Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə. Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.
Balba
Baldr
Baldr — German-skandinav mifologiyasında asarlar nəslindən olan bahar və işıq tanrısıdır. Rəvayətə görə Baldr Odin və Friqqin oğludur. Onun zahiri kimi ruhu da çox gözəldir və ətrafa nur çiləyir. Baldr asarların içərisində ən işıqlısıdır və onun gəlişi ilə torpaqdan həyat canlanır və hərtərəf əlvanlaşır. Baldrın arvadı Nannadan olan oğlanları Forset bir gün ölümdən xəbər verən qorxulu röya görür. Narahat olan Odin səkküzayaqlı atını — Sleypniri minib ölülər dünyasına gəlir. Burada caudugar qarı ona xəbər verir ki, Baldr öz kor qardaşı Hödr tərəfindən öldürüləcəkdir. Bu xəbərdən kədərlənmiş Odin əlacsız Asqarda dönür və arvadı Friqqə nəql edir. Friqq Baldrı xilas etmək üçün bir çarə tapır. Belə ki o, hər bir dəmirdən, daş və qayadan, bitkidən, heyvandan, quşdan vəd alır ki, heç kim Baldra xətər yetirməyəcəkdir.
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.
Balva
Banda
Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi. Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir. Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş Posse və Yardi, afroamerikalılardan ibarət Krips və Bludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri. == Mənası == Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster" sözü ilə eyniköklü sözdür. Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər. == Tarixi == Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasitəsilə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Baldza
Baldza ( yun. Μπάλτζα) və ya Sivri Təpə — Yunanıstanda Qalikosun sol sahilində, Oreokastron və Salonikidən şimalda, Pikrolimni gölünün cənub-şərqində alçaq silsilələr. Ən yüksək zirvəsi Baldzadır, dəniz səviyyəsindən 561 m hündürlükdədir. == İstinadlar == == Xarici keçidlər == "εργασία: Νεοχωρούδα Θεσσαλονίκης". 2012-01-11 tarixində arxivləşdirilib. Το σύγχρονο Ωραιόκαστρο, Δρ.
Bada
Bada (kor. 바다 — dəniz) — sensor ekranlı mobil telefonlar üçün platformadır. Samsung Electronics şirkəti tərəfindən SHP (Samsung Hand-Held Platform) platformasının üzərində davamı kimi hazırlanıb. == Tarix == İlk versiyası 10 noyabr 2009-cu ildə anons edilmişdir. Platformanın 1.0 versiyası və ilk bada-telefonu(badafon) Samsung Wave S8500 14 fevral 2010-cu ildə Barselonada təqdim olunmuşdur. 2010-cu ilin may ayında isə Samsung Wave S8500-in satışı başlanmışdır. Həmçinin bada SDK/IDE proqramm təminatının yaradılması üçün ilk alətlər vasitəsi istifadəyə verilmişdir. 15 fevral 2011-ci ildə bada 2.0 alfa versiyası nümayiş olundu. == Təsvir == bada bağlı tipli platformadı, hansında ki istehsalçının SDK-sını istifadə etməklə, yalnız bu platformada işləyən programlar yaratmaq mümkündür. bada çoxsəviyyəli arxitekturaya malikdir.
Bala
Bala — hansısa bioloji növün yetkinlik yaşına çatmayan nümayəndəsi.
Al Bayda
Əl-Bayda (ərəb. البيضاء‎) — Liviyanın şimal-şərqində şəhər. Əl-Cəbəl əl-Əxdar rayonunun mərkəzi və Liviyanın ikinci böyük şəhəri. Əhalisi təxminən 250,000 nəfərdir (2010). Əl-Bayda Liviyanın ən böyük dördüncü şəhəridir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Əl-Bayda ilə əlaqəli mediafayllar var.
Banda dənizi
Banda dənizi (ing. Banda Sea) — Sakit okeanının qərbində, Malay arxipelaqında yerləşən adalar arasında yerləşir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimalda Buru və Seram, cənub-qərbdə Timor, şərqdə Tanimbar və Aru adaları arasında yerləşir. Dənizin sahəsi 714,000 km², şimaldan cənuba eni 500 km, şərqdən qərbə uzunluğu 1000 km, ən dərin yeri 7440 m təşkil edir. Dəniz mərcan rifləri ilə zəngindir. Əsas limanı Ambondur. == Ədəbiyyat == Tomascik, Tomas. The Ecology of the Indonesian Seas. Oxford: Oxford University Press, 1998.
Banda gölü
Vanda gölü — Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir.
Cakoma Balla
Cakoma Balla (18 iyul 1871[…], Turin – 1 mart 1958[…], Roma) — italyan rəssam, heykəltaraş, şair. Futurzim janrının yaradıcılarından və öncüllərindən biridir. Rəsm əsərlərində işıq, hərəkət və sürət anlayışlarının görüntüsünü təsvir etməyə çalışmışdır.
