Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. == Həyatı == Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Stefan Yanev
Stefan Dinçev Yanev (bolq. Стефан Динчев Янев; 1 mart 1960, Popovitsa[d], Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan Ordusu zabiti, briqada generalı. == Həyatı == 1 mart 1960-cı ildə Plovdiv şəhərinin Popovitsa kəndində anadan olmuşdur. 1979-cu ildə Plovdiv Elektrik Mühəndisliyi Texniki Liseyini bitirib. Ardınca, Yanev Şümendəki topçu hərbi məktəbini bitirdi və 1983-cü ildə Asenovqradda topçu taqım komandiri təyin edildikdə orduda fəaliyyətinə başladı. == Fəaliyyəti == Asenovqraddakı Dördüncü Ordu Topçu Alayında raket artilleriya diviziyasının komandiri olub. 1996–1998-ci illərdə Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsində baş mütəxəssisi kimi çalışıb. Belçikada Koordinasiya Qrupunun Planlaşdırması və Proqramlaşdırması şöbəsində çalışmışdır. 2000–2001-ci illərdə Bolqarıstan Ordusu Baş Qərargahının Strateji Planlaşdırma İdarəsində baş rəis köməkçisi olmuşdur. 2001–2002-ci illərdə Müdafiə Nazirliyində Avro-Atlantik İnteqrasiya Direktoratiyasında dövlət mütəxəssisi olub.
Yanan adam
Yanan adam festivalı (ing. Burning Man) — ABŞ-nin Nevada çölünün Black Rock bölgəsində hər il avqust ayının son həftəsi ilə sentyabr ayının ilk həftəsi arasında keçirilən festival. == Tarixi == Festival ilk dəfə 1986-cı ildə Larri Harvey və dostları tərəfindən təşkil edilmişdir. Festivalda iştirak etmək üçün əvvəlcədən müraciət edərək qeydiyyata düşmək və bilet almaq lazımdır. Xüsusilə, gecələr böyük əyləncələr və mərasimlər təşkil edilir. Yanan adam fiquru festivalın əsas simvoludur. Təşkilatçılar festivalın musiqi və sənət festivalı olduğunu deyirlər. Hər il müxtəlif gündəmi olan festivalda 2011-ci ildə əsas gündəlik olaraq "keçid mərasimləri" mövzusu seçilmışdir. 2011-ci ildə festivala 50 mindən artıq insan qatılmışdır. == Mənbə == Yanan adam festivalı keçirilir.
Yanar dağ
Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. == Xüsusiyyətləri == Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir.
Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilir Dünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Yanov pendiri
Yanov pendiri (latış. Jāņu siers‎) və ya karavay pendiri (latış. ķimeņu siers‎) — zirə bitkisi əlavə olunan turş südlü pendiri, Latviya mətbəxinin ənənəvi yeməyidir, Yanov günü üçün hazırlanır. Pendir, Aİ-nin coğrafi yerini göstərən milli məhsulların reyestrinə daxil edilmişdir. Yanov pendiri ilk dəfə 1796-cı il tarixli yemək kitabında qeyd olunub: "Latviska pavāru grāmata; muižas pavāriem par mācību visādus kungu ēdienus gārdi vārīt un sataisīt". Yanov pendiri adı altında Latviyada yalnız altı şirkət pendir istehsal etmək hüququna (sertifikatlaşdırma) malikdir, onlar "Valmieras piens", "Dundagas pienotava", "Lazdonas piensaimnieks", "Rankas piens" və "Straupe" и "Jaunpils pienotava" şirkətləridir. == Hazırlanması == Pendirin əsas maddələri kəsmik və təzə süddür, lakin digər məhsullar da əlavə oluna bilər. Ənənəvi olaraq, pendirə zirə bitkisi əlavə olunur. Süd qaynadılır və ona hissələrə kəsmik əlavə edilir. Qarışıq süd pıhtılaşana və zərdab yaranana qədər qarışdırılır və qızdırılır.
Ərsun Yanal
Ərsun Yanal (17 dekabr 1961, İzmir) — Tükiyəli futbolçu. == Həyatı == Ərsun Yanal 17 dekabr 1961-ci ildə Türkiyənin Buca şəhərində anadan olub. Futbolçu kimi Dənizlispor, Saraykoyspor, Manisaspor və Nazilli Belediyyespor-da çıxış edib. Baş məşqçi kimi Dənizlispor, Yeni Sahilspor, Ankaragücü, Gənclərbirliyi, Manisaspor, Trabzonspor ve Fənərbaxçada işləyib. Həmçinin 2004–05 sezonunda Türkiyə millisindədə işləyib. 2003–04 sezonunda Gənclərbirliyi ile Uefa Avropa Liqasında 1/4 mərhələsinə qədər yüksəlib. 2014–15 sezonunda ise Fənərbaxça ilə Super liqa cempionu olub. 2018–19 sezonundan etibarən Fənərbaxça da baş məşqçlik edir.
Yanan kol
Yanan kol və ya yanmamış kol — Tövratda və "Əhdi-ətiq"də qeydə alınmış hadisəyə aid edilən ifadə. "Çıxış" kitabının üçüncü fəslində Horiv dağında baş vermiş hadisə kimi təsvir edilmişdir. Bibliyada təqdim olunan hesaba görə, kol alov içində idi, lakin alov tərəfindən yandırılmamışdır və buna görə də hadisə belə adlandırılmışdır. Bibliyada verilən rəvayətdə yanan kol Musanın İsrail övladlarını Misirdən və Kənana aparmaq üçün Yahve tərəfindən təyin edildiyi yerdir. Bu kol ivrit dilində "seneh" (ivr. ‏סנה‎‏‎) kimi verilmişdir və bu söz xüsusilə moruğa aiddir. "Seneh" sözü "Sinay" haqqında söz oyunu olma ehtimalı da düşünülür. == Rastafari inancında == Rastafari hərəkatının bəzi nümayəndələri yanan kolun çətənə olduğuna inanırlar.
Yana (çay)
Yana (saxa Дьааҥы) — Saxa Respublikasında çay. Verxoyansk silsiləsindən başlanan Dulqalax və Sartanq çaylarının birləşməsindən əmələ gəlir. Delta (sahəsi 10200 km²) əmələ gətirərək Laptevlər dənizinin Yana körfəzinə tökülür. Uzunluğu 872 km, hövzəsinin sahəsi 238 min km²-dir. Çoxlu ada və dayazlıqlar var. Əsasən yağış suları ilə qidalanır. Oktyabrdan aprel-mayadək donmuş olur. Mühüm qolları Adıça və Bıtantay çaylarıdır. Verxoyansk şəhərindən mənsəbinədək gəmiçiliyə yararlıdır. Balıqla (durnabalığı, xarius, çir və s.) zəngindir.
Yana Alekseyeva
Yana Alekseyeva (30 oktyabr 1987) — Ukraynanı və Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Yana Zavyalova 2005-ci ilin mayında Norveçin Tonsberg şəhərində və 2006-cı ilin sentyabrında Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatlarını beşinci pillələrdə başa vurdu. 2007-ci və 2009-cu illərdə isə Yana Zavyalova Avropa Çempionatlarında bürünc medallara sahib oldu. Yana Zavyalova 2005-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını beşinci pillədə başa vursa da, 2006-cı ildə Hindistanda baş tutan Dünya Çempionatında birinci görüşdəcə məğlub oldu. 2008-ci ildə Çində baş tutan Dünya Çempionatında Yana Zavyalova növbəti dəfə medalın bir addımlığında mübarizəsini dayandırdı və turniri beşinci pillədə başa vurdu. 2010-cu ildə ana olduqdan sonra Yana Zavyalova bir müddət idmana fasilə verdi. 2011-ci ildə o, Yana Sidor adında beynəlxalq turnirlərdə mübarizə apardı. 2012-ci ildə Yana Sidor Çində baş tutan Dünya Çempionatında uğursuz çıxış elədi. Yana Sidor 2013-cü ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında Yana Alekseyeva adında mübarizə aparmağa başladı. Yana Alekseyeva 2014-cü ilin noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.
Yana Alekseyevna
Yana Alekseyeva (30 oktyabr 1987) — Ukraynanı və Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Yana Zavyalova 2005-ci ilin mayında Norveçin Tonsberg şəhərində və 2006-cı ilin sentyabrında Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatlarını beşinci pillələrdə başa vurdu. 2007-ci və 2009-cu illərdə isə Yana Zavyalova Avropa Çempionatlarında bürünc medallara sahib oldu. Yana Zavyalova 2005-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını beşinci pillədə başa vursa da, 2006-cı ildə Hindistanda baş tutan Dünya Çempionatında birinci görüşdəcə məğlub oldu. 2008-ci ildə Çində baş tutan Dünya Çempionatında Yana Zavyalova növbəti dəfə medalın bir addımlığında mübarizəsini dayandırdı və turniri beşinci pillədə başa vurdu. 2010-cu ildə ana olduqdan sonra Yana Zavyalova bir müddət idmana fasilə verdi. 2011-ci ildə o, Yana Sidor adında beynəlxalq turnirlərdə mübarizə apardı. 2012-ci ildə Yana Sidor Çində baş tutan Dünya Çempionatında uğursuz çıxış elədi. Yana Sidor 2013-cü ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında Yana Alekseyeva adında mübarizə aparmağa başladı. Yana Alekseyeva 2014-cü ilin noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.
Yana Batırşina
Yanina Batırşina (tatar. Янина Фархат кызы Батыршина; 7 oktyabr 1979, Daşkənd, Özbəkistan SSR) — Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu. == Həyatı == Yana Daşkənddə anadan olub. Tatar və yəhudi köklərə (atası - tatar, anası - yəhudi) malikdir. Beş yaşından (1984) bədii gimnastika ilə məşğul olmağa başlayıb. İlk məşqçisi Valentina Andreyevna Çernova olub. == Atletika Karyerası == Doqquz yaşında olarkən mürəkkəb seçimlərdən sonra Özbəkistan SSR yığmasına daxil olub. Bir il sonra SSRİ-nin gənclərdən ibarət yığmasına qəbul edilmişdir. SSRİ dağıldıqdan sonra valideynləri ilə birlikdə Rusiyaya köçmüş və burada İrina Viner-Usmanovanın rəhbərliyi altında, Rusiya yığmasının üzvü kimi Novoqor gimnastika mərkəzində idmanla məşğul olmağa davam etmişdir.
Yana Burçeska
Yana Burçeska (mak. Јана Бурческа; d. 6 iyul 1993, Skopye, Makedoniya Respublikası) — Makedoniya müğənnisi. O, Makedoniya Respublikasını 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Yana Burçeska 2011-ci ildə Makedoniya Respublikasında təşkil olunan Macedonian Idol məharət yarışmasında iştirak etmiş və beşinci yeri qazanmışdır. 2016-cı ilin noyabr ayında Makedoniya Respublikasının MRT telekanalı Yana Burçeskanın ölkəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Yananın müsabiqədə ifa edəcəyi mahnı olan "Dance Alone" 2017-ci ilin mart ayında təqdim edilmişdir. Uzun məşqlərdən sonra müğənni 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinalında üçüncü nömrə altına səhnə almışdır. Nəticədə Yana 18 ölkə təmsilçisinin mübarizə apardığı yarımfinalda 69 xalla 15-ci yeri tutaraq, finala adlaya bilməmişdir. Avroviziya 2017-də Makedoniya Respublikası üçün hazırlanmış reklam çarxında Yananın uşaq gözlədiyi bəlli olmuşdur.
Yana Kudryavtseva
Yana Kudryavtseva — 30 sentyabr 1997-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. Rusiyalı bədii gimnastdır. Rusiyanın 2015 Avropa Oyunlarında təmsil etmişdir. 7 qat Avropa Çempionu, 12 qat isə Dünya Çempionudur. 2015-ci ildə Avropa Oyunlarında Bakıda 5 mümkün qızıl medaldan 4 qızıl medalı qazanmışdır. == Həyatı == Yana Kudryavtseva 30 sentyabr 1997-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. == Karyerası == Yana Kudryavtseva karyerasının ən böyük uğurlarını Dünya Çempionatlarında qazanmışdır. O 2013-cü ildən başlayaraq 12 dəfə Dünya Çempionu olmuşdur. 2 dəfə isə gümüş medal qazanmışdır. Yana Kudryavtseva həmçinin Avropanında ən güclü gimnastıdır.
Yana Marinova
Yana Marinova (tam adı: Yana Marinova, bolq. Яна Маринова; 17 avqust 1978, Sofiya) — Bolqarıstan aktrisası. == Həyatı və fəaliyyəti == Yana Marinova 17 avqust 1978-ci ildə Sofiyada anadan olmuşdur. Ali təhsilini iqtisadiyyat ixtisası üzrə almışdır. 22 yaşında evlənmişdir, bir oğlu var. Bolqarıstanın bədii filmləri və serialları ilə yanaşı, xarici istehsalı olan filmlərdə də rol almışdır. Müxtəlif televiziya şoularına rəhbərlik edir. Bəzi kinolarda kaskadyor kimi çıxış edir. Məzun olduqdan sonra keçmiş "Dauntaun", indiki "Qafqaz" restoranının meneceri işləmişdir. Bir müddət model işləmiş və 2004-cü ildə Miss Bolqarıstan yarışmasında iştirak etmişdir.
Yana Molodezki
Yana Molodezki (1 yanvar 1996-cı ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Yana Nikitina
Aktrisa == Həyatı == Yana Vitalyevna Nikitina 1975-ci il avqustun 15-də Bakıda anadan olub.Bakıda 9 №-li orta məktəbi bitirib.Daha sonra Bakı Slavyan Universitetinin filologiya fakultəsində təhsil alıb.Gənc yaşlarından teatr və televiziyada çalışıb.Yana Nikitina əsl şöhrəti “Şən və Hazırcavablar” klubu "Parni iz Baku"dakı çıxışları ilə qazanıb.O,bu komandada yeganə xanım iştirakçı olub.O,1994-cü ildən iştirak etdiyi bu komanda ilə 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.Azərbaycanda və Rusiyada serial və filmlərə çəkilib.Evlidir,bir oğlu var.Hal-hazırda həm Azərbaycan,həm də Rusiyada kastinq-direktoru,film və seriallarda rejissor və produser kimi çalışır. == Filmoqrafiya == Graf Krestovsky (film, 2004) (TV şərhçisi) Milli bomba (film, 2004) (Yekaterina xüsusi müxbir) Əlvida, cənub şəhəri (film, 2006) (Valya) Barbados (film, 2011) (Valya) Bir kəndin sevinci (2012) (Nadya) Qorxma, mən səninləyəm!
Yana Salat
Yana Salat (d. 6 aprel 1979) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Yana Salat, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Yana Salat, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Yana Uskova
Yana Uskova (28 sentyabr 1985, Maykop, Krasnodar diyarı) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Yana Uskova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yana Vastavel
Yana Vastavel (22 oktyabr 1999) — Belçikalı akrobatika gimnastıdır. Belçikanı 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 gümüş medal qazandı. Yana xanım Solano Kassamayor ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medal qazandı. 2013-cü ilin Avropa Çempionatınında gümüş medalçısıdır. == Həyatı == Yana Vastavel 22 oktyabr 1999-cu ildə anadan olmuşdur. == Karyerası == Yana Vastavel ilk uğurunu 2013-cü ildə Portuqaliyada qazandı. O Odivelasdə Avropa Çempionatının gümüş medalını qazandı. 1 il sonra isə Yana xanım 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Solano Kassamayor ilə birgə 3 gümüş medal qazandı. Yana Vastavel çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medala layiq görüldü.
Yana körfəzi
Yana körfəzi — Laptevlər dənizinə daxil olan körfəz. İnzibati cətətdən Rusiyanın Saxa Respublikası ərazisinə daxildir. Öz adını əraziyə axan Yana çayının götürmüşdür. Qərbdə Buor-Xaya burnu, şərqdə isə Ebelyax körfəzi ilə əhatələnir. Yana çayının mənsəbində böyük delta əmələ gəlir (10 200 km²). İlin 9 ayı körfəz buzla örtülü olur. Qərb sahilləri yüksəkdir. Cənub və şərq sahilləri isə hamardır. Körfəz iyunun sonlarına kimi üzən buzlarla örtülür. Körfəzdə çoxlu sayda ada vardır: Yarok, Makar və Şelonski adaları.
Yana Zinkeviç
Yana Zinkeviç (ukr. Яна Вадимівна Зінкевич) — Ukraynalı könüllü feldşer. Ukraynanın şərqindəki müharibə zamanı Ukrayna Könüllü Ordusunun (keçmiş "Sağ sektorun" Könüllü Ukrayna Korpusu) Əsgərlərinin Tibbi İdarəetmə və Reabilitasiya İdarəsinin rəisi. Hospitaller Tibb Batalyonunun komandiri. 2014-cü ildən başlayaraq ATO-nun aktiv fazasında o, şəxsən iki yüzdən çox yaralı ukraynalı əsgəri cəbhə xəttindən çıxarıb xilas edib. Yarandığı gündən 2700-dən çox yaralı ukraynalı əsgər və mülki vətəndaşı cəbhə xəttindən xilas edən Hospitallers tibbi batalyonunu qurub və indi də ona rəhbərlik edir. Əməliyyatdan və reabilitasiyadan sonra əlil arabasında hərəkət edir. IX çağırış Ukrayna Ali Radasının deputatıdır. == Bioqrafiya == Yana Zinkeviç 2 iyul 1995-ci ildə Rivne şəhərində anadan olub. Rivne "Kollegium" təhsil kompleksini bitirmişdir.
Yana Rıxlitska
Yana Mixaylovna Rıxlitska (ukr. Яна Миколаївна Рихліцька; 2 aprel 1993, Vinnitsa – 3 mart 2023, Baxmut[d], Donetsk vilayəti) — Ukraynalı könüllü, əsgər, Ukrayna Silahlı Qüvvələrinin 93-cü Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi, Rusiya-Ukrayna müharibəsi iştirakçısı. == Həyatı == Yana Rıxlitska 2 aprel 1993-cü ildə Vinnitsada anadan olub. O, 2015-ci ildə Yaroslav Mudrik adına Milli Hüquq Universitetinin İqtisadiyyat və Hüquq fakültəsini bitirib. Tələbəlik illərində idmanla fəal məşğul olub, sambo və cüdo üzrə idman ustalığına namizəd olub. Rıxlitska İT sənayesində də çalışıb. Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan sonra o, aktiv könüllü fəaliyyətə başlayıb. 2022-ci ilin may ayında Yana Rıxlitska, 93-cü "Xolodnıy Yar" Əlahiddə Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi olub və Baxmutdakı stabilləşdirmə mərkəzində xeyli sayda insanın həyatını xilas edib. Yana Rıxlitska, 3 mart 2023-cü ildə Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında yaralıların təxliyəsi zamanı rus artilleriyasının atəşi nəticəsində həlak olub. Yana Rıxlitska böyüdüyü doğma şəhərindəki Qəhrəmanlar Xiyabanında dəfn edilib.
Yanan adam festivalı
Yanan adam festivalı (ing. Burning Man) — ABŞ-nin Nevada çölünün Black Rock bölgəsində hər il avqust ayının son həftəsi ilə sentyabr ayının ilk həftəsi arasında keçirilən festival. == Tarixi == Festival ilk dəfə 1986-cı ildə Larri Harvey və dostları tərəfindən təşkil edilmişdir. Festivalda iştirak etmək üçün əvvəlcədən müraciət edərək qeydiyyata düşmək və bilet almaq lazımdır. Xüsusilə, gecələr böyük əyləncələr və mərasimlər təşkil edilir. Yanan adam fiquru festivalın əsas simvoludur. Təşkilatçılar festivalın musiqi və sənət festivalı olduğunu deyirlər. Hər il müxtəlif gündəmi olan festivalda 2011-ci ildə əsas gündəlik olaraq "keçid mərasimləri" mövzusu seçilmışdir. 2011-ci ildə festivala 50 mindən artıq insan qatılmışdır. == Mənbə == Yanan adam festivalı keçirilir.
Arnav
Arnav (fr. Arnave) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09016. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 211 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 130 yaşda (15-64 yaş arasında) 98 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.4%, 1999-cu ildə 72.7%). Fəal olan 98 nəfərdən 91 nəfər (48 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 32 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..