Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məcməyi
Məcməyi— dairəvi formalı dayaz mis qab. Alt hissəsi tamamilə naxışsız olan Məcməyinin ağız hissəsinin kənarları yarımdairəvi kəsmələrlə, içərisi isə zərif həndəsi, nəbati, buta və s. naxışlarla bəzədilir.Əsasən plov, xingal və s. xörəkləri süfrəyə gətirmək üçün istifadə olunur. Azərbaycanda hazırlanmış nəfis məcməyilər xaricdə də şöhrət qazanmışdır. Yaxın Şərq, Zaqafqaziya xalqları arasında da geniş yayılmışdır. == İstinadlar == Azərbaycan Sovet Ensiklopediyası Mis sənət işləri.
Məməli
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Cərəyan mənbəyi
Cərəyan mənbəyi, üzərindəki gərginlikdən asılı olmayan bir elektrik cərəyanı verən və ya udan bir elektron dövrədir. Cərəyan mənbəyi adından da məlum olduğu kimi dövrəni cərəyanla enerji ilə təmin edir. Cərəyan özü naqildə elektronların nizamlı hərəkət etməsidir. Cərəyan mənbəyinin funksiyası isə naqildəki elektronları hərəkətə gətirməkdir. qısası dövrədə cərəyanı yaradan elektrik mənbəyidir.Cərəyan mənbəyinin iki növü var: Sabit Cərəyan mənbəyi Dəyişən cərəyan mənbəyi Sabit cərəyan mənbəyinin iki qütbü olur. müsbət (+) və mənfi (-). Bu mənbədə elektronlar mənfi qütbdən çıxıb müsbət qütbə doğru gedirlər və ancaq bir istiqametdə sabit sürətlə gedirlər. Ona görə də belə mənbələr sabit cərəyan mənbələri adlanır. (məsələn: batareyalar, akumulyatorlar və s) Dəyişən cərəyan mənbələrində isə elektronlar gah bir qütbdən digərinə, gah da əksinə qayıdırlar. Elektronlar bir istiqamətdə və sabit sürətlə getmədiyindən belə cərəyan dəyişən cərəyan adlanır == Həmçinin bax == Gərginlik mənbəyi == İstinadlar == == Əlavə oxu == "Current Sources & Voltage References" Linden T. Harrison; Publ.
Dünyanın mənşəyi
Dünyanın mənşəyi (fr. l'Origine du monde) — fransız rəssamı Qüstav Kurbe tərəfindən 1866-cı ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsərdə yataqda uzanaraq ayaqlarını aralamış qadının cinsiyyət üzvü və qarnı geniş planda təsvir edilmişdir. Baş, qollar və ayaqların çılpaq bədənlə birlikdə təsvir olunmaması əsərin erotisizmini daha da qabardır. Əsərə münasibət birmənalı olmadığından, mümkün təcavüzün qarşısını almaq məqsədilə o, daim gözətçi nəzarətində saxlanılır. == Tarixi == === Modelin müəyyənləşdirilməsi === Əsər üzərində işlədiyi dövrdə Kurbenin sevimli modeli Co (Jo) ləqəbi ilə tanınan Coanna Hiffernan olmuşdur. Coannanın sevgilisi Kurbenin dostu olan amerikan rəssamı Ceyms Uistler idi. 1866-cı ildə Kurbenin işlədiyi "Gözəl irlandiyalı" (La belle Irlandaise) (Conun portreti — Portrait of Jo) əsərinin də modeli Hiffernan olmuşdur. Bütün yaradıcılığı boyu Kurbe Hiffernanın dörd portretini işləmişdir. Ehtimal ki, "Dünyanın mənşəyi" əsərinin modeli də Hiffernan olmuşdur və bu əsərin təqdim edilməsindən qısa müddət sonra Kurbe ilə Uistlerin münasibətləri kəskin şəkildə pisləşmişdir.
Gərginlik mənbəyi
Gərginlik mənbəyi sabit bir gərginliyi saxlaya bilən iki terminallı bir cihazdır.
Məcməüş-şüəra
"Məcməüş-şüara" ("Şairlər yığıncağı") — Bakıda ədəbi məclis (1880-1923) "Məcməüş-şüara" ("Şairlər yığıncağı") XIX əsr. Azərbaycanda qurulan ədəbî məclislərdən biridir. 1880-ci ildə Bakıda təşkil olunan "Məcməuş-şuəra" ədəbi məclisinin sədri Məmmədağa Cürmi, katibi Ağadadaş Sürəyya idi. İ. Zülali, M. Dilxun, Ə. Vaqif, Ə. Cənnəti, Ə.Yusif, Ağa Kərim Salik, M. Müsəvvir, M. Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi. Məclisin üzvləri olan şairlərin qəzəlləri Abşeron xanəndələrinin muğam ifaçılığında geniş istifadə olunurdu.
Məmmədi Salamov
Məmmədi Salamov — Azərbaycanlı zorxana idmançısı; məşqçi-müəllim, respublika və beynəlxalq yarışlarının qalibi və mükafatçısı. Azərbaycan çempionu (2011); IV İslam Həmrəyliyi Oyunları 3-cüsü == Karyerası == Məmmədi Salamov, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Məmmədi Salamov, kəbbadə yarışlarında bürünc medala layiq görüldü. Komanda yarışlarında isə o, Orxan Xanlarov, Rüfət Gülalıyev, Tural Əliyev və Xəyyam Orucov ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Mərməri ördək
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Məxməri ağcaqayın
Məxməri ağcaqayın (lat. Acer velutinum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 35–40 m-ə qədər, gövdəsinin diametri 1,4 m-ə qədər olan iri çətiri olan böyük ağacdır. Gövdəsinin qabığı ət rəngi-çəhrayımtıl rəngdə, yaşlı ağacların aşağı hissəsi tünd-boz rəngdədir. Yarpaqları iridir, kağıza bənzər olub, uzunluğu 15-20 (40) sm, 5-bölümlüdür. Yarpağın qaidə hissəsi ürəkşəkilli, bəzən dəyirmi və ya kəsilmiş formadadır, üst tərəfdən tündyaşıl, həmişə çılpaq, alt tərəfdən daha açıq və ya göyümtül rənglidir, çılpaq və yaxud tamamən məxməri-yumşaq tüklcüklüdür; bölümləri sivri, bəzən kütdür, bərabər olmayan və iri dişlidir; təpə bölümləri yan bölümlərdən enli və bir qədər uzundur. Saplaq 12-25 sm uzunluqda olub, adətən yarpaq ayasına bərabər olur və ya ondan uzun olur. Süpürgələr iridir və 12-15 sm uzunluqdadır, düzdurandır, tükcüklü budaqları meyvə verənə yaxın əyiləndir. Çiçəkləri kiçik olub, yaşılımtıl-sarı rənglidir. Meyvə qanadlarının uzunluğu 5 sm-ə qədərdir, çoxsaylıdır, qabarıq, xaricdən çılpaq, daxildən tükcükləri olan fındıqcaları vardır;qanadlar aşağı hissədə daralmış, yuxarıda isə genişlənmiş və düz və ya iti bucaq altında ayrılmışdır.
Məxməri göyrüş
Məxməri göyrüş (lat. Fraxinus velutina) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. Arizona, Yeni Meksika və Kaliforniyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə çatan ağacdır. Düz nazik gövdəli, qabığı boz rənglidir. Məxməri yarpaqlarının uzunluğu 15 sm, 3-5 ədəd ellipsvari və ya dairəvi yarpaqcıqdan ibarət, uzunluğu 2-4 sm, itiuclu, kənarı dişli, üst səthi qabarıqdır. Çiçəkləri budaqların ucunda hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi qanadlı, 1,8 sm uzunluqdadır. Toxumla çoxaldılır.
Məxməri gərməşov
Məxməri gərməşov (lat. Euonymus velutinus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 1,5–4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3–5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs–yumurtavari, 2–8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1–6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir.
Məxməri inqilab
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Növlərin mənşəyi
Növlərin mənşəyi (ing. The Origin of Species) — Çarlz Darvin tərəfindən 1859-cu ildə çap olunmuş əsər. == Tarixi == 24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olmuşdur. Elm tarixinin ən böyük çalışmalarından sayılan əsər Darvinin 1831-36-cı illər ərzində Biql gəmisi ilə səyahəti, xüsusilə də Qalapaqos adasındakı təcrübələrə əsaslanan bioloji təkamül anlayışı ilə qələmə alınıb. Bununla məşhur Təkamül nəzəriyyəsinin elmi əsası qoyulurdu. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır. Kitab çap olunarkən geniş oxucu kütləsi və ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Əsərin 1250-lik tirajla çap olunan ilk kitab nüsxələrinin hamısı elə həmin gündəcə satılmışdı. Darvinin bu əsəri Karl Marks və Fridrix Engels kimi alimlərin də diqqətindən yayınmamışdı.
Prokonnesos mərməri
Prokonnesos mərməri ya da Mərmərə adası mərməri, antik adı Prokonnesos olan müasir Mərmərə adasında 2000 ildən artıqdır çıxarılan ağ mərmərdir.
Çay mənbəyi
Çayın mənbəyi — çayın başlandığı yer. Mənbə əsasən bulaq, göl, buzlaq, bataqlıq və ya digər iki çayın birləşməsi ola bilər. Xəritələrdə adətən eniş sahələr mənbə olaraq göstərilir. Çay sistemində çoxlu sayda mənbələr olsa da, mənsəbdən ən uzaqda yerləşən mənbə əsas hesab edilir. Başlanğıcını bataqlıqdan götürən çaylara misal kimi Volqa çayını göstərmək olar. Amur çayı Arqun və Şilki, Ob çayı isə Biya və Katun çaylarının birləşməsindən yaranır. Azərbaycan ərazisindən axan Qurbağalı çayının mənbəyi Kiçik Alagöldür. Çay Kiçik Alagöldən başlayaraq Böyük Alagölə tökülür.
Güc mənbəyi
Qida bloku- (ing. power supply unit) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğu. Qida blokunun bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Sərinkeş vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işin bu işin görülməsinə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150–200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunun səsidir, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış sərinkeşdir.
Cadugərlərin məcmuəsi
Cadugərlərin məcmuəsi, Françesko Mariya Quazzo tərəfindən latın dilində yazılmış və 1608-ci ildə Milanda (indiki İtaliya) nəşr edilmiş cadugər ovçuları üçün dərslikdir. == İstinadlar == Vikianbarda Cadugərlərin məcmuəsi ilə əlaqəli mediafayllar var. Compendium Maleficarum Latın mətninin onlayn versiyası və 1626-cı ildə nəşr olunan Cadügərlərin Məcmuəsi nin skan edilmiş səhifələri.
Hüququn mənbəyi
Hüququn mənbəyi (forması) — hüquq normalarının möhkəmləndirilməsi üsulu. Bəzi alimlər hüququn mənbəyini və ifadə formasını müəyyən edir, digərləri isə onlar arasında fərq qoyur, mənbəni hüquq qaydalarını yaradan hadisə kimi, ifadə formasını isə mahiyyət etibarı ilə mənbə ilə üst-üstə düşməyən bir növ “ normalar konteyneri ” kimi müəyyən edirlər. . == Hüquq mənbələrinin növləri == Hüququn ilk mənbəyi hüquqi adət hesab edilməlidir. Maddi, ideoloji və rəsmi (hüquqi) mənada hüququn mənbələri arasında fərq qoyulur. Maddi mənada hüququn mənbəyi ictimai münasibətlərin özüdür, yəni cəmiyyətdəki maddi həyat şərtləri, iqtisadi münasibətlər sistemi, cəmiyyətdə mövcud olan mülkiyyət formaları və s. İdeoloji mənada hüququn mənbəyi hüquqi şüur və hüquq mədəniyyətidir. Bu, həm qanunvericilərin hüquqi şüuruna, həm də insanların hüquq şüuruna aiddir ki, bu da hüququn formalaşmasına təsir göstərir. Formal (hüquqi) mənada hüququn mənbəyi hüquq normalarının möhkəmlənməsi və mövcudluğu yoludur. Tarixi və siyasi mənada hüququn mənbələrindən də danışmaq olar: tarixi mənada o, müxtəlif hüquqi abidələri təmsil edir (məsələn, Manu qanunları), siyasi mənada isə hüququn mənbəyi dövlət kimi başa düşülür. Müəyyən bir ölkədə mövcud olan hüquq mənbələrinin tərkibi və sistemi tarixi xüsusiyyətləri və bu ölkənin hüquq sisteminin müəyyən bir hüquqi ailəyə ( anqlo-sakson, romano-german, sosialist və s.) mənsubiyyəti ilə müəyyən edilir.
Məcməül-Xəvas
Məcməül-Xəvas - Sadiq bəy Əfşarın Çağatay türkcəsində yazdığı təzkirə əsəri. Ərəbcə “möhtərəm insanların toplaşdığı yer” mənasını verən “Məcməül-Xəvas” adlanan təzkirə müqəddimə, 8 fəsil və xətimədən ibarətdir. Sadıq bəy Əfşarın təzkirəsi Özbək şairi Əlişir Nəvayinin “Məcalisün-Nəfayis” adlı əsəri ilə həm üslub həm dil baxımından oxşarlıq göstərsə də, ondan fərqli olaraq burada fəsillər “məclis” yox “məcmuə” adlanır. Ümumilikdə 11 nüsxəsi olan əsər ilk dəfə hicri 1327/ 1948-ci ildə Təbriz Universitetinin müəllimlərindən biri olan Əbdür-Rəsul Xəyyampur tərəfindən fars dilinə tərcümə edilmiş, orijinal türkcə mətni ilə birlikdə çap edilmişdir. Bu nəşrdə əsərdəki türkcə şeir nümunələri tərcümə olunmayıb. “Məcməül-Xəvas”ın ikinci tərcüməsi məşhur Azərbaycan filoloqu Əkrəm Bağırovun Bakıda nəşr etdirdiyi kitabdır. Bu araşdırmada Təbriz Milli Kitabxanasındakı külliyyat nüsxəsi (Külliyyat-ı Sadiqi-i Əfşar) əsas götürülmüş və sözügedən nüsxə Xəyyampurun Təbrizdə nəşr olunmuş kitabı ilə müqayisə edilərək müqayisəli mətn kimi oxucuya təqdim edilmişdir. Əsərin yalnız tərcüməyi-hal hissələri müəllif tərəfindən Azərbaycan türkcəsinə çevrilmiş, türk və fars şeir nümunələri isə Azərbaycan-latın əlifbasına köçürülmüşdür. == Müəllifi == Görkəmli Azərbaycan şairi, xəttatı, rəssam-naqqaşı, musiqi-şünası Sadiq bəy Əfşar həm də təzkirəçi idi. Sadiq bəy Əfşar hicri 940-cı ildə (miladi 1533-1534) Səfəvi dövlətinin paytaxtı Təbriz şəhərinin Vicuyə (Vərci) məhəllləsində anadan olmuşdur.
Keçi məməsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Liçi (məməli)
Liçi (lat. Kobus leche) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Məməli heyvan
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Güc mənbəyi problemləri
Kompüterin gücü (ing. computer power) – kompüterin müəyyən işi görə bilmək bacarığı (imkanı). Əgər kompüterin gücünü, onun müəyyən zaman aralığında yerinə yetirdiyi komandaların sayı kimi təyin etsək, onda gücü bir saniyədə milyon komandalarla (million instructions per second, MIPS) və ya bir saniyədə sürüşkən nöqtəli milyon əməliyyatlarla (MFLOPS) ölçmək lazımdır. Maşının imkanlarını qiymətləndirərkən, qarşıya qoyulan məqsəddən asılı olaraq, onun gücünü başqa üsullarla da ifadə etmək olar. İstifadəçilər və ya alıcılar gücü çox zaman operativ yaddaşın həcmi, prosessorun işləmə sürəti və ya kompüterin bir dəfəyə emal etdiyi bitlərin sayı (8, 16, 32 və s.) kimi terminlərlə xarakterizə edirlər. Beləliklə, bu cür qiymətləndirmələrə çox zaman başqa amillər də cəlb olunur; onlardan ən önəmli ikisi bunlardır: kompüterin komponentləri nə dərəcədə birgə işləyə bilər və onlardan tələb olunan funksiyalara nə dərəcədə uyğundurlar. Kompüter çoxlu elementlərdən ibarət olduğundan, onun gücü hər bir komponentdən, o cümlədən istifadəçidən də asılı olur. == Güc mənbəyi == Güc mənbəyi (ing. power supply) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğudur. Güc mənbəyinin bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Ventilyatoru vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Güc mənbəyi kompüterin müxtəlif komponentləri içərisində elektriklə təchiz etmənin əsas komponenti sayılır.Onun funksiyalarına elektrik enerjisinin dəyişdirilməsi ilə yanaşı mütləq müəyyən edilmiş ötürücü kompüterin hər hansı komponentinə ötürülməsidir.Ona görə də güc mənbəyi ilə bağlı olan hər hansı problemlər sonda bütün sistemin nasazlığına gətirib çıxara bilər.
Məkkəyi Mehmed Əfəndi
Məkkəyi Mehmed Əfəndi (1714, Məkkə, Həbəşistan əyaləti – 1797, Konstantinopol) — Osmanlı alimi, xəttat və şeyxülislamı. Oğlu Mustafa Asım Əfəndi II Mahmud dönəmində 3 dəfə şeyxülislam olmuşdur. == Həyatı == 1714-cü ildə Məkkədə dünyaya gəldi. Sarayın anbar bölümündən yetişən və daha sonra Məkkə qazılığına qədər yüksələn Xəlil Əfəndinin oğludur. Ancaq doğulduqdan qısa müddət sonra atasının vəfat etməsi səbəbilə bir neçə aylıq ikən İstanbula gətirildi. Burada təhsilini tamamladıqdan sonra 1735-ci ilin mayında müdərris olaraq xidmətə başladı. 1771-ci ilin iyununda Dəməşq, 1776-cı ilin martında Mədinə, 15 avqust 1784-cü ildə isə İstanbul qazısı təyin edildi. 2 avqust 1785-ci ildə xidmət müddətini tamamlaması səbəbilə vəzifədən alınsa da, Anadolu qazəsgərliyinə namizəd seçildi. 11 fevral 1786-cı ildə namizədi olduğu Anadolu qazəsgərliyinə gətirilən və Rumeli qazəsgərliyinə namizəd seçilən Mehmed Əfəndi 4 aprel 1787-ci ildə Mehmed Sadiq Əfəndinin vəfatı ilə Rumeli qazəsgərliyinə gətirildi. 24 noyabr 1787-ci ildə Müftizadə Əhməd əfəndinin vəzifədən alınmasıyla onun yerinə şeyxülislam oldu.
Sülh Mənbəyi əməliyyatı
Sülh Bulağı əməliyyatı (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı və ya Sülh Çeşməsi əməliyyatı kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir. == Zəmin == Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi. Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi. Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu. ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi. Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı.
Məçkəy
Məçkəy - türk, anadolu və altay xalq inancında, qərb dillərindəki qarşılığı ilə birə-bir üst-üstə düşən bir mənala vampir deməkdir. Məçik də deyilir. Türk xalq mədəniyyətində və xalq inancında özünə xas bir vampir növüdür. Bəzi istiqamətləri tamamilə türk mədəniyyətinə xas olsa da qərb cəmiyyətlərinin inanclarına çox bənzəyən bəzi xüsusiyyətləri də mövcuddur. Məsələn eynilə Nosferatu nümunəsində olduğu kimi, "tağun" (yəni vəba) xəstəliyi daşıdığına inanılır. İnsanların qanını əmər, içlərində böyüyər. Ölüm saçan donqar bir yaşlı qadın (və ya bəzən yaşlı bir kişi) şəklində düşünülər. Söz, biçmək (kəsmək) feli ilə əlaqəlidir. Məç monqolcada meymun, Məs isə silah deməkdir. == Anadoluda Məçik anlayışı == Məçik, Anadolu xalq inancında məzardan çıxan ölü deməkdir.
Kəlmeyi-şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyi Şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", ) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Seçməli çeşidləmə
Seçməli çeşidləmə (selection sort, rus. сортировка выбором, seçmeli sıralama – çeşidləmə alqoritmi; bu alqoritmə görə öncə massivin qiyməti ən kiçik olan elementi seçilir, sonra növbəti ən kiçik element seçilir və s. Təcrübədə, ən kiçik qiymətli element massivin axtarış aparılan hissəsinin birinci elementi ilə yerini dəyişir və bundan sonra axtarış massivin yerdə qalan hissəsində davam etdirilir. public static int[] selectionsort(int[] numbers){ for (int i = 0; i < numbers.length-1; i++) { int index = i; for (int j = i+1; j < numbers.length; j++) if (numbers[j] < numbers[index]) //Finds smallest number index = j; int smallerNumber = numbers[index]; //Swap numbers[index] = numbers[i]; numbers[i] = smallerNumber; } return numbers; } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 761 s.
Mərceyi-təqlid
Mərceyi-təqlid və ya Mərce (fars. مرجع تقلید‎, ərəb. مرجع تقليد‎) — Şiə məzhəbi olan Cəfəriliyin fiqhi məktəblərindən biri olan Üsulliyə görə, fətvası tətbiq edilən ictihadı olan ən mötəbər ayətullaha verilən addır. Bu məqama çatan ayətullahlara "ən üstün olan" mənasını verən "əl-uzma" sifəti əlavə edilir və beləliklə, onlara böyük ayətullahlar deyilir. Təqlid üçün müraciət edəcək şəxs mənasını verən bu başlıq XVIII əsrin sonlarından qəbul edilmişdir.