Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çarhan
Çarhan (əvvəlki adı: Çarxan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Çarxan kənd inzibati ərazi dairəsi tərkibindəki Çarxan kəndi Çarhan kəndi, Çarxan kənd inzibati ərazi dairəsi Çarhan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == Çarhan Hun Çarın yaşadığı yer və igamətgahı olub. (Gədəbəy, Neftcala) sinonimidir. == Əhalisi == Kənd əhalisi 2823 nəfərdir ki, onunda 1374 nəfəri kişi, 1449 nəfəri isə qadınlar təşkil edir. Əhalisini azərbaycan türkləri təşkil edir. == Coğrafiyası və iqlimi == == Din == Kənddə Çarhan kənd məscidi dini icması fəaliyyət göstərir.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 85 nəfərdir. == Relyefi == Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Harlan Ellison
Harlan Ellison (27 may 1934 27 iyun 2018))—ABŞ fantast yazıçısı. == Həyatı == Harlan Ellison 1934-cü il 27 may tarixində Amerikada dünyaya göz açıb. Onun yəhudi amerikan ailəsi sonralar qaldıqları yeri tərk edir. 1949-cu ildə atasının ölümündən sonra ailə Klivlendə qayıdır. Uşaq yaşlarından tamaşalarda oynayan Harlanın artıq karyerası var idi. Yeniyetmə çağlarından işiylə əlaqədar ailədən kənarda keçirdiyi günlər də onun həyatında dərin izlər buraxır. Zamanla Şimali Karolinada yük maşını sürücüsü, kitab satıcısı, mağaza administratoru kimi işləsə də ədəbiyyatla da məşğul olur.. H. Ellison 1955-ci ildə Nyu-Yorka köçərək burada yaradıcılıqla daha müntəzəm məşğul olmağa başlayır. Əsərlərində elmi fantastikaya üstünlük verən yazıçı iki il ərzində 100-dən çox hekayəni nəşr etdirir. 1956-cı ildə Şarlotta Steinlə evlənən yazar bir il sonra gənc briqadalar haqqında əsərini qələmə alır.
Harran Ulu məscidi
Harran Ulu məscidi (digər adı Firdevs Məscidi) — Türkiyənin Harran şəhərində məscid. == Tarixi == Əməvi hökmdarı II Mərvan tərəfindən tikilmişdir. 1269-cu Monqollar tərəfindən dağıdılmışdır. Xarab vəziyyətdə olan məscid 800 ildən sonra 2019-cu ildə restavrasya olunmağa başlanmışdır.
Hardan düşdün yadıma sən... (kitab)
Fərhan Fərhan
Fərhan Fərhan (24 oktyabr 1996) — Bəhreynli üzgüçü. Fərhan Fərhan Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fərhan Fərhan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.61 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Fərhan Ölkələrin Paradında Bəhreynin bayraqdarı idi.
Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan ehramlar == Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur.
Darxan
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Garman
Samuel Qarman (ing. Samuel Garman; 5 iyun 1843, İndiana[d], Pensilvaniya – 30 sentyabr 1927, Plimut[d], Massaçusets) – Amerika zooloqu. == Əsərləri == "On the reptiles and Batrachians of North America". Kentucky Geological Survey. 1883. "On West Indian Iguanidae and on West Indian Scincidae". 19. Bulletin of the Essex Institute. 1887. "The "Gila Monster"".
Hacman
Hacman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hacıman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Hadrian
Publi Yuli Trayan Adrian (lat. Publius Aelius Traianus Hadrianus; 24 yanvar 76 – 10 iyul 138) — eramızın 117–138-ci illərində hakimiyyətdə olmuş XIV Roma İmperatoru. == Həyatı ilə bağlı == Adrian əslən Piçenumlu (İtaliya) olan, sonralar İspaniyaya köçüb gəlmiş Roma senatorunun ailəsində dünyaya gəlmişdir. On yaşında atasını itirən Adrian İmperator Trayanın xalası oğlunun himayəsində tərbiyə alaraq sonralar 100-cü ildə onun nəvəsinə evlənərək sarayda mühüm dövlət vəzifəsinə irəli çəkilmişdir. Lakin Trayan onu heç vaxt rəsmi olaraq sələfi elan etməmişdir. Lakin Trayanın ölümündən sonra 117-ci ildə Dakların çarı Deçebalusa qarşı müharibədə qazandığı zəfərə görə Suriyanın və Antioxiyanın valisi təyin edildikdən sonra, Trayanın arvadı Plotinanın dəstəyi ilə 118-ci ildə Roma imperatoru elan edilmişdir. Məhz Plotinanın xahişi ilə 100-cü ildə Vibia Sabina ilə evlənmişdir. Bəzi fərziyələrə görə biseksual olan Adrian eyni zamanda Bitiniyalı Antinus adlı bir gənclə intim həyat sürmüşdür. Müəmmalı şəkildə Nil çayında boğulan Antinusun ölümünə çox sarsılan Adrian onun boğulduğu yerdə Antinopolis şəhərini saldırır və saray rəssam və heykəltaraşlarına onun çoxlu heykəl və büstlərini sifariş verdirir. Övladı olmayan Adrian Eli Sezarı oğulluğa götürmüşdü.
Harbin
Harbin (çin. 哈尔滨 (哈爾濱)) — Çin Xalq Respublikasının şimal-şərqində böyük şəhər.
Harpaq
Harpaq (yun. Ἅρπαγος; akkad. Arbaku; e. ə. VII əsr – e. ə. VI əsr) — e.ə. VI əsrdə yaşamış Midiya sərkərdəsi. Hələ Pasarqad döyüşündə Midiya hökmdarı Astiaqa xəyanət edib II Kirin tərəfinə keçən Harpaq, II Kir maday taxtını ələ keçirdikdən sonra dövlətdə ən hörmətli şəxslərdən biri olmuşdur. == Həyatı == Herodotun "Tarix" əsərinə görə Harpaq Midiya hökmdarının sarayında yaşayaraq, son Midiya hökmdarı Astiaqın şəxsi qvardiyasında xidmət etmişdir.
Haryana
Haryana (hind. हरियाणा; pənc. ਹਰਿਆਣਾ; ing. Haryana) — Hindistanın şimalında ştat. Paytaxtı Çandiqarh (inzibati olaraq Haryananın bir hissəsi deyil, ayrıca birlik ərazisidir), ən böyük şəhəri Fəridabaddır. Əhali 25 353 081 nəfərdir (ştatlar arasında 17-ci yer; 2011-ci ilin məlumatları). Haryana 1966-cı ildə Pəncab ştatından ayrı ştata çevrildi. İndiyə qədər Çandiqarh şəhəri eyni vaxtda iki ştatın paytaxtıdır: Pəncab və Haryana. Hind dilindən tərcümə olunan "haryana" "Allahın məskəni" deməkdir: "Hari" Tanrı Vişnunun adlarından biridir, "ayana" - "ev" deməkdir.
Hauman
Lüsen Hauman (fr. Lucien Leon Hauman; 8 iyul 1880[…], İksel[d] – 16 sentyabr 1965, Brüssel) — Argentinada fəaliyyət göstərmiş Belçika botaniki. == Elmi fəaliyyəti == Lüsen Hauman toxumlu bitkilər, qıjıkimilər və mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == Hauman, L.; Vanderveken, G. Catalogue des phanérogames de l'Argentine. — Buenos Aires, 1917—1923. — 2 vols. Hauman, L. La végétation des hautes cordillères de Mendoza. — Buenos Aires, 1919. — 194 p. Hauman, L. Les modifications de la flore Argentine sous l'action de la civilisation.
Haynan
Haynan (çin. 海南; dənizin cənubu) — Çinin cənubunda yerləşən Cənubi Çin dənizində yerləşən ada. Adada eyni adlı vilayət yerləşir. Adanın və vilayətin mərkəzi Hanoy şəhəridir. Son iyirmi il ərzində adı əlayət şəhərindən 1,5 milyon əhalisi olan meqapolisə çevrilmişdir. Digər iri şəhərləri isə Sanya, Dunfan, Dançjoy və Syonhay şəhərləridir. Vilayətin əhalisi 8 671 518 nəfər təşkil edir. 2010-cu il məlumatına görə vilayət əhali sayı baxımından Çinin 29 əyalətidir. == Coğrafiyası == Tropik ada olaraq Çinin cənubunda yerləşir. Havay adaları ilə eyni enlikdə yerləşir.
Qaryan
Qaryan Liviyanın şimal-qərbində, Tripolidən 80 km cənubda yerləşən əl Cəbəl əl Qərbi rayonundakı bir şəhərdir. 2007-ci ildən əvvəl Qaryan rayonunun inzibati yeri idi. Qaryan, Qərb dağlarının ən böyük şəhərlərindən biridir. 2005-ci ilin statistikasında Qaryan əhalisinin sayı 170.000 olaraq qiymətləndirilmişdir. == Tarixi == Qaryan cənubdan Fəzzan həm də Nafusa dağlarının üzərindən ticarət yollarında idi. 1884-cü ilə qədər Osmanlılar Qaryanda bir bələdiyyə başçısı və şəhər məclisi qurmuşdular. 20-ci əsrin əvvəllərində İtaliyanın işğalına qarşı Liviya müqavimətinin mərkəzi hesab olunurdu. == Nəqliyyat == 1920-ci illərdə italyanlar Tripoli ilə Qaryan yaxınlığında bir kənd arasında 90 kilometr uzunluğunda (56 mil) uzun bir dəmir yolu inşa etdilər.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Hatsan
Hatsan Arms Company (az. Hatsan Silah Şirkəti) — odlu və pnevmatik silahlar istehsal edən türk şirkətidir. Məhsullarını 90-dan çox ölkəyə ixrac edir. Şirkətin şüarı: «Serious, Solid, Impact» (Ciddi, Möhkəm, Təsirli).
Borhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Burhan Doğançay
Burhan Doğançay (türk. Burhan Cahit Doğançay; 11 sentyabr 1929, Konstantinopol – 16 yanvar 2013, İstanbul) — Türkiyə rəssamı. == Həyatı == Burhan Doğançay 11 sentyabr 1929-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Öz adına – "Doğançay" muzeyi var. Muzeyin direktoru Bergin Azərdir. Burhan Doğançay 16 yanvar 2013-cü ildə 83 yaşında ikən İstanbulda vəfat edib. == Yaradıcılığı == Doğançayın 2004-cü ildə İstanbulda açılan muzeyi Türkiyədə ilk müasir incəsənət muzeyi olub. Onun şəkilləri Quggenhaym və Metropolitan İncəsənət Muzeyində daimi kolleksiyanın hissəsidir. 2009-cu ildə İstanbulda onun şəkillərindən biri hərracda 1,7 milyon dollara, Türkiyədə müasir incəsənət rəsmi üçün ən yüksək qiymətə satılıb. Dünyanın 70 muzeyində rəsmləri nümayiş etdirilmişdir.
Burhan Qalyun
Burhan Qalyun (ərəb. برهان غليون‎, 11 fevral 1945, Homs) — Suriya-Fransa sosioloqu, politoloq və ictimai xadimi. 2011-ci ilin avqustundan Suriya Milli Şurasının sədri. == Əsərləri == Burhan Ghalioun, Manifeste pour la démocratie, Beyrouth, Dar Ibn Ruch, 1978 Burhan Ghalioun, Le malaise arabe, l’etat contre la nation, Paris, La Découverte, " Cahiers Libres ", 1991, ISBN 978–2707120489 Burhan Ghalioun, Islam et politique, Paris, La Découverte, 1997, ISBN 978–2707127143 Burhan GHALIOUN, Nevine ABDEL MOEIM MOSSAAD, Henry LAURENS, Eric ROULEAU, Nicolas SARKIS, Nawaf SALAM (dir.), Le Moyen Orient à l'épreuve de l’Irak, Paris, Actes Sud, 2005, ISBN 978-2-7427-5249-2. == Xarici keçidlər == Burhan Qalyunun bloqu Burhan Qalyunun Twitterdə akkauntu.
Burhan Sargın
Burhan Sargın (11 fevral 1929, Ankara – 15 sentyabr 2023) — Türk keçmiş milli futbolçu. Hücumçu idi. Canavar ləqəbi ilə tanınırdı. 1954 FİFA Dünya Kuboku finallarında qatılan heyətdə yer aldı. == Futbolçuluq karieri == Futbola Hacettepe də başladı. Daha sonra Fənərbaxçaya 1951-ci ildə transfer oldu. Ədalət komandasında 2 il oynadıqdan sonra təkrar Kadıköyə döndü. Fənərbaxça forması altında 112 qol atdı Türkiyə Milli Futbol Komandasında 8 dəfə oynadı və 7 qol atdı. 1954 Dünya Kuboku seçmələrinə İspaniyaya atdığı qol sayəsində Türkiyəyə final oynama yolunu açdı. Bunun yanında İsveçrədə təşkil edilən FIFA Dünya Kubokunda Cənubi Koreyaya qarşı xətt-trick edərək bu müvəffəqiyyətə çatan ilk və tək Türk futbolçu oldu.
Burhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Bürhan Əliyev
Bürhan Muxtar oğlu Əliyev (24 sentyabr, 1964 −15 dekabr, 2018) — Azərbaycan həkimi, Səhiyyə əlaçısı (1998). == Həyatı == 24 sentyabr 1964-cü ildə Ağdaş şəhərində həyatını şagirdlərin təlim-tərbiyəsinə həsr edən bir ailədə böyüyüb boya-başa çatıb. Belə ki, atası Əliyev Muxtar Rəsul oğlu müəllim, anası Abdullayeva Minayə Məmməd qızı isə Ağdaş rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Bürhan Əliyev 1971-ci ildə Nizami adına Ağdaş şəhər orta məktəbinin birinci sinfinə qədəm qoyub, 1978-ci ilə kimi bu məktəbdə oxuyub. Sonra təhsilini Bakı şəhər kimya-biologiya təmayüllü məktəbdə davam etdirib. 1981-ci ildə həmin məktəbi nümunəvi qiymətlərlə başa vurub. Bürhan Əliyev 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) stomatologiya fakültəsinə qəbul olub, 1986-cı ildə oranı bitirib. İlk əmək fəaliyyətinə Ağdaşda həkim-stomatoloq kimi başlayıb. Əvvəlcə Ağdaş rayonunun Şıxlı kəndində, sonra isə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində ixtisası üzrə fəaliyyətini davam etdirib. Rayonda bacarıqlı və savadlı həkim-stomatoloq kimi tanınıb.