Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Danil Ankudinov
Danil Ankudinov (qaz. Данил Анкудинов; 31 iyul 2003, Qaraqanda) — Qazaxıstan futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın hücumçusu. == Karyera == Danil Ankudinov gənc oyunçu kimi İspaniyanın Marset Futbol Akademiyasına qoşulmuşdur. O, 2021-ci ildə Rusiyanın dördüncü dərəcəli çempionatında çıxış edən "Rodina-2" ilə müqavilə imzalamışdır. Ankudinov 2021–22 mövsümünün ikinci yarısından əvvəl Moldovanın "Şerif" klubu ilə müqavilə imzalamışdır. == İstinadlar == == Xarici keçidlər == Danil Ankudinov — "FootballFacts.ru" saytında.
Danil Qalitski
Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı. == Həyatı == 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı. Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi. Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar. == İstinadlar == == Xarici keçidlər == Генеалогия Михайло Грушевський. ХРОНОЛОГІЯ ПОДІЙ ГАЛИЦЬКО-ВОЛИНСЬКОГО ЛІТОПИСУ Довідник з історії України. За ред. І.Підкови та Р.Шуста.- К.: Генеза, 1993.
Danil Quliyev
Quliyev Danil Piri oğlu (17 sentyabr 1923, Əmircan, Bakı qəzası – 2001, Düsseldorf) — Bakı Ali Partiya Məktəbinin rektoru, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1970–1971), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub. O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.
Danila Dyatlov
Danila Yevgenyeviç Dyatlov (rus. Данила Евгеньевич Дятлов; 26 may 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Dyatlov öz peşəkar karyerasında debütünü 26 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dnepr Smolensk klubuna qarşı oyunda etmişdir.
Danila Manka
Danilo (futbolçu)
Danilo da Silva (15 iyul 1991[…]) — Braziliyalı futbolçu. Yuventus klubunun və Braziliya Milli komandasının sağ cinah müdafiçəsi.
Andrey Danilko
Verka Serduçka (ukr. Вєрка Сердючка), doğum adı Andriy Mıhaylovıç Danilko (ukr. Андрі́й Миха́йлович Дани́лко; d. 2 oktyabr 1973, Poltava, Ukrayna, USSR, SSRİ) — Ukrayna müğənnisi, aktyoru, yumorist, parodist, 2008-ci ildən Ukraynanın xalq artisti. O, daha çox Verka Serduçka ləqəbi ilə drag queen artist kimi tanınır. == Həyatı == Andriy Danilko 2 oktyabr 1973-cü ildə Ukraynanın Poltava şəhərində anadan olmuşdur. Atasi Mixail Semenoviç Danilko sürücü kimi çalışırdı. Andrey yeddi yaşında olanda 1980-ci ildə ağciyər xərçəngindən vəfat etdi. Anası Svetlana İvanovna Volkova (1937-2020) - rəssam və fabrik işçisi olmuşdur. Məktəb dövründə KVN komandasının kapitanı olmuşdur və hər il yay uşaq düşərgəsində səhnədə çıxış etmişdir.
Artyom Danilov
Dana Danilenko
Dana Danilenko (19 iyul 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Danilevski sovkası
Danilov
Danilov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Danilər
Duqum-Danilər, Danilər — Yeni Qvineya adasının qərbində (Şərqi İndoneziya, Papua əyaləti) papuas xalqı. Mərkəzi yaylada, Balim çayının Böyük dərəsində yaşayırlar. Danilər etnik papuas qrupları içərisində ən çox tanınan xalqdır. Buna səbəb əraziyə gələn böyük turist axınlarıdır. Sayları təqribən 25 000 nəfərdir (2007). Dani-nqala dil ailəsinə daxil olan dani dilinin dialektində danışırlar. Linqvistik baxımdan dani dili 4 dialektə bölünür: Aşağı vadidə yaşayan danilər (20 000 nəfər), Orta vadidə yaşayan danilər (50 000 nəfər), Yuxarı vadidə yaşayan danilər (20 000 nəfər), Qərbi danilər(180 000 nəfər). Dani dilində rəngləri ifadə edən sözlər yoxdur (ağ və qara istisna). İndoneziya dili də yayılmışdır. Danilərin əksəriyyəti xristiandır, qalanları isə ənənəvi inanclarını qoruyub saxlayırlar.
Nikolay Danilevski
Nikolay Yakovleviç Danilevski (rus. Никола́й Я́ковлевич Даниле́вский; 4 (16) dekabr 1822 və ya 28 noyabr (10 dekabr) 1822, Livnı qəzası[d], Orlov quberniyası[d], Rusiya imperiyası – 7 (19) noyabr 1885, Tiflis) — rus sosioloqu. == Həyatı == == Əsas ideyaları == Rus alimlərindən Nikolay Yakovleviç Danilevski (1822–1885) tərəfindən aparılan sivilizasiyaların təsnifatı 5 əsas amilə söykənirdi: vahid dil birliyi, siyasi müstəqillik, qarşılıqlı təsir, tədrici inkişaf mərhələləri və müxtəlif etnik köklərin birləşməsi. O, dünyada özünəməxsusluğu ilə seçilən cəmiyyətləri "mədəni tarixi tiplər" adlandırırdı və onları tarix səhnəsində əsas subyektlər hesab edirdi. Onun təqdim etdiyi bəşər cəmiyyətinin "mədəni-tarixi tip"lərə bölgüsü (N. Danilevskinin təsnifatında 13 fərqli sivilizasiya tipi fərqləndirilir: Misir, Çin, Semit, Hind, İran, Yəhudi, Yunan, Roma, Ərəb, German-Roman, Slavyan və artıq məhv olmuş Meksika və Peru) sivilizasiyaların inkişaf tarixinin çoxnövlüyünün nümunəsini ortaya qoymuş oldu. Bu yerdə məşhur alimin slavyan və türk mədəni tiplərini necə xarakterizə etməsinə də qısaca toxunmaq istərdik. Belə ki, Danilevskinin Slavyan sivilizasiyasının xarakteristikası və gələcəyi ilə bağlı özünəməxsus geosiyasi yanaşması var idi. O, bütün slavyan xalqlarını bir mədəni tipə aid edərək, onların birləşməsinin və paytaxtı keçmiş Bizansın mərkəzi Konstantinopol (o, Konstantinopolu Çarqorod adlandırırdı) olmaqla vahid dövlət yaratmasının zəruriliyini qeyd edirdi. Slavyanofil müəllifin türklərin sivilizasiya qruplaşmalarında rolu ilə bağlı mövqeyi isə daha çox təmsil etdiyi slavyanofillərin şovinist-millətçi hisslərindən irəli gəlirdi. Belə ki, o, "Rusiya və Avropa" kitabında yazırdı: "Günəş sistemində planetlərlə bərabər zaman-zaman ortaya çıxan və sonra da kosmik məkanda itib-batan kometalar olduğu kimi, bəşəriyyət tarixində də müsbət yönlü mədəni tiplər və ya müstəqil sivilizasiyalardan əlavə müvəqqəti ortaya çıxan və öz həmyaşıdlarına əsaslı təsir göstərən fenomenlər mövcuddur.
Nikolay Danilov
Nikolay Danilov (23 iyul 1920 və ya 1920, Perm quberniyası[d] – 18 aprel 1987 və ya 1987, Sverdlovsk) — Sovet alim-zooloqu, biologiya elmləri doktoru, professor; SSRİ Elmlər Akademiyası Ural Elmi Mərkəzi, Bitki və Heyvan Ekologiyası İnstitutunun Biogeosenotik Proseslərin Enerji Laboratoriyasının rəhbəri; Böyük Vətən müharibəsinin iştirakçısı. Beş monoqrafiya da daxil olmaqla 150-dən çox elmi əsəri dərc edilmişdir. Nikolay Danilov Akademik S. S. Şvartsın "Təkamülün ekoloji qanunları" adlı son monoqrafiyasının (əlyazmasının layihələri əsasında) çapa hazırlanması ilə bağlı iki illik əsərin müəllifidir. == Bioqrafiya == 23 iyul 1920-ci ildə Perm vilayətinin Osa şəhərində anadan olub. 1922-ci ildən Yaroslavl vilayətinin Rıbinsk şəhərində valideynləri ilə birlikdə yaşadı. 1938-ci ildə Rıbinsk 3 nömrəli orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin bioloji fakültəsinə daxil olduur. 1941-ci ildə, universitetdə təhsilinin üçüncü ilindən sonra orduya könüllü olaraq gedir və Leninqrad bölgəsində düşmən cəbhələrinin arxasında fəaliyyət göstərən Vasileostrovski Könüllü Partizan Alayının 6 saylı dəstəsinə yazılır. Daha sonra Nikolay Danilov bir avtomobil mexanikası və sürücüsü olur. Baltikyanı dövlətlər azad edildikdən sonra Şaulayayski hərbi qeydiyyat şöbəsində sürücü işləyir. 1945-ci ildə ordudan tərxis olundur.
Piotr Daniluk
Piotr Daniluk (15 yanvar 1982) — Polşalı atıcı. Piotr Daniluk Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Piotr Daniluk birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 567 xal toplayaraq 41-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tatyana Danilenko
Tatyana Danilenko (ukr. Тетяна Володимирівна Даниленко; 30 oktyabr 1983, Jitomir – Ukraynalı televiziya jurnalisti. == Bioqrafiyası == 30 oktyabr 1983-cü ildə Ukrayna SSR-in Jitomir şəhərində Sovet, Ukrayna yazıçısı Vladimir Danilenkonun və ukrayna dili müəlliməsinin ailəsində anadan olmuşdur.. 16 yaşında "Ukrayna sözü" qəzetində nəşr olunmağa başlanır. 2001-ci ildə ailəsi ilə Kiyevə köçür və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika fakultəsinə jurnalist olaraq daxil olur. 2002-ci ildə, ikinci kursda oxuyarkən STB TV kanalında "Vikna-Stolitsya" proqramının müxbiri olaraq işə başlayır və burada 2004-cü ilə qədər qalır. 2004-cü ilin yazında Kanal 5-də parlament müxbiri olaraq işə başlayır. 2006-cı ildən bəri "Ças novin" proqramının aparıcısı olur və 2009-cu ildən bəri "Ças: pidsumki tıjnya" verilişini aparmağa başlayır. 2013-cü ildən bəri isə "Ças: pidsumki dnya" verilişinin aparıcısı olur. 23 - 25 avqust 2011-ci il tarixlərində Pavel Kuyev ilə birlikdə Kanal 5-də Ukraynanın müstəqilliyinin elan edilməsinin 20 illiyinə həsr olunmuş "Ukrayna Müstəqilliyi" telemarafonunu keçirir.
Yuri Daniloçkin
Yuri Daniloçkin (22 fevral 1991) — Belaruslu dağ-xizək idmançısı. Yuri Daniloçkin Belarusu 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Yuri Daniloçkin birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Daniloçkin birinci mərhələni sona qədər başa vura bilmədi və ikinci mərhələdə oyundan kənarlaşdırıldı.
Danilo Mitroviç
Danilo Mitroviç (23 mart 2001, Serbiya və Monteneqro) – BW Linz komandasında çıxış edən serbiyalı müdafiəçi.
Oxytrypia danilevskyi
Oxytrypia danilevskyi (lat. Oxytrypia danilevskyi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin oxytrypia cinsinə aid heyvan növü. Talış endemidir. == Qısa təsviri == Qanadları açılmış halda 45-50mm-dir. Ön qanadları qonuru- boz rəngdədir, alabəzəkdir. Xarici dişli zolağın dişləri iridir, böyrəkşəkilli naxış ağdır, xarici tərəfi aypara formasındadır, yumru naxış qonurdur. Böyrəkşəkilli və yumru naxışların arası göyümtüldür. Arxa qanadları ağdır. == Arealı və sayı == Azərbaycanda Naxçıvan və Talışın dağ səhra ərazilərində yayılmışdır. Cəmi 9 kəpənəyi işıqdan tutulmuşdur.
Vladimir Danilov
Vladimir Nikolayeviç Danilov (rus. Владимир Николаевич Данилов; 27 dekabr 1852 – 14 noyabr 1914) – Rusiya İmperator Ordusunun zabiti. Rus-yapon müharibəsində briqada komandiri olmuşdur. Birinci dünya müharibəsində iştirak etmişdir. == Həyatı == Vladimir Danilov Konstantinovski Hərbi Kollecini bitirmiş, 1876-cı ildə Serbiya–Osmanlı müharibəsində və 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində iştirak etmişdir. 1903-cü ildə general-mayor rütbəsinə yüksəlmişdir. Rus-yapon müharibəsi zamanı 6-cı Şərqi Sibir diviziyasında briqada komandiri olmuş, Lyaoyan və Şahe döyüşlərində iştirak etmişdir. Mukden döyüşündə yaponların hücumlarını 9 gün boyunca dəf edə bilmiş və liderlik bacarıqlarına görə əsgərlər arasında sevilən şəxsə çevrilmişdir. Müharibədən sonra rus müharibə əsirlərinin Yaponiyadan təxliyə edilməsinə başçılıq etmişdir. 1906–1912-ci illərdə 2-ci Mühafizə Piyada Diviziyasının, daha sonra Mühafizə Korpusunun komandanı olmuşdur.
Danilo Zabolotnı
Danilo Kırıloviç Zabolotnı (ukr. Дани́ло Кири́лович Заболо́тний; 16 (28) dekabr 1866 – 15 dekabr 1929, Kiyev) — ukraynalı epidemioloq və dünyada ilk epidemiologiya tədqiqat şöbəsinin yaradıcısı, Faktiki Dövlət müşaviri (1915). Ümumukrayna Elmlər Akademiyasının prezidenti (1928–1929), Ümumukrayna Elmlər Akademiyasının akademiki (1922), Belarus Elmlər Akademiyasının akademiki (1928), SSRİ Elmlər Akademiyasının akademiki (1929). 1927-ci ildə o, öz sahəsində ilk işlərdən biri olan Epidemiologiyanın əsaslarını nəşr etdirib. == Həyatı == O, Podilsk quberniyasının Çobotarka (indiki Zabolotne) kəndində kəndli ailəsində anadan olub: atası əkinçi, anası kənd mirzəsinin qızı idi. 1877-ci ildə atasının ölümündən sonra Danilo Rostov-na-Donuda əmisinin evinə köçür və burada Naxçıvan-on-Dondan gimnaziyasında oxuyur. 1880-ci ildə Danilo başqa bir əmisi V. M. Sauliakın yanına Odessaya köçür və burada Rişelye gimnaziyasına daxil olur. 1885-ci ildə Danilo Odessada Novorossiysk Universitetinin (indiki İ. İ. Meçnikov adına Odessa Milli Universiteti) fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq fakültəsinə daxil olur, 1889-cu ildə tələbə yürüşündə iştirak etdiyinə görə oradan qovulur və həbs edilir. Daha sonra səhhəti ilə əlaqədar evə buraxılır. 1889–1891-ci illərdə Odessa Bakterioloji Stansiyasında direktor Yakiv Bardaxın köməkçisi işləyib.
Daniel
Daniel - kişi adı. Daniel Alves - Braziliya futbolçusu. Daniel Batti - peşəkar İngiltərə futbolçusu Daniel Bell - Harvard Universitetinin professoru Daniel Berli Vulfoll - FİFA prezidenti Daniel Brül - Almaniya aktyoru. Daniel Defo - İngilis yazıçısı. Daniel Dixes - ispan müğənni. Daniel Franks - Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Deniel Kaneman - iqtisadçı və psixoloq Daniel Karvaxal - İspaniya futbolçusu, Daniel Kiz - Amerika yazıçısı. Daniel Kristian Çiobanu - Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Quisa - İspaniya futbolçusu Daniel Libeskind - yəhudi əsilli ABŞ memarı. Daniel Manin - İtalyan vətənpərvəri və Venesiya dövlət xadimi Daniel Muşitu - peşəkar İsveçli futbolçu Daniel Nikolov - Bolqarıstanı təmsil edən kişi badmintonçu. Daniel Orteqa - Nikaraqua prezidenti.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
Bulbophyllum danii
Bulbophyllum danii (lat. Bulbophyllum danii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum danii növü Kot-d'İvuar üçün endemik növdür.
Daniel Tsiokas
Daniel Tsiokas (19 iyun 1971, Kluj-Napoka) — Yunanıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Daniel Tsiokas Yunanıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Daniel Tsiokas Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daniel Tsiokas Yunanıstanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Daniel Uray
Daniel Uray — Fici Həmkarlar İttifaqları Konqresinin rəhbəri.
Daniel Vişer
Daniel Vişer (16 yanvar 1950, Bazel – 17 yanvar 2017, Sürix) — İsveçrəli siyasətçi. O, Yaşıllar Partiyasını təmsil edib. Vişer 2003-cü ildə Milli Şuraya üzv seçilib. 2007 və 2011-ci illərdə daha iki dəfə seçilib. Onun fəaliyyət müddəti 2015-ci ildə başa çatmışdır. Vişel Bazeldə anadan olmuşdur. Vişer hüquqşünas Frank Vişerin (1923–2015) oğlu idi. Vişer evli idi və iki övladı vardı. Vişer 17 yanvar 2017-ci ildə 67-ci yaşını qeyd etdikdən bir gün sonra Sürixdə xərçəng xəstəliyindən vəfat etmişdir.
Daniel Zvisl
Daniel Zvisl (30 avqust 1984) — Macarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Daniel Zvisl Macarıstanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Daniel Şmidt
Daniel Schmidt (3 fevral 1992, Sprinqfild) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Daniil Aleksandroviç
Daniil Aleksandroviç (rus. Даниил Александрович; 1261[…], Vladimir – 5 mart 1303, Moskva) — Böyük Moskva knyazlığının ilk udel knyazı (1263-1303), Aleksandr Nevskinin kiçik oğlu; Rurikoviçlərin Moskva xəttinin banisi. == Hakimiyyəti == Daniel qardaşları, knyazlar Dmitri Pereyaslavski və Andrey Qorodetskinin Vladimirin böyük hökmranlığı və Novqorodda hökmranlıq hüququ uğrunda mübarizəsində iştirak etdi. Knyazların daxili çəkişmələrində istər-istəməz iştirak edən knyaz Daniil Aleksandroviç özünü sülhsevər kimi göstərdi. 1282-ci ildə Tver knyazı Svyatoslav Yaroslaviçlə birlikdə Vladimirin böyük padşahlığı uğrunda başqa bir qardaş Demetriyə qarşı vuruşan qardaşı Andreyin qoşunları ilə Moskva qoşunlarını birləşdirdi; lakin Dmitrov şəhərindəki ilk görüşdə rəqiblər barışdı və qan tökülmədi. Moskvaya qayıdan Şahzadə Daniel səmavi himayədarının şərəfinə bir monastır qurdu. Daniel Stylite - Zamoskvoreçyedə, Moskva çayının sağ sahilində, cənub Serpuxov yolunda. Monastır onun adını aldı - Danilovski, sonralar rəsmi olaraq Müqəddəs Danilov Spasski adlandırıldı. 1283-cü ildən knyaz Vladimirin Böyük knyazına çevrilən qardaşı knyaz Dmitrinin tərəfində idi. 1293-cü ildə knyaz Andrey Qorodetski Qızıl Orda komandirlərinin Şimal-Şərqi Rusiyaya yeni kampaniyasının təşəbbüskarı oldu.
Daniil Bernulli
Daniil Bernulli (ing. Daniel Bernoulli; d.8 fevral, 1700 – ö.17 mart, 1782) — isveçrəli alim; riyazi fizikanın əsasını qoymuşdur. == Həyatı == Daniil Bernulli dövrünün təbiətşünaslıq elmlərinin bütün sahələrinin inkişafında böyük xidmətləri olmuşdur. Məşhur "Hidrodinamika" əsərinin müəllifidir (1738-ci il), riyaziyyatçı kimi sıralar nəzəriyyəsi sahələrində işləmişdir. İohann Bernullinin oğludur. == İstinadlar == == Ədəbiyyat == Mangold, Max (1990) Duden — Das Aussprachewörterbuch. 3. Auflage. Mannheim/Wien/Zürich, Dudenverlag. == Xarici keçidlər == "Bernoulli Daniel".
Daniil Mişiyev
Daniil Yevdayeviç Mişiyev (10 mart 1926, Qırmızı Qəsəbə, Quba qəzası) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Daniil Yevdayeviç Mişiyev 1926-cı il martın 10-da Quba şəhəri, Qırmızı Qəsəbədə qulluqçu ailəsində anadan olmuşdur. 1934-cü ildə 1 saylı qəsəbə orta məktəbinə daxil olub, 1944-cü ildə həmin məktəbi bitirmişdir. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil almışdır. Gənc mütəxəssis kimi Quba Konserv zavoduna işləməyə göndərilmişdir. Həmin zavodda iki aydan artıq bir müddətdə mühəndis vəzifəsində çalışmışdır. == Elmi fəaliyyəti == 1952-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyası Neft İnstitutunda kiçik elmi işçi kimi işləmiş, 1953-1956-cı illərdə həmin institutun aspirantı olmuşdur. 1959-1968-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır.1968-ci ildən indiki AMEA Polimer Materialları İnstitutunda əvvəlcə böyük elmi işçi və 1974-cü ildən ömrünün sonuna kimi laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildə “Müxtəlif katalizatorların iştirakı ilə oksi və alkooksiəvəzolunmuş tsiklik olefin karbohidrogenlərinin alkilləşməsi” mövzusunda namizədlik, 1972-ci ildə isə “Aromatik karbohidrogenlər və onların alkoksitörəmələrinin konyuqə olunmuş ikiqat rabitəli diolefinlərə alkenilləşmə reaksiyalarının tədqiqi və sintez olunmuş maddələrin çevrilmələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1983-cü ildə “Neft kimyası və Neft-kimya sintezi” ixtisası üzrə professor adına layiq görülmüşdür.
Daniil Mordovtsev
Daniil Lukiç Mordovtsev (rus. Дании́л Луки́ч Мордо́вцев, 19.12.1830-23.6.1905)—Rusiya yazıçısı, tarixçisi. == Həyatı == == Yaradıcılığı == Daniil Mordovtsev materializm və sosializmin əleyhinə idi.
Daniil Qalitski
Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı. == Həyatı == 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı. Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi. Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar. == İstinadlar == == Xarici keçidlər == Генеалогия Михайло Грушевський. ХРОНОЛОГІЯ ПОДІЙ ГАЛИЦЬКО-ВОЛИНСЬКОГО ЛІТОПИСУ Довідник з історії України. За ред. І.Підкови та Р.Шуста.- К.: Генеза, 1993.
Danio foankei
Danio rerio (lat. Danio rerio) — danio cinsinə aid balıq növü.
Danio lineatus
Danio rerio (lat. Danio rerio) — danio cinsinə aid balıq növü.
Danio rerio
Danio rerio (lat. Danio rerio) — danio cinsinə aid balıq növü.