Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zarin
Zarin — adi halda rəngsiz və ya zəif sarı rəngli, iysiz, xüsusi sıxlığı -1,1 q/sm3, qaynama temperaturu 1500 C, donma temperaturu mənfi 1000 C olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi vasitəsi ilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır. == Zarinin zədələyici əlamətləri == Göz bəbəklərinin daralması, ağız boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə nəticələnir. == Deqazasiya == Xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə həyata keçirilir. Xlorlu əhəng (CaOCl2) xlor iyi verən ağ və ya sarımtıl rəngdə tozdur. Suda qismən həll olur.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Marif Zeynalov
Marif Zeynalov (Marif Zeynalov Seyid Bəbir oğlu; 10 yanvar 1934, Şuşa, Dağlıq Qarabağ – 5 iyun 2020, Bakı) — geologiya –mineralogiya elmləri namizədi. Əməkdar elm xadimi. == Həyatı == Marif Zeynalov 1934-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1940-cı ildə Şuşa şəhər məktəbinə getmiş və 1950-ci ildə həmin məktəbi Qızıl medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakultəsinə qəbul olmuş, 1955-ci ildə həmin institutu bitirərək mühəndis-geoloq diplomu almışdır. 1962-ci ildə aspiranturanı bitirmiş və 1963-cü ildə Naxçıvan polimetal yataqlarının geoloji-struktur xüsusiyyətləri mövzusunda dissertasiya işini müdafiə etmişdir. 50-dən cox elmi əsərin müəlifidir. == Ailəsi == Həyat yoldaşı Zeynalova Kəmalə Məmməd qızı Hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. İki qız övladı var. Samirə Zeynalova Marif qızı: 15 dekabr 1963-cü ildə Bakı şəhərində anadan olub.
Qarif Axunov
Qarif Axunov (tatar. Гарифҗан Ахунҗан улы Ахунов, 18 sentyabr 1925 – 4 iyun 2000, Kazan) — dövlət və ictimai xadim, RSFSR-nin əməkdar incəsənət xadimi, Tatarıstanın xalq yazıçısı, Qabdulla Tukay Respublika Mükafatı laureatı (1973). == Həyatı == 18 sentyabr 1925-ci ildə Arsk rayonunun Keçkene Uçili kəndində çörəyini erkən itirən böyük bir kəndli ailəsində anadan olub: Keçkene Uçili kəndində təşkil olunan kolxozun ilk sədri kommunist Axunzyan (Qərifin atası) öldürüldü tərəfindən kulaks. Kazanbaş kəndindəki yeddi illik məktəbdə savadlılığın əsaslarını öyrənmiş, daha sonra 1947-ci ildə bitirdiyi Arsk Pedaqoji Məktəbində təhsil almışdır. 1947-ci ildə Kazan Dövlət Universitetinin Tarix və Filologiya fakültəsinin tələbəsi oldu və 1952-ci ildə onu müvəffəqiyyətlə bitirdi. Universiteti bitirdikdən sonra "Edabiyata Şurası" ("Sovet Ədəbiyyatı") jurnalının redaksiyasında çalışdı. 1956–1968-ci illərdə Almetyevskdə yaşadı, Tatar ASSR Yazıçılar Birliyi şöbəsinin məsul katibi oldu. Bu dövrdə Axunov əsas əsərlərini yazdı. 1957-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü oldu. 1968-ci ildə Axunov 1971–1974-cü illərdə Kazana qayıtdı.
Tarif (iqtisadiyyat)
Tarif termini aşağıdakı mənalarda istifadə olunur: rəsmən müəyyən edilmiş ödünc, vergi, rüsum, maaş və s. miqdarı (cədvəli). Məsələn, əmək haqqı tarifi, poçt tarifi; müəssisələrə (təşkilatlara) və əhaliyə göstərilən sənaye və qeyri-sənaye xüsusiyyətli müxtəlif xidmətlərin ödənilməsi dərəcəsi, ödəniş norması; idarələrə, müəssisələrə, təşkilatlara və vətəndaşlara müxtəlif istehsal və qeyri-istehsal xidmətlərinə görə verilən ödəmə məzənnəsi sistemi. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tarif Cəfərzadə
Tarif Qədim oğlu Cəfərzadə (1 yanvar 2002, Pəlikəş, Astara rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəfərzadə Tarif Qədim oğlu 1 yanvar 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olub. 2019-cu ildə orta məktəbi başa vurub. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tarif Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci il tarixində Xocavənd rayonunda gedən döyüşdə aldığı qəlpə yarası nəticəsində həlak olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tarif adası
Tarif adası və ya Palomas (isp. Isla de las Palomas) — Cəbəllütariq boğazında yerləşən kiçik ada. Tarif şəhərinin yaxınlığında yerləşir. Ada Pireney yarımadası ilə damba vastəsi ilə birləşdirilmişdir (1808). Adanın cənubunda Mərakeş burnu yerləşir. Burun Avropa qitəsinin ucqar cənub nöqtəsidir. Burunda mayak fəaliyyət göstərir.
Yaşıl tarif
Yaşıl tarifin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tarif alternativ elektrik enerjisi istehsalçılarının hər kilovat-saat enerjisinin təyin edilmiş (minimum) qiymətinə ödəniş zəmanəti verir. Bu tarifin əsas meyarları aşağıdakılardır: - Zəmanətli və güzəştli enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik enerjisinin Alternativ enerji mənbələrindən şəbəkəyə göndərilməsi; - Yetərli olan minimum yaşıl tarif; - Benefisiarlar üçün qanunla müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi. Məsələn, müəyyən zaman ərzində tarifin ödənilməsi (investisiya xərcinin müddətlə ödənilməsi) üçün qanunla müəyyən edilmiş (minimum) qiymət ödəniş zəmanəti; - Hər bir Alternativ enerji mənbələri texnologiyalarına aid ayrıca yaşıl tariflər; - Mümkün olan qiymət azaldılması. Effektiv şəkildə planlaşdırılmış yaşıl tarifin əsas üstünlükləri: - Yüksək effektivlik; - İnvestisiya təhlükəsizliyi. Uzunmüddətli perspektivlər və investisiyanın qaytarılma zəmanəti səbəbindən bank tərəfindən maliyyələşdirmə; - Yerli bazarların AEM avadanlıqları üçün yüksək stimulyasiyası, yeni iş yerlərinin açılması, texnologiya yeniliklərinin dəstəklənməsi, həmçinin səmərəliliyin artırılması və mümkün olan qiymət azaldılması. Bu sistemin sərfəli olmayan tərəfi isə son istehlakçılar üçün elektrik enerjisi qiymətinin artmasına səbəb olan birbaşa xərclərin təsiri və ya dövlət büdcəsindən xeyli maliyyə vəsaitinin tələb olunmasıdır. Yaşıl tarif sisteminin özünü doğrultduğu ölkələrdə ictimai-siyasi dəstək, davamlılıq, həmçinin fərdi və kiçik investorlar üçün qanunla müəyyən edilmiş təhlükəsizlik yüksək səviyyədədir. Almaniya bu sistemin ən yaxşı işlədiyi ölkələrdən biridir. Almaniyanın Alternativ Enerji Aktı Alternativ enerji mənbələrinin inkişafına dair bütün vacib strateji addımları özündə əks etdirən nadir siyasi sənədlərdəndir. Siyasi alətlərin növündən asılı olmayaraq, qeyd olunan sənəddə həm strateji qanunvericilik, həm də dəstək mexanizmi effektli şəkildə icra olunub və bu səbəbdən də o, dünyada Alternativ enerji mənbələrini dəstəkləyən ən uğurlu siyasətlər arasındadır.
Zərif ilanbaş
Zərif ilanbaş (lat. Ophisops elegans) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin i̇lanbaş cinsinə aid heyvan növü. Bu, ilanbaş cinsinin Azərbaycanda yayılmış yeganə növüdür. == Quruluşu == Zərif ilanbaş kərətənkələ iki yarımnövündən Azərbaycan hüdudlarından tipik forma qeydə alınmışdır. Başının üst tərəfində aydın uzununa novcuq vardır. Bu cür novcuqlar böyürlərdə də olurr. Təbil qalxancığı böyükdür. Qarın qalxancıqları 6 uzununa sırada yerləşmişdir. Oma məsamələri sırası diz bükümünə azacıq çatmır. Anal qalxancığı əhatə edən qalxancıqlar arasında adətən bir iri preanal qalxancıq ayırd edilir.
Zərif lemurlar
Lepilemur (lat. Lepilemur) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin lepilemurlar fəsiləsinə aid heyvan cinsi.
Zərif meşənovruzu
Zərif meşənovruzu (lat. Cyclamen elegans) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2 ab (i,ii,iii,). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu yastılaşmış dairəvi, bəzən diskvari, 3-7 sm dimaterindədir. Yarpaqlar kökyanı rozetdədirlər. Yarpağın lövhəsi dairəvi-yumurtavari, dairəvi-oval və ya oval–tumurcuqlu, əsasda ürəkvari, 3-3,5 sm uzunluqda, 3,5 -6 sm enində, üst tərəfdə tünd–yaşıl, alt tərəfdə bənövşəyi-qırmızıdır. Kasacıq qonur-qırmızı, 5 enli-lansetvari, iti dilimli, 4-5 mm uzunluqdadır. Çiçəklər iri, çəhrayı və ya bənövşəyi-çəhrayı, çıxıntının dar hissəsində bənövşəyi ləkəlidir.
Zərif çayırçiçəyi
Zərif çıxış
Zərif çıxış (ing. graceful exit, rus. элегантный выход) - əməliyyat sisteminə və ya prosesə yenidən idarəetməni qəbul etməyə və işi normal rejimdə davam etdirməyə imkan vermək üçün prosesin dayandırılması. Əgər proqram sistemin sabitliyini pozmadan işini dayandırarsa, onun zərif çıxış etdiyi deyilir. İdeal halda bütün proqramlar istənilən şəraitdə zərif çıxışı təmin etməlidir. Praktikada OS/2 və Windows kimi inkişaf etmiş əməliyyat sistemləri proqramlarda qəzalı çıxışların nəticələrindən qorunmanı təmin edir ki, həmin anda çalışan başqa proqramlar ziyan görməsinlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arif (ad)
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Arif Abbaslı
Arif Firuz oğlu Abbaslı (15 dekabr 1993, Qıvraq, Naxçıvan Muxtar Respublikası – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Arif Abbaslı 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2000–2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009–2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir yaşlı Ləman adında qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arif Abbaslı oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Arif Abbasov
Arif Abbasov (etnoqraf) —— Tarixçi-etnoqraf. Tarix elmləri doktoru (1995), AMEA-nın müxbir üzvü (2001). Arif Abbasov (futbolçu) —— futbolçu, məşqçi, hakim.
Arif Abdullayev
Arif Abdullayev (28 avqust 1969) — Azərbaycanı təmsil edən sərbəst güləşçi və məşqşi, 2003-cü il Dünya Çempionatının qalibi. Uzun illər sərbəst güləş üzrə Azərbaycan yığmalarında baş məşqçi və məşqçi olaraq çalışıb. == Karyerası == Arif Abdullayev 1995-ci ildə İsveçrədə baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda Atlanta şəhərində (ABŞ) Dünya Çempionatını 8-ci pillədə başa vuran Arif Abdullayev 1996-cı ilin martında Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Arif Abdullayev həmin ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Arif Abdullayev olimpiadanın birinci görüşündə İran nümayəndəsi Məhəmməd Taleh oldu. Həmin görüşdə Arif Abdullayev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Aslanbəy Fidarov oldu. Həmin görüşdə Arif Abdullayev rəqibi üzərində 11:0 hesabı ilə inamlı qələbə qazandı və növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi bir zamanlar Azərbaycan yığmasında çıxış edən Moldova nümayəndəsi Nazim Əlicanov oldu.
Arif Abdullazadə
Abdullayev Arif Əbdürrəhman oğlu (Arif Abdullazadə) (1940-2002)— şair, nasir, alim, ədəbiyyatşünas, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1977). == Həyatı == Arif Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində anadan olmuşdur. Orada 11 saylı şəhər orta məktəbini bitirəndən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi (1961-1962), Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1962-1968), böyük elmi işçi (1968-1976), aparıcı elmi işçi (1976-1993), Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsində çalışmışdır (1993-2002). Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərmişdir (1970-1972). 2002-ci il mayın 31-də Bakıda vəfat etmişdir. == Yaradıcılığı == A.Abdullazadə 1966-cı ildə "Öztəmirin həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1977-ci ildə "Azərbaycan poeziyasında yaradıcılıq üslubları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. İlk bədii əsəri 1957-ci ildə dərc olunmuşdur. 5 romanın, 5 monoqrafiyanın və s. əsərlərin müəllifidir.
Arif Abışov
Asif Əlövsət oğlu Abışov (16 may 1992, Lək, Bərdə rayonu – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Arif Allahverdiyev
Arif Allahverdiyev (1947, Dəvəçi və ya Mollakamallı, Dəvəçi rayonu – 4 aprel 2019) — Şabran Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992-ci illər). == Həyatı == Allahverdiyev Arif Talıb oğlu 1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Mollakamallı kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Dəvəçi rayon "Sovxozlararası" Tikinti Sahəsində usta kimi başlamış, sonralar komsomol, sovet, partiya orqanlarında rəhbər vəzifələrdə işləmişdir. 1974-cü ildən Dəvəçi Rayon Komsomol Komitəsinin birinci katibi, 1977-ci ildən Dəvəçi Rayon Partiya Komitəsində Təşkilat şöbəsinin müdiri və rayon Xalq Nəzarəti Komitəsi sədrinin müavini, 1978-ci ildən Dəvəçi Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1980-cı ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin sədri, 1988–1991-ci illərdə Dəvəçi Rayon Partiya Komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Sonralar Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində məsul vəzifələrdə işləyib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir. Ailəlidir, üç övladı var."Bir Ömrün Hekayəsi" adlı kitabı çap olunmuşdur. 4 aprel 2019-cu ildə vəfat edib.
Arif Alvi
Arif Rəhman Alvi (urdu عارف الرحمان علو; 29 iyul 1949, Kəraçi, Sind[d]) — Pakistanın 13-cü prezidenti. Məmnun Hüseynin sələfi. Pakistan Təhrik-e İnsaf partiyasının sədri.
Arif Alışanov
Arif Alışanov (tam adı: Arif Nizam oğlu Alışanov) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri namizədi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2006–2019). == Həyatı == Arif Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib. Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib. 1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib. 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.
Arif Arifkiya
Arif Arifkiya (10.8.1941)— milliyətcə Azərbaycanlı olan İran müğənnisi. == Həyatı == Arif Arifkiya 8 avqust 1941-ci ildə Cənubi Azərbaycanın Miyanə şəhərində anadan olub. Kiçik yaşlarından Azərbaycan radiosunu dinləməklə oxumağa meyilli olub. Bülbülün, Rəşid Behbudovun təsiri ilə müxtəlif mahnılar oxuyub. Arif Arifkiya 1979-cu ildən sonra Los-Anceles şəhərinə köçüb.
Arif Axundov
Arif İmaməli oğlu Axundov — Azərbaycan dövlət xadimi
Arif Ağamalov
Arif Məlikağa oğlu Ağamalov (d. 30 may 1928 ö. 2006) — Azərbaycan Respublikasının əməkdar rəssamı (1992) == Həyatı == Ağamalov Arif Məlikağa oğlu 30 may 1928-ci ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəsamlıq məktəbini və Moskva tətbiqi və dekorativ instutunu bitirmişdir. Arif Ağamalov 1960–1990-cı illərdə çoxsaylı monumental əsərlər yaratmışdır. Rəssamın əsərlərindən "Neftçilər" metrostansiyasında yerləşən mozaik pannoları və "Abşeron" mehmanxanasında olan qızılı-göy mozayik frizlərini qeyd etmək olar. A.Ağamalov eləcədə mehmanxananın interyerinin, kafenin tərtibatını və jazz mövzununda şamotdan heykəl qabartmalar yaratmışdı. Rəssamın əsasən smaltadan istifadə etməyi sevirdi. İkinci sevimli materiyalı mis olmuşdur. Opera studiyasının (indiki jazz center) fasadındaki relyef kompozisiyasın işləyərkən mis materiyalından geniş istifadə etmişdir.
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Zarıs nahiyəsi
Zarıs nahiyəsi — 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Həkəri sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Zarıs nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb.