Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laffre
Laffre (fr. Laffrey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38203. Kommunanın 2007-ci il üçün əhalisi 357 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 1262 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Mafflie
Mafflie (fr. Maffliers) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Viarm. Əhalisi — 1.614 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimalda, Serji belediyyənin 20 km şərqdə yerləşir.
Ben Afflek
Bencamin Qeza Afflek-Boldt (ing. Benjamin Geza Affleck-Boldt) — daha çox Ben Afflek kimi tanınan, 2 dəfə Oskar və 3 dəfə Qızıl Qlobus Mükafatına layiq görülmüş Amerikalı aktyor və kinorejissor. Ben karyerasına PBS kanalında yayımlanan Mimi Səyahəti (1984, 1988) adlı elmi teleserialda köməkçi rolu ifa edərək başladı. Daha sonra Müxtəlif və Təəccüblü (1993) filmində, eləcədə Kevin Smitin Eminin İzində (1997) və Ehkam (1999) adlı müxtəlif filmlərində çəkildi. Ben şöhrəti uşaqlıq dostu Mətt Demon ilə Yaxın Dostum Uill Hauntiq (1997) filmidəki Ən Yaxşı Orijinal Ssenariyə görə Oskar Mükafatı və Qızıl Qlobus Mükafatını aldıqdan sonra əldə etdi. Bundan sonra o, Armageddon (1998), Aşiq Şekspir (1998), Pörl Harbor (2001), Lent Dəyişdirən (2002) və Bütün Qorxunun Məbləği (2002) kimi daha yüksək büdcəli filmlərə çəkildi. Karyera böhranından sonra o 2003-cü ildə Dəlisov filminə çəkildi. 2006-cı ildə Hollivud Torpağı filmidəki roluna görə yenidən Qızıl Qlobus Mükafatına layiq görüldü. Rejissor kimi depütünü 2007-ci ilə ssenarisinidə özünün yazdığı Əlvida Əzizim filmi ilə etdi. Sonra ssenari müəllifi və rejissoru olduğu Şəhər (2010) filminə çəkildi.
Dassault Rafale
Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı. İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub. 2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir. Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib.
Esteban Yaffar
Esteban Yaffar (28 oktyabr 1993) — Boliviyalı peşəkar kişi BMX velosipedçisi. Esteban Yaffar Boliviyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Esteban Yaffar 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 35.078 saniyəlik nəticəsi ilə 80-ci yeri tutdu.
Stemford Rafflz
Ser Tomas Stemford Binqli Rafflz (ing. Sir Thomas Stamford Bingley Raffles, 6 iyul 1781[…] və ya 5 iyul 1781, Yamayka – 5 iyul 1826[…], London) — Britaniya imperiyasının dövlər xadimi, erudit-şərqşünas, Nusantra tarixi və mədəniyyəti üzrə mütəxəssis. Rafflz tarixdə müasir Sinqapurun əsasını qoyan şəxs kimi tanınır. O həmçinin Yava adasının Napoleon müharibələri zamanı zəbt edilməsi prosesindədə aktiv iştirak etmişdir. Rafflz Britaniya imperiyasının "ataları" kimi tanınmış şəxslərdən biridir. == Həyatı == Rafflz "Enn" adlı gəminin göyərtəsində, Yamaykanın Port-Morant sahilləri yaxınlığında anadan olmuşdur. Atası kapitan Benjamin Rafflz idi. Anası isə holland əsilli idi. Atası qul alveri ilə məşğul idi və dünyasını dəyişəndə oğlunun 14 yaşı var idi. Atasından Rafflza böyük borc qaldığından o işləməyə məcbur idi.
Yaffa qapısı
Yaffa qapısı — Yerusəlimin Köhnə Şəhərinin tarixi divarlarında daş portal. İçəri Şəhərin divarları içərisində səkkiz açıq qapıdan biri. İçəri Şəhərin qərb hissəsində, Yaffaya aparan qərb yolun və Betlehem və Hebrona gedən cənub yolunun mühüm kəsişməsində yerləşir. Bu iki yol bu günə qədər Yerusəlimin mərkəzi arteriyalarıdır. İçəri Şəhərin qərbə, Aralıq dənizinə baxan yeganə qapısıdır. Bu tənzimləmə hücumçuların irəliləməsini yavaşlatmaq üçün müdafiə tədbiri kimi seçilmiş ola bilər, ya da qapını Yaffa yoluna yönəltmək üçün, zəvvarların Yaffa limanından səyahətlərinin sonunda gəldiyi yoldur. İçərişəhərin divarlarının bütün digər hissələrinin tikintisində istifadə edilən daşlar kimi, Yafa qapısının daşları da qum rəngli iri yonma bloklardır. Girişin hündürlüyü təqribən 6 metr, divar isə ondan daha 6 metr yuxarı qalxır. == Etimologiyası == Həm Yaffa Qapısı, həm də Yafa Yolu Aralıq dənizi sahilində Yunus peyğəmbərin dəniz səyahətinə çıxdığı və zəvvarların Müqəddəs şəhərə gedərkən gəmidən düşdüyü Yaffa limanının adını daşıyır. Yaffa yolunun qərb ucundan başlayan müasir 1 nömrəli magistral eyni marşrutun Təl-Əviv-Yaffaya son nöqtəsidir.
Yale Hüquq Məktəbi
Yale Hüquq Məktəbi (YLS) — Konnektikut ştatının Nyu-Heyven şəhərindəki özəl tədqiqat universiteti olan Yale Universitetinin hüquq fakültəsidir . 1824-cü ildə yaradılmışdır. 2020–21-ci illərdə müraciət edən tələbələrin yalnız 4%-i qəbul təklifi almışdır ki, bu da ABŞ-dakı hüquq fakültələri arasında ən aşağı göstəricidir. Habelə qəbul təklifi alan tələbələrin 87%-i digər qəbul aldıqları hüquq məktəblərinə nəzərən Yale Hüquq Məktəbini seçdiyindən, bu göstərici ABŞ-də hüquq məktəbləri arasında ən yüksək göstəricisidir. Yale Hüquq Məktəbinin məzunları arasında prezidentlər Cerald Ford və Bill Klinton və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da daxil olmaqla hüquq və siyasət sahəsində bir çox tanınmış simalar var. Məzunlar arasında həmçinin ABŞ Ali Məhkəməsinin hazırkı hakimləri Klarens Tomas, Samuel Alito, Sonia Sotomayor və Brett Kavanaugh, həmçinin Abe Fortas, Potter Stüart və Bayron Uayt da daxil olmaqla bir çox keçmiş hakimlər; Almaniya prezidenti Karl Karstens, Filippin prezidenti Xose P. Laurel və Malavinin keçmiş prezidenti Peter Mutharika da daxil olmaqla bir sıra dövlət başçıları; ABŞ senatorları, qubernatorları və rəsmiləri; və ABŞ-ın ən yaxşı on dörd hüquq fakültəsindən dördünün, o cümlədən : Pensilvaniya Universiteti Hüquq Məktəbi, Virciniya Universiteti Hüquq Məktəbi, Şimal-Qərb Universiteti Hüquq Məktəbi və Corctaun Universitetinin Hüquq Mərkəzinin hazırkı dekanları yer almaqdadır. == Tarixi == === 21-ci əsr === Hüquq fakültəsinin 15-ci dekanı Harold Koh (2004–2009) əvvəlki iyirmi il ərzində formalaşmış ənənəyə əsaslanaraq insan hüquqlarını hüquq fakültəsinin işinin mərkəzinə çevirmişdir. 23 mart 2009-cu ildə Ağ Ev Kohu ABŞ Dövlət Departamentinə hüquq məsləhətçisi təyin etmişdir. Robert C. Post onun yerinə hüquq fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. == Akademik mühit == === Mədəniyyət === Qurum elmi yönümlü olması ilə tanınır; onun məzunlarının nisbətən böyük bir hissəsi (9%) məzun olduqdan sonra beş il ərzində akademiyada karyera seçir, nisbətən az bir hissəsi (46%) məzun olduqdan beş il sonra hüquq firmalarında işləməyi seçir.
Yalə Günbəd
Yalə Günbəd (fars. يله گنبد‎), İmamzadə və ya İmamzadə Yeləgümbəz — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 429 nəfər yaşayır (105 ailə).