Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abaeni
Abaeni — Urartu dövlətində şəhər. Assuriya çarı I Sarqon VIII yürüşündə Abaenini ələ keçirə bilmişdir. Qriqor Qapantsyan şəhərin Malazgird ilə Bağrevənd arasında olduğuna inanır. Bəziləri bunu Apaxunik vilayəti ilə eyniləşdirir. Adların fonetik yaxınlığı çox güman ki, təsadüfidir.
Abarqi
Abarqi (şum. 𒀀𒁇𒄀, A.BAR.GI; Ur[d]) — təqribən e.ə. 3500-cü ildə hakimiyyətdə olmuş Ur çarı. Onun məzarı 1926–1927-ci illərdə ingilis arxeoloq ser Leonard Vulli tərəfindən Ur şəhərində tapılmıdır. Abarqinin yanında çariça Şub-adın məzarı yerləşirdi. Bu məzarlarda saray sakinlərinin skeletləri və əşyaları da tapılmışdır.
Buruni
Buruni (mald. ބުރުނީ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Txaa atoluna daxildir. == Coğrafi yerləşmə == Buruni adası Txaa atoluna daxil olan 66 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 196 km cənub-qərbdə yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Burunidə 1130 nəfər yaşayır: 48,84 % kişi və 51,15 % qadın. Əhalinin yaş strukturu: 44,69 % — 18 yaşından aşağı; 14,07 % — 19 - 25 yaş arası; 35,57 % — 26 - 64 yaş arası və 5,66 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 98, 93 %.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Burfi
Burfi — Hindistan mətbəxinin (həmçinin Banqladeş və Pakistan mətbəxləri) məşhur şirniyyatlarından biri. Burfi qatılaşdırılmış süddən hazırlanmış şirin, konfetə bənzər şirniyyat növüdür. Hindistan yaranmış bu şirniyyat adı "qar" mənasını verən "barf" sözündən yaranıb. Bir neçə növü mövcuddur:besan burfi (qoyunnoxudu unu qatılır), kaaji burfi (Braziliya fıstığından hazırlanır), pista barfi (yerpüstəsindən hazırlanır) və sing barfi (yer fındığından hazırlanır).
Alburi Lam
Alburi-Lam (çeç. Албар-Лам) Çeçenistan Respublikası ilə sərhəddə Dağıstanın Kazbekovskiy bölgəsindəki dağ zirvəsidir. Dəniz səviyyəsindən yüksəklik - 2177.0 metr. ən yaxın məskunlaşma yerləri: Almak, Burtunay, Kalininaul və indi fəaliyyətə başlamayan Alburi-Otar və Xaniy duk Alburi Lamın şərqində hündürlüyü 2294 metr olan Tsanta dağ zirvəsidir, beləliklə Alburi Lam Tsanta silsiləsinin ikinci ən yüksək dağ zirvəsidir. == Ad == Dağ, adını Çeçen taipası Akköydən (çeç. Ӏаккой) gələn və eyni zamanda Şircha-Evlanın Auxov kəndinin cənubunda yerləşən Alburi-Otar kəndinə sahib olan sahibinin şərəfinə adını aldı. Alburinin mal-qarasını otaran muzdlu bir çoban öldükdə, dağ sahibinin olduğu Almak kəndinə məzar daşı göndərdiyini söyləyirlər. Bu vaxt, Alburi, dağındakı otlaqların cəlb etdiyi ətraf kəndlərdən gələn mal-qara sahibləri ilə tez-tez qarşıdurmalarda olurdu. Qafqaz müharibəsi zamanı Alburi Şamilin tərəfinə keçən iki oğlu Guraş (çeç. ГӀураш) və Janbyuru (çeç.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Murad Aşurlı
Murad Aşurlı — azərbaycanlı alpinist. 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmişdir. == Həyatı == Murad Aşurlı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-yə köçüb. O, son illər ABŞ-də aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı. 2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib. == Vəfatı == Murad Aşurlı 21 oktyabr 2014-cü ildə Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb. Bildirilir ki, "7 zirvə" kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb. Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb.
Senecio baurii
Senecio baurii (lat. Senecio baurii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
İsrafil Aşurlı
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. == Bioqrafiya == İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
&Burn
"&Burn" — amerikalı müğənni Billi Aylişin repçi Vins Steypls ilə birlikdə ifa etdiyi mahnı. 15 dekabr 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql olaraq buraxılıb. Mahnı dekabr ayında Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin yenidən buraxılmış versiyasına daxil edilib. Mahnı Aylişinin "Watch" mahnısının alternativ versiyasıdır.
Abani Mukerci
Abani Mukerci (hindcə: অবনীনাথ মুখার্জি, rus. Абанинатх Трайлович Мукерджи; 3 iyun 1891, Cəbəlpur, Britaniya Hindistanı – 28 oktyabr 1937, Moskva) — Hindistan kommunisti, SSRİ-də yaşamış mühacir, Hindistan Kommunist Partiyasının həmtəsisçisi, Stalin repressiyalarının qurbanı olan nadir hindlilərdən. == Həyatı == Abani Mukerci 3 iyun 1891-ci ildə Cubbulpur kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 1910-cu ildə pambıqçı olaraq çalışıb. 1912-ci ildə Almaniyaya və Yaponiyaya göndərilib. Almaniyada ikən sosializm ilə tanış olub və bu ideologiyanın yolu ilə getməyə başlayıb. Sonra Kəlküttəyə qayıdıb və pambıqçı Endrü Yuli Millin yanında çalışıb. 1914-cü ildə Raşbehari Bose ilə görüşüb inqilabi fəaliyyətə atıldı. 1915-ci ildə silah oğurlamaq üçün Yaponiyaya göndərildi. Sinqapurda ikən tutuldu və Fort Kemminq Həbsxanasında 2 il dustaq oldu.
Abram burnu
Abram burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burun yaxınlığında eyni adlı qəsəbə vardır. Burunda dəniz limanına aid tikililər vardır. Sərnişin gəmilərini qəbul edən priçal isə 2010-cu ildən fəaliyyətini dayandırmışdır. Burunun cənub hissəsindən körfəzə Varyajski axarı tökülür. == Ədəbiyyat == Абрам-мыс // Кольская энциклопедия. В 5 т. Т. 1.
Abuli qalası
Abuli qalası (gürc. აბულის ციხე) — Cənubi Gürcüstandakı Samtsxe-Cavaxeti bölgəsinə aid olan Axalkalaki bələdiyyəsinin ərazisində yerləşən tarixi qala. Abidə Tunc dövrünə aid olan meqalitik tikilidir. Qalanın inşası zamanı qədim dövrlərdə tez-tez istifadə edilən "quru hörgü" texnikasından istifadə edilmişdir. Abidə Patara dağının cənubunda, Paravani gölünün isə cənub-şərqində yerləşir. Yerləşdiyi ərazi dəniz səviyyəsindən 2670 metr hündürlükdədir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələrinin siyahısına daxil edilmişdir. == Qala haqqında == Qala həmçinin "Korogli" (Azərbaycan və türk dilindəki adlandırılması ilə "Koroğlu") adı ilə də tanınır. Abidə başqa bir siklopik tikili olan və Paravani gölünün yaxınlığında yerləşən Şaaori qalası ilə bir çox ortaq memarlıq xüsusiyyətlərinə malikdir. Abuli qalası tikinti məhlulundan istifadə olunmadan 3-5 metrlik vulkanik bazalt blokların köməyi ilə ərsəyə gətirilmiş böyük və mürəkkəb tikilidr.
Ader burnu
Ader burnu — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqindəki yarımada və burun. == Ümumi məlumat == Ader burnu Ross dənizinin Cənub okeanından ayıran bir ərazidir. Yarımadanın daxilinə doğru irəllədikcə Admiralti dağları yüksəlir. Ader Antaraktidanın ilk təqiqatı zamanı əlverişli və vacıb eniş sahəsi hesab olunurdu. Bir çox əsas düşərgələr bu ərazidə qurulmuşdur. Sahildən şimal-şərqə doğru Ader sualtı dağları uzanır. == Tarixi == Ader burnu ilk dəfə 1841-ci ilin yanvarında kapitan Ceyms Ross tərəfindən kəşf edilmiş və dostu Adarın şərəfinə belə adlandırmışdır. Adar adