Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xədim Davud Paşa
Xədim Davud Paşa (ö. sentyabr 1549) — Misir bəylərbəyi. == Həyatı == Saray xədimlərindən olub, bura necə alındığı məlum deyil. Saray hərəmindəki təhsilini və xidmətini tamamlamasının ardından 1538-ci ilin aprelində Xədim Süleyman Paşanın da tövsiyəsilə, Misir bəylərbəyliyinə gətirildi. Eyni zamanda vəzir rütbəsi alan Davud Paşa, hamisi Süleyman Paşa ilə birlikdə Dəli Hüsrəv Paşaya qarşı siyasi müxalifət apardı. Ancaq Süleyman Paşa bu mübarizədə gözdən düşərək vəzifədən alındı. 2 il davam edən təftişin ardından Süleyman Paşanın 1547-ci ildə vəfat etməsi nəticəsində tək qalan Davud Paşa bu vəzifədə çox qala bilmədi. 22 aprel 1549-cu ildə sədrəzəm Rüstəm Paşanın yaxın adamlarından Səmiz Əli Paşa Misir bəylərbəyliyinə gətirildi. Vəzifədən alınan Davud Paşa isə saray xədimi olması səbəbilə, ənənəyə uyğun olaraq qalan ömrünü Misirdə keçirdi. Ancaq səhhəti pis idi və vəzifədən alındıqdan bir neçə ay sonra Misirdə vəfat etdi.
Xədim Həsən Ağa
Xadim Həsən Ağa (1486, Sardiniya – Əlcəzair) — Osmanlı bəylərbəyisi, dənizçi. == Həyatı == Əslən Sardiniya adasından olan Həsən Ağa, məşhur pirat Xeyrəddin Barbarosun himayasındə yetişmiş, onun 1533-cü ildə Osmanlı Donanmasına rəhbərlik üçün İstanbula çağırılmasından sonra Əlcəzayir Bəylərbəylində 10 il hökmdarlıq etmiş Osmanlı dənizçi, hərbçi, pirat olmuşdur. 1541-ci ildə Müqəddəs Roma imperiyasının liderliyində, V Karl, Andrea Doria, Fernando Alvares de Toledonun başçılığı altında birləşmiş xrisyan qüvvələrinin Əlcəzairə hücumu Həsən Ağanın uğurlu taktikası ilə müvəffəqiyyətsizliklə nəticələnir. 1543-cü ildə Tlemsen səfərindən sonra osmanlı əsgərləri ilə arasında yaranan narazılıq Həsən Ağanın gözdən düşməsinə səbəb olmuşdur. Xeyrəddin Barbarossanın qərarı ilə hakimlikdən azad edilmiş yerinə bir müddət Hacı Paşa gətirilmişdir. Tam ölüm tarixi bilinməsə də, 1545-ci ildə vəfat etdiyi güman edilir. == Portretinin səhv salınması == Alman zərgər, qravür ustası, naşir və rəssam Theodor de Bry (1528–1598) tərəfindən 1596-cı ildə çəkilən portret bir çox mənbələrdə səhvən Uzun Həsənə aid edilmişdir. Fransız yazıçı Jean Jacques Boissard (1528–1602) tərəfindən yazılmış "Vitae et Icones Sultanorum Turcicorum, etc" (Türk Sultanların həyatları və ikonaları, 1596–1597) əsərin 218-ci səhifəsində Həsən Ağa haqqında məlumat verilmiş, məlum portret dərc edilmişdir. John E. Woodsa aid "Ağqoyunlu" (The Aqquyunlu: Clan, Confederation, Empire) əsəri 1993-cü ildə Türkiyədə "Milliyet Yayın"ın tərəfindən türk dilində çap edilərkən, kitabın cildində həmin portret Uzun Həsən imiş kimi göstərilib. 2012-ci ildə Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illiyinə həsr olunmuş poçt markalarında Cəzayir hökmdarı Xadim Həsən Ağanın təsvir edildiyi portret Uzun Həsən adı ilə çap edilmişdir.
Xədim Süleyman Paşa
Xədim Süleyman Paşa (d. 1470 - ö. sentyabr 1547) — I Süleyman dönəmində may 1541 - 28 noyabr 1544 tarixlərində ümumilikdə 3 il 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Saray nədimlərindən olduğu üçün Xədim Süleyman Paşa olaraq tanınır. == Həyatı == Rəvayətə görə, 1470-ci illərdə dünyaya gəlmiş, əslən macardır. Sarayda hərəmxanaya alınaraq xidmət göstərmiş və Yavuz Sultan Səlimin son illərində xəzinədar olmuşdur. 1523-cü ildə kaptan-ı dərya Lütfi Paşanın Qaraman bəylərbəyiliyinə gətirilməsi ilə kaptan-ı dərya, 1524-cü ilin dekabrında isə Dəməşq bəylərbəyiliyinə gətirildi. Sədrəzəm İbrahim Paşa Misirdəki üsyanı yatırmış və buradakı nizam-intizamı təmin etdikdən sonra Dəftərdar İsgəndər Çələbinin tövsiyəsi ilə Süleyman Paşanı 1525-ci ilin may ayında Misir bəylərbəyi təyin etdi. Xədim Süleyman Paşa əsl idarəçilik karyerasını məhz Misirdə qurmuşdur. Bu vəzifəsi əsnasında (1526) bəylərbəyilik divanında yanğın baş vermiş, bu səbəbdən yanan bütün sənədləri bərpa etmək üçün islahatlar aparmışdır.
Xədim Sənan Paşa
Xədim Sənan Paşa ( d. 1459, Bosniya - ö. 23 yanvar 1517, Misir) — Yavuz Sultan Səlim dönəmində 2 dəfə - ümumilikdə 1 il 5 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Mənbə == Əslən boşnaqdır və saraya alınma tarixi məlum deyil. Xədim edilərək hərəmxanaya alınmış, ancaq zənci olmadığına görə, Akağalar Ocağına qəbul edilərək burada mükəmməl təhsil almışdır. Əndərundakı təhsilini başa vurduqdan sonra Bosniya sancaqbəyi olaraq saraydan ayrılmışdır. Yavuz Sultan Səlim Çaldıran səfərinə çıxdıqdan qısa müddət sonra Anadolu bəylərbəyi Mustafa Paşanın yerinə gətirildi (23 aprel 1514). Osmanlı dövlətinin ənənəvi döyüş taktikasına görə, Sənan Paşa Çaldıran döyüşündə Anadolu birlikləri ilə ordunun sağ cinahında yer aldı. 23 avqust 1514 tarixində baş tutan döyüşdə Səfəvilərin Diyarbəkir hakimi olan Xanməhəmməd bəy Ustaclı ilə vuruşmuş, nəticədə Xanməhəmməd bəy ələ keçirilərək öldürülmüşdür. Çaldıran qələbəsinin ardından 25 avqust tarixində toplanan divan məclisində Sənan Paşa döyüşdə həlak olan Həsən Paşanın yerinə Rumeli bəylərbəyi təyin edildi.
Xədim Şəhabəddin Paşa
Xədim Şəhabəddin Paşa (ö. 1453-dən sonra) — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir olmuş dövlət xadimi. Hərəm ağası olduğu üçün Xədim Şəhabəddin Paşa olaraq anılmışdır. == Həyatı == Əsli və ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Dönəmin tarixi mənbələrində Qula Şahin Paşa, vəqf kitablarında isə Qazi, Əlhac ünvanlarıyla anılır. II Murad dönəmində sarayda yetişmiş, daha sonra hərəm ağası olaraq xidmət etmişdir. Sultan Muradın yaxın adamlarından biri olaraq önə çıxmış, 1432-ci ildən öncə Balkan yarımadasında Evrenesoğlu Əli bəyin ardından Ərgirikasrı sancaqbəyliyinə gətirilmişdir. Bu vəzifədə ikən hərbi fəaliyyətləriylə məşhurlaşmış, Sultan Muradla birlikdə bir çox hərbi əməliyyata qatılmışdır. Sultan Muradın oğulları Şahzadə Ələddin və Şahzadə Mehmedin 1438-ci ildə Ədirnədə keçirilən sünnət mərasimi əsnasında Saruca Paşanın yerinə vəzirliyə gətirildiyi bilinir. Bundan başqa yaxın zamanda vəfat edən Sənan Paşanın Rumeli bəylərbəyliyi ünvanı da Şəhabəddin Paşaya verildi.
Xədim Əbdürrəhman Paşa
Xədim Əbdürrəhman Paşa (ö. aprel 1653) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək qapıağası oldu. 1649-cu ilin iyulunda vəzir rütbəsiylə İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. 1650-ci ilin dekabrında Anadolu, 1651-ci ilin fevralında isə Misir bəylərbəyi təyin edildi. Ancaq 9 sentyabr 1652-ci ildə vəzifədən alınaraq paytaxta çağırıldı və divan vəziri oldu. 1653-cü ilin aprelində vəfat etdi. == Mənbə == Sicill-i Osmani I, səh.
Xədim Əhməd Paşa
Xədim Əhməd Paşa (ö. 6 noyabr 1613) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, əslən albandır. Saraydakı tədrisatını və təhsilini tamamlamasının ardından Kipr bəylərbəyi olaraq saraydan ayrıldı. Daha sonra 1590-cı ilin sentyabrında vəzir rütbəsilə Misir bəylərbəyi təyin edildi. 1595-ci ildə burdan Bosniyaya təyin edildi. Ancaq 1597-ci ildə girdiyi bir çatışmada məğlub olduğu üçün vəzifədən alındı. Daha sonra paytaxta çağırılaraq vəzir oldu və 1599-cu ildə sədarət naibliyinə gətirildi. 10 ay sonra bu vəzifəsindən də azad olundu və Anadolunun mühafizəsi ilə vəzifələndirildi.
Xədim Əli Paşa
Hadım Əli Paşa və ya Qoca Əli Paşa (XV əsr, Sarayevo – 1 iyul 1511, Amasya) — II Bəyazid səltənətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Əslən boşnaq olub, Sarayevo yaxınlığındakı Drozqometva qəsəbəsində dünyaya gəldi. Fateh Sultan Mehmedin Bosniyanı fəth etməsinin ardından dəvşirildi və hadım olaraq Əndəruna alındı. O illərdə Hadım Əli olaraq anılmağa başlandı və bir müddət Babüssəadə ağası olduqdan sonra öncə sancaqbəyi, daha sonra Qaraman bəylərbəyi təyin edildi (1482). Bu vəzifədə ikən başlayan taxt mübarizəsində Sultan Bəyazidi dəstəklədi. Cem Sultana və Qaramanoğlu Qasım bəyə qarşı mübarizə apardıqdan sonra Rumeli bəylərbəyliyinə təyin edilərək Akkermana hücum edən Boğdan hakiminə qarşı göndərildi. Boğdan hakimi məğlub olub Lehistana qaçdı və Əli Paşa, idarəsindəki Osmanlı birlikləriylə Boğdana daxil oldu. Ardından 1483-cü ildə sədrəzəm Davud Paşanın rəhbərliyi ilə Məmlük səfərinə qatıldı. Bu səfərdə ətraf bölgələrdəki qalaların ələ keçirilməsində nailiyyət qazandı və orduda artan xəstəlik səbəbilə 1492-ci ildə Qaramana geri çəkildi. Məmlüklərlə sülhün təmin edilməsinin ardından, Venesiyaya qarşı səfərə çıxan Davud Paşanı müşayiət etdi.
Gürcü Xədim Mehmed Paşa
Gürcü Mehmed Paşa (ö. 13 iyul 1626) — I Mustafanın ikinci səltənəti dönəmində ümumilikdə 4 ay 10 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Hərəmxanaya alınaraq tərbiyə olunduğu üçün tarixi mənbələrdə xədim ləqəbi ilə tanınır. Bəzi mənbələrə görə, Səmiz Əli Paşa tərəfindən, bəzi mənbələrə görə isə II Səlimin Ərzurum bəylərbəyi Hüsrəv Paşa tərəfindən saraya hədiyyə edilmişdir. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrə gətirilmişdir. I Əhmədin taxta çıxışının ardından qapı ağası Mustafa ağanın yerinə has odabaşı oldu (5 yanvar 1604). Həmin il mərkəzdə vəzir olmaması səbəbilə divan məclisinin qurula bilməməsindən şikayətlənən sədarət naibi Sarıqçı Mustafa Paşanın səyləri ilə, baş qapıçıbaşı Davud ağa, miraxur Mustafa ağa və has odabaşı Mehmed ağa vəzirliyə gətirildi (21 sentyabr 1604). Bir ay sonra Misir bəylərbəyi Hacı İbrahim Paşanın üsyançılar tərəfindən öldürülməsi səbəbilə, Misirdəki vəziyyəti sabitləşdirmək üçün Misir bəylərbəyi seçildi (22 oktyabr 1604). Hava şəraitinin pis olmasına baxmayaraq fırtınalı bir havada yola çıxdı və Misirə yola düşdü. Üsyançılara qarşı aldığı tədbirlər o qədər sərt və zülmkarcasına idi ki, 7 ay sonra bu vəzifədən alındı və yerinə Yəmənli Həsən Paşa gətirildi (25 iyun 1605).
Xədim Məsih Mehmed Paşa
Xədim Məsih Mehmed Paşa (1485, Bosniya əyaləti – 1592, Konstantinopol) — III Murad dönəmində 1 noyabr 1585 – 14 aprel 1586 tarixlərində ümumilikdə 5 ay 13 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən bolqar olan Məsih Mehmed Paşa kiçik yaşlarında xədim edilərək saraya alınmışdır, burada təhsil aldıqdan sonra hərəmdə vəzifələndirilmişdir. Ardından bir müddət xəzinədar olan Mehmed Paşa 1574-cü ilin oktyabrında Misir bəylərbəyiliyinə gətirildi. Osmanlı tarixçilərindən İbrahim Peçəvi, Gəlibolulu Mustafa Əli və onları mənbə olaraq alan digər tarixçilərin yazdığına görə, II Səlim dövründə saray anbarında böyük bir yanğın çıxmış, sarayın bütün ərzaq və ləvazimatları məhv olmuşdu. Bu səbəblə saray anbarını yenidən təmin etmək üçün saray ağalarından Məsih ağaya paşa ünvanı verilərək Misirə göndərilmişdir. 5 il bu vəzifədə qalan Məsih Mehmed Paşa idarəçilikdəki bacarığı ilə məşhurlaşmış, 1579-cu ildə paytaxta çağırılaraq ikinci vəzir olaraq divan məclisinə alınmışdır. Sədrəzəm Özdəmiroğlu Osman Paşanın yerinə paytaxtda qalaraq sədarət naibi oldu. Ancaq sədrəzəmin səfər əsnasında xəstələnib ölməsi ilə 1 noyabr 1585 tarixində III Murad tərəfindən sədrəzəmliyə gətirildi. Sədrəzəm olaraq padşahın və saray əhlinin dövlət idarəsinə qarışmasına qarşı idi. 1586-cı ilin aprelində vəzifəsindən razı olmadığı rəis-ül küttab Həmzə ağanın vəzifədən alınmasını istəmiş, ancaq bu istəyi padşah tərəfindən qəbul edilməmişdir.
Xədimli (Duzluca)
Xədimli — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Qədim
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
Xədiv
Xidiv (osman. خدیو ḫidīv) — Osmanlı imperiyası dövründə Misir xidivliyinin idarəçisinə verilən titul.
Afina (qədim)
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Qədim Padşahlıq
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Qədim Qala
Qədimqala (Şəmkir)
Qədim Qəbələ
Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir. Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır.
