aktlara uyğun olaraq, Ədliyyə Nazirliyi dövlət siyasətinin və tənzimləyici nəzarətin hazırlanması və həyata keçirilməsi ilə də məşğul olur. O, aşağıdakı sahələrdə hüquq-mühafizə vəzifələrini və nəzarət-nəzarət funksiyalarını yerinə yetirir: Cinayət hökmlərinin icrası (Federal Penitensiar Xidmət tərəfindən) Qeyri-kommersiya təşkilatları, o cümlədən beynəlxalq təşkilatların ofisləri və xarici qeyri-hökumət təşkilatları, ictimai birliklər, siyasi partiyalar və dini qurumlar haqqında məlumatların verilməsi və qeydiyyata alınması Hüquqşünas və notariat fəaliyyəti Vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatı Qanuniləşdirmə və Apostil Məhkəmələrin, məhkəmə icraatının və digər orqanların müəyyən edilmiş qaydasını təmin etmək Korrupsiyaya qarşı mübarizə (Rusiya Baş Prokurorluğunun köməyi ilə) Korrupsiyaya qarşı mübarizə sahəsində ekspertizaya malik qanun layihələri müstəqil ekspert kimi akkreditə olunmuş fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir. 16 noyabr 2010-cu il tarixinə 828 fiziki və 164 hüquqi şəxs müstəqil ekspert kimi akkreditasiyadan keçib. Rusiya Federasiyasının Ədliyyə Naziri və ya onun səlahiyyətli nazir müavinlərindən biri tərəfindən akkreditasiya haqqında qərar inzibati qaydada dərc edilmişdir.
Ədliyyə Nazirliyi (İran)
1906-cı ildə yaradılmış Ədliyyə Nazirliyi hökumət işlərinin təqibinə cavabdehdir. Yəni ədliyyə naziri ölkənin baş prokurorudur,lakin bunun İran İslam Respublikasının daxili işlər nazirinin səlahiyyətində olan polis və polis işi ilə heç bir əlaqəsi yoxdur. Nazirliyin qərargahı 1938-ci ildə açıldı və sırf Avropa memarlıq üslubunu əks etdirir. == Nazirlərin siyahısı == Nazirlər aşağıdakıları daxil etdilər: Nizam el Mulk (1906) Mirzə Əhməd xan Müşirəssəltənə (1906-1907) [1-ci rəsmi ədliyyə naziri] Abdolhusein Mirza Farmanfarma (1907) Mohammad Ali Khan Ala al-Saltaneh (1907) Seyyed Mahmood Khan 'Ala ul-Molk (1907) Mirza Hasan Khan Pirnia (Moshir ul-Dowleh) (1907) Nezam ul-Molk (1907) Mehdiqulu xan Hidayət (1907) Mohtasham ul-Saltaneh (1907) Mokhber ul-Molk (1907) Mehdi Qoli Khan Mokhber ul-Saltaneh (1907-1908) Mokhber ul-Saltaneh (1908) Mo'ayed ul-Saltaneh (1908) Mohtashem ul-Saltaneh (1908-1909) Əhməd Qəvam (1909-1910) Vosooq ul-Dowleh (1910) Mirza Hassan Khan Esfandiary (1910-1911) Mohammed- 'Ali Khan Zoka' al-Molk (1911-1912) Mirzə İsmayıl xan Mümtazəddövlə (1912) Məhəmmədəli Füruği (1913-1914) Mohammed- 'Ali Khan Zoka' al-Molk (1914-1915) Fat'hollah Khan Sardar Mansur (1915) Mohammed Ali Khan 'Ala' ul-Saltaneh (1915-1916) Mahmood Khan 'Ala' ul-Molk (1916) Seyyed Hasan Modarres (1916) Firuz mirzə Nüsrətəddövlə (1916-1917) Mirzə İsmayıl xan Mümtazəddövlə (1917) Nasr ul-Molk (1917) Mokhber ul-Saltaneh (1917-1918) Nasr ul-Molk (1918) Firuz mirzə Nüsrətəddövlə (1918-1920) Məhəmməd Müsəddiq (1920) Soleiman Khan (1920-1921) Salar Lashkar (1921) Mustafa Ədl (1921) Ebrahim 'Amid (1921-1922) Əbdülhüseyn xan Teymurtaş (1922) Moshar ul-Saltaneh (1922) Sardar Mo'azzam Khorasani (1922) Moshar ul-Saltaneh (1922-1923) Momtaz ul-Molk (1923) 'Amid ul-Saltaneh (1923) Ebrahim Khan Hakim ul-Molk (1923) Mo'azed ul-Saltaneh (1923-1925) Firuz Mirzə Nüsrətəddövlə (1925) 'Emad ul-Saltaneh Fatemi (1925-1926) Mohsen Sadr (1926) Mostafa Adl (1926-1927) Mirzə Həsən Xan Vüsuqəddövlə (1926-1927) Mirzə Ələkbər xan Davər (1926-1927) Əhməd Mətin-Dəftəri (1927-1933) Möhsün Sədr (1933-1935) Möhsün Sədr (1935-1940) Majid Ahi (1940-1941) Mohammed Soruri (1940-1941) 'Ali Hey'at (1940-1941) Majid Ahi (1941-1942) Abbas Qoli Golshaian (1941-1942) Majid Ahi (1942) Mohsen Sadr (1942) 'Ali Asghar Hekmat (1942) Asadullah Mameqani (1942-1943) Möhsün Sədr (1942-1943) Allah-Yar Saleh (1943-1944) Mostafa Adl (1944-1945) Allah-Yar Saleh (1945) Amanollah Ardalan (1945) Hasan'ali Kamal Hedayar (1945) Allah-Yar Saleh (1946) Ali Akbar Musavi Zadeh (1946-1947) Mohammed Soruri (1947-1948) Nezam ul-Saltaneh (1948) Abbas Qoli Golshaian (1948) Sajjadi (1948-1950) Mohammed 'Ali Buzari (1950-1951) Jamal Akhavi (1951) Ali Heyat (1951) Shamseddin Amir-Alaei (1951-1952) Abdolali Lotfi (1952-1953) Jamal Akhavi (1953-1955) Fakhr ul-Din Shadman (1953-1955) Abbas Quli Golshaian (1955-1957) Əli xan Əmini (1955-1957) Mohammad Ali Hedayati (1957-1961) Mohammad 'Ali Momtaz (1961) Husein Najafi (1961) Nour ul-Din Alamuti (1961-1962) Mohammad Baheri (1962-1964) Gholamhusein Khoshbin (1962-1964) Baqer Amali (1964-1966) Javad Sadr (1967-1968) Manuchehr Parto (1968-1970) Sadeq Ahmadi (1972-1976) Mundhir al-Shawi (1976) Qolam Reza Kianpur (1977-1978) Mohammed Baheri (1978) Husein Najafi (1978-1979) Yahya Sadeq Vaziri (1979) Asadollah Mobasheri (1979) Ahmad Sayyed Javadi (1979) Judicial Council under observation of Məhəmməd Behişti (1979-1980) Ebrahim Ahadi (1980-1981) Mohammad Asghari (1981-1984) Hassan Habibi (1984-1989) Esmail Shooshtari (1989-2005) Jamal Karimi-Rad (2005-2006) Gholam-Hossein Elham (2006-2009) Morteza Bakhtiari (2009-2013) Mostafa Pourmohammadi (2013-2017) Alireza Avayi (2017–2021) Amin Hossein Rahimi (2021–present) == Həmçinin bax == Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi (İran) Kəşfiyyat Nazirliyi (İran) İran Siyasəti == Tövsiyələr == == Xarici keçidlər == Vikianbarda Ədliyyə Nazirliyi (İran) ilə əlaqəli mediafayllar var.
Zeynalabdin Elmiyyə
Zeynalabdin Elmiyyə — Təbrizli tacir və çap sənayesinin qabaqcıllarındandır.O, Elmiyyə daş mətbəəsinin banisidir. Zeynalabdin Elmiyyə,Mirzə Zeynalabdin Təbrizinin nəvəsidir.