Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Accipiter virgatus besra
Kiçik bildirçinçalan (lat. Accipiter virgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Behraz
Behraz (fars. بهراز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 685 nəfər yaşayır (235 ailə).
Beslan
Beslan (rus. Бесла́н) — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən şəhər. 2010-cu ilə olan məlumata əsasən şəhərdə 36 min nəfərə yaxın əhali yaşayır. Şimali Osetiyanın önəmli mərkəzlərindən olan şəhərin etnik tərkibi müxtəlifdir. Belə ki, Beslan əhalisinin 81.78% osetinlərdən ; 13.51% isə ruslardan ibarətdir.
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Beşdam
Beşdam — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Beşdam kəndi Zarat kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Beşdam kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 511 nəfərdir.
Beşdaş
Beşdaş (Qərcimədaş) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyun. == Oyunun quruluşu == Bu oyunu iki və ya dörd uşaq oynayır. Hər uşaq beş balaca daş hazırlayır. Qurrə (çöp) atıb oyuna başlayırlar. Oyuna başlayan daşın birini əlində saxlamalıdır ki, buna saqqa deyərlər. Saqqanı göyə tullayıb ovucunun içində olan daşları yerə tökməli, saqqanı göydə tutmalıdır. Əvvəl saqqanı yuxarı tullamaqla daşları bir-bir ovucuna yığmalıdır. Əsas şərt ondan ibarətdir ki, daş götürülərkən nə başqa daşa dəyməli, nə də saqqa yerə düşməlidir. İki əllə götürmək və saqqanı tutmaq olmaz. Daşları bir-bir götürüb qurtarandan sonra yerə tökməli, yuxarıdakı şərtlərə əməl etmədən daşlərı yerdən iki-iki, sonra üçünü birdən, birini tək, sonra dördünü də birdən götürməlidir.
Beştau
Pyatiqorsk — (türk dillərində - Beş dağ) - Rusiya Federasiyasında yerləşən şəhər Stavropol diyarına daxildir == Tarixi == Müasir Pyatiqorsk Stavripol ölkəsində məşhur kurort şəhəridir; Kuma çayınin qolları üzərində, Maşukun ətəklərində yerləşir. Şəhərin bugünkü adı Pyatiqorsk onun əsil adı olan Beş dağ toponiminin rus dilinə tərcüməsi ilə meydana gəlmişdir. Belə ki, məntəqənin öz adını götürdüyü Beştau (hünd. 1402 m.) dağ silsiləsi Maşuk, Keçəl dağ, Kızıl Kurqan, Yutsa və Beş tau dağlarından ibarətdir. 1334-cü ildə bu ərazilərdə olmuş ərəb səyyahı İbn Bəttutə "Biş daq" deyə müasir Pyatiqorsk yerləşən qədim məntəqədən bəhs edir. Rusların XVI əsrdə Qafqazla ilk tanışlığında Beş Daq onların da diqqətini cəlb etmişdir. Hələ 1627-ci ildə tərtib olunmuş Böyük Çertyoj kitabında Beş Dağ ərazilərində müalicəvi isti suların oldu]u göstərilir.1. Pyatiqorskın kurort şəhəri kimi tarixi isə 1803-cü ildə başlayır. 1773-cü ildə rus alimi Qoldenştedt "icti dağ" adlandırdığı Maşuk dağının yamaclarındakı müalicəvi isti kükürdlü suları tədqiq edir. 1774-cü ildə Küçük Qaynarca sülhü şərtlərinə görə Kabarda ölkəsi (Kabarday) Beş Dağ diyarı ilə birlikdə Rusiyaya verildi.2.
Bəhram
Bəhram, bəzən Bəhrəm — Kişi adı. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Atabəyli — “Tərəqqi” medalı ilə təltif olunmuş diaspor nümayəndəsi Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor I Bəhram — Sasani dövlətinin dördüncü hökmdarı II Bəhram — Sasani dövlətinin şahı.
Bəlbay
Bəlbay — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Balbau Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. BəŞərü çayının sahilində, Peştəsər silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Balbou, Balbo kimi tələffüz edilir və Talış dilində "kicik qardaş" mənasında olması ehtimal edilir. 1917-ci ildə Balabur variantında qeydə alınmışdır. Dialektlərimizdə balbır suya batmamaq üçün tora bağlanan taxtalara deyilir. Güman etmək olar ki, kəndin adı balıqçılıqla bağlı yaranmışdır. == Etimologiyası == Kəndin adı Balabəy şəxs adınının təhrifidir.
Bəstam
Bəstam — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,382 nəfər və 1,997 ailədən ibarət idi.
Bəşşar
Bəşşar (ərəb. بشّار‎) — ərəb mənşəli ad.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Büsra
Büsra (ərəb. بصرى‎) — Suriyanın cənubində yerləşən şəhər.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Biskay körfəzi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. == Əsas şəhərlər == Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Bəhram Məmmədli
Bəhram İdris oğlu Məmmədli (5 yanvar 1946, Qaryagin rayonu – 2 dekabr 2019, Bakı) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti. == Həyatı == Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində dövlət qulluqçusu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi. == Təhsili və karyerası == 1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş,1961–1965-ci illərdə Ü. Hacıbəyov adına Ağdam musiqi texnikumunda təhsil almış, 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin direktoru işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda "Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə" mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 1994–2002-ci illərdə Naxçıvan Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmiş, 2003-cü ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Bəhram Çubin
Bəhram Çubin (VI əsr, Rey və ya Sasanilər dövləti – 592, Yeni Mərgilan və ya Qərbi Göytürk xaqanlığı) — Mihrani sülaləsinə mənsub Sasani sərkərdəsi və İran imperatoru (590 591). == Həyatı == Bəhram Çubin Bizansla mübarizəyə başçılıq etmiş, Orta Asiyadan İrana hücum edən Göytürk imperiyasının ordusunu məğlub edəndən sonra IV Hürmüzdü (579–590) taxtdan salmış və özünü şahənşah elan etmişdi. Lakin II Xosrov Pərviz Bizans qoşunlarının köməyi ilə Bəhram Çubinə qalib gəlmişdi (591). Bəhram Çubin türk xaqanının yanına getmiş və çox keçmədən orada öldürülmüşdür.
