Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səfeh
Səfeh və ya idiot — ağıl çatışmazlığından əziyyət çəkən insan. Səfeh — Vitebskdə çıxan ədəbi-publisistik jurnal. İdiot — Fyodr Dostoyevskinin romanı. == Filmlər == Dostoyevskinin romanı əsasında çəkilmiş filmlər İdiot — Pyotr Çardıninin filmi. İdiot — Jorj Lampenin filmi. İdiot — Akira Kurosavanın filmi. İdiot — İvan Pıryevin filmi. İdiot — Alan Bricesin teleserialı. İdiot — Aleksandra Remizovanın televiziya tamaşası. Dəlisov sevgi — Anje Julavskinin filmi.
Dəfnə
Dəfnə ağacı (lat. Laurus) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Həmişəyaşıl ağaclardırdır. Arxeoloji qazıntılardan məlum olur ki, dəfnə ağacı əvvəllər Aralıq dənizi ətrafında və Afrikanın şimalında mövcud olmuşdur. Hazırda Aralıq dənizi ətrafında, Kanar adalarında və qərbi Zaqafqaziyada rast gəlinir. == Növləri == Laurus azorica (Seub.) Franco Laurus chinensis Blume Nəcib dəfnə ağacı (Laurus nobilis L.) == İstinadlar == Dəfnə:The Plant List saytında takson barədə məlumat.
Həftə
Həftə (fars. هـفـت‎ — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü. == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Səbha
Səbha (ərəb. سبها‎) — Liviyada şəhər.Tripolidən təxminən 800 km uzaqlıqda yerləşir. İraq Şam İslam Dövlətinin Liviyadakı mərkəzlərindən biri də buradır. 2011 ci ildən sonra Liviyada İslam Dövlətinin, həmçinin 2019-cu ilin yanvar ayından Haftərin mərkəzi burada yerləşir. Liviya vətəndaş müharibəsi zamanı bura mərkəz olub.
Səcdə
Səcdə sözünün lüğət mənası: təvazökarlıqla əyilmə, alını torpağa qoyma. Səcdə sözünün fiqhdə mənası: yeddi üzvü, yəni alın, iki əlin içi, iki dizin və iki ayağın baş barmağının ucunu yerə qoymaq anlamına gəlir. Səcdə məxluqatın Xaliqə etdiyi təvazökarlıqdır. Amma bu məxluq insan kimi iradə əta edilmiş məxluqdursa, onun savabı da var. Savabı olmayan səcdələr isə, yaltaqların alçaqcasına kiminsə qabağında yıxılmasıdır. Qur`anda məscid və səcdə Müqəddəs kitabımız Quranda səcdə kökündən götürülmüş 92 sözə rast gəlirik. Bunların 28-i məscid və məscidlər kəlməsidir. Qur`anda gəlmiş ayələrdən bəziləri: Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. == Tarixi günlər == Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
Səhnə
Səhnə — İranın Kirmanşah ostanının şəhərlərindən və Səhnə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,133 nəfər və 8,861 ailədən ibarət idi.
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. == Sözün mənşəyi == Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Talmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. === Atalar sözləri === Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Sədrə
Sədrə — zərdüştilərin kuşti ilə birlikdə geyindiyi alt paltar üçün Avesta termini. Bir parça nazik pambıq parçadan hazırlanır. Sədrə geniş yaxalıqlı və minimal qolludur. Ümumilikdə 9 tikiş var, onların sayı simvolik məna daşıyır. Zərdüştilər belindəki sədrənin üstündə öz dinlərinə mənsubluğun əsas simvolu olan kuştini bağlayırlar. == Etimologiyası == "Sədrə" adının dəqiq etimologiyası yoxdur. Anketil-Düperron sözün köklərini "Avesta"dan çıxarmışdır. Ona görə, bu söz "faydalı geyim" kimi tərcümə edilən "stəhrpaesah" epitetindən törəmişdir.
Abbas Səhhət
Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi. == Həyatı == Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.
Səfvət əs-səfa
Səfvət əs–səfa, Səfvətüs–səfa, Səfvət əl–səfa, Səfvətül səfa (fars. صفوة الصفا‎) — Şeyx Sədrəddinin tövsiyəsi və verdiyi məlumatlara əsasən atası və mürşidi olan Şeyx Səfiəddin haqqında İbn Bəzzaz tərəfindən fars dilində yazılmış kitab. Əsərin tam adı əl-Məvahib əl-saniyə fi mənaqib əl-Səfəviyyə və ya Məvahibüs–səniyyə fi mənakıbis–Səfəviyyə dir. İbn Bəzzaz bu həcmli əsəri Şeyx Səfiəddin Ərdəbilinin vəfatından 24 il sonra təxminən hicri 759–cu (miladi 1358–ci) ildə bitirmişdir. Şah I Təhmasibin əmriylə Əbül–Fəth Hüseyni tərəfindən yenidən redaktə edilmiş, bu vaxt mətnə Səfəvîlərin İmam Musa əl–Kazımın soyundan gəldiklərini ifadə edən bəzi ibarələr əlavə edilmişdir. Əsərin Mirzə Əhməd b. Kərim-i Təbrizi xətti ilə litoqrafiya üsulu ilə nəşrində (Bombay 1911–ci il) bu nüsxə əsas götürülmüşdür. Məhəmməd ibn Hüseyn Katib Nişati 1542–1543–cü (hicri 949–cu) ildə "Səfvət əs–səfa"nı Azərbaycan dilinə tərcümə edərək mətnini şərti olaraq "Şeyx Səfi təzkirəsi" adlandırmaşdır.Kitab hekayət adlandırılmış kiçik hissələr şəklində qurulmuşdur ki, həmin hekayələr də bilavasitə Şeyx Səfiəddinin müasiri olmuş müridləri və davamçıları, yaxınları və qohumları, xüsusilə də Şeyxin xəlifəsi olan oğlu Şeyx Sədrəddinin dilindən söylənmiş xatirə və söhbətlər əsasında qələmə alınmışdır. == İbn Bəzzaz haqqında == İbn Bəzzaz (fars. ابن بزاز‎‎ ; ö.
Səznə
Səznə (fars. سزنق‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd.
Sərhəd
Sərhəd və ya coğrafi sərhəd hökumətlər, dövlətlər və ya ölkənin inzibati cəhətdən bir-birindən müstəqil olan hissələri kimi siyasi strukturların coğrafi cəhətdən bitmə nöqtələrini və ya hüquqi yurisdiksiyalarını təsvir edən termindir. Qədim dövrlərdə sərhədlər aralarında neytral zonaların mövcud olduğu və ciddi şəkildə ayrılmayan regionlar idi. Bu vəziyyət hələ də Səudiyyə Ərəbistanı ilə Küveytin dövlət sərhədində müşahidə olunur. Müasir dövrdə bir çox ölkələrin dövlət sərhədləri konkret olaraq müəyyən edilmişdir. Hava limanları, limanlar və gömrük qapıları da dövlətin bir növ sərhədini təşkil edirlər. Bu üsul ilə də ölkəyə daxil olan və ölkədən çıxan insanlar, heyvanlar, pul və mallar üzərində dövlətin nəzarəti mümkün olur. Sərhədləri keçmək üçün insanlara pasport, lazım gələrsə, viza və yaxud da şəxsiyyəti təsdiq edən sənədlər lazımdır. Əcnəbi şəxslərdən başqa ölkənin sərhədləri daxilində qalması üçün xüsusi immiqrasiya sənədləri tələb edilə bilər. Müəyyən bir xəstəliyin ötürülməsinin qarşısını almaq üçün heyvanların (və bəzi hallarda da insanların) sərhədi keçməsinə icazə verilmir. Bir çox ölkələr təhlükəli heyvanların və narkotik maddələrin öz sərhədlərindən keçirilməsini qadağan etmişdir.
Kəfə
Feodosiya (ukr. Феодосія, krımtat. Kefe, Кефе, rus. Феодо́сия, yun. Θεοδοσία — "Tanrıdan Verilmiş") — Ukraynanın Krım Muxtar Respublikasında kurort şəhəri, Qara dənizin limanı.
Sahə
Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film, 2010) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (Fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Səhm
Səhm — öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. == Növləri == Səhmin iki növü vardır: Adi səhm İmtiyazlı səhm Adi səhm — sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. İmtiyazlı səhm — sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir. == Buraxılma halları == Səhmlər aşağıdakı hallarda buraxılır: Səhmdar cəmiyyətlə yaradıldıqda Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı Nizamnamə kapitalının artırılması zamanı == Xüsusiyyətləri == Səhmlərin bir neçə xüsusiyyəti var: Səhm — mülkiyyət tituludur Səhmin "mövcudluğu" müddəti yoxdur Səhmlərə bilinməzlik xasdır Səhmlərə məhdud məsuliyyət xasdır Səhmlər bölünə və birləşə bilərlər == İstinadlar == == Xarici keçidlər == Səhm nədir və necə alınır?
Adi sərçə
Adi sərçələr (lat. Menurida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Antun Səadə
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Böyük Səhnə
“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır. == Layihə == Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir. Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. “Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya. == İştirakçıların seçimi == Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib. Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.
Cek Sərçə
Kapitan Cek Sərçə (ing. Captain Jack Sparrow) ― "Karib dənizinin quldurları" film seriyasının əsas personajlarından biri. Personaj ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılmış, Conni Depp tərəfindən canlandırılmışdır. Cek Sərçənin şəxsiyyətinin formalaşdırılması zamanı The Rolling Stones musiqi qrupunun gitaristi Kit Riçardsdan və "Looney Tunes" personajı Pepe le Püdən istifadə olunmuşdur. Personajın göründüyü ilk film 2003-cü il istehsalı "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" filmi olmuşdur. Cek bütün növbəti filmlərdə də görünmüşdür: "Ölünün sandığı" (2006), "Dünyanın sonunda" (2007), "Qərib sahillərdə" (2011) və "Ölülər nağıl danışmır" (2017). Filmlərdə Sərçə Yeddi dənizin quldur lordundan – Qardaşlıq yığıncağının 9 üzvündən biridir. O, fiziki güc əvəzinə ağlından istifadə etməklə və müzakirələr aparmaqla özünü çətin vəziyyətlərdən çıxara bilir, bacardıqca təhlükəli situasiyalardan yayınır və ancaq lazım olduqda döyüşə girişir. Cek Sərçə əvvəlcə tamaşaçılara ona üsyan edən Hektor Barbossa tərəfindən oğurlanmış Qara mirvari gəmisinin axtarışında olan quldur kimi təqdim olunur. Daha sonra qan borcu olduğu əfsanəvi Deyvi Consdan qaçmağa və Ost-İnd Ticarət Şirkəti ilə mübarizə aparmağa çalışır.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) == Apollon və Dəfnə == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Qısabarmaq sərçə
Qısabarmaq sərçə (Carpospiza brachydactyla) — Sərçəkimilər dəstəsinə aid quş növüdür. Yayılma arealı Orta Şərq və Mərkəzi Asiya-nı, həmçinin Şimali Afrikanı əhatə edir. Ortalama uzunluğu 14,5-15,5 sm olan bu quşa daha çox quru (arid) iqlim şəraiti olan ərazilərdə rast gəlmək olar. Görünüşcə Qaya sərçəsi-nə bənzəsə də ondan döşündə zolaqların olmaması ilə fərqlənir. Köçəri növdür, yuvasını ağaclarda və ya sıx kollarda qurur.
Sülhə məcburetmə
Sülhə məcburetmə — hərbi gücün əksər halda döyüşən tərəfin iradəsinə zidd olaraq bir münaqişədə sülhün bərpa olunması məqsədilə tətbiq edilməsi. Bunun yerinə yetirilməsi üçün əksər hallarda sülhməramlı əməliyyatlardan daha çox hərbi qüvvə tələb olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəsli əsasən, təşkilat artıq imzalanan qətnamə və yaradılan atəşkəsləri qüvvəyə mindirmək üçün zorakı qüvvədən istifadə etmək hüququna malikdir. 2020-ci ilin sentyabr ayının axırlarında başlayan Qarabağ döyüşləri Azərbaycan hökuməti tərəfindən Ermənistanı sülhə məcburetmə əməliyyatı adlandırılmışdır.
Gefle
Gefle IF — 1882-ci ildə yaradılan İsveç futbol klubu. 2004-cü ildə birinci divizionda ikinci olan 130 yaşlı komanda 2005-ci ildən yüksək liqada çıxış edir. "Gefle"nin ölkə miqyasında ən böyük uğuru 2006-cı ildə İsveç kubokunun finalına yüksəlməsidir. Ev oyunlarını "Strömvallen" stadionunda keçirən klub əsasən göy və ağ rəngli formalardan istifadə edir. Stadion 7,302 min tamaşaçı tutumuna malikdir. == Avrokuboklar == "Gefle" Avrokuboklarda ilk dəfə 2006/2007 mövsümündə iştirak edib. Avroliqanın I təsnifat mərhələsində Uelsin "Llanelli" klubu ilə qarşılaşan "Gefle" ümumi hesabda rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. 2010/2011 mövsümündə Farer adalarının "Runavik" klubunu 2:1, 2:0 hesabları ilə keçən İsveç təmsilçisi II təsnifat mərhələdə Gürcüstanın Dinamo Tbilisi klubu ilə bacarmır. Hər iki oyunda 1:2 hesabı ilə məğlub olan "Gefle" mübarizəni dayandırır. Bu mövsüm ilk duelində "Trans Narva" klubu ilə qarşılaşan "Gefle" rəqibini çox rahatlıqla keçir.
Sefid
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. Deh Sefid (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Hisar Sefid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Nəft Sefid — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd.
Selfie
Selfi (ing. selfie) — rəqəmsal kamera, kameralı mobil telefon və ya planşet ilə çəkilən avto-portret fotoşəkli növüdür. Bu fotoşəkillər, ümumiyyətlə, gündəlik anlardan və bir kamera ilə yuxarıdan qol boyu məsafəsində ya da güzgü qarşısında çəkilir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan selfilər daha çox Instagram, Facebook, Twitter , Google+, Linkedin, Foursquare, Picassa və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur. Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli "selfi" stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar. Məsələn, çox danışılan "selfi"lərdən biri ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarka və İngiltərə baş nazirləri ilə birgə çəkdiyi "selfi"si və həmin şəklin sosial şəbəkədə paylaşması olub. Əksər dillərdə elə selfi kimi deyilməsinə baxmayaraq, bununla bağlı Türkiyədə bu sözün Türkiyə türkcəsinə tərcümə olunması mövzusu da olmuşdur. Bunun üçün Türk Dil Qurumuna müraciət də olunmuşdu. Türk Dil Qurumu isə Qərb mənşəli olan bu sözün Türkiyə türkcəsinə tərcümə olunması üçün heç bir təklif irəli sürmədi.
Şəddə
Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça. == Ümumi == Toxuma texnkiası baxımından şəddə zolaqlı palaz ilə oxşardır. Burada da zolaqlı palazda olduğu kimi əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunmuşdur. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olurdu. Bu təqdirdə onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil edilirdi. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu həmin kvadratların ölçülərinin dəyişdirilməsinə nail olmağa imkan yaradırdı. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası ritmik üfüqi zolaqlar təşkil edən dəvə karvanı təsviri idi. == Bədii analiz == Şəddə müxtəlif növə, müvafiq olaraq bir neçə emal üsuluna malikdir. Şəddənin üç növü var: Birrəngli Birrəngli şəddə sadə naxış toxuma üsulu ilə hazırlanır. Damalı Dama rəsmli şəddə palaz və cecim prinsipi ilə hazırlanır.
Şəfaət
Şəfaət kəlməsinin kök mənası "bir şeyi digərinə yapışdırmaq"dır. Bu kəlmə qüvvətli fərdin zəif bir fərdə köməyi mənasında da işlədilmişdir. Bu sözün adi dildə və şəriətdə iki müxtəlif mənası vardır. 1. Ümumi dildə, şəfaət edən şəxs öz nüfuzundan istifadə edərək, qüdrət sahibinin cəza sahibinə qarşı fikrini dəyişir. Bəzən öz nüfuzundan istifadə edərək, bəzən də qorxudaraq bu işi görür. Bəzən isə insan səhvən cəzalandırılır. Burada şəfaət şəfaətçinin fikri və istəyi ilə baş tutur. Bu növ şəfaət heç bir məzhəbdə qəbul olunmur. Çünki Allah Təala heç kəsdən qorxmur, nə də səhvən birinə cəza vermir ki, kiminsə təsiri ilə öz səhvini başa düşə.
Şəfqət
Şəfqət — lüğətlərdə "acıyaraq və ya qoruyaraq sevmə, mehribanlıq" olaraq qeyd olunur. Kökündə sevgi, mərhəmət və kömək duyğularının olduğu şəfqət müxtəlif fəlsəfi görüşlərdə və inanc sistemlərində fərqli anlayışlarla dilə gətirilsə də hamısında da müsbət bir duyğu və davranış forması olaraq dilə gətirilmişdir.
Şəfəq
Şəfəq — Göyün günəş çıxan və batan tərəfədə işıqlanması. Günəş şüalarının atmosferin üst qatlarında əks olunması nəticəsində yaranır.
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Şənbə
Şənbə — dünyanın bir çox ölkələrində həftənin sayca altıncı (bəzilərində yeddinci) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin altıncı günüdür. Şənbə həftədə cümə günü ilə bazar günü arasında yerləşir. Rəsmi sənədlərdə şənbə bəzən qısaldılmış şəkildə ş.- da yazılır. Qədim Romada romalılar bu ğünü Saturna həsr edirdilər. Ona görə də bəzi dillərdə bu gün Saturn sözündən götürülür. Məsələn , ingiliscə Saturday. Azərbaycanca şənbə sözü yəhudi sğzü olan «şabbat» dan götürülüb. Bu söz xristianlıqla birlikdə Avropaya yayılıb. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə şənbə günü axırıncı iş günündən sonrakı ilk istirahət günüdür.
Aba (şəhər)
Aba — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Əhalisi 802,5 min (2003) nəfər. Aba çayı sahilindədir. Nəqliyyat qovşağıdır. Yeyinti (yağlı palma meyvəsinin emalı, pivə bişirmə), yüngül (toxuculuq, trikotaj) və kimya (sabunbişirmə, əczaçılıq, şin) sənayesi müəssisələri var.
Abay (şəhər)
Abay (qaz. Абай; 1961-ci ilə qədər — qəsəbə Çurubay-Nura və ya Çurbay-Nura (qaz. Шерубай-Нұра)) — Qazaxıstanın Karağandı vilayətindəki şəhər. 1949-cu ildə Karağandı kömür hövzəsinin qərb hissələrinin inkişafı ilə əlaqədar olaraq bir işçi qəsəbəsi olaraq meydana gəldi. 2002-ci ildən — Abay bölgəsinin mərkəzi. Şəhər Karabas dəmir yolu stansiyasından 8 km, Qaragandadan 30 km cənub-qərbdə yerləşir. Karağandı — Jezkazqan — Qızılyolod magistral yolu şəhərdən keçir, şəhərdən yaxşılaşdırılmış yollarla əlaqələndirilir. Şaxtinski, Saranya. Karabas kəndinin yaxınlığında, Abayın yanında, Jartas su kəməri var. Abay şəhəri Abay Kunanbayevin adını daşıyır.
Abaza (şəhər)
Abaza — Rusiyanın Xakasiya Respublikasında şəhər. == Adı == Şəhərin adı Abakan zavodu ifadəsinin qisqartmasından gəlir. == Coğrafi məkan == Şəhər Abakan çayının yuxarı axarında, dağarası hövzəsində, Abakan şəhərindən 179 km aralıda yerləşir. Şimal-qərbdə Kirs silsiləsinin meşəli yamacları, cənub və cənub-şərqdə isə Sevinc silsiləsi yüksəlir. Dəmiryolu xəttini Krasnoyarsk dəmiryolunun Askiz stansiyası ilə Novokuznetsk — Abakan xətti ilə birləşdirir, regional magistral yolu 95K-002 Abakan - Ak-Dovurak bu şəhərdən keçir. == Tarix == Abaza qəsəbəsi 1856-cı ildə Abakan dəmir filizi yatağının işlənməsi ilə əlaqədar yaranmışdır. 1867-ci ildə burda Ural taciri Kolçugin tərəfindən poladtökmə zavodu quruldu. Zavod 1926-cı ilə qədər işləmişdir. 1926-cı ildən 1957-ci ilə qədər sahə istismar edilməmişdir. 1957-ci ildən etibarən filiz mədəni bərpa edilir.
Afina (şəhər)
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Akkol (şəhər)
Akkol (qaz. Ақкө́л, tərcümədə — ağ göl; Alekseyevka 1887—1997-ci illərdə) — Qazaxıstanda şəhər, Akmola vilayətinin Akkol rayonunun mərkəzi. Akkol gölünün sahilində, A1 Astana - Şuçinsk şossesi boyunca Astanadan 100 km şimalda. Petropavlovsk - Astana xəttindəki dəmir yolu stansiyası. 2005-ci ildə Akkol şəhərində ilk Qazaxıstan yerüstü kosmik aparat idarəetmə kompleksi istifadəyə verildi. == Tarixi == Rayon sakinlərindən üçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür; onlardan biri - Peter Mixayloviç İsakov - Alekseyevkada anadan olub. 21 may 1991-ci ildə İsakovun yaşadığı evdə xatirə lövhəsi açıldı; bu ev bu günə qədər yaşamayıb. Müharibədən sonrakı illərdə Alekseyevkada mənzil tikintisi yaxşılaşdı və sənaye istehsalı genişləndi. 1945-ci ildə Novoishimskaya və Komsomolskaya MTM bazasında, 79 nəfərin çalışdığı şəhərdəki ilk sənaye müəssisəsi - Komsomolsk mexaniki təmir zavodu təşkil edildi. Alekseyevka, 1954-cü ildə bakirə və əkin sahələrinin işlənməsi illərində daha da inkişaf etmişdir.