Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qacet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. == Xüsusiyyətləri == Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Qadjet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. == Xüsusiyyətləri == Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Qamet
Qametlər (qədim yunan dilindən ετήαμετή - "evlənmək" ) — cinsi olaraq çoxalan orqanizmlərdə mayalanma zamanı başqa bir haploid hüceyrə ilə birləşən bir haploid hüceyrə. Qametlər, bədənin reproduktiv hüceyrələri də adlandırılan cinsiyyət hüceyrələridir. Morfoloji cəhətdən fərqli iki növ cinsiyyət hüceyrəsi istehsal edən və hər bir fərdin yalnız bir növ istehsal etdiyi növlərdə, qadın yumurta adlanan daha böyük bir cinsiyyət hüceyrəsi istehsal edən hər hansı bir fərddir və kişi daha kiçik bir tip meydana gətirir. Sperma və ya sperma hüceyrələri hüceyrənin hərəkət etməsinə imkan verən quyruq şəklində bir quruluş olan flaqellum sayəsində kiçik və hərəkətlidir. Buna qarşı hər yumurta və ya yumurta hüceyrəsi nisbətən böyük və hərəkətsizdir. Qısacası, bir hüceyrə bir yumurta (qadın hüceyrəsi) və ya sperma hüceyrəsidir (kişi hüceyrəsi). Heyvanlarda yumurta dişilərin yumurtalıqlarında, kişilərin testislərində isə sperma yetişir. Mayalanma zamanı zamanı sperma və yumurta birləşərək yeni bir diploid orqanizm əmələ gətirir . Qametlər bir fərdin genetik məlumatlarının yarısını, hər növün bir dənə ağırlığını daşıyır və cücərmə hüceyrəsinin iki bölünməyə məruz qaldığı və dörd hüceyrənin əmələ gəlməsi ilə nəticələnən meyoz yolu ilə yaranır . Biologiyada istehsal olunan qamet növü cinslərini təyin edir.
Qamət (Urmiya)
Qamət (fars. قامت‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (20 ailə).
Qamət Qurbanov
Qamət Şəmşir oğlu Qurbanov (25 iyul 2001; Keşdiməz, Ağsu rayonu — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qamət Qurbanov 2001-ci il iyulun 25-də Ağsu rayonunun Keşdiməz kəndində anadan olub. 2008–2019-cu illərdə Keşdiməz kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qamət Qurbanov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qamət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Qamət Qurbanov sentyabrın 29-da Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağsu rayonunun Keşdiməz kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qamət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qaret Beyl
Qaret Beyl (16 iyul 1989[…], Kardiff) — sağ cinah mövqeyində oynamış keçmiş Uels milli futbolçusu. 9 yanvar 2023-cü ildə peşəkar futbol karyerasını başa vurub. == Həyatı == Kardiff şəhərində doğulub böyüməsinə baxmayaraq, Qaret Beyl'in peşəkar karyerası İngiltərə championatı komandalarından Sauthempton komandası ilə başlamışdır. Yalnız iki mövsüm Southampton'da oynadıqdan sonra 2007-ci ildə Premier Liqa komandalarından Tottenhem Hotspur'a transfer olmuşdur. Beyl sürətli, güclü və atletik futbolçu kimi tanınır.Bundan sonra isə o Real Madrid klubuna transfer olmuşdur.Transfer qiymətinə görə dünyanın ən bahalı futbolçusu ünvanını qazanmışdır.Beyl hal-hazırda bu klubda 11 nömrəli forma altında karyerasını davam etdirir.Bu klubda artıq o, 100-cü matçına çıxdı . == Karyerası == === Sauthempton === Beyl peşəkar futbol karyerasına Uelsli olsa da, karyerasına İngiltərədə başlayıb. Beyl 2006-cı ildə İngiltərənin Sauthempton klubunda karyyerasında başlayıb . Burada cəmi bir mövsüm ərzində oynayan beyil 40 oyunda meydana çıxdı və rəqib qapılarına 40 oyunda 5 qol vura bilib. === Tottenhem Hotspur === Beyl cəmi bir mövsüm sonra İngiltərənin digər klubu Tottenham Hotspur Beyli transfer edir . Bu klubda 6 il çıxış edir .
Qaret Cons
Qaret Riçard Von Cons (ing. Gareth Richard Vaughan Jones; 14 avqust 1905, Barri[d], Veyl-of-Qlamorqan[d] – 12 avqust 1935, Jehe[d]) — Uels əsilli Britaniya jurnalisti. 1932–1933-cü illərdə SSRİ-də baş verən kütləvi aclıq, ilk növbədə Ukrayna SSR-dəki Qolodomor haqqında dünya ictimaiyyətini məlumatlandırması ilə tanınır. Təxminən eyni vaxtda jurnalist Malkolm Maqqerridc də SSRİ-dəki aclıq haqqında həqiqətləri dünyaya çatdırmağa çalışsa da, onun The Manchester Guardian (indiki The Guardian) qəzetində dərc olunan qeydləri ciddi şəkildə qısaldılmış, redaktə edilmiş və imzasız dərc edilmiş, habelə Almaniyada antisemitizm təzahürlərinin artması ilə bağlı xəbərlər fonunda diqqətdən kənarda qalmışdı. == İlk illəri == Qaret Cons Barridə (Qlamorqan, Uels) anadan olub. Atası mayor Edqar Cons oğlunun oxuduğu Barri məktəbinin direktoru idi. Qaretin anası 1889–1892-ci illərdə uelsli polad sənayeçisi Artur Hyuzun oğlunun uşaqlarının dayəsi idi. Artur Hyuz Yuzovka qəsəbəsinin (indiki Donetsk) əsasını qoymuşdu. Anasının Rusiyada keçirdiyi xoşbəxt illər haqqında xatirələri Consu SSRİ-ni, xüsusilə Ukraynanı ziyarət etməyə həvəsləndirirdi. Bunun üçün o, əzmlə xarici dilləri öyrənməyə başladı.
Qaret Edvards
Qaret Edvards (ing. Gareth Edwards; 12 iyul 1947) — Britaniya rejissoru. Onun ən məşhur filmi Qodzilladı.
Oğlan Evi: Azərbaycansayağı qarət (film, 2015)
Baget
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Bajer
Bajer (fr. Bagert) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09033. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 58 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 16 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 53,3%, 1999-cu ildə 58.1%). Aktiv olan 16 nəfərdən 14 nəfər (8 kişi və 6 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında 1 nəfər tələbə və ya tələbə, 3 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Gagea
Gagea (lat. Gagea) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Sinonimləri == Upoxis Adans., Fam. Pl. 2: 20 (1763). Ornithoxanthum Link, Handbuch 1: 161 (1829). Hemierium Raf., Fl. Tellur. 2: 27 (1837). Hornungia Bernh., Flora 23: 392 (1840).
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Paket
Paket (packet) – ümumi anlamda: şəbəkədə bir qurğudan başqasına ötürülən informasiya vahidi. Paket kommutasiyası şəbəkəsində bu termin belə təyin olunur: göndərilmək üçün nəzərdə tutulmuş ikilik rəqəmlərdən ibarət olan müəyyən olunmuş maksimal ölçülü verilənlər yığını; burada həm verilənlər, həm də idenfikator-nömrə, göndərənin və alanın ünvanı və bəzən xətalara nəzarət verilənləri olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 623 s.
Qalat
Qalat (Qəzvin)
Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. == Təbabətdə uğurları == Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. == Fəlsəfəsi == Qalen həm də filosof kimi tanınmışdır.
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Qaven
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Qayot
Qayot (rus. гайоты, ing. guyots) — amerikalı coğrafi və geoloq A. Qüyotun (1807–1884) şərəfinə adlandırılmışdır. Ətraf sahələrdən təcrid olunmuş hamar zirvəli sualtı vulkanik dağlar. Belə hesab edirlər ki, zirvənin hamarlanması qədim abraziya və yaxud subaeral denudasiya nəticəsində baş vermişdir. Sakit okeanda müşahidə olunur. Q. zirvəsi 200 m-dən 2000 m-ə qədər dərinlikdə yerləşir.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. == Tarixi == İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
Maket
Maket (fr. maquette — miqyaslı model, it. macchietta, macchia) — adətən təmsil olunan obyektin funksionallığından məhrum olan kiçik miqyaslı və ya tam ölçülü obyektin modeli (kiçik miqyaslı modellərdə yüksəlmənin fiziki modelləşdirilməsi qeyri-mümkündür; yüksəlmənin bütün xüsusiyyətlərini təyin etməyin ən etibarlı yolu sahədir). Maket — bir şeyin modeli, ilkin nümunəsi, sınaq nümunəsi. Bir obyekti təmsil etmək üçün nəzərdə tutulmuşdur; orijinal obyektin təsvirinin əsassız dərəcədə bahalı, qeyri-mümkün və ya sadəcə olaraq qeyri-mümkün olduğu hallarda istifadə olunur. Maketləmək — tərtibatın yaradılması prosesi == Növləri == Şəffaf maket — prototipin daxili quruluşunu, iş prinsipini göstərir. Aktual maket — prototipin işləmə prinsipini göstərir. Elektron maket — məhsul və onun komponentləri haqqında elektron formada ümumiləşdirilmiş məlumat.
2K Games
2K Games – ABŞ videooyun şirkəti.
Abadi (qəzet)
Abadi — İndoneziya qəzeti. Cakartada nəşr olunan qəzet 1951–1960-cı və 1968–1974-cü illərdə fəaliyyət göstərmişdir. Qəzet "Masyumi" siyasi partiyasına bağlı idi və qədər Sukarnonun hakimiyyəti dövründə ən böyük qəzetlərdən biri idi. Qəzet 1960-cı ildə qadağan olmuşdur. Sukarnonun süqutundan sonra 1968-ci ildə fəaliyyətini bərpa etmiş, Suhartonun hakimiyyəti dövründə Malari hadisəsindən sonra, 1974-cü ildə ikinci dəfə qadağan edilmişdir.
Abşeron (qəzet)