Marta Baldo
Marta Baldo (8 aprel 1979) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Marta Baldo İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Meya Banda
Meya Banda (5 iyul 1991-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Monte Baldo
Monte Baldo— İtaliya Alplarında dağ silsiləsi, Trento və Verona əyalətlərində yerləşir. Monte Baldo dağları cənubdan Kaprino Veroneseda qurtaran hündür ərazilər, qərbdən Qarda gölü, şimaldan Roveretonun Naqo-Torbole qovuşduğu və şərqdən Val Adige ilə sərhədlənir. Dağın adı Alman Wald ("meşə") adından götürülmüşdür. Bu 1163-cü ildə Alman xəritəsində ilk dəfə görünür. Sülh Yolu (Peace Trail, italyan dilində Sentiero della Pace ) şimali İtaliyadakı ən əhəmiyyətli yollardan biridir və silsilə üzərindən keçir. Dağdan Malcesine şəhərinin yaxınlığında yerləşən Qarda gölü sahilinə kanat vasitəsilə çatmaq olur. == Morfologiyası == Baldo dağları qərbdən göl və şərqə Val d'Adige arasındakı 40 km məsafədə, Qarda gölünə paralel coğrafi baxımdan oxşar silsilələrlə xarakterizə olunur və cənubda Kaprino düzənliyi və Şimali Loppio vadisi ilə sərhədlənir. Baldo dağlarının maksimal hündürlüyü Cima Valdrittada 2218 metr yüksəklində və Qarda gölü sahilində isə minimal hündürlüyü 65 metr yüksəklikdədir. Dağın digər görkəmli zirvələrini Monte Altissimo di Nago (2079 m), Cima del Longino (2180 m), Cima delle Pozzette (2132 m) və Punta Telegrafo (2,200 m) təşkil edir.
Nijnyaya Salda
Nijnyaya Salda — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Salda gölü
Salda gölü (türk. Salda Gölü) ― Türkiyənin Burdur ili Yeşilova ilçəsində, ilçə mərkəzindən 4 km məsafədə, meşəli təpələr, qayalı ərazi və kiçik allüvial düzənliklərlə əhatə olunan bir az duzlu karst gölü. Gölun yerləşdiri bölgə axını olmayan qapalı bir hövzəyə malikdir. Sahəsi təxminən 44 km²-dir. 184 metrə qədər dərinliyi ilə Türkiyənin ən dərin 3-cü gölüdür. Göldə əmələ gələn hidromaqnezit mineralı “bioloji minerallaşma”-nın ən gözəl və müvafiq nümunələrindən biridir. Türkiyə Prezidentin 3 mart 2019-cu il tarixli və 824 nömrəli qərarı ilə Salda gölü xüsusi qorunma sahəsi olaraq elan edilir. 15 mart 2013-cü il tarixində rəsmi qəzetdə 30715 nömrəli elan dərc edilir. == İqlimi == Salda gölü və ətrafındakı yerlərdə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta temperatur 15 ° C-dir.
Susan Banda
Susan Banda (1 iyun 1995-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Red Ərrous FK klubunda çıxış edir.
Verxnyaya Salda
Verxnyaya Salda — Rusiya Federasiyasında şəhər. Sverdlovsk vilayətində yerləşir.
Şaroşkalı balta
Qazma baltası — yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir. == Təsnifatı == Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli. Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.
Əl-Bayda
Əl-Bayda (ərəb. البيضاء‎) — Liviyanın şimal-şərqində şəhər. Əl-Cəbəl əl-Əxdar rayonunun mərkəzi və Liviyanın ikinci böyük şəhəri. Əhalisi təxminən 250,000 nəfərdir (2010). Əl-Bayda Liviyanın ən böyük dördüncü şəhəridir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Əl-Bayda ilə əlaqəli mediafayllar var.
Alexandro Balde
Alexandro Balde (18 oktyabr 2003, Barselona) — ispaniyalı futbolçu, sol cinah müdafiəçisi. İspaniya milli komandasının və Barselona FK-nın oyunçusu.
Bala İsgəndərov
Bala İsgəndərov (tam adı: Bala Ağa-Hüseyn oğlu İsgəndərov; 21 dekabr 1936, Bakı – 9 avqust 2012) — fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == Bala Ağa-Hüseyn oğlu İsgəndərov 1936-cı il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhəri 17 saylı orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin (ADU) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə təhsilini davam etdirmək üçün SSRİ Ali Təhsil Nazirliyinin əmri ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) mexanika-riyaziyyat fakültəsinə köçürülmüşdür. B.A.İsgəndərov 1961-ci ildə bu fakültəni bitirmiş, həmin il ADU-nun aspiranturasına daxil olmuş və MDU-ya ezam olunmuşdur. O, professor A.Q.Kostyuçenko və professor M.V.Fedoryukun rəhbərliyi altında namizədlik dissertasiyası yazmışdır. == Elmi və pedoqoji failiyyəti == 1964-cü ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) işləyir. Otuz ildən artıqdır ki, həmin institutun “Diferensial tənliklər” şöbəsinin müdiridir. 1967-ci ildə B.A.İsgəndərov AMEA-nın RMİ-da “Petrovskiyə görə korrekt tənliklər və sistem tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu işdə o, Petrovskiyə görə korrekt tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində azalması üçün kafi vermiş və məsələnin həllinin azalma sürətini dəyişənlərin fəza ölçüsündən asılı olaraq təyin etmişdir.