Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alaqur
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala. Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. == İstinadlar == == Ədəbiyyat == Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть) Səidəli Kazibekov.
Balagir (Üşnəviyyə)
Balagir (fars. بالاگير‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (78 ailə).
Balaqer (kommuna)
Balaqer (fr. Balaguères) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09035. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 195 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 105 nəfərin (15-64 yaş arasında) 78 nəfəri iqtisadi cəhətdən, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,3%, 1999-cu ildə bu 61.9%). Fəal olan 78 nəfərdən 74 nəfər (42 kişi və 32 qadın) işləyir, 4 nəfər işsizdir (2 kişi və 2 qadın). 27 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Babacur
Babacur - İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. == Tarixi == 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Toponimi == Mənbədə kəndin adı Baba Cələcur kimidir Mənbədə kəndin həm də "Məhəmməd kəndi" adlandığı qeyd olunur (yenə orada). Toponim Baba (ehtimal ki, şəxs adı) və mənası məlum olmayan "Cələcur" sözündən ibarətdir.
Babaqum
Babaqum — Şamaxı rayonunda dağ; Babaqum — Əli Bayramlı rayonunda Ləngəbiz silsiləsinin cənub-şərq hissəsində ucqar zirvə.
Bahadur
Bahadur (dağ) — İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Balakuh
Balakürd
Balakürd — Azərbaycan Respublikasının Goranboy rayonunun Balakürd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Balakürd kəndi Qarabağ düzündədir. Etnotoponimdir. "Kiçik Kürd kəndi" deməkdir == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1874 nəfər əhali yaşayır.
Balamir
Balamir (?-378) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Balamir (Balambər), adı bilinən ilk Qərb Hun Türk hökmdarıdır (IV yüzilın ikinci yarısı). Balamir, Oğuzların atasıdır. Adı "Balam-ber" yəni oğul verən (Oğul törədən) anlamına gəlir. Çiçi yabqunun dokuzuncu, Mete xaqanın 15-ci göbəkdən nəvəsi, Hun xaqanı, Hayluntur tayfasının da rəis idi. Şimal Hun dövlətinin yıxılmasının ardından dağılan və qərbə çəkilən hunlar, Ural və İdil çayları arasına yerləşmişdilər. Ardından hunlar, bu bölgədəki Türk boylarını itaətləri altına almışdır. IV yüzilın ortalarında Aral gölü ilə Xəzər dənizinin şimalındaki Alan ölkəsini ələ keçirdikdən sonra, 374-cü ildə Balamir xan başçılığında İdil çayı yaxalarında görünmüşlər, Qaradənizin şimalındakı düzənliklərdə yaşayan Ostroqotları və Viziqotları yenilgiyə uğratmışdılar. 375-ci ildə ostroqotlar və viziqotlar, hunların hücumlarından dolayı qərbə doğru yönəlmişdilər. Beləcə "Tayfalar köçü" başlamışdır.
Balağay
Balağay - Yuxarı Qarabağın Arasbar nahiyəsində kənd adı. == Həmçinin bax == Arasbar == Ədəbiyyat == Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994. Ələkbərli Ə. Qədim türk-oğuz yurdu. Bakı, 1994.
Balaşum
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. == Coğrafiyası == Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. == Adının mənası == Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. == Ədəbi əsərlərdə == Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Ballabur
Ballabur — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.Lənkəran çayının yuxarı axarında Bəlləbur dağının ətəyindədir.Dağın başında orta əsrlərə aid Bəlləbur qalasının xarabalıqları qalmaqdadır.Kənd və təqribən 1 ha sahəni əhatə edən qala öz adını eyniadlı dağdan almışdır.
Alagir
Alagir (oset. Алагир ) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi. 19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi.
Bulqur
Bulqur — Buğda yarması ilə hazırlanan Anadolu yeməyidir. Taxıl yemək qrupuna aiddir. Bulqur mühüm və ekonomik karbonhidrat yağıdır. == Hazırlanması == Bulqurun əsas inqridenti olan buğda, yeməyin ən mühüm əlamətidir. Çünki buğdanın tərkibində kəpək, çinqo, maqnezium, xrom, selenium var. B12-dən başqa bütün B vitamini maddələridə vardır. == Xüsusiyyəti == Bulqur insanın qanında olan yağları məhv edir. Karbonhidrat dəyəri yüksək, proteyn dəyəri azdır. Bulqurda olan B1 vitamini, sinir və həzm sistemində böyük rol oynayır. Uşaq və hamilə qadınlar üçün çox faydalı qidadır.
Bahadur (Bostanabad)
Bahadur (fars. بهادر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (8 ailə).
Bahadur (ad)
Bahadur — Azərbaycanda çox işlədilən ad və təxəllüs. Bahadur Əliyev — Aktyor. Film səsləndirən. Mətn oxuyan. Bahadur Eyvazov — tibb elmləri doktoru (1936), professor (1940) Bahadur Həziyev Bahadur Həziyev (idmançı, 1926) Bahadur Həziyev (idmançı, 1971) Bahadur Hüseynov — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. Bağatur xaqan — Tardu xaqanın oğlu, Göytürk xaqanı. Bahadur Baxşıyev — rentgenoloq-radioloq.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Bahadur Abbasov
== Siyahı ==
Bahadur Abdullayev
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Bahadur Hüseynov
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. == Həyatı == Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür. 1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir. Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır.
Bahadur Həziyev
Bahadur Salam oğlu Həziyev (d.1926) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi. Bahadur Bahadur oğlu Həziyev (d.1971) — Əməkdar məşqçi, İdman ustası, Azərbaycan çempionu.
Bahadur Mehralıoğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahadur Nəcəfov
Nəcəfov Bahadur Teymur oglu (d.1933, Laçın rayonu, Pircahan-v.12 noyabr, 2000, Bakı) — tədqiqatçı pedaqoq. == Həyatı == Nəcəfov Bahadur Teymur oglu 1933-cü ildə Laçın rayonunun Pircahan kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. İlk pedoqoji təhsilini 1950–1951-ci illərdə Laçın Pedoqoji məktəbində başlamışdır. Pedoqoji məktəbi qurtardıqdan sonra 18 yaşında ikən müəllimlik peşəsində ilk kövrək addımlarını atmışdır. 1952–1956 cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (Azərbaycan Dövlət Pedoqoji Universiteti) təhsilini davam etdirmişdir. İnstitutu bitirdikden sonra Bahadur müəllimin pedoqoji əmək fəaliyyəti Azərbaycanın ən ucqar dağ kəndlərindən başlayıb. Bu Laçın rayonunun Hacıxanlı, Kürdhacı, Vağazin, Pircahan, Zabux və s.kəndlərini əhatə edir. Nəcəfov Bahadur Teymur oğlu doğulduğu Laçın rayonu Pircahan kəndinin ilk ali təhsilli ziyalılarındandır. O, dərs-tədris işləri ilə bərabər həm də elmi-pedoqoji fəaliyyətini də davam etdirib. Minimum imtahanlarını müvəfəqiyyətlə verərək aspiranturaya qəbul olur.
Bahadur Tağıyev
Bahadur Hüseyn oğlu Tağıyev (13 mart 1934, Türkoba, Masallı rayonu – 7 yanvar 2020, Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2014), Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri. == Həyatı == Bahadur Tağıyev 13 mart 1934-cü ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirmişdir. O, 1965-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1984-cü ildə isə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Rusiya Elmlər Akademiyasının lümenessensiya şurasının üzvü olmuşdur. Bahadur Tağıyev əmək fəaliyyətinə 1959-cu ildə başlayamışdır. O, AEA Fizika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri işləmişdir. Sonralar isə bu institutun baş elmi işçisi olmuşdur. B.Tağıyev 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə burada Fizika kafedrasının müdiri və Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun (ETNAPİ) direktoru vəzifəsində işləmişdir. Bahadur Tağıyev 7 yanvar 2020-ci ildə vəfat etmişdir.