Bəhram Çələbi
Bəhram Çələbi — Azərbaycan yazıçısı. == Həyatı == Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər Şəki Şahmat Məktəbinin direktoru işləmişdir. == Yaradıcılığı == İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır. 1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib. Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb.
Bəhram İbrahimov
Bəhram İbrahimov (tam adı: İbrahimov Bəhram Məhəmməd oğlu; d. (1930-2016), Füzuli rayonu, Böyük Bəhmənli kəndi, Azərbaycan SSR, SSRİ— jurnalist, “İnşaatçı” qəzetinin şöbə müdiri (1949-2006), “İnkişaf” qəzetinin redaktoru (2006-2016), Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri, “Qızıl Qələm” mükafatı laureatı, “Nurlu Qələm” və “Ustad Qələm Sahibi” == Həyatı == İbrahimov Bəhram Məhəmməd oğlu 1930-cu ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunu fransız dili mütəxəssisi kimi bitirmişdir. Sonralar Jurnalist Sənətkarlığı institutunu qutarmış, Moskvadakı V.İ. Lenin adına Hərbi Siyasi Akademiyanın, habelə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun kadrların təkmilləşdirilməsi kursunun müdavimi olmuşdur. Əmək fəaliyyətinə Füzuli rayonunda müəllim kimi başlamış, Sənaye Tikintisi Nazirliyinin fəhlə yataqxanasında tərbiyəçi kimi fəaliyyət göstərmişdir. Mətbuatda 1949-cu ildən fasiləsiz çıxış etmiş, ölkə tikinti kompleksinin bütün sahələrini işıqlandıran sanballı və dəyərli yazılar dərc etdirmiş, ən mühüm buraxılış obyektlərindən maraqlı səhifələr hazırlamışdır. 40 ildən artıq “İnşaatçı” qəzetində şöbə müdüri işləmişdir. O, “İnşaatçı”nı quran, zamanın keşməkeşlərindən üzüağ, qalib çıxmasına yardım edən insanlardan, prinsipial jurnalistlərdən idi. 2006-cı ildən Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) orqanı olan “İnkişaf” qəzetinin redaktoru, Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri olmuşdur. Bəhram müəllim tək öz ömrünü deyil, yüzlərlə insanın tale yükünü daşıyan el ağsaqqalı, çoxlarının qaranlıq yoluna işıq salan ziyalı və əsl azərbaycanlı idi.
Bəhram Əfşar
Bəhram Əfşar və ya Qasım Əfşar (5 noyabr 1951, Tehran – 16 may 2018, Tehran) — İran televiziyasının xəbər ankeri. == Həyatı == Tehran şəhərində dünyaya gəlib.
Bəhram Əfəndiyev
Bəhram Tofiq oğlu Əfəndiyev (25 avqust 1910 – 3 avqust 1967) — teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). == Həyatı == Bəhram Əfəndiyev 1910-cu ildə ildə Tiflis quberniyasının Ahalkələki qəzasında doğulmuşdur. 1927–1931-ci illərdə Bakı Rəssamlıq Məktəbində dekorçu rəssam ixtisasına yiyələnib. 1929–1932-ci illərdə Akademik Milli Dram Teatrında təcrübəçi-rəssam kimi çalışıb. 1932-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul olunub və burada yarım il oxuduqdan sonra səhhəti ilə başlı təhsilini yarımçıq qoyub. 1933-cü ildə Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında, 1934–1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Dram Teatrında rəssam işləyib. 1944–1945-ci illərdə Qazax Dövlət Dram Teatrının direktoru, 1945–1948-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam və quruluş hissə müdiri, 1948–1949-cu illərdə Göyçay Dövlət Dram Teatrında quruluşçu rəssam, 1950–1956-cı illərdə Göyçay sənət artelində texniki rəhbət, 1934–1944 və 1956–1967-ci illərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib. 14 dekabr 1961-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Bəhram Əliyev
Bəhrəm Əliyev (meliorator) — meliorator. Bəhram Əliyev (solist) — solist. Bəhram Əliyev (riyaziyyatçı) — riyaziyyatçı.
Bəhram Əsgərov
Bəhram Mehrəli oğlu Əsgərov (5 oktyabr 1933, Tovuz rayonu – 12 mart 2014, Bakı) — fizika–riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universiteti bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. == Həyatı == Bəhram Əsgərov 5 oktyabr 1933-cü ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. 1952 −1957-ci illərdə Azərbaycan Dövlət Universiteti fizika fakültəsində təhsil alır. 1962-ci ildə Leninqrad şəhərində "Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1968-ci ildə dosent elmi adı almışdır. 1971-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsində "Bərk cisimlər fizikası" kafedrası yaratmış və ömrünün sonunadək onunun müdiri işləmişdir. 1960–1966-cı illər Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutu elmi işçisi. 1966 – 1971-ci illər Bakı Dövlət Universiteti "Molekulyar fizika" kafedrasının dosenti işləmişdir. 1971-ci ildə yenidən Leninqrad şəhərində "Yarımkeçiricilərdə kinetik effektlər" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin professoru seçilir.