Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sistematika
Bioloji təsnifat — canlı orqanizmləri təsnifləndirilməsi prinsiplərinin işlənib hasırlanması və bu prinsiplərin orqanik aləmin sisteminin qurulmasına praktik tətbiqinə dair elmi intizam. Təsnifləndirmə dedikdə bütün mövcud olan və nəsli kəsilmiş orqanizmlərin təsviri və sistemdə yerləşdirilməsi başa düşülür.
Bioloji sistematika
Bioloji təsnifat — canlı orqanizmləri təsnifləndirilməsi prinsiplərinin işlənib hasırlanması və bu prinsiplərin orqanik aləmin sisteminin qurulmasına praktik tətbiqinə dair elmi intizam. Təsnifləndirmə dedikdə bütün mövcud olan və nəsli kəsilmiş orqanizmlərin təsviri və sistemdə yerləşdirilməsi başa düşülür.
Abxaziya çarlığı
Abxaziya çarlığı (gürc. აფხაზთა სამეფო Apkhazta samepo) — əvvəlcə Anakopiyada, sonra 806-cı ildən Kutaisidə mövcud olmuş mərkəzləşmiş orta əsr dövləti. 786-787-ci illərin qovşağında Xəzər xaqanlığının köməyi ilə II Leonun başçılıq etdiyi Bizansdan asılı olmayan Abxaz krallığı elan edildi. Krallığın çiçəklənmə dövrü 850-950-ci illərə təsadüf edir. X əsrin əvvəllərində krallıq Abxaziya və Şərqi Gürcüstanın bir hissəsini, bugünkü Qərbi Gürcüstanı əhatə edirdi. X əsrin ortalarında Kaxetiyanın bir hissəsini və Tao-Klarjetinin şimal əraziləri də onun tərkibində idi. "Böyük Rus Ensiklopediyası" na görə, Abxaziya krallığının gücü zəifləməyə başladı və 975-ci ildə (ədəbiyyatda fərqli şəkildə adlandırılan "Abxaz və Kartvellər çarlığı", "Baqratilər çarlığı", "Abxaz-Kartli çarlığı") vahid gürcü çarlığının bir hissəsi oldu., 978-ci ildə taxt Kartli və Quranduxt kralı Qurgenin oğlu Baqrata və abxaz çarı III Teodosinin bacısına keçdi. 1008-ci ildə Baqrat, Kartlini atası Qurgendən miras aldı və Abxaziya və Kartli taclarını birləşdirərək vahid bir Gürcüstan krallığını qurdu.. == Adı == Abxaziya çarlığı sözündən yalnız erkən gürcü mənbələrində istifadə olunur. X əsrə qədər Bizanslılar çarlığı Abazqiya-Abxaziya (Yunan Αβαζγια) vassal knyazlıqları hesab edirdilər.
Aksum çarlığı
Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum krallığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum krallığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir. == Tarixi == Aksum krallığı e.ə. I minillikdə Cənubi Ərəbistanda mövcud olmuş Sami mənşəli Sah krallığınin yerində qurulmuşdur. III əsrin axırlarında Aksum krallığı çox güclənmiş və III-VI əsrlərdə Afrikanın şimal-şərqindəki ən böyük ticarət mərkəzi olmuşdur. İsgəndəriyyədən Nil sahillərinə qədər olan ərazidə bütün ticarət bu krallığın nəzarəti altında gerçəkləşmişdir.
Astarxan xanlığı
Həştərxan Xanlığı (tatarca حاجی‌ ترخان خانلغی, Xacitarxan Xanlığı) — Qızıl Ordanın yıxılmasından sonra, Çingiz xanın oğlu Cucinin nəslindən olan Toxa Temür sülaləsindən Noqay xan tərəfindən qurulmuş bir Türk dövləti. == Tarixi == 1466 – 1554-cü illər arasında hökm sürmüş bir xanlıqdır, paytaxtı Həştərxan şəhəri olmuşdur. Krım xanlığı vasitəsiylə Osmanlı dövlətinin nüfuz dairəsinə girmişdir. Onun ehtimali təsisedici Qızıl Ordanın hakimi, Səyyid Əhmədin qardaşı, Mahmud Xan sayılır. Əsli adı "Əjdaha Xanlığı" olan və ruslar tərəfindən sonradan dəyişdirilən Həştərxan xanlığı, Xəzər dənizinin şimal sahillərində əhəmiyyətli bir ticarət mərkəzi olaraq, 88 il müstəqil olmuş, lakin ardıcıl olaraq davam edən hakimiyyət mübarizələri nəticəsində zəifləmiş və 1556-cı ildə rus çarı Qorxunc İvan tərəfindən yıxılmışdır. Rusiyanın Qazan və Həştərxan xanlıqlarını yıxaraq şərqə doğru genişləmə siyasətindən narahat olan Osmanlı Dövləti, (həm də Orta Asiyadakı türk xanlıqlarının kömək istəməsi səbəbindən) 1563-cü ildə Rusiyanı dayandırmaq üçün Həştərxana səfər planlaşdırmış, ancaq 1569-cu ildə həm ordu rəhbərləri arasında, həm də Krım Xanı ilə bu rəhbərlər arasında başlayan anlaşılmazlıqlar nəticəsində səfərdə istənilən nəticəyə nail olunmamışdır. Buna baxmayaraq Rusiyanın sülh istəməsi səbəbindən 1570-ci ildə yenə də Osmanlı və Orta Asiya türk xanlıqlarının xeyrinə bir müqavilə əldə edilə bilmişdir. Bu gündə Həştərxan və ətrafında sıx türk əhalisi yaşayır. === Həştərxan Xanları === I. noyabr 1466–1490 Abbülkərim 1490–1514 Canı Gözət 1514–1521 (1474 −1476 Krım Xanı) Hüseyn 1521 — ? Şeyx Əhməd ?
Avar xanlığı
Avar xanlığı (avar. Авар нуцаллъи) — bugünkü Dağıstan ərazisində XII əsrdən XIX əsrə kimi mövcud olmuş feodal dövlət. == Tarixi == XII əsrin əvvəllərində xristian Sərir krallığının süqutundan sonra avarlar müsəlmanlaşmağa başladı. Bölgə Sabutay Bahadurun başçılığı ilə monqollar tərəfindən işğal edildikdən sonra, 1222-ci ildə bölgədə hərbi münaqişələr artdı. Ardından avarlar, Xarəzmşahlar hökmdarı II Məhəmmədə monqollara qarşı aparılacaq savaşda onlara dəstək olacaqlarını söz vermişdi, lakin avarların monqollarla müharibəsi haqqında heç bir bir məlumat, heç bir sənəd yoxdur. Qızıl Ordanın süqutunun ardından Qazi-Kumuxda şamxallığın yüksəlişi, Avar xanının gücünün XV və XVI əsrlərdə azalacağına bir nişanə idi. Bu illərdə xanlıq quruluş baxımından iradəsiz bir dövlət halına gəldi. Xanlıqdakı əhalinin bir çoxu xandan olduqca böyük muxtariyyət əldə etməsi səbəbindən bəzən o, güclü düşmənlərə qarşı Çarın himayəsini istəmək məcburiyyətində qaldı. 1740-cı ilin yayında Avşarlar sülaləsi hökmdarı Nadir şah, Qazi-Kumuxa gəldi. Kumık şamaxalı Xaspulat xan, Qaytak usmisi Əhməd xan və Akuşa qazisi sədaqətlərini subut etmək üçün müxtəlif hədiyyələr təqdim etdilər.
Bakı xanlığı
Bakı xanlığı (az-əbcəd. باکی خان‌لیغی‎, fars. خانات باکو‎) — XVIII əsrdə müasir Azərbaycan Respublikasının ərazisində yaranmış, paytaxtı Bakı şəhəri olan feodal dövlət. == Tarixi == 1740-cı illərdə Abşeron yarımadasında yaranmış dövlətdir. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa, şahın Bakıdakı əlaltısı Səlimi qovmuş və özünü müstəqil xan elan etmişdi. Bakı xanlığı Şərq feodal dövlətlərinin xüsusiyyətlərini özündə cəmləşdirən dövlət qurumu idi. Bakı xanlığına 39 kənd daxil idi. Təsərrüfatında neft, duz və zəfəran istehsalı, bağçılıq, balıqçılıq, maldarlıq və s.əsas yer tuturdu; toxuculuq, zərgərlik, boyaqçılıq, dulusçuluq, dəmirçilik və s. sənət sahələri inkişaf etmişdi. Xanlıqda olan neft quyularının sayı 18-ci əsrin ortalarında 50-dən çox idi.
Borçalı xanlığı
Borçalı sultanlığı, Loru-Borçalı sultanlığı (gür: g. ბორჩალოს სახანო, l. borçalos saxano) — XVII-XVIII əsrlərdə Səfəvi və Əfşar imperiyalarının, həmçinin Kartli-Kaxetiya krallığının tərkibində mövcud olmuş feodal dövlət qurumu. == Tarixi == 1765-ci ildə İrakli]] Borçalını samouraviyə çevirmişdir. 1801-ci ildə Kartli-Kaxetiya çarlığının Rusiyanın tərkibinə daxil olması ilə Borçalı da rusların hakimiyyətinə keçdi. == Hakimləri == Hüseyn xanın oğlu Musaqulu xan (1752—1755) == İstinadlar == == Mənbə == Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Пётр Григорьевич Бутков. Часть первая. Санкт-Петербург, 1869 год. Высшие классы коренного населения Кавказского края и правительственные мероприятия по определению их сословных прав.
Bulqar xanlığı
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
Buxara Atalığı
Buxara atalığı və atalıq, həmçinin Böyük atalıq özb. Buxoro otalig'i, Otaliq) — Buxara xanlığında 1601-1753-cü illərdə Həştərxanilər sülaləsinin hakimiyyəti ilə başlayan vəzir və ali hörmətli rütbəyə bərabər tutulan dövlət vəzifəsi. 1601-1753-cü illərdə mövcud olmuşdur. Atalıq - xanın əmisi və ya tərbiyəçisi kimi tərcümə olunur, özbək dilindən tərcümədə "atanın yerini tutmaq" deməkdir. Ənənəvi olaraq bu hüquq xüsusilə hörmətli və alicənab insanlara verilirdi. Bənzər bir ad (titul) - Atabəy Azərbaycanda da mövcud idi. == Tarixi == Qızıl Ordada (1224-1483) taxtın varisinin yanında ən yüksək məmur olaraq atalıq adı xüsusilə şərəfli və hörmətli olanlara verildi. Daha sonra "atalıq" varis olan gənc sultanların hamisi və tərbiyəçisi idi. == Buxara xanlığında titul == Atalıq adı Özbək xanlığında istifadə edilmişdir (1428-1468). Əbülxeyr xanın nəvəsi - Şeybani xan tərəfindən Mavərənnəhrin fəthindən sonra Şeybani dövlətində bu titul tətbiq edildi.
Buxara xanlığı
Buxara xanlığı (özb. Buxoro Xonligi) — Buxara və bugünkü Özbəkistan ətraflarında mövcud olmuşdur. Şeybani hakimiyyəti, Aştarhan hakimiyyəti (Canı hakimiyyəti) və Mangit hakimiyyəti olmaqla üç dövrü əhatə etmişdir. == Şeybani xanlığı == Şeybani xanlığı (1428–1468, 1500–1599), Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və özbəkləri idarə edən Əbu ül Xeyir tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymur İmperatorluğu tərəfindən yıxılmışdır. Sonra 1500-cü ildə Məhəmməd Şeybani Xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir. === Şeybani xanları === Məhəmməd Şeybani (1500–1510) Köçkuncu (1510–1531) Müzaffərrəddin Əbu Səid (1531–1534) Əbul Qazi Ubeydallah (1534–1539) I Abdallah (1539–1540) Əbdüllətif (1540–1552) Novruz Əhməd (1552–1556) I Pir Məhəmməd (1556–1561) İsgəndər (1561–1583) II Abdallah (1583–1598) Abdül Mömin (1598–1598) II Pir Məhəmməd (1598–1598) == Həştərxan hakimiyyəti (Canı hakimiyyəti) == Həştərxan hakimiyyəti (Canı hakimiyyəti) Buxara Xanlığı (1599–1785) kimi xatırlanır. Həştərxan hakimiyyəti 1599-cu ildə Canıbəyin oğlu Din Məhəmməd (Baqi Məhəmməd) tərəfindən qurulmuş və bu hakimiyyət 1804-cü ildə tamamilə yıxılmışdır.
Bədəxşan xanlığı
Bədəxşan xanlığı (fars. هانیگاریا بدخشان‎) — XVII—XIX əsrlərdə Əfqan Türkistanında mövcud olmuş, sonradan Əfqanıstan Əmirliyinə birləşdirilən özbək dövlətidir. İlk hökmdar Yarbek xan, sonuncu özbəklərin Yaridlər sülaləsindən olan Cahandar şah idi. == Tarixi == XV əsrdə Bədəxşan Teymurilər imperiyasının tərkibində idi. XVI əsrdə Şeybanilərin özbək sülaləsinin nümayəndələri bu əraziyə iddia etməyə başladılar. Şeybanilərin Teymurun nəsli ilə sonrakı mübarizəsi burada gah birinin gah digərinin uğuru ilə keçdi. Bədəxşan, nəhayət, II Abdulla xan (1583-1598) tərəfindən sonunculardan geri alındı . == Özbək hakimiyyəti altında == 1584-cü ildə II Abdulla xan Bədəxşanın yalnız qərb hissəsini ələ keçirə bildi. Geri alınan ərazi Əbdülmömin xanın mirasına daxil edildi. Lakin Bədəxşanın şərq hissəsi hələ də Süleyman-şah və onun övladlarına məxsus idi.
Bəlx xanlığı
Bəlx xanlığı (özb. Balx xonligi / Балх хонлиги / بلخ خانلیگی) — 1850-1702-ci illərdə Cənubi Türkistan ərazisində mövcud olan özbək dövləti. Bəlx Buxara xanlığının (1526-1702) ən böyük inzibati vahidi olmuşdur. 1590-cı ildən başlayaraq, Bəlx valisi Buxara hökmdarının varisi olmuş və xan rütbəsi alaraq müstəqiliyini elan etmişdir. 1850-ci ildə Əfqanıstan Əmirliyi tərəfindən işğal edilmişdir. İlk xan Kistin Qara Sultan xan, son xan isə Rüstəş xan olmuşdur. Bəlx xanlığının ən yüksək inkişaf dövrü Həştərxanilər sülaləsi nümayəndələri, xüsusilə Nadir Məhəmməd xan və Subxankuli xan zamanında olmuşdur. Bəlx xanlığının paytaxtı eyniadlı şəhər - Həştərxanilərin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlx idi. == Çoğrafiyası == Bəlx xanlığı Hissar vilayəti ilə Hindukuş dağları arasında, qərbdən şərqə Murqab çayı və Bədəxşan arasında şimaldan cənuba uzanan geniş bir ərazini tuturdu. Bəlx xanlığının ərazisi arxeoloqlar tərəfindən kifayət qədər araşdırılmamışdır, bizə gəlmiş yazılı mənbələrin məlumatları isə çox azdır.
Cavad xanlığı
Cavad xanlığı (az-əbcəd. جواد خان‌لیغی‎, fars. خانات جاواد‎) — bir çox Azərbaycan xanlıqları kimi Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Kür-Araz qovşağının sağ və sol sahilində yerləşirdi. Xanlıq qərbdən Qarabağ və Qaradağ xanlığı, şərqdən Şirvan xanlığı və Salyan sultanlığı, cənubdan Talış xanlığı ilə həmsərhəd idi. Xanlığın əsas hissəsi Muğan ərazisində olduğuna görə tarixi sənədlərdə Muğan xanlığı da adlanmışdır. Xanlığın iqamətgahı Cavad qalası, ikinci iqamətgahı isə xan ailəsi qəsrinin olduğu və Muğan mahalının mərkəzi olan Qalaqayın idi. Tərkibində Muğan mahalından başqa Rudbar mahalı da vardı. == Coğrafi ərazisi == Cavad xanlığının mərkəzi Araz çayının kəsişdiyi nöqtədə, Kür çayının sol sahilində və Şamaxının cənub-qərbində yerləşən Cavad qala şəhəridir. Çulkova görə "Cavadın bu əsas ərazisi böyük yaşayış yeridir".
Cığatay xanlığı
Cığatay xanlığı — Monqol hökmdarı Çingiz xanın nəslindən olan Çığatay xanın adını daşıyan dövlət. Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığataya vermişdi. Cığatayın bu torpaqlarda 1227-ci ildə qurduğu dövlət 1370-ci ilə qədər mövcud olmuşdur. Cığatay xan böyük qardaşı Cuçi xanın və atasının ölümündən sonra xanədanın ən yaşlı üzvü idi. Cığatay xanın 1241-ci ildə ölümündən sonra Cığatay xanlığı mərkəzi Monqol dövlətinə qarşı mübarizəyə başladı. Cığatayın nəvələri Algu, Kubilay xan ilə Arik Böge arasındakı hakimiyyət mübarizəsindən faydalanan Xarəzmşahlar, Qərbi Türkistanı və Əfqanıstanı torpaqlarına qatdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı oldu. Ondan əvvəlki Cığatay hökmdarları şamanizm inancında idilər. Cığatay xanlığının ən parlaq dövrü Kebek xanın xanlıq etdiyi dövrə (1318–1326) təsadüf edir.
Daşkənd xanlığı
Daşkənd xanlığı Özbəkistan dövlətinin paytaxtı Daşkənddə yerləşən orta əsrlərdə Özbək-Qazax dövləti. Xanlığın tarixini üç dövrə bölmək olar. 1501-ci ildə Buxara xanlığının tərkibində yaradılmış və muxtar idarə edilmiş, lakin xanlar vali təyin edilmişlər. 1597-ci ildə II Abdulla xan Şeybani vəfat edəndə Qazax xanlığı Daşkəndi ələ keçirdi və şəhərə gələcək qazax xanları hakim oldular. 1613-cü ildə Tursun Məhəmməd xan müstəqilliyini elan edərək müstəqil xanlığa çevrildi. O, bir müddət xanlığı idarə etdi; 1627-ci ildə Qazax xanlığı Daşkəndi tutdu və xanlıq dağıdıldı.
Dunqan xanlığı
Dunqan xanlığı — 1864-cü ildə türk müsəlman xalqları (dunqanlar, uyğurlar, qazaxlar və s.) tərəfindən milli azadlıq mübarizəsi zamanı Tsin hökumətinin devrilməsindən sonra yaradılan Şərqi Türkistandakı bir dövlətdir. Paytaxtı Urumçi şəhəri olmuşdur. == Ümumi təsvir == Dunqan xanlığı Manas, Quçen şəhərləri və başqa ərazilərlə yanaşı, əsasən dunqanların yaşadığı Şimali Tyan-Şan torpaqlarını da əhatə edirdi. Dövlət Lotay xan (Daut-Helpe) tərəfindən idarə olunurdu. Şəhərləri yanşailər idarə edirdi. Dunqan xanlığında nizami qoşunlar yox idi. Hər şəhərin öz könüllü dəstəsi var idi. Tədqiqatçılar həmçinin Dunqan xanlığını Dunqan şəhərlərinin birliyi də adlandırırlar, çünki şəhərlər geniş özünüidarə hüquqlarına sahib idi. Dungan xanlığı Sincanın ən güclü siyasi birliyi idi. Bunun hesabına xanlıq 1867-ci ilə qədər sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirmişdi.
Dərbənd xanlığı
Dərbənd xanlığı — Əfşarlar dövlətinin süqutu nəticəsində yaranmış Azərbaycan xanlıqlarından biri. Xanlığın əsası 1747-ci ildə Məhəmmədhəsən xan tərəfindən qoyulmuşdur. Dərbənd xanlığı 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal olunmuşdur. Rusiyaya birləşdirilərkən Dərbənd xanlığının sahəsi 7 min km². idi. Xanlığın ərazisi müasir Dağıstanın cənubunu əhatə edirdi və mərkəzi Dərbənd şəhəri idi. == Tarixi == 1509-cu ilə qədər Dərbənd əsasən Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bu tarixdə Dərbənd Səfəvi hökmdarı I İsmayıl tərəfindən ələ keçirilmiş və burada formalaşdırılmış qızılbaş idarəetmə sisteminin bir hissəsi olmuşdur. Bundan sonra Səfəvilər burada xeyli sayda məscid və digər motivli memarlıq nümunələri tikdirmiş, xüsusən I Abbas şəhərin istehkamlarının gücləndirilməsinə, limanının genişləndirilməsinə diqqət yetirmişdir. Dərbənd qızılbaş əmiri tərəfindən idarə edilirdi və bu əmir Şirvan bəylərbəyinə tabe idi.
Elam çarlığı
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi. Elam ərazisində Ön Asiyanın ən qədim mədəniyyətlərindən biri yaradılmışdı. Elam İranın cənubunda yerləşirdi və qərbdə İkiçayarası ilə həmsərhəd olmuşdu. Elamdan axan ən böyük çaylar Kərha və Karun qədim zamanlar Fars körfəzinə, indi isə Şətt ül-Ərəb çayına tökülür. İkiçayarasını keçən Dəclə və Fərat çayları birləşib Şətt ül-Ərəb çayını təşkil edirlər. Kərha və Karun çayları arası antik dövrdə Suziana adlanırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından təcrid edirdi.
Epir çarlığı
Epir çarlığı (yun. το Βασίλειο της Ηπείρου), həmçinin Epir dövləti və ya Epir despotluğu (yun. Δεσποτάτο της Ηπείρου) — 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra özünü Bizans imperiyasının varis dövlətlərindən biri hesab edən, Angellər sülaləsinin bir qolu tərəfindən qurulan yunan dövləti. O, Nikeya imperiyası və Trapezund imperiyası ilə birlikdə Bizans imperiyasının qanuni varisi olduğunu iddia etmiş, hökmdarları 1227–1242-ci illərdə qısa müddətə özlərini imperator elan etmişdilər (bu dövrdə daha çox Fessaloniki imperiyası adlanır).
Gilan xanlığı
Gilan xanlığı — 1747-ci ildə Gilan əyalətində yaranan xanlıq. == Tarixi == Nadir şah Qırxlı-Avşarın qətlindən sonra Gilanda hakim Tarumlu əmir Əmirgunə xan Əmirli-Avşar idi. Nadir şahın öldürülməsindən sonra Gilanda da hakimiyyət uğrunda mübarizə başladı. Bir tərəfdən Əmir Dibac Fuməninin törəmələri, bir yandan da Şah Sultan Hüseyn Səfəvinin dönəmində Gilan hakimi olan Ağa Kamalın övladları. Ağa Safi Gilanı ələ keçirib, özünü xan elan etdi. Məhəmmədhəsən xan Qovanlı-Qacar və Kərim xan Zəndin arasında gedən taxt-tac qovğasından istifadə edib, yerini möhkəmlətdi. 1752-ci ildə Ağa Camal Fuməninin qızı ilə evlənib, köklü ailə tərəfindən dəstək qazandı. 1753-cü ildə Ağa Hadi Şəfti ilə ədavəti nəticəsində öldürüldü. Ağa Hadi Mirzə Zəki Kəskərinin yardımı ilə Gilanda xanlıq taxtına əyləşdi. Onun xanlığı 4 ay çəkdi.
Gürcüstan çarlığı
Gürcüstan çarlığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 11008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi. Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.
Gəncə xanlığı
Gəncə xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biri. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi. == Yaranması == 1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan,şərait tapdılar.Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur.O,Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakli 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu.Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir. == İkikahimiyyətlilik dövrü == 1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı.Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi. İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü. == Müstəqillik uğrunda mübarizə == 1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi.Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi.Vəziyyətin belə olmasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü.Lakin o,tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı.Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi.Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar.Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu.Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb,öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər.
Həştərxan xanlığı
Həştərxan Xanlığı (tatarca حاجی‌ ترخان خانلغی, Xacitarxan Xanlığı) — Qızıl Ordanın yıxılmasından sonra, Çingiz xanın oğlu Cucinin nəslindən olan Toxa Temür sülaləsindən Noqay xan tərəfindən qurulmuş bir Türk dövləti. == Tarixi == 1466 – 1554-cü illər arasında hökm sürmüş bir xanlıqdır, paytaxtı Həştərxan şəhəri olmuşdur. Krım xanlığı vasitəsiylə Osmanlı dövlətinin nüfuz dairəsinə girmişdir. Onun ehtimali təsisedici Qızıl Ordanın hakimi, Səyyid Əhmədin qardaşı, Mahmud Xan sayılır. Əsli adı "Əjdaha Xanlığı" olan və ruslar tərəfindən sonradan dəyişdirilən Həştərxan xanlığı, Xəzər dənizinin şimal sahillərində əhəmiyyətli bir ticarət mərkəzi olaraq, 88 il müstəqil olmuş, lakin ardıcıl olaraq davam edən hakimiyyət mübarizələri nəticəsində zəifləmiş və 1556-cı ildə rus çarı Qorxunc İvan tərəfindən yıxılmışdır. Rusiyanın Qazan və Həştərxan xanlıqlarını yıxaraq şərqə doğru genişləmə siyasətindən narahat olan Osmanlı Dövləti, (həm də Orta Asiyadakı türk xanlıqlarının kömək istəməsi səbəbindən) 1563-cü ildə Rusiyanı dayandırmaq üçün Həştərxana səfər planlaşdırmış, ancaq 1569-cu ildə həm ordu rəhbərləri arasında, həm də Krım Xanı ilə bu rəhbərlər arasında başlayan anlaşılmazlıqlar nəticəsində səfərdə istənilən nəticəyə nail olunmamışdır. Buna baxmayaraq Rusiyanın sülh istəməsi səbəbindən 1570-ci ildə yenə də Osmanlı və Orta Asiya türk xanlıqlarının xeyrinə bir müqavilə əldə edilə bilmişdir. Bu gündə Həştərxan və ətrafında sıx türk əhalisi yaşayır. === Həştərxan Xanları === I. noyabr 1466–1490 Abbülkərim 1490–1514 Canı Gözət 1514–1521 (1474 −1476 Krım Xanı) Hüseyn 1521 — ? Şeyx Əhməd ?
Kalmık xanlığı
Kalmık xanlığı (Torqout xanlığı; kalm. Хальмг хана улс) — XVII–XVIII əsrlərdə kalmıkların dövlətləri. == Tarixi == Xanlıq noyonların başçılığı ilə uluslardan təşkil olunmuşdu. Uluslar aymaklara və xotonlara bölünürdü. Bu bölümləri də zaysanqlar idarə edirdi. Xanlıqda məhkəmə zarqo, hakim zarquçu adlanırdı. Buxara xanlığında çəkişmələrdən istifadə edən Səfəvilər Xorasanı tutdular. Şah I Abbasa arxalanan Xarəzm feodalı Xoca Məhəmməd 1598-ci ildə Ürgəncdə möhkəmləndi. Kalmık tayfaları Mavərənnəhrdən sıxışdırıldı. === Qazax və kalmık əlaqələri === XV əsrdən XVI əsrin ikinci yarısına qədərki dövrdə Qazax-Kalmık münasibətləri haqqında bilgilər çox azdır.
Şamlıq
Bala Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Azərbaycanın Tovuz rayonunda kənd. Şamlıq — Ermənistanda şəhər.