Qədim Rauma
Qədim Rauma (fin Vanha Rauma, isv. Gamla Raumo) Rauma, Finlandiyanın taxta şəhər mərkəzidir. 1991-ci ildə UNESCO tərəfindən Dünya İrsi Mirası olaraq siyahıya alındı. Keçmiş Rauma təxminən 0.3 km² bir ərazini əhatə edirdi. Demək olar ki, təxminən 600 bina və 800 əhalisi var idi. Köhnə Rauma xaricində Rauma şəhəri yalnız 19-cu əsrin əvvəllərində genişlənmişdir. Ən qədim binalar 18-ci əsrə aid olsa da, 1640 və 1682-ci illərdə iki yanğın qəsəbələri məhv etdi. Əksər binalar yalnız yaşayış məqsədləri üçün istifadə olunsa da, şəhərin mərkəzindəki əsas küçə boyunca düzülmüş binaların əksəriyyəti iş mərkəzləri kimi istifadə olunur. Şəhərin diqqətəlayiq yerləri arasında Kirsti evi, 18-19-cu əsrlərdən bir dənizçinin evi və 18-ci əsrə aid olan, lakin 19-cu əsrə aid fasadı olan muzeyə məxsus gəmi sahibi olan Marela evi də var. Digər turistik yerlərə köhnə Rauma nadir daş binaları daxildir: 15-ci əsrdən köhnə bir Françiskan monastırı, Müqəddəs Xaç Kilsəsi və 1776-cı ildən köhnə bələdiyyə binası.
Qədim Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. == Tarixi == === Mənşə === Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. === İrs === 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Qədim Roma
Qədim Roma — əvvəlcə şəhər-dövlət, sonralar (təxminən e.ə. III əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Amma bu dövlətə ad qoyulanda 2 qardaş arasında mübahisə yaranır və Romul Remi öldürür.Ən sonda ölkənin adı Roma olur. Romanın tarixi ənənəvi olaraq dörd dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), imperiya və ya prinsipat dövrü (e.ə.
Qədim Tbilisi
Qədim Tbilisi və ya Qədim şəhər (gürc. ძველი თბილისი) — Gürcüstanda yerləşən inzibati rayon — Tbilisi şəhərinin tarixi mərkəzi. Şəhərin cənub-şərq hissəsində yerləşir. Müxtəlif mənbələrə görə, ərazinin sərhədləri XII əsrdə Qədim Tbilisi ərazisi , şəhərin köhnə qala divarı içərisində, Puşkin-Barataşvili küçəsi boyunca Kür və Sololaki yamacına, o cümlədən kükürd banyolarına (Abanotubani) və Gürcüstanın birləşdirilməsindən əvvəl şəhərin Xarpuxi ərazisində göstərilmişdir (1801). Bu rayonda küçələr əyri, dar, binalar isə orta əsr binalarının xüsusiyyətlərini qoruyur. Memarlıq abidələri Qədim Tbilisidə yığılmışdır, hətta V əsrin binaları da burada mövcuddur, lakin rayonda XIX əsrin binaları üstünlük təşkil edir. Rayonda XIX-XVII əsrlərdə başa çatan Narikala qalasının qalıqları, aşağı qala divarlarının qalıqları, Ançisxati bazilikası (6-cı əsr) və Metekxi (təq, 5-ci əsr) qədim kilsələri, Sioni Kilsəsi və Çar Rostomun hamamları burada yerləşir. Memarlıq abidələrinin bəziləri Dünya Abidələr Fondunun təhlükəsizlik siyahısına daxil edilmişdir. == Tarixi == "Qədim Tbilisi" termini uzun müddət şəhərin tarixi hissəsinə istinad etməklə istifadə olunsa da, bu adı ilə inzibati rayon yalnız 2007-ci ildə paytaxtın dörd inzibati-ərazi bölgəsinin Mtatsminda-Krtsanisi, İsani-Samqori, Didube-Çuğureti və Vake-Saburtalo, daha əvvəl şəhərin digər sahələrinə daxil edilmişdir. Uzun müddətdir ki, qədim şəhər Kür çayından Sololaki dağ silsiləsinin ətəyinə qədər qala divarı ilə əhatə olunmuşdur.
Qədim Xəlilov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Qədim uyğurlar
Qədim uyğurlar (veyhu, xoyxu, Oyxor) — Mərkəzi Asiya türk xalqlarının etnopolitik tarixində əhəmiyyətli rol oynayan ən böyük orta əsr türk etnik qruplarından biridir. == Tarixi == Yazılı mənbələrdən əldə edilən məlumatlara əsaslanaraq qədim uyğurların tarixi təxminən min il müddətinə: IV əsrdə "qaoçe"-"telelər" tayfalar birliyinin beynəlxalq arenaya çıxdığı andan başlayaraq, XIII-XV əsrlərə qədər, qədim uyğurların nəhayət Novouygur və ya Şərqi Türkistannın müasir Uyğur etnosu və Qansu əyalətinin Sarı uyğurları izlənilmişdir. Bu dövrdən əvvəlki dövrdə, yəni IV əsrdən əvvəlki tarixlərdə proto-uyğur tayfalarının tarixi həyatının qurulmasına rəvac vermir, lakin onun Hunların qəbilə birliyi ilə birbaşa əlaqəli olduğu məlumdur. Qədim Çin tarixi yazılı mınbılərində qədim uyğurların hun və dinlin türk xalqları köklərindən gəldikləri barədə məlumatlar var. Oyxorların mənşəyi e.ə.III əsrdə Baykal gölü ətrafında məskunlaşmış köçəri dinlin xalqına gedib çıxır. V əsrdə dinlinlər tarixi arenada yenidən ortaya çıxdı, o vaxtdan etibarən cəsədlər adlandırıldılar. Erkən Tan sülaləsi salnamələrində qədim uyğurlara xueyxelər deyilirdi. IV əsrə qədər qədim uyğur tayfaları "xueyqu" adlanmağa başladı. 840-cı ildə Syaclar (Yenisey qırğızları) Xueyqu ölkəsini fəth etdilər və Uyğur xaqanlığının əhalisinin bir hissəsi tədricən köçəri həyat tərzindən oturaq həyat tərzinə keçərək Tarım hövzəsinin yerli əhalisi ilə birləşərək Şərqi Türkistana köçdülər - Xan sülaləsindən bəri qərb ərazilərinə köçərən çinlilər, Xotan, Şule və Kuça sakinləri ilə birgə yaşadılar. Qədim Uyğur tayfalarının tarixində üç əsas dövr vardır: Monqolustanda və Cunqariyada dövlət quruluşları dövrü (IV-VI əsrlərdəki köçəri tayfaların birlikləri).
Qədim Çenqçou
Çjençjou (çin. ənən. 鄭州, sadə. 郑州, pinyin: Zhèngzhōu) — Çin Xalq Respublikasının Xenan vilayətində şəhər dairəsi, vilayətin inzibati mərkəzi == Tarixi == Çinin şərq-mərkəzi hissəsindəki Henan əyalətindəki Müasir Çençou, Şan sülaləsinin qurucusu Bo King Tang'ın krallıq paytaxtıdır. 605-ci ildə ilk dəfə Çençou adlandı.. Erkən Şan sülaləsi dövründə, həmçinin Erligan mədəniyyəti olaraq da bilinən, 61.77 hektar ərazini əhatə edən ən böyük divarlı şəhər idi. Ətrafı təxminən 4 mil olan nəhəng şəhər divarı 741 hektardan çox ərazini əhatə edirdi. şəhərin çox hissəsini təşkil edən kral saraylarını əhatə edirdi. Arxeoloqlar şəhərin şimal-şərqində 15 dönümdən çox ərazini əhatə edən bir sarayın təməllərini kəşf etdilər. Şəhərdə ayrıca yaşayış məhəllələri, əkinçilik qəsəbələri, qəbiristanlıqlar və bir çox emalatxanalar var idi.
Qədim Şirvan
Şirvan — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi. Əlİstəxri, ibn-Havqəl və əl-Müqəddəsi Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir". V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran yazılmışdır.
Qədim şəhər
Qədim şəhər (Bakı)