Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reşit Gürzap
Reşit Gürzap(23 aprel 1912, Konstantinopol – 9 iyul 1990 və ya 8 iyul 1990, İstanbul)-Türk aktyor və səs aktyoru. == Həyatı və karyerası == O, 1912-ci il aprelin 23-də Kadıköy Cevizlikdeki Şifa küçəsindəki evində Vanlı Rəşit Paşazadə Akif bəy və Tunisli Aliye Xanımın övladı olaraq dünyaya gəlib. O, teatr aktyorlarının və yazıçıların getdiyi ailədə böyüyüb. Kadıköy orta məktəbi və liseydən sonra Ali Dəniz Ticarət Məktəbində oxuyub. İlk teatr işinə həvəskar kimi başlayıb. 1928-ci ildə girdiyi Kadıköy Süreyya Operettasında bir müddət çalışdı. 1934-cü ildə İstanbul Şəhər Teatrına daxil olur. İlk oyununu "Deli Dolu" operettasında "David" rolu ilə oynayıb. O, uzun illər Şəhər Operettasında "Lüküs Həyat", "Saz Caz", "Leblebici Horhor", "Sən Dul", "Yarasa" operettalarında iştirak edib. O, yerli və xarici komediyalarda oynadığı rollarla uğur və şöhrət qazanıb.
Restit
Restit — qalıq anatektit süxur; tərkibcə prosesdə anatektik ərinməmiş kristallik qalıqdan: biotit ± hornblend + qranat ± kordiyerit + filiz mineralı + (bəzən) kvarsdan ibarət süxur. Anatektik temperaturda yenidən ərinməmiş metamorfik süxurlarla (amfibolitlər, mərmərlər, kvarsitlər və b.) birlikdə olur. Restit termini melanosom, kinsigit, skialit, relikt süxurlar anlayışlarına yaxındır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Rəşid
Rəşid — Azərbaycanda daha çox işlədilən kişi adı. Rəşid Nurqaliyev — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. Rəşid Səməndər — aktyor. Rəşid Behbudov — Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Bəsit (Həştrud)
Bəsit (fars. بسيط‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (78 ailə).
Bəsit (Miyanə)
Bəsit (fars. بسيط‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (5 ailə).
Bəsit (islam)
Əl-Bəsit (ər. الباسط) — Allahın adlarından biri. Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə Surəsi, 245) Allah, Özünə iman edən, ürəkdən itaət edən kəslərə dünyada maddi və mənəvi bolluq, genişlik verər. Onların qarşılarındakı çətinlikləri açar. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınarlar və Onu vəkil əldə edərlər. Bunun bir qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırar. Bu mövzuda Quranda verilmiş bir çox nümunə vardır.
Bəsit maddə
Bəsit maddə — eyni element atomlarından təşkil olunur. dəmir, mis, alüminium, civə, qalay, qurğuşun, qızıl, gümüş, kükürd, fosfor, yod, hidrogen, oksigen, almaz, qrafit və s. bəsit maddələrdir. Onlar bərk halda həm molekulyar (kükürd, ağ fosfor, yod və s.), həm də qeyri-molekulyar (dəmir, mis, almaz, qrafit və s.) quruluşa malik olduğundan müxtəlif xassəlidir. Xassələrinə görə bəsit maddələri 2 qrupa bölürlər: metallar və qeyri-metallar. Metallar: adi şəraitdə bərk (civədən başqa) halda olur, elektrik cərəyanını və istiliyi yaxşı keçirir, plastik xassəlidir - döyülüb yastılana bilir. Fe, Cu, Al, Pb, Sn, Ag, Au, Zn, Na, К və s. elementlərin əmələ gətirdiyi bəsit maddələr metal xassəlidir. Onların adları elementlərin adı ilə eynidir. Qeyri-metallar: adi şəraitdə qaz, maye və bərk halda olur, istiliyi pis keçirir, elektriki isə əsasən, keçirmirlər, Adi şəraitdə bərk halda olan qeyri-metallar (almaz, qrafit, yod, kükürd, fosfor və s.) kövrək xassəlidir — döyüldükdə asanlıqla qırılır.
Con Resiq
Con Resiq (ing. John Resig; 8 may 1984, Boston) — JQuery JavaScript kitabxanasının yaradıcısı və inkişaf etdiricisi kimi tanınan amerikalı bir proqram mühəndisi və təşəbbüskardır.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. == Həyatı == Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * * Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Revit Architecture
Hal-hazırda arxitektura layihələrin böyüklüyü və dizayn müddətinin uzunluğu , sürətli inkişaf edən istehsal texnologiyaları qarşısında, layihələrdə zaman içərisində dəyişikliklər edilməsi lazımdır . Bu dəyişikliklər texnologiyanın inkişafının yanında işəgötürən isteğindeki dəyişikliklər , arxitektura layihədən sonrakı ediləcək işlərdən qaynaqlanan dəyişikliklər ve .bir çox səbəbdən qaynaqlanır . Layihələrin hər hansı birində edilən dəyişikliklər bütün paftalara işlənməsi və metraj siyahılarının yenidən hazırlanması emarların çox zamanını etməkdədir. Revit architectural proqramı iledilən hər bir dəyişiklik bütün paftalara eyni anda izlenmekte və metraj siyahıları də anında dəyişir . İndiki vaxtda bütün memar və mühəndislərin istifadə olduğu AutoCAD proqramı eyni əsaslı olması ayrıca proqram mübadiləsi üst səviyyə uyğunlaşma təmin etməkdədir. Plan ölçüsündə çalışarkən quruluşun 3. ölçüsünün da hazırlanması. Layihəni çəkərkən başda düşünülməyən və ya farkedilmeyen səhvlərin model meydana gətirərkən görmə və sistem həllini yaratmaq imkanı təmin etməsi Hazırlanan quruluşun başqa bir proqrama ehtiyac olmadan görselleştirilmesi imkanı. (mental ray render)- Layihənin hansı hissəsində çalışsanız çalışın ediləcək hər hansı bir dəyişikliyin bütün layihəyə eyni anda işlənməsi-Etdiyimiz layihə üzərindən istədiyimiz qədər kesit alma imkanı tanıması və biz planda çalışarkən.kesitleri meydana gətirməsi 3d kesik alma imkanı İstədiyimiz qədər görünüş və kesit ala imkanı. ( Bu işlər layihə faylının ölçüsünü dəyişdirməz) Layihənin istənilən detalda metrajının hazırlanması Layihə bitimində daha sonradan istənilən dəyişiklikləri hər hansı bir paftadan düzəltmə imkanı təmin etməsi və digər paftaları özü düzəltməsi .
Rəşid Mehdiyev
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Rəşid Meredov
Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001). == Həyatı == Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib. 1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb. 1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb.
Rəşid Məcidov
Rəşid Əsəd oğlu Məcidov (22 iyun 1908, Bakı – 2 iyul 1970, Bakı) — Azərbaycan və Sovet hərbi xadimi, polkovnik, 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır. == Həyatı == 1908-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sənaye və İqtisadiyyat Texnikimunda təhsil almışdır. 8 nömrəli yetimxanada tərbiyəçi və qabaqcıl pioner idi. Zaqafqaziya SFSR illərində Komsomol regional komitəsinin katibi seçildi. 1933-cü ilin noyabrından — Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin birinci katibi olub. Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirib. Sonra Qaradağ Rayon Partiyası Komitəsinin birinci katibi, Oktyabr rayon təşkilat komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub. Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçib.
Rəşid Mədinov
Rəşid Mədinov (azərb. Rəşid Nəzər oğlu Mədinov‎; d. 24 aprel 1996, Yeni Həyat, Xaçmaz rayonu — . 13 oktyabr 2020, Pirəhmədli, Füzuli) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşid Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Əslən Qubanın Qrız kəndindəndir. Qrızlar çoxsaylı Qafqaz xalqlarından biridir. Subay idi. == Təhsili == 2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinifinə gedən Rəşid 2012-ci ilə 10-cu sinifi bitirəndən sonra kolleclərə qəbul imtahanında iştirak edir və 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin "Bank işi" ixtisasına qəbul olunur. 2015-ci ildə kolleci bitirib.
Rəşid Məmmədbəyov
Rəşid Qarabəy oğlu Məmmədbəyov (28 fevral 1927, Şağan, Bakı qəzası – 4 dekabr 1970, Bakı) — Azərbaycan və SSRİ güləşçisi, 57 kq çəki dərəcəsində çıxış etmişdir. SSRİ Əməkdar İdman Ustası(1952). SSRİ çempionatlarının 5 qat gümüş mükafatçısı. 1952-ci il Yay Olimpiya oyunlarının gümüş mükafatçısı, Olimpiya medalı qazanmış ilk azərbaycanlı. == Həyatı == Azərbaycanın və SSR-nin güləşçisi, 57 kq çəkidə SSR-ni təmsil edən, SSRİ əməkdar idman ustası, 1952-ci ilin olimpia oyunlarının gümüş medalçısı, Azərbaycan idmançılarının arasında ilk olimpia mükafatı qazanmış, SSRİ-nin 5 qat gümüş medalçısı, İskra idman cəmiyyətinin üzvü Rəşid Qarabəy oğlu Məmmədbəyov 28 fevral 1927-ci ildə Bakının Şağan kəndində anadan olub. O, keçmiş Kirov adını daşıyan Azərbaycan Dövlət İdman İnstitutunu bitirib. Onun məşqçisi Azərbaycanda ilk güləş üzrə SSRi məşqçisi adını qazanmış Rza Baxşəliyev idi. Onun ən sevimli şagirdi Rəşid Məmmədbəyov sayılırdı. 1947-ci ildə Məmmədbəyov Taplində keçirilən SSRİ çempionluğunda iştirak etmişdi. Qalib gələrək ikinci yerə layiq görüldü.
Rəşid Məmmədov
Rəşid Nurqaliyev
Rəşid Qumaroviç Nurqaliyev (rus. Рашид Гумарович Нургалиев; 8 oktyabr 1956, Jitikara, Kostanay vilayəti) — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. == Həyatı == 1956-cı il oktyabrın 8-də hərbçi ailəsində anadan olmuşdur. Tatar əsilli müsəlmandır. Nurqaliyev 1979-cu ildə Petrozavodsk (Kareliya) şəhərində iqtisadiyyat fakültəsini bitirib. 1981-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı-nın kəşfiyyat təşkilatı KQB-yə (DTK) daxil olub və Kareliya Muxtar Respublikasının terrorla mübarizə şöbəsinin başçılığına qədər yüksəlib. 1995-ci ildən 2002-ci ilə qədər Rusiyanın Federal Kəşfiyyat Təşkilatı (FSK) və bu təşkilatın davamı olan Federal Təhlükəsizlik Xidməti FSB-də müxtəlif vəzifələrdə xidmət etmişdir. 2002-ci ildən 2004-cü ilədək Rusiya Federasiyası Daxili İşlər nazirinin birinci müavini vəzifəsində çalışıb. 2 yanvar 2004-cü il tarixində Rəşid Nurqaliyev Rusiya Federasiyasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib. R. Nurqaliyev ailəlidir və iki uşağı var.
Rəşid Nəsiboğlu
Rəşid Nəsib oğlu Əfəndiyev – (22 may 1941 – 30 dekabr 1993) – Azərbaycan və sovet bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azərbaycanda ilk yaradılan "İRS" qədim Azərbaycan musiqi teatrının banisi və bədii rəhbəri. == Həyatı == Rəşid Nəsiboğlu Azərbaycan Dövlət Konservatoriyasında (Azərbaycanın xalq artisti, professor Cövdət Hacıyevin sinfində) bəstəkarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında "Sevgilim" vokal-instrumental ansamblının bədii rəhbəri olub. 1981-ci ildə Rəşid Nəsiboğlunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "İRS" qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Azərbaycanın ən qədim musiqilərini bərpa edən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməz populyarlıq qazanır. Teatrın təqdim etdiyi proqram həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda çoxsaylı mükafatlara layiq görülür. "İRS" teatrı Birinci Zaqafqaziya xalq musiqisi festivalının əsas ödülünü – Böyük mükafatı qazanır. Daha sonra Neapolda (İtaliya) San-Karlo teatrının Qızıl medalına, İran İslam Respublikasında keçirilən "Fəcr" beynəlxalq musiqi festivalının mükafatına layiq görülür. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinində ekspozisiyalardan biri "İRS" teatrına həsr olunur.
Rəşid Nəsrullayev
Rəşid Qəzənfər oğlu Nəsrullayev (11 iyul 1993; Nic, Qəbələ rayonu, Azərbaycan — 2 noyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəşid Nəsrullayev 11 iyul 1993-cü ildə Qəbələ rayonunun Nic qəsəbəsində Qəzənfər Nəsrullayevin ailəsində anadan olmuşdur. 1999-2010-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Rəşid Nəsrullayev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamışdır. 2013-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Rəşid Nəsrullayev də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəşid Nəsrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Rəşid Qayıbov
Qayıbov Rəşid Abdulla oğlu (1898, Qazax qəzası – 3 iyul 1938, Bakı) – Repressiya qurbanı. Rəşid Qayıbov Azərbaycan SSRİ DİXK tərəfindən əksinqilabi millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. 1933-cü ildə Qayıbova casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət Siyasi idarəsi tərəfindən həbs edilmiş, amma ittiham sübut olunmadığı üçün azad edilmişdir. DİXK tərəfindən 1937-ci ilin noyabrında yenidən həbs edilib.
Rəşid Qazıbəyov
Rəşid Səməd oğlu Qazıbəyov (1926, Şahtaxtı, Naxçıvan MSSR – 24 dekabr 1989, Naxçıvan) == Haqqında == Krosnadar Hərbi Məktəbinə daxil olmuş, təhsilini başa vurmadan könüllü olaraq cəbhəyə getmişdir. Müharibədə göstərdiyi əsgəri şücaətlərə görə “Böyük Vətən müharibəsi” ordeninin bütün 3 dərəcəsinə, “Qızıl Ulduz” ordeninə, habelə saysız hesabsız medallara layiq görülmüşdür. R. Qazıbəyov Sovet İ.K.P MK-nın Moskva Ali Partiya Məktəbini bitirib Naxçıvana qayıdandan, sonra (1964), daha məsul vəzifələrə irəli çəkilmişdir, “Şərq qapısı “qəzetinin baş redaktoru (1965-70), Naxçıvan Vilayət Partiya Komitəsinin katibi (1970-71), Naxçıvan MR Nazirlər Soveti sədrinin müavini (1971), Naxçıvan MR Mədəniyyət naziri (1977), Naxçıvan MR Həmkarlar İttifaqının sədri (1978-89) vəzifələrində çalışmışdır.
Rəşid Rzayev
Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır. Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir. == Ailəsi == Aktyor Səməndər Rzayevin oğludur. Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır == Filmoqrafiya == Qatil (film, 1994) Hacı Qara (film, 2002) Dəvətnamə (film, 2003) Tarixin şahidləri (film, 2003) Yumurta (film, 2003) Cavad xan (film, 2009) Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev ) 8.
Rəşid Rəhimov
Rəşid Məmmədkuliyeviç Rəhimov - Tacikistanlı futbol məşqçisi və keçmiş futbolçu. == Klub karyerası == Düşənbə şəhərinin "Əmək ehtiyatları" komandasının şagirdi olmuşdur. 1982-ci ildə Pamirin əsas komandasına daxil oldu və SSRİ çempionatında oynadı. Tərəfdarları onu "Saddy Iskandariy" (Sadd bir maneədir, Makedoniyalı İskəndərin şərqdəki ləqəbidir, yəni "Makedoniyalı İskəndər maneəsi" adını daşıyır) adlandırılan keçilməz müdafiəçi tərəfindən xatırlanır. 1991-ci ilin ortalarına qədər Pamirdə oynadı və bu mövsümlər ərzində 277 matçda Düşənbə komandasında oynadı və 24 qol vurdu. 1991-ci ildə Spartak Moskvaya getdi və 1992-ci ilin ortalarına qədər qırmızı ağlarda Rusiya çempionatında oynadı. Bu müddətdə Rəhimov Spartakda 11 matç oynadı. 1992-ci ilin yazında Sequnda təmsilçisi "Real Valyadolid" klubuna transfer oldu və 1993-cü ilin ortalarına qədər bir illik müqavilə imzaladı. Yeni klubda, 29 matçda oynadı və 2 qol vurdu. Mövsüm ərzində komanda da üç məşqçi dəyişdi, hər biri yeni mövqedə gördü Rəhimovu : futbolçunu mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəsiçisi qoydular, cinah hücumçusu kimi də oynadılar.
Rəşid Səməndər
Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır. Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir. == Ailəsi == Aktyor Səməndər Rzayevin oğludur. Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır == Filmoqrafiya == Qatil (film, 1994) Hacı Qara (film, 2002) Dəvətnamə (film, 2003) Tarixin şahidləri (film, 2003) Yumurta (film, 2003) Cavad xan (film, 2009) Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev ) 8.