Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yakut Vikipediyası
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Yakut dili
Saxa (Yakut) dili — saxaların xalq dili. Rusiya Federasiyasının Saxa Respublikasının rəsmi dövlət dilidir. Türk dillərinə daxildir.
Yakut inəyi
Yakut inəyi (saxa ынах) — Saxa Respublikası ərazisində yayılmış mal-qara cinsidir. Alçaq böyü və az çəkisi ilə fərqlənir. İbtidai öküzdən törəyən Monqol mal-qara qrupundan çıxmışdır. == Təsviri == Cins Uzaq Şimalın sərt şəraitində ətlik və südlük istiqamətli maldarlığın Yakut mədəniyyətinin əsasını təşkil etmişdir. 1929-cu ildə məhsuldarlığı artırmaq üçün, gətirilən xolmoqorsk və simmental cinsləri tərəfindən cinsin kütləvi assimilyasiyasına başlanıldı. Hal-hazırda, mal-qara sürüləri yalnız Even-Bıtantay uluslarında, fərdi kəndli, kolxoz təsərrüfatlarında və Novosibirsk Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutununda qorunub saxlanılmışdır. Şimal-şərqi Asiyanın Yakut kolonizasiyasının 6-7 əsrləri ərzində Mərkəzi Yakutiyadan gələn cins heyvandarlıq sahəsi şimal və şimal-şərq istiqamətlərində geniş yayılaraq Yana, İndigirka və Kolıma çaylarının aşağı hövzələrinə çatır. Hal-hazırda inkişaf etmiş heyvandarlıq mərkəzləri zəngin yay otlaqları ilə məşhur olan Mərkəzi Saxa ovalığıdır. Yakut inəkləri son dərəcə yüksək dözümlülük xüsusiyyətləri ilə xarakterizə olunur. Xüsusilə qışın -40 °C temperaturda sağ qalması nümunələrinə rast gəlinir.
Yakut üsyanları
Yakut üsyanları - 1921-1928-ci illərdə Yakutiyada baş vermiş üsyanlar silsiləsi. Üsyanlara Yakutiyanın müxtəlif bölgələrində 1921-1923-cü illərdə bolşeviklər və Ağ ordu arasında, 1924-1925-ci illərdə Yakutiya MSSR-nin səlahiyyətliləri və Tunqus üsyançıları adlanan birliklər, 1927-1928-ci illərdə BDSİ (Birləşdirilmiş Dövlət Siyasi İdarəsi) və konfederalistlər olaraq adlandırılan (həmçinin ksenofoblar kimi də bilinən) qrup arasında baş tutan silahlı toqquşmalar daxildir.. == Üsyanların səbəbləri == 1921-1923-cü illərdə baş tutan Yakut üsyanı Rusiya vətəndaş müharibəsi ərzində aparılan döyüş əməliyyatlarından biri idi. Tunquska antibolşevik üsyanı Tunqus xalqının müstəqilliyini hədəfləmişdi. Konfederalist hərəkat Yakutiyanın RSFSR-nin tərkibindən ayrılaraq, daha sonra qurulacaq SSRİ-yə suveren bir respublika kimi daxil olmağı tələb edirdi. Onlar öz qanunlarını və məhkəmələrini, Yakut təbii sərvətlərinin SSRİ tərəfindən istismarının dayandırılmasını və SSRİ-dən müstəqil bir hökumətin qurulmasını tələb etdilər. == Üsyanların gedişatı == === 1921-1923 === Üsyan 1921-ci ildə Ayano-Mayski rayonunda başlayıb. Üsyana yakut G.V. Efimov rəhbərlik edirdi, kornet Mixail Korobeynikovun rəhbərliyində olan Ağ Qvardiya da ona qoşulmuşdu. Qiyamları Yakut Vilayət İdarəetməsi təşkil edirdi, Yakut üsyan ordusu da yaradılmışdı. İdarəetmə 1922-ci ildə Vladivostoku idarə edən Merkulov qardaşlardan kömək istəsələr də, buna nail ola bilmədilər.
Yakut üsyanı
Yakut üsyanı — Rusiya Vətəndaş müharibəsinin son epizodu sayılır. Hərbi əməliyyatlar 1921-ci ilin sentyabr ayından 1923-cü ilin iyun ayına qədər davam edib və hadisələr Uzaq Şərq vilayətinin Ayano-Mayski rayonunda baş verib. == Tarixi == Üsyanın başladığı ərazilər o dövrdə Yakutiyanın ərazisi olsa da hazırda Xabarovsk vilayətinin şimalını əhatə edib. 1922-ci ilin mart ayında üsyançılar Çurapçedə müvəqqəti yakut xalr idarəetməsi təsis etdilər. 23 mart tarixində Yaxut Xalq Ordusu Korobeynikovun rəhbərliyi ilə böyük şəhər olan Yakutsku ələ keçirdilər. Qırmız ordu qarnizonunun əsgərlərinin yarısını öldürüb yarısını isə əsir götürməklə yanaşı 6 pulemyotu da ələ keçirdilər. Aprel ayında üsyançılar Vladivostokda yerləşən Müvəqqəti Priamur hökumətindən (Sovet tarixşünaslığında "Qara bufer" adını alıb) kömək istəmək üçün əlaqə qurdular. 27 aprel tarixində Sovet İttifaqı Yakut MSSR yaradıldığını elan edib, üsyanın yatırılması üçün ekspedisiya göndərdidi. 1922-ci ilin yayında ağlar Yakutskdan çıxarıldılar və Oxotsk, Ayan kimi liman şəhərlərini ələ keçirərək Sakit okean sahilinə çəkilib, yenidən Vladivostokdan kömək istədilər. 30 avqustda "Sibir könüllü dəstəsi"nin 750 könüllüsünü döyüş üçün təchiz olunaraq general Anatoli Pepelyaevin rəhbərliyi ilə Vladivostokdan Sakit okean donanması ilə üsyançıların köməyinə gəldi.
Mirnı (Yakutiya)
Mirnı (rus. Мирный, saxa Мииринэй) — Rusiya şəhəri, Saxa Respublikası (Yakutiya) Mirnı ulusunun inzibati mərkəzi. Rusiyanın almaz paytaxtı sayılır. == Etimologiya == Mir almaz yatağının ətrafında qəsəbə kimi yaranmışdır və yatağın şərəfinə Mirnı adlandırılmışdır; 1959-cu ildə qəsəbəyə şəhər statusu verildi. == Coğrafiyası == Şəhər Yakutiyanın qərbində yerləşir, burada İrelyax çayı (Vilyoy hövzəsi) axır. Respublikanın paytaxtı Yakutsk şəhərindən Vilyui şossesi boyunca məsafə 1072 km, hava ilə 820 km təşkil edir.
Sinniqes-Arı (Yakutiya)
Sinniqes-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimaldan cənubə doğru uzanır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Istakan-Arıta adası yerləşir.
Yakutca Vikipediya
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Yakutiya
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Yakutiya Aviaşirkəti
"Yakutiya Avia Şirkəti" — rus aviaşirkəti, əsasən "Yakutsk" Beynəlxalq Hava Limanında mərkəzləşmiş şirkət olaraq Yakutiyanın bütün hava limanları və Rusiya Federasiyasının Beynəlxalq Hava Limanlarına uçuşlar həyata keçirir. Aviaşirkət hətta beynəlxalq retsləri belə mövcuddur. İrkutsk və Yakutskdan Çin ilə Cənubi Koreyaya uçuşlar həyata keçirilir. Avropaya Moskvadan çarter uçuşları təşkil olunur. == Tarixi == Saxa inzibati-ərazi baxımından ən iri bölgələrindən biridir. Mülki aviasiya muxtariyyətin mədəni və iqtisadi baxımından inkişafına böyük təsir. 2002-ci ildə Saxa Respublikasının göstərişi ilə "SaxaAvia" və "Yakutiya hava xətti" aviaşirkətinin bazasında "Yakutiya" Avia Şirkəti qurulur. Günümüzdə isə aviaşirkət Yakutiyanın bütün hava limanlarına, MDB və Cənub-Şərqi Asiya ölkələrinə reyslər təşkil edir. Şirkətin mərkəzi ofisi Yakutskda yerləşir. Üstəlik Moskva və Krasnodarda bazaları vardır.
Yakutiya Muxtar Sovet Sosialist Respublikası
Yakutiya Muxtar Sovet Sosialist Respublikası (Yakutiya MSSR, YMSSR, saxa Саха автономнай сэбиэскэй социалистическэй республиката, saxa Саха АССР) — RSFSR tərkibində muxtar respublika. 1922-ci il aprelin 27-də təşkil olunmuşdur. 1922–1992-ci illərdə mövcud olmuşdur. Sahəsi 3103,2 min km², əhalisi 842 min nəfər olmuşdur (1978). 32 rayon, 10 şəhəri, 59 şəhərtipli qəsəbəsi olan Muxtar Respublikanın paytaxtı Yakutsk şəhəri olmuşdur. Lena, Anabar, Olenok, Yana, İndigirka çaylarının hövzəsində, şimalda Laptevlər və Şərqi Sibir dənizi, Yeni Sibir adalarının sahillərində yerləşirdi. Muxtar respublikanın ərazisinin 40% -dən çoxu Şimal Qütb dairəsi daxilində yerləşirdi. == Tarixi == Yakutiya Muxtar Sovet Sosialist Respublikası 27 aprel 1922-ci ildə Yakutsk vilayətinə daxil olan Aşağı Tunquska istisna olmaqla (İrkutsk vilayətinin Kirenski qəzasının tərkibinə daxil olmuşdur) bütün vilayət ərazisini, Yenisey vilayətinin Xatanqq-Anabar rayponu, İrkutsk vilayətinin Kirenski rayonunun Olenok-Suntarski volostu və 84 ° ilə 140½ ° şərq uzunluğu meridianları arasında yerləşən Şimal Buzlu okeanının bütün adaları daxil idi. Respublika RSFSR-in bir hissəsi olaraq meydana gəlmişdi. Yakutiya Muxtar Respublikasının yaranmasında əsas rolu Maksim Ammosov, Plato Oyunski və İsid Baraxov mühüm oynadılar.
Yakutiyada faydalı qazıntılar
Yakutiyada faydalı qazıntılar — Yakutiya Respublikası (Saxa) faydalı qazıntıların çeşidi, miqdarı və keyfiyyəti baxımından bənzərsiz bir ərazidir. Burada 58 növ faydalı qazıntıların 1823 yatağı rəsmi qeydiyyata alınmışdır. Bunları ən əsası almaz (Rusiyanın ehtiyatlarının 82% -i), stibium (82%), uran (% 61) yataqlarıdır. Həmçinin Rusiyanın Şərqi Sibir və Uzaq Şərqdə tədqiq edilmiş kömür ehtiyatlarının 47%-i, təbii qaz və neftin 35%-i Yakutiyanın payına düşür. Bununla belə 16 mindən çox potensial faydalı qazıntı yatağı zəif tədqiq edilmiş olaraq qalır. == Stibium == Yakutiya stibiumunun əsas ehtiyatları Adıyça-Tarın filiz zonasında cəmlənmişdir. Rəsmi olaraq respublikada 7 stibium yatağı qeydiyyata alınmışdır və stibium da bəzi qızıl yataqlarının əlaqəli bir hissəsidir. Sarılax və Sentaçan yataqları filizin həcmi və konsentrasiyası baxımından unikaldır. Yakutiya bu elementin Rusiyada istehsalının 100% -ni təmin edir. == Almaz == Saxa almaz ehtiyatları Yakut almaz vilayətində cəmlənmişdir.
Yakutlar
Saxalar (saxa сахалар) və ya Yakutlar — türk xalqı, Rusiya Federasiyasının subyekti olan Saxa Respublikasının yerli əhalisi. Saxaların dindarlarının bir qismi xristian-provoslav olsa da əsasən ənənəvi şamanizmə etiqad edirlər. Özlərini Saxa adlandıran Yakutlar Rusiya Federasiyasında muxtar quruma malikdirlər. Sahəsi 3103200 km², əhalisi 949280 nəfər(2002-ci il siyahıya almasına əsasən) olan Saxa Respublikasında türk xalqlarının toplam sayı 456564 nəfər və ya 48,1%-dir (2002-ci il siyahıya almasına əsasən) və onların da 432290 nəfəri və ya Saxa Respublikasının əhalisinin 45,54%-i saxalardır (2002-ci il siyahıya almasına əsasən).
Yakutsk
Yakutsk (rusca Яку́тск; saxa Дьокуускай/Cokuuskay)- Rusiyanın Saxa Respublikasının paytaxtı ən böyük şəhəri. Şimal qütb dairəsinin 450 km cənubundadır. Lena çayı üzərində ana limandır. Zəngin mədənlərə sahib olan Yakutsk 1632-ci ildə salınmışdır. Şəhərin iqlimi çox soyuqdur. Orta temperatur -40 °C-dir. Şəhərin ətrafında Oymyakonda -71,2 °C qeydə alınmış və bura şimal yarımkürəsinin ən soyuq yeri olduğu müəyyən olmuşdur. == Qardaş şəhərlər == Çanqvon. Fairbanks.
Yakutsk teleqülləsi
Yakutsk teleqülləsi - Yakutskda 1982 - ci ildə inşa edilmiş, hündürlüyü 241,71 metr olan teləqüllə. 225,86 metr hündürlükdə onun son platforması yerləşir. Tikinti zamanı permafrostun ən yüksək quruluşu idi. Televiziya qülləsi MI-10K-da Nikolay Nikolayeviç Babintsevin rəhbərlik etdiyi Tümen helikopterinin köməyi ilə hazırlanmışdır. Qüllə strukturunun seqmentləri hipodromda yığılmışdır. Bu iş 5 gün davam etmişdir.
Yakutiyə Mədrəsəsi
Yakutiyə Mədrəsəsi — Türkiyənin Ərzurum şəhərində yerləşən, XIV-cü əsrə aid tarixi mədrəsə. Mədrəsə Elhani hökmdarı Olcaytunun dövründə 1310-cu ildə Əmir Hoca Cəmaləddin Yakut tərəfindən tikilmişdir. Anadoluda qapalı həyəti, eyvanı və balkonu olan mədrəsə tipinin ən böyüyüdür və günümüzə qədər gəlib çatmış yaxşı qorunan nümunələrdən biridir. Yakutiyə Mədrəsəsi Ərzurum vilayətinin simvollarından biridir. Hər il minlərlə yerli və xarici turist tərəfindən ziyarət edilir. == Tarixi == Mədrəsə Elhanilər dövründə 1310-cu ildə Sultan Olcaytonun hakimiyyəti zamanı Qazan xan və Boluqan Hatunun tapşırığı ilə Hoca Yakut Qazani tərəfindən tikilmişdir. Osmanlı dövründən sonra bir müddət XIX-cu əsrin sonlarına qədər fəaliyyətini dayandırıb və hərbi anbar kimi istifadə edilmişdir. Cümhuriyyət dövründə 1964 və 1973-cü illərdə Vəqflər Baş İdarəsi, 1991-ci ildə Turizm Nazirliyi tərəfindən təmir edilən mədrəsə indiyə qədər muzey (Diyarşünaslıq muzeyi) kimi istifadə olunur. == Məkanı == Ərzurum şəhərinin mərkəzində, adının verildiyi mərkəzi "Yakutiyə" səmtində, Cümhuriyyət küçəsində, Lalə (Mustafa) Paşa Məscidinin yanında yerləşir. İslam İncəsənət muzeyi kimi istifadə olunur.
Aykut
Aykut — ad. Aykut Kocaman — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Aykut Oray – Türk teatr, kino və serial aktyorudur. Aykut Erçetin — Türkiyə futbolçusu Aykut Barka — Türkiyəli geoloq. Soyad İmren Aykut — Türkiyə iqtisadçısı və dövlət xadimi.
Yaqut
Yaqut (lat. rubens, rubinus — qırmızı) — dəyərli mineral daş. Oksidlər sinfinə aiddir. Qədim dövrlərdə ləl, yaxont adlanırdı. Kimyəvi tərkibi: Al2O3 == Texnikada == Texnikada mexaniki saatlarda (əsasən qol və cib saatlarında) yastıq kimi istifadə olunub. İlk lazer qurğularında lezonans maddəsi kimi istifadə olunub.
Aykut Barka
Aykut Erçetin
Aykut Erçetin (14 sentyabr 1982) — Türkiyə futbolçusu Aykut futbola Ştutqartda başlayıb. 2003-cü ildə Qalatasaraya transfer olan bu gənc qapıcı, Fərid Mondraqon kimi məşhur bir qapıçıyla üç il birlikdə işləmək şansı oldu. Latınca, İngiliscə və Almanca bilən Erçetin, 2007–08 mövsümünün başında Mondraqonun Kölnə transfer olmasıyla birlikdə daha çox forma şansı tapmağa başladı. Əvvəllər Orkun Usakın arxasında ehtiyat qapıcı kimi gözləyən Aykut, ikinci dövrəylə birlikdə birinci seçim olmağı bacarmışdı. Etdiyi kritik qurtarışlarla o mövsüm alınan çempionluqda böyük pay sahibi olan Erçetin, keçdiyimiz mövsümün böyük hissəsində isə Argentinalı Leo Frankonun ehtiyatı olaraq istifadə edildi. 2009–10 mövsümündə cəmi 12 matça çıxan təcrübəli qapıçı, bu qarşılaşmalarda 13 dəfə topu qapısında gördü, bir də penalti qurtardı. 21 Yaş Altı Milli Komandada (U21) 19 dəfə çıxış edən Aykutun Qalatasarayla 2012-ci ilə qədər müqaviləsi var.
Aykut Kocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Aykut Oray
Aykut Oray (13 oktyabr 1942, Üsküdar, İstanbul - ö. 11 avqust 2009, Köyceğiz, Muğla), Türk teatr, kino və serial aktyorudur.
Aykut Qocaman
Aykut Kocaman (türk. Aykut Kocaman; 4 aprel 1965, Sakarya, Türkiyə) — Türkiyə futbolçusu və futbol baş məşqçisi. Hazırda Türkiyə Super Liqası klublarından Fənərbaxçada baş məşqçilik edir. == Oyun statistikası == Mənbə: "Aykut Kocaman" (türk). Mackolik.com. 2015-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
Kolas Yakub
Kolas Yakub (22 oktyabr (3 noyabr) 1882 – 13 avqust 1956[…], Minsk) — belarus yazıçısı, şair, dramaturq, tərcüməçi, siyasətçi, tənqidçi. == Həyatı == Kolas Yakub 3 noyabr 1882-ci ildə Belarusiyanın Akinçitsı xutoru, indiki Minsk vilayətində meşəbəyi ailəsində anadan olmuşdur. O, Nesvijsk müəllimlər seminariyasını bitirmiş və 1915-ci ildə orduya çağırılmışdır. == Əmək fəaliyyəti == Kolas Yakub 1928-ci ildən ömrünün sonuna qədər BSSR EA-nın prezident müavini vəzifəsində çalışmış, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olmuşdur. == Yaradıcılığı == Kolas Yakub 1906-cı ildən bədii yaradıcılıqla məşğul olmağa başlamış, müasir belorus ədəbiyyatının banilərindən biri kimi tanınmışdır. Ədib müasir belorus ədəbiyyatının yaranması, sosialist məzmunlu, milli formalı sovet belorus mədəniyyətinin inkişafı, ədəbi dilin çiçəklənməsi uğrunda böyük xidmət göstərmişdir. O, "Taras Quşça", "Tamaş Bulava", "Yakub Kolas" imzaları ilə əsərlər yazmış və bir şair, nasir, dramaturq, publisist kimi məşhurlaşmışdır. Yakub Kolasın 1910-cu ildə "Şikayət nəğmələri" adlı şeirlər məcmuəsi, 1912-ci ildə bədii nəsrini əhatə edən "Hekayələr" və 1914-cü ildə "Doğma surətlər" adlı kitabları işıq üzü görmüşdür. Şairin bioqrafik xarakter daşıyan əsərləri 1907-ci ildə "Bunt", 1910-1923-cü illərdə "Yeni torpaq" poeması, 1923-cü ildə "Polesyenin ucqarlarında", 1927-ci ildə "Polesyenin dərinliklərində", 1954-cü ildə "Yol ayrıcında" adlı trilogiyasında öz əksini tapmışdır. Yazıçının "Yeni torpaq" poeması XIX əsr kəndli həyatının ensiklopediyası adlandırılır.
Nuri Yamut
Mehmet Nuri Yamut (1890, Saloniki – 5 iyun 1961, İstanbul), Türk Silahlı Qüvvələrinin 6-cı Ordusu. Baş Qərargah rəisidir . == Hərbi xidməti == 1908-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Manastır 6. Korpus 50. Alay 3. Eskadronda olarkən 1912-ci ildə tutuldu. Əsirlikdən qayıdaraq 1913-cü ildə Hərbi Akademiyaya daxil oldu. 1 il oxuduqdan sonra təhsilini tərk edib Ordu sıralarına girdi. Balkan müharibəsinə və Birinci Dünya Müharibəsinə qatıldı.
Yakub Jezniçak
Yakub Jezniçak (26 oktyabr 1986, Lodz) — Polşa Premyer Liqası təmsilçilərindən olan Visla Ploçk klubunda müdafiənin mərkəzi cinahında çıxış edən Polşalı peşəkar futbolçudur. == Karyerası == === Klub === Erkən illərindən Jezniçak müdafiənin mərkəzi cinahında çıxış etmişdir. O, Legiya Varşava klubunda iki il davamlı çıxış etdikdən sonra ilk klubu olan Vidzev Lodz klubuna icarəyə verilmişdir. Yakub 2006-07 mövsümünün sonuna qədər bu klubda çıxış etmişdir. O, növbəti mövsümdə yenidən Legiya Varşava klubuna geri dönmüşdür. 6 iyul 2017-ci ildə Jezniçak Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qarabağ klubu ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == Yakub Jezniçak bir müddət Polşa U-21 komandasında çıxış etmişdir. O, həmçinin Polşa milli futbol komandası ilə üç yoldaşlıq görüşündə də iştirak etmişdir.
Yakub Krçin
Yakub Krçin (çex. Jakub Krčín; 18 iyul 1535, Kolin[d], Bohemiya tacı torpaqları[d] – 16 yanvar 1604, Sedlçani[d] və ya Obdenice[d]) — İntibah dövrünün Çexiya memarı və mühəndisi. Krçin Kolin şəhərində anadan olmuşdur. O, məhsuldar balıq göllərinin dizayneri və qurucusu olmuş, xüsusilə Trebon hövzəsinin balıq göllərindəki işi ilə tanınmışdır. Krçin Rojmberk gölünün tikintisinə, eləcə də bir çox başqa gölüb bərpasına və ya yaradılmasına nəzarət etmişdir.
Yaqut Abdullayeva
Yaqut Babakişi qızı Abdullayeva (1963, Cəbrayıl) — muğam və Azərbaycan xalq mahnılarının ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Yaqut Abdullayeva 1953-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olmuşdur. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir. == Fəaliyyəti == Yaqut Abdullayeva 1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Yaqut Abdullayevanın televiziyadakı ilk çıxışından sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı onu dəvət etmiş və 1982-ci ildə o Opera və Balet Teatrında fəaliyyətə başlamışdır. Burada o uğurlu fəaliyyət göstərmiş, "Leyli və Məcnun"da Leyli obrazını yaratmış, "Şah İsmayıl"da Ərəbzənginin, "Gəlin qayası"nda Sənəmin partiyalarını böyük məharətlə ifa etmişdir. Azərbaycan Televiziyasının "Qızıl fondu"nda bir neçə solo-konsertinin, radio fondunda isə yüzlərlə xalq mahnısının, təsnif və muğamın lent yazıları var. Yaqut Abdullayeva bir sıra xarici ölkələrdə — Almaniya, Polşa, Macarıstan, Bolqarıstan, Türkiyədə çıxışlar edib. == Yaqut Abdullayeva haqqında fikirlər == Tofiq Hacıyev: "Yaqut xanımın "Qaragilə"sini dinlədikcə mən bir tərəfdən Təbrizi, böyük Şəhriyarı xatırıma gətirirəm, Təbrizin dolanbac küçələrini yadıma salıram, bir tərəfdən də sovet dövründə Araz boyu uzanıb bizi cənubumuzdan ayıran tikanlı məftillər, bu gün cəhənnəm uçurumuna düşmüş Xudafərin yadıma düşür.
Yaqut Dilbazi
Dilbazi Yaqut Paşa qızı (Yaqut Dilbazi; 1910, Qazax – 1994, Bakı) — azərbaycanlı yazıçı. == Həyatı == Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirib. XX əsrin 30–40-cı illər Azərbaycan ziyalılarının həyatından bəhs edən "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi kimi tanınır. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda о çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən "Ağ yasəmənlər" povestində isə hadisələr müharibədən sonrakı illərə təsadüf edir. Müharibə dövründə əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə — nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə — hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar. Bundan sonra 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir. Onun "Məhəbbət qocalmır" povesti 1978-ci ildə, "Ağ yasəmənlər" isə 1984-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur.
Yaqut Həməvi
Yaqut əl-Həməvi (1178, Konstantinopol – 20 avqust 1229, Hələb) — yunan əsilli ərəb coğrafiyaşünası, səyyahı. Yaqut əl-Həməvi Qafqaz və Azərbaycan tarixi üzrə qiymətli mənbələrdən biri olan "Mucəm əl-buldan" əsərinin müəllifidir. == Həyatı == Yaqut əl-Həməvi əslən türk оlsa da, Suriya tacirlərindən birinin qulu оlduğu dövrdə müsəlman dinini qəbul etmişdir. Tacirin vəfatından Bağdada köçərək kitab üzü köçürmək və kitab alveri etməklə məşğul оlmuşdur. ХIII əsrin I yarısında ərəblərin əldə etdikləri məlumatları tоplamaqla "Cоğrafi lüğət" kitabını yazmışdır.Yaqut Aralıq dənizinin şərqində yerləşən ölkələri, Iranı, Оrta Asiyanı gəzmiş və Mərv şəhərində yaşamışdır. Yunan və müsəlman ölkələrinin məlumatlarına əsaslanmaqla cоğrafi lüğətlər tərtib etməklə məşğul оlmuşdur. == Mənbə == И. Ю. Крачковский. "Путeшeствиe Ибн-Фадлана на Волгу", Издатeльство АН СССР. 1939 г. Крачковский И. Ю. Избранныe сочинeния, т.4 Москва-Лeнинград 1957 Бартольд В. В. Сочинeния, т.т.1-6 Москва 1963-68. Yâkūt el-Hamevî (yazar Casim Avcı), sayfa 288–291.
Yaqut Paşayeva
Yaqut Nəriman qızı Paşazadə (19 sentyabr 1973, Mirbəşir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2013), Qabaqcıl təhsil işçisi(2023). DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə baş müəllimi == Həyatı == Yaqut Paşazadə 29 sentyabr 1973-cü ildə Tərtər şəhərində anadan olub. 1990-cı ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə ADMİU-nun "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur. 1993-cü ildən 2018-ci ilə kimi YUĞ Dövlət Teatrında ali dərəcəli aktrisa kimi çalışıb. Hazırda DOM müstəqil teatrında fəaliyyət göstərib.Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan,Türkiyə Rusiya, İran, Finlandiya və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur. 2013-cü ildə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1999-cu ildə ailə həyatı qurmuşdur. 2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.
Yaqut Paşazadə
Yaqut Nəriman qızı Paşazadə (19 sentyabr 1973, Mirbəşir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2013), Qabaqcıl təhsil işçisi(2023). DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə baş müəllimi == Həyatı == Yaqut Paşazadə 29 sentyabr 1973-cü ildə Tərtər şəhərində anadan olub. 1990-cı ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə ADMİU-nun "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur. 1993-cü ildən 2018-ci ilə kimi YUĞ Dövlət Teatrında ali dərəcəli aktrisa kimi çalışıb. Hazırda DOM müstəqil teatrında fəaliyyət göstərib.Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan,Türkiyə Rusiya, İran, Finlandiya və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur. 2013-cü ildə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1999-cu ildə ailə həyatı qurmuşdur. 2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.
Yaqut Sadıqova
İmren Aykut
İmren Aykut (türk. İmren Aykut; 1940, Kozan, Adana ili) — Türkiyə iqtisadçısı və dövlət xadimi. == Bioqrafiyası == 1940-cı ildə Türkiyənin Adana ili Kozan şəhərində anadan olmuşdur. Atatürk adına ibtidai məktəbi, sonra Adanadakı qızlar liseyini bitirir. 1964-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. Sonra İngiltərədəki Oxford Universitetində oxuyur. İşçi-işəgötürən münasibətləri, əmək münasibətləri və həmkarlar ittifaqları üzrə təhsil alır. Bundan sonra Norveçdəki Oslo Universitetində "müəssisə rəhbərliyində işçilərin iştirakı" proqramı üzrə təhsil alır. Daha sonra İttifaqlar Konfederasiyasında və İngiltərədəki Əmək Nazirliyində müxtəlif araşdırmalarla məşğul olur. Doktor dərəcəsini "İşçilər üçün valyuta məzənnələri (Türkiyə xaricində) və bunların Türk iqtisadiyyatı baxımından təhlili" adlı işinə görə almışdır.
Yakup Taş
Yakup Taş (16 iyun 1959, Adıyaman – 7 fevral 2023, Adıyaman ili) – Türkiyə siyasətçisi və iş adamı. 2018-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Adıyamandan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. Təsərrüfat, Meşə və Kənd İşləri Komissiyasının üzvü idi. == Həyatı və karyerası == 1959-cu ildə Adıyamanda doğulmuşdur. Adıyamanda kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərmişdir. Adıyaman İdman Klubunun prezidenti və Adıyaman Kənd Təsərrüfatı Otağının sədri olmuşdur. 2018-ci ildə baş tutmuş seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının Adıyaman təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi. === Ölümü === 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür. Adıyamanda dəfn olunmuşdur. == Şəxsi həyatı == Evli və altı uşaq atası idi.
Aykut Kaya
Aykut Kaya (1978, Kayseri ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Aykut Kaya 1978-ci ildə Kayseri ilində anadan olub. İbtidai və orta təhsilini Antalyada alıb. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. Birləşmiş Ştatların Boldiun-Uolles Universitetində beynəlxalq biznes üzrə magistr dərəcəsi alıb. Daxildə və xaricdə irimiqyaslı inşaat layihələri aparan özəl müəssisədə baş meneceri vəzifəsində çalışıb. 2016-cı ildə təsisçisi olduğu xarici tərəfdaş müəssisəsində vitse-prezident və İdarə Şurasının sədri vəzifələrində çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Estoniya ilə İş Şurasının sədri, Norveç ilə İş Şurasının sədr müavini, İrlandiya ilə İş Şurasının sədr müavini, Slovakiya ilə iş Şurasının İdarə Heyətinin üzvü, Səudiyyə Ərəbistanı ilə İş Şurasının isə üzvüdür. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Harut və Marut
Harut və Marut (ərəb. هاروت وماروتعدل‎) — Quranda adları çəkilən mələklər. Rəvayətə görə Harut və Marut sehrlə məşğul olur və insanlara sehrin sirrlərini öyrədirdilər. == Etimologiyası == Harut və Marut adları Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəlməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğunu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd edirlər. Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır. Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik. == Qurani-Kərimdə == Qurani-Kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur.