Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağamir Ağayev
Ağamir Qüdrət oğlu Ağayev (14 iyul 1996, Biləsuvar rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamir Ağayev 14 iyul 1996-cı ildə Biləsuvar rayonunda yerləşən 2 saylı çadır şəhərciyində anadan olmuşdur. Əslən Füzuli rayonunun Şükürbəyli kəndindən idi. 2001-ci ildə həmin kəndə köçmüş, 2003–2014-cü illərdə kəndin tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Ağamir Ağayev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2016–2017-ci illərdə müddətdən artıq hərbi xidmət edən Ağamir Ağayev 2017-ci ildə ordudan tərxis olmuşdur. Sonra mülki fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Ağamir Ağayev Orduya könüllü yazılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağamir Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.
Ağali Ağayev
Ağali Tağı oğlu Ağayev (29 aprel 1995, Siyəzən rayonu – 26 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağali Ağayev 1995-ci il aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2001–2012-ci illərdə Siyəzən şəhərində N. Əsədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Ağali Ağayev 2013–2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ağali Ağayev oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Siyəzən rayonunun Balaca Həmyə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Arayış
Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır.
Avaxıl
Avaxıl — Azərbaycan Respublikasının Şamaxı rayonunun Avaxıl inzibati ərazi vahidində kənd. Avaxıl çayın (Ağsu çayın mənbəyi) sahilindədir. Yaşayış məntəqəsinin adı ərazisindəki mineral bulağın adından goturulub.Yerli toponimikada bu adın hava axan, havası bol olan yer və s.mənada izahları vardır. == Mədəniyyəti == Kənddə XIX əsrə aid məscid binası və hələ tam öyrənilməmiş qədim qəbristanlıqlar, o cümlədən Ömər Soltan Xəlvəti Avaxıli, Əhməd Rəvanı, qəbristanlıqları və Pir Qulu, Murad piri, Feyzulla piri, Alçalı pir, Pir Hüseyn, Pir Hacı, Dünya nənə və b. ziyarətgahlar mövcuddur. Ümumiyyətlə kənd ərazisinin bəzi yerlərindən saxsı qırıqları, saxsı kəhrizlərə və başqa maraq doğuran tapıntılara rast gəlinsə də heç zaman tarixi-arxeoloji tədqiqatlar aparılmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dəniz səviyyəsindən 1.386 metr hündürlükdə, rayonun inzibati mərkəzi Şamaxı şəhərindən 29 km uzaqlıqda yerləşir. Kənd Qabandağ silsiləsinin ətəyində Yekəqurşaqlı və Hallacı aşırımlarının arasında yerləşir. Ərazisində onlarla şirin su mənbələri , gözəl səfalı bulaqlar, o cümlədən müalicəvi əhəmiyyətli "İlisu" suyu vardır. Şamaxı rayonunun ən böyük şirin su mənbələrindən olan Qırxbulaq, Qoşabulaq, Kamil bulağı, Buzbulaq, Şıxbulağı, Nehrə bulağı, Şaqqulu bulaq, Əzgilli bulaq, Avaxıl bulağı, Böyük bulaq, İlisu, Kötüklü, Şirəli bulaq,Cəfər bulağı, Qaraçöhrə bulağı,Sərçə bulağı və bundan savayı onlarla şirin su mənbələri mövcuddur.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Ağayev
Ağayev — soyad. === A === Ağa Ağayev (2002–2020) — Vətən müharibəsi şəhidi. Ağabala Ağayev (1997–2020) — Vətən müharibəsi şəhidi. Ağadadaş Ağayev (d. 1956) — azərbaycanlı müğənni. Ağadədə Ağayev (1912–1990) — İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı. Ağali Ağayev (1995–2020) — Vətən müharibəsi şəhidi. Ağamalı Ağayev (1996–2020) — Vətən müharibəsi şəhidi. Ağamir Ağayev (1996–2020) — Vətən müharibəsi şəhidi. Ağarəfi Ağayev (1911–1978) — Kimya elmləri doktoru, professor.
Ağayrı
Ağayrı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ağayrı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd XX əsrin əvvəllərində Ağalıkənd əhalisinin bir hissəsinin Ağayrı adlanan sahəyə köçərək burada məskunlaşması nəticəsində yaranmışdır. Toponimiyada belə bir fikir mövcuddur ki, bu söz qədim türk dillərindəki ak (axın, çay) və əyri sözlərindən ibarət olub, "axının əyildiyi, burulduğu yer" mənasını verir. Bu da Ağayrı kəndinin məhz Bolqarçayın əyildiyi, burulduğu yerdə yerləşməsi ilə izah olunur. Türk dillərində ağayrı sözü "ağıldan (tövlədən) kənar", "kiçik çay", "ot, çiçək" adı kimi də izah olunur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərb istiqamətində yerləşir. Nəsimi, Günəşli və İsmətli kəndləri ilə sərhəddir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə 543 təsərrüfat var. 2015-ci il iyun ayının 25-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Ağbayır
Ağbayır — Yuxari Qarabağın Arasbar nahiyəsində qışlaq və əkin yerinin adı. == Toponimikası == Ağbayır — Yuxari Qarabagın Arasbar nahiyəsində Cavanşir tayfasının Molla Fazilli oymağına məxsus qışlağın və əkin yerinin adı. Azərbaycan dilində ağ (süxurun rəngi) və türk dillərində bair "dağ tirəsi" sözlərindəndir. Kəlbəcər rayonunda Çal Bayır, Şamaxı rayonunda Çil-Bayır, Laçın rayonunda Çal-Bayır (Daşbulaq kəndi ərazisində) və Bakı şəhəri ərazisində Bayıl və b. adlarla mənaca eynidir.
Qağayı
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Abayı
Abayı — Azərbaycanın milli rəqsi. Rəqs Şəki-Zaqatala zonasında yaranmışdır. Bu yerlərdə ahıl qadına "Abay" deyirlər. Rəqsi əsas etibarilə ahıl adamlar - həm qadınlar, həm də kişilər oynayırlar. Rəqsin melodiyasını Şəki musiqiçiləri yaratmışlar. Bir qədər mübaliğəli, gülməli rəqsdir. Rəqsin tempi aramdır. Bir zaman Şəkidə "Abayı" rəqsini kollektiv surətdə oynayırdılar. Sonralar solo raqsinə çevrilmişdir. "Abayı"nı solo rəqsi kimi 3-4 adam birdən, həm də hər kəs özü üçün yeni oynadaşı ilə zahiri əlaqəsi olmadan oynayır.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi. Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.
Bayıl
Bayıl — Bakıda yaşayış məntəqəsi. "Bayıl" sözü Azərbaycan dilinin bəzi dialektlərində "arxac", "heyvan saxlanan yer" mənasında işlənməkdədir. == Təhsil == == İdman == Məntəqə ərazisində Bayıl stadionu fəaliyyət göstərir.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Aqşin Ağayev
Aqşin Şirvan oğlu Ağayev (1 iyun 1993, Ulacalı, Sabirabad rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Ağayev 1 iyun 1993-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1999—2010-cu illərdə Ulacalı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Zümrüd adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin Ağayev 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən Piyada Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etmişdir. Qüsursuz xidmətiylə komandanlığın diqqətini çəkdiyinə görə ona "kiçik çavuş" rütbəsi verilmiş, həmçinin, o, "manqa komandiri" vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur. 2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Aqşin Ağayev sentyabr ayında "əsgər" rütbəsi ilə çağırılmışdır.
Asif Ağayev
Asif Əzizağa oğlu Ağayev (1961, Ulacalı, Sabirabad rayonu) — Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, Şamaxı Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlamışdır. Sonralar "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru, ARDNŞ-nin "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini, 2013–2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib YAP-ın üzvüdür. Evlidir, 2 övladı var.
Asəf Ağayev
Ağ qağayı
Ağ qağayı (lat. Pagophila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Ağa Ağayev
Ağa Əli oğlu Ağayev (4 aprel 2001, Yeni Həyat, Qusar rayonu – 25 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağa Ağayev 2001-ci il aprelin 4-də Qusar rayonunun Yeni Həyat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağa Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağa Ağayev oktyabrın 25-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağadədə Ağayev
Ağalın monasa
Ağalın monasa (lat. Monasa morphoeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Ağalın susüpürən
Ağalın susüpürən (lat. Sterna striata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağalıq bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağamalı Ağayev
Ağamalı Şamil oğlu Ağayev (23 sentyabr 1996, Masallı rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağamalı Ağayev də səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qabil Ağayev
Qabil Qayıbalı oğlu Ağayev (12 dekabr 1969 və ya 9 yanvar 1969, Həmyəli, Şamaxı rayonu – 31 yanvar 1999, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 1999-cu ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Qabil Ağayev 9 yanvar 1969-cu ildə Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1995-ci ildə hərbi xidmətə yollanan Qabil Ağayev 1999-cu il 31 yanvarda Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonunu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Qabil Ağayev doğluduğu Şamaxı rayonunun Həmyəli kəndində dəfn olunub.
Alqayıt
Xəlilov Alqayıt Bayram oğlu (28 noyabr 1939, Daşkənd, Basarkeçər rayonu – 12 yanvar 2013, Xırdalan) — Azərbaycanlı aşıq, el şairi. == Həyatı == Aşıq Alqayıt 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşamışdır və özünəməxsus yaradıcılığını davam etdirmişdir. Aşıq Alqayıt 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat etmişdir.
Aqadir
Aqadir (ərəb. أكادير‎, أݣادير və ya أغادير) — Mərakeşdə şəhər, Atlantik okeanı sahilində port. Ölkənin mühüm balıq sənayesi mərkəzlərindəndir. Sement zavodu dənizkənarı kurortlar var.
Aqafiy
Aqafiy, Ağafias Sxolastikos (yun. Ἀγαθίας σχολαστικός) — VI əsrdə yaşamış Bizans tarixçisi və şairi.
Aqatis
Aqatis (lat. Agathis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Arqayl
Arqayl (ing. Argyll; şot.kelt Earra-Ghàidheal) — Şotlandiyanın qərbində tarixi region. 1889-cu ildən 1975-ci ilə qədər Arqayl, o vaxtdan isə Arqayl-end-Büt qrafılığının bir hissəsidir. Arqayl tarixi Kintayr, Napdeyl, Koval və Lorn, bəzən Ardnamurhan və Morvern ərazilərini əhatə edir. Təxminən VI əsrdə İrlandiyadan olan şotlandlar buraya köçərək Dal Riada krallığını yaratmışlar. VIII və IX əsrlərdə Haylend ərazilərin çox hissəsini müstəmləkə edən gel qəbilələrinin əksəriyyəti buradan gəlirdi. Arqayl IX əsrin ortalarından etibarən Alba dövlətinin tərkibində idi. XIV əsrdən burada Birinci Şotlandiya İstiqlaliyyət müharibəsi zamanı Robert I Brüsü dəstəkləyən Lox-Eyvin Kempbellər klanı üstünlük təşkil edirdi. == Əlavə ədəbiyyat == Omand, Donald (ed.) (2006). The Argyll Book.
Azazil
Azazil və ya Azazel ( Arami : רמשנאל, ərəbcə : عزازل, Azazil, İbrani : עזאזל , Aze'ezel) El tanrısı tərəfindən İbranicə Azeez (dəstəklənən) deməkdir. Yom Kippur günündə məbəddə xidmətə girən iki keçidən birinin insanların günahlarını və ya mələyin adını ittiham etdiyi yerdir. Onun sözlərinə görə Kabbala , kitabında göstərildiyi kimi düşmüş mələkləri rəhbəri İdris başda olmaqla insan qızlarıyla evlənərək Neffilim dövrünü başlatdılar. Üstəlik, Azazil insanlara silah və kosmetika sənətini öyrətdi. Bu səbəblə yer üzündəki fəsaddan məsuldur. == İslam == Azazil sözü ərəb mənşəli bir sözdür. İbn Küteybəyə görə İblisin adlarından biridir. Hallac-ı Mansur'a görə Adəmə səcdə etmədiyi üçün vəzifəsindən alındı. Abdullah bin Abbasa görə, Azazil cinlərdən ən məlumatlısı idi və bir zamanlar yerdəki pis cinlərlə mübarizə apardı, sonra qürurlandı və Adəmə səcdə etmədi . Üstəlik atəşdən yarandığı üçün özünü üstün hiss edirdi.
Ağagir
Ağagir (fars. آقاگیر‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 212 nəfər yaşayır (75 ailə).
Ağbil
Ağbil — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Ağbil oyk., mür. Quba r-nunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XVI əsrə aid Ağbil türbələri bu kəndin ərazisindədir. Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin türbələr Şeyxlər üçün tikilmişdir. XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşmış Ağbil kəndi bir müddət Ağbil Zeyid adlandırılmışdır. Oykonim ağ (kiçik) və bil (qəd.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qatil
Qatil — qətli törədən cinayətkar şəxsə verilən addır. Öldürən, adam öldürən, cani deməkdir.