Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cabanı
Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd. == Tarixi == Cabanı Şamaxı rayonunda kənd. Dağətəyi ərazidədir. Oykonim oğuz tayfalarından birinin adını əks etdirir. Etnotoponimdir. Çəpni, Çəbni, Cabani variantlarında Azərbaycan ərazisində geniş arealda yayılmışdır. Şərqi Avropa düzənliyində də rast gəlinir. == Əhalisi == Kənd əhalisi 472 nəfərdir ki, onunda 190 nəfəri kişi, 282 nəfəri isə qadınlar təşkil edir.
Cacan
Cacan (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. == Həmçinin bax == Empirizm Kainat Qlobus == İstinadlar == == Xarici keçidlər == World. The World Factbook. Central Intelligence Agency.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çadan
Çadan — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Çavan
Çəvan (Marağa)
Çayan
Çayan - əsasın 1923-cü ildə qoyulmuşdur. Əvvəllər Sovet hökumətinin sonra isə Rusiya Tatarlarının yumor və satirik jurnalıdır. rus və tatar dillərdində çap olunur. Tatar dilində 1923-cü ilin yanvar ayından, rus dilində isə 1956-cı ildən çap olunmağa başlayıb. == Tarixi == Jurnalın ilk çap olunması 1923-cü ilə təsadüf edir. İlk buraxılış çox ciddi ağ-qara və çox hissəsi mətndən ibarət idi. Ancaq tez biz zamanda o öz ətrafında çoxlu sayda karikaturçılar yığdı. Onlardan bəziləri Qusman Arslanov, N.Xristenko, Q.Polyakov, D.Krasilnikov, Q.Yusupov, M.Amirovdur. 1941-ci ilidə yalnız bir dəfə Çayna hərbi mövzuda nəşr olundu. Bundan sonra jurnal on ildən çox nəşr olunmadı.
Çağan
Birinci Çağan
Çoban
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. == Mövzu == Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
Aban
Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir Qarqarların şimal-qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Albaniyada Abant adında iki yaşayış məntəqəsinin olduğunu bildirmişdir. Q. Qeybullayev yuxarıda qeyd olunan məlumatlara və digər faktlara istinadla belə bir qənatə gəlir ki, Abant/Avant adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə bu əraziyə gəlmişlər == Aban sözü ilə bağlı coğrafi adlar == Abant tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şəkilçisinin qalığı ola bilər. Ermənistan ərazisində əsasında aban tayfasının adı duran toponimlər qeydə alınmışdır.
Caban (Diklə dehistanı)
Caban (fars. جابان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Caban (Düdəngə dehistanı)
Caban (fars. جابان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (14 ailə).
Caban əl-Kurdi
Caban əl-Kurdi (ərəb. جابان الکوردي‎) — Məhəmməd peyğəmbər zamanında Müsəlman olan kürd səhabə.
Baban Əmirliyi
Baban Əmirliyi 1649-cu ildə Şehrizor mərkəzində Baban ailəsinin üzvü Babanzadə Əhməd Paşa tərəfindən qurulmuşdur. Əmirlik sərhədləri Osmanlı İmperiyasının Şəhr-i Zor əyalətini, Hal hazırda Hamedan və Qəsri Şirin bölgələrini əhatə edirdi.1850-ci ildə Osmanlılar tərəfindən son qoyulmuşdur. == Mənşə == Baban ailəsi (1649–1850), 17-ci əsrin əvvəllərindən 1850-ci ilə qədər indiki İraq Kürdüstanı və Qərbi İran ərazilərini əhatə edən bir Kürd Əmirliyiydi. Baban Əmirliyi Osmanlı-Səfəvi, Əfşarlar və Zəndlər qarşılaşmasında aktiv rol oynadı. Əmirliyin ailəsinin banisi Pşdər bölgəsindən olan Əhməd Fəqih və ya Fəqi Əhməd olduğu düşünülür. Babanlar, Osmanlılar tərəfindən döyüşdə əsir alınan bir Frank qadından (Keghan) mənşəli olduğu iddia edilir. Şərəfnaməyə görə qəbilənin ilk başçısı 1500-cü ildə yaşadığı güman edilən Pir Badak Babe idi. Dr. Alirza Özdəmir Baban ailəsi barədə deyir: Kərküklə Süleymaniyyə arasında yaşayırlar. Bir Bəylik quran Baban Əşirətinin ilk siyasi mərkəzi Qara-Çölandı.
Birinci Çağan
Birinci Çağan — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Çağan kəndi Şamaxı rayonu Dədəgünəş i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 184 nəfərdir (2009), 44 təsərrüfatı var. 1886 il əhalini siyahıyaalma sənədində Şamaxı qəz. Böyük Çağan (60 ailə, 489 nəfər) kənd adı qeydə alınmışdır. Kənd Çağan mineral bulağının yaxınlığında məmmədsəlimli nəsli tərəfindən salındığı üçün əvvəllər Çağan Məmmədsəlimli adlanmışdır. Sonralar bu kənd yalnız bulağın adı ilə adlandı. Çağan türk-monqol dillərində “ağsu” deməkdir. Q.E.Markov Çağanın oğuzların bır hissəsi olduğunu qeyd edir.
Bəxtsiz cavan
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. == Əsərin mövzusu == XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cabanı (dəqiqləşdirmə)
Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd. İkinci Cabanı — Azərbaycanın Şamaxı rayonunda kənd.
Cabanı döyüşü
Cabanı döyüşü — 15-ci əsrin sonlarında Azərbaycanda Ağqoyunlu hakimiyyəti zəifləmiş və ölkə 2 yerə bölünmüşdü. Ağqoyunlu hakimiyyətinin zəifləməsi ilə təqiblərə məruz qalan qızılbaşlar öz hakimiyyətlərini qurmaq üçün hərəkətə keçmişdilər. 1499-cu ildə Şeyx İsmayıl Lahicandan Ərdəbilə, oradan isə Ərzincana doğru hərəkətə başladı. Ərzincanda toplanan qızılbaşların qurultayında qərara alındı ki, ilk zərbə qızılbaşların "düşməni" I Fərrux Yasara vurulsun. == Tarixi == === Döyüş qabağı vəziyyət === Şah İsmayılın əmri ilə Bayram bəy Qaramanlı zülqədərlərdən ibarət qüvvə ilə "Qoyun-ölümü" keçidi vasitəsilə Kürü keçməli və Şirvana daxil olmalı idi. Bayram bəy həmin keçidi münasib saymadığı üçün qoşunun çayı keçməsinə icazə vermədi . Lakin I Şah İsmayılın Kür sahilinə çatdıqdan sonra şəxsən at üzərində çayı keçməsi əsgərlərdə ruh yüksəkliyi yaratdı və ardınca qoşun da çayı keçməyə müvəffəq oldu. Qızılbaşların əldə etdiyi məlumatlara görə Şirvanşah qızılbaşların yaxınlaşdığını eşidib və döyüşə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Bu xəbəri aldıqdan sonra İsmayıl Şamaxıya doğru hərəkət etmək qərarına gəldi. Lakin İsmayıl şəhərə daxil olsa da, şəhər boş idi.
Cabar Əkpərov
Cabar Əşrəf oğlu Əkpərov (17 iyul 2002, Müşfiq, Xaçmaz rayonu – 1 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cabar Əkpərov 2002-ci il iyulun 17-də Xaçmaz rayonunun Müşviq kəndində anadan olub. 2007–2018-ci illərdə T. Bayramov adına Müşviq kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Cabar Əkpərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Cabar Əkpərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Cabar Əkpərov oktyabrın 7-dəAğdərə istiqamətində şəhid olub. Xaçmaz rayonunun Müşviq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cabar Əkpərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cacan (Vərziqan)
Cacan (fars. جاجان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərziqan qəsəbəsindən 18 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 772 nəfər yaşayır (188 ailə).
Cacan (Ərdəbil)
Cacan - İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 30 km şimaldadır.
Cajanus cajan
Göyərçin noxudu (lat. Cajanus cajan) — paxlakimilər fəsiləsinin kayanus cinsinə aid bitki növü.