Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nuqa
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Kiçik Nuqazaq (Auırqazı)
Kiçik Nuğazaq (başq. Кесе Нуғаҙаҡ, rus. Малый Нагадак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 25 km, kənd sovetliyindən (Terəpə): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Nuqaybək (Bakalı)
Nuqaybək (başq. Нуғайбәк, rus. Нагайбаково) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 50 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 92 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (89 %) üstünlük təşkil edir. == İstinadlar == == Xarici keçidlər == asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı Совет муниципальных образований Республики Башкортостан. Нагайбак.
Nuqazaq
Çuvaş Nuğazağı (Avurğazı) — Avurğazı rayonunda yerləşən kənd. Kiçik Nuğazaq (Avurğazı) — Avurğazı rayonunda yerləşən kənd.
Nuqazaq (Auırqazı)
Nuğazaq (başq. Нуғаҙағы, rus. Нагадак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 3 km.
Çuvaş Nuqazaq (Auırqazı)
Çuvaş Nuğazağı (başq. Сыуаш Нуғаҙағы, çuvaş Чӑваш Нукасак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 8 km.
Buqa
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Fuqa
Fuqa və ya Fuq (ing. Fugue) — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması.
Luqa
Luqa — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Naqa
Naqa (नाग) Hinduizm və Buddizmdən gələn böyük bir ilan kimi təsvir edilən ikinci dərəcəli (kiçik) tanrı üçün Sanskrit və Pali dilindəki adıdır. Bununla birlikdə, sözün istifadəsi çox qeyri-müəyyəndir və bu sözlə birdən çox şey ifadə edilə bilər. "Naqalar" olaraq adlandırılan (insan) qəbilə(sin)dən (normal ilanlara (xüsusilə kral kobrası və hind kobrası) və ya fillərə qədər çox fərqli mənalar daşıyır. Dişi naqaya naqi deyilir. Naqa Mucalinda, Budanın qəyyumu olduğu halda, Balarama Vişnunun naqa şəklində təcəssümünü (reenkarnasiyası) təşkil edir.
Nuxa
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Unqa
Unqa adası (ing. Unqa, aleut. Uĝnaasaqax) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Yerli əhalisi aleutlar olmuşdur. Hal-hazırda adada yaşayış yoxdur. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarının ən böyüyüdür. Sahəsi 442,188 km²-dir buda onu ABŞ-nin 35-ci ən böyük adası edir. İrkutsk taciri İvan Beçevin tərəfindən təşkil edilən 1760-1762-ci illərdə balıq ovu ekspedisiyasının üzvləri tərəfindən kəşf edilmişdir. 1827-ci ildə rus səyyatı İvan Kruzenşternin hesabatında qeyd edilir. Yepiskop İnnokenti “Unalaşkinski departamentinin adaları haqqında qeydlər” əsərində adanı bu adla qeyd etmişdir.
Şuqa
Payızda çay buz bağlamağa başlayanda sıyıq kütlə şəklində su ilə birlikdə hərəkət edən yumşaq buz.
Antonio Nusa
Antonio Eromonsele Nordbi Nusa (17 aprel 2005) — Eliteserien təmsilçilərindən olan "Stabek" klubunda sol cinah hücumçusu kimi çıxış edən peşəkar Norveç futbolçusu. == Karyerası == Nusa futbolçu karyerasına yerli "Lanqhus" klubunda başlamışdır. 13 yaşı olarkən "Stabek" klubunun akademiyasına qəbul olmuşdur. 2021-ci ilin əvvəlində ona əsas komandada oynamaq üçün şans verilmişdir. Yoldaşlıq oyununlarında qollarla yadda qalan Nusa klub ilə peşəkar müqavilə imzalamışdır. O, Eliteseriendə debütünü 30 may 2021-ci ildə "Rosenborq" klubuna qarşı oyunda etmişdir. Nusa karyerasında ilk qolunu 27 iyun 2021-ci ildə "Bodo Qlimt" klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə klub rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur. 3 gün sonra "Vikinq" klubu ilə keçirilən görüşdə Nusa dublla yadda qalmış və klub rəqibi ilə 3-3 hesabı ilə bərabərliyə razılaşmışdır. 16 yaş 71 günlüyündə qolla yadda qalan Nusa Martin Edeqordan (15 yaş 151 günlük) sonra Eliteseriendə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.
Avena nuda
Avena nuda (lat. Avena nuda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü.
Aşağı Tuqa
Aşağı Tuqa (çeç. Тlуга) — Çeçenistan Respublikası, İtum-Kali rayonu, Mayst dərəsində yerləşən orta əsrlərə aid qala qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XV–XVI əsrlərə aid edilir. == Tarixi == V.İ.Markovin yazılarında Çeçenistandakı müdafiə qalalarının düzgün xülasəsini verən 1822-ci ilin anonim müəllifindən bəhs edir. Naməlum müəllifin araşdırması 1822-ci ildə "Ruskiy İnvalid" jurnalında dərc olunub. Adolf Berjenin müşahidələri XIX əsrin ortalarına təsadüf edir. Gördüyü bütün qalaların təsvirini vermədən ümumi şəkildə bəhs edir. Bir qədər sonra A.P.İppolitov Şatoy kəndi yaxınlığında iki hərbi qurğunun rəsmlərini dərc etdirir. Lakin Vsevolod Millerin işi ən böyük elmi əhəmiyyətə malik olur. O, Çeçenistan-İnquşetiyanın bir çox memarlıq abidələrini ətraflı təsvir edir.
Fragaria nuda
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Kali-yuqa
Kali Yuqa(कलियुग (kəli yugə), ədəbiyyatda "Kali dövrü")- Hind Zaman Anlayışına görə zamanın 4 dövrünün(yuqa-dövr) ən sonuncusu. Digər dövrlər isə Sayta Yuqa,Treta Yuqa və Dvapara Yuqadır. Hind mətnlərinə əsasən Kali Yuqa Krişnanın ömrünün sona çatması ilə başlayaraq(e.ə. 3102-ci il) 432.000 il davam edəcək. Bu dövrdə Vişnunun son avatarı Kali əlində qılınc və ağ atın belində meydana çıxacaq, dünyadakı pisliyə qarşı vuruşacaq və onu məhv edəcək.
Karksi-Nuia
Kаrksi-Nuiа (est. Karksi-Nuia) (1987-ci ilə qədər Nuya) — Estoniyanın cənubunda yerləşən şəhər, Vilyandimaa bölgəsində şəhər. == 1 yanvar ayına görə əhali sayı == == Tarixi == Karksi ilk dəfə XII əsrdə inzibati mərkəz kimi xatırlanır. Karksi vogt ilk dəfə 1248-ci ildə yazılı sənədlərdə xatırlanır. Karksidə qala tikintisi orta əsrlərdə başlamışdı. Lakin bu müddət ərzində qəsrin bir neçə dəfə dağıdılması ilə tamamlanma təxirə salındı. Nəhayət XIV əsrdə tamamlanandan sonra bir müddət Estoniyanın cənubunda yerləşən Teuton ordeni üçün mühüm qala, 1470-ci ildən isə yerli komandanlığın iqamətgahı olmuşdur.Böyük Şimal müharibəsi zamanı qala dağıdılmış və heç vaxt bərpa olmamışdır. Qəsr daş və kərpicdən inşa edilmişdir. Bu gün xarabalıqlar müxtəlif mədəni və idman tədbiri üçün arxa plan kimi istifadə olunur == Coğrafiyası == Karksi-Nuia, Viljandi Countinin cənub hissəsində yerləşir.Sahəsi 3 kv. metkilordu (1,2 kv.
Nuxa dialekti
Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri. == Tarixi == Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır. Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır. == Klassifikasiya == Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir: Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir: İsveçli dilçi və türkoloq Lars Yohanson Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir: == Gürcü dilindən keçmiş sözlər == cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir; məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi; axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.
Nuxa fəhləsi
"Şəki" — 1920-ci ildən nəşr edilən qəzet. == Tarixi == İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. Qəzet "Nuxa fəhləsi" adı ilə 6 may 1962-ci ilə qədər Azərbaycan KP Nuxa şəhər komitəsi və rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin orqanı idi. 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adı ilə nəşr olunmuşdur. "Nuxa fəhləsi"nin həftədə 3 sayı çap olunmuşdusa (1961), "Lenin bayrağı" əvvəlcə bir müddət həftədə 4 dəfə çap edildi. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. "Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, qəzet yenidən "Nuxa fəhləsi" adlandırılmışdır. Qəzet "Nuxa fəhləsi" adlananda da, "Lenin bayrağı" olanda da redaktoru Məhyəddin Abbasov idi. 2 iyul 1965-ci ildən "Nuxa fəhləsi" adı bərpa edilmişdir. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu.
Nuxa qalası
Nuxa qalası — indiki Şəki şəhərindəki qala. Şəki şəhəri 1969-cu ilə qədər "Nuxa" adlandığına görə bu qala da "Nuxa qalası" adı ilə məşhur idi. Hal-hazırda Azərbaycan Respublikası ərazisindəki salamat qalmış ən böyük orta əsr istehkamı olsa da, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qala divarları" adı altında memarlıq abidəsi kimi inventarlaşdırılmışdır (inventar № 330). == Ümumi məlumat == Bəzi mənbələrə görə qala 1765-ci ildə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. Qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır. 1825-cı ilə aid mənbədə göstərilir ki, qala divarları bişmiş kərpiclə tikilmişdir, lakin hal-hazırda divarlar əsasən çay daşından hörülmüş vəziyyətdədir. Firidun bəy Köçərlinin şəhadətinə görə, qalanın divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda adı ərəb əlifbası ilə "Məhəmməd… (xan)" kimi oxunur. Xanlıq dövründə qalada xanın özü, ailəsi, qohumları yaşayırdılar.
Nuxa qəzası
Nuxa qəzası (rus. Нухинский уезд ), Şəki qəzası — 1840-1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə, Şəki əyalətinin 22 (10) aprel 1840-cı il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən yeni yaradılmış Kaspi vilayətinin tərkibinə daxil edilməsi və bundan sonra qəza adlandırılması nəticəsində meydana çıxmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. 1873 ildə isə ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edilmiş və bununla da qəzanın ərazisi yarıbayarı kiçildilmişdir. Qəza Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) və Azərbaycan Sovet Sosialist Respublikasının ilk 9 ili ərzində də inzibati-ərazi kimi mövcud olmuşdur. 1929-cu ildə ləğv edilmiş, ərazisi yeni yaradılmış Zaqatala-Şəki mahalına daxil edilmişdir. Qəza 1840–1846-cı illərdə "Şəki qəzası", 1846–1918-ci illərdə isə "Nuxa qəzası" adlanmışdır. 1918–1929-cu illərdə qəza həm "Nuxa qəzası" və həm də "Şəki qəzası" adlanıb.
Nuxa rayonu
Şəki rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi. == Tarixi == Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır. Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A.Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. A.Y.Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V.Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz.
Nuxa tətilləri
Şəki tətilləri və ya Nuxa tətilləri — Şəki (o vaxtlar Nuxa) fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912, 1915 və 1917-ci illərdə keçirilmişdir. Tətillərin səbəbləri müxtəlif olmuşdur. 1903-cü il tətili Bakı tətili ilə həmrəylik, 1905-ci il tətili Qanlı bazar hadisəsinə etiraz, 1907-ci il tətili Lena gülləbaranına etiraz, digər tətillər isə iqtisadi və siyasi problemlərə etiraz üçün keçirilmişdi. Yerli bolşevik rəhbərliyinin iştirakı ilə keçirilən tətillərin əksəriyyəti fəhlələrin qələbəsi ilə nəticələnmişdir. == 1903-cü il tətili == Bakı proletariatının iyul ümumi tətili ilə həmrəylik əlaməti olaraq Nuxa (indiki Şəki) ipək emalı müəssisələrində baş vermişdir. Fəhlələr iş və mənzil şəraitlərinin yaxşılaşdırılması, əmək haqqının artırılması və s. tələblər irəli sürmüşdür. Fəhlələrin inqilabi çıxışından narahat olan Çar Rusiyası hökuməti polis nəzarətini qüvvətləndirmişdir. "İskra" hökumətin bu tədbiri haqqında yazmışdır ki, ölkəni ram etmək üçün hökumət Cənubi Qafqazın 4 şəhərində, o cümlədən Nuxada polis nəzarəti tətbiq etmişdir.
Nuxa şəhəri
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Nuza Kuxianidze
Nuza Kuxianidze (qaz. ნუცა კუხიანიძე; 8 avqust 1983, Tbilisi) — Gürcüstan aktrisası.
Nuça Kuxianidze
Nuza Kuxianidze (qaz. ნუცა კუხიანიძე; 8 avqust 1983, Tbilisi) — Gürcüstan aktrisası.
Oxera nuda
Oxera nuda (lat. Oxera nuda) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Soltan Nuxa
Soltannuxa — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Soltannuxa kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltannuxa kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim Soltan antroponimindən və Nuxa toponimindən ibarətdir. Kəndin əsasını Nuxa (indiki Şəki) şəhərindən çıxmış Soltan (Nuxalı Soltan) adlı şəxs qoyduğuna görə belə adlanmışdır. Rayonun ərazisində Soltanuşağı adlı yer də qeydə alınmışdır. Kənd sakinlərinin verdiyi məlumata görə, Şəki bəyi olan Soltan bəy Şəkinin Nuxa adlandığı vaxtlarda bu kəndə sahiblənmiş və kəndin hazırkı adının Soltannuxa olması bilavasitə Nuxa kəndindən Soltan bəy mənasını daşıyır. == Tarixi == Kənd 1768-cu ildə yaradılmışdır. Qəbələ radiolokasiya stansiyası bu kəndin təpələrində yerləşir. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Soltannuxa kəndi təpədə meşədən, yamacda otlaq sahələrindən və ətəkdə isə yaşayış evlərindən ibarətdir.
Buga
Buqa - tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Buğa Xan olaraq da bilinər. Xüsusilə tunguslarla qohum və ya qonşu olan monqol və türk qövmlərində də keçməkdədir və hörmət edilir. Hətta bəzi türk və monqol tayfalarının tanrıları arasında da yer alır. Kainatı, cənnəti və ilahlığı əhatə edən bir məzmuna malikdir. Hər şeyə gücü yetər və bütün həyatı idarə edər. == Etimologiya == (Bug / Bog / Bog / Bok) kökündən törəmişdir. Buka / Büke / Böke adlarıyla əlaqəlidir. Böke qəhrəman deməkdir. Buga sözü bəzi türk dillerində buğa, monqolcada isə geyik mənasını verər.
Cuğa
Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir. Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir. == Cuğa karvansarası == Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir.
Nüşa
Nüşa (rus. Нюша; tam adı: Nüşa Vladimirovna Şuroçkina rus. Ню́ша Влади́мировна Шу́рочкина; doğum adı: Anna Vladimirovna Şuroçkina rus. Анна Владимировна Шурочкина; 15 avqust 1990, Moskva) - rusiyalı gənc musiqiçi, bəstəkar, rəqqas, prodüser. Populyar müğənni. == Biografiya == 15 avqust 1990 tarixində musiqiçi ailəsində dünyaya gəlib. Atası - Vladimir Şuroçkin "Laskoviy May" qrupunun keçmiş solisti və onun prodüseri olub. Anası 2 yaşında atası ilə boşanır. Ögey anası Oksana Şurockinadan isə ögey bacısı Mariya Şiroçkina var. O gənclər arasında üzgüçülük üzrə ikiqat Avropa çempionudur.
Suga
Min Yunqi (kor. 민윤기; 9 mart 1993, Tequ) — Səhnə adı ilə Suga, solo sənətçi olaraq Agust D Cənubi Koreyalı K-pop musiqi qrupu olan BTS-də reper, bəstəkar, prodüserdir. == Həyatı və karyerası == === 1993–2010: İlkin dövr === Min Yunqi 1993-cü il 9 mart tarixində Daeguda , Cənubi Koreyada dünyaya gəlib. İki qardaşın ən kiçiyi olan Yunqi Taejeon ibtidai məktəbində, Gwaneum orta məktəbində və Apgujeong liseyində təhsil alıb. O, Stony Skunk'un "Reggae Muffin" əsərini eşitdikdən sonra bunun əvvəllər eşitdiyi hər şeydən fərqli olduğunu bildirib və rep ilə maraqlanmağa başlayıb. Onun repper olmaq qərarına gəlməsinə isə Epic High qrupu səbəb olub. 13 yaşından musiqi sözləri yazmağa və MIDI haqqında öyrənməyə başlayan Yunqi 17 yaşında səsyazma studiyasında yarımgünlü işləyib və elə o vaxtdan artıq musiqi bəstələməyə və tərtib etməyə, rep deməyə və səhnədə çıxış etməyə başlayıb. Yunqi Daeguda yaşadığı zaman "Gloss" adı altında underground repper kimi fəaliyyət göstərib. 2010-cu ildə isə hip-hop qrupu D-Townun bir hissəsi olaraq fəaliyyət göstərdiyi zaman Kvanju üsyanının xatirəsinə "518–062" adlı mahnı hazırlayıb. === 2013-günümüz: BTS === Şirkətə musiqi prodüseri kimi qatılan Suga Jung Hoseok və Rap Monster üzvləri ilə birlikdə üç il Big Hit Entertainment-də (Hybe Corporation) stajer kimi çalışdıqdan sonra ilk albomları 2 Cool 4 Skool -dan olan "No More Dream" adlı mahnı ilə Mnet-in M Countdown səhnəsində BTS-in üzvü kimi debüt etmişdir.
Arundo naga
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219 — 1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Buğa (astrologiya)
Buğa (♉︎) (yun. Ταῦρος) — Zodiakın ikinci bürcü.
Buğa (astronomiya)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (dəqiqləşdirmə)
Buğa — Öküzün digər adı. Bürclər Buğa (astrologiya) — öküz bürcü Buğa (bürc) — Zodiak bürclərindən biri. Şəxslər Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. Kit Buğa noyon (?-1260) — Elxanlı sərkərdəsi. Kit Buğa noyon Hülaku xanın sərkərdəsi Buğa qoyon Cəlayır (?-16 yanvar 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. Digər Buqa — tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Ölü buğa matadoru (tablo) (fr. L'Homme mort) — Eduard Mane tərəfindən 1864-cü ildə çəkilmiş rəsm əsəri.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa qoyon
Buğa qoyon Kumın qoyon oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. == Həyatı == Buğa qoyon Cəlayır Çingiz xanın minbaşısı idi. O, Hülaku xanla bərabər Azərbaycana gəlmişdi. Mukali qoyonun qardaşı idi. Elxanlılara xidmət göstərmişdi. Arqun xanın yaxın yardımçılarından olmuşdu. Əhməd Təkudar xanın hakimiyyəti dövründə tamğaçı idi.
Böyük Buğa
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). == Fəaliyyəti == 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Cuğa karvansarası
Culfa karvansarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilin də memarlıq abidəsi. Culfa karvansarayının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzəçıxarılmışdır. 1939–1940-cı illərdə Bakı–Culfa dəmiryolu xətti çəkilərkən karvansarayın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarayının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü – Ziyaülmülk körpüsü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Culfa karvansarayının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır. Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şərq tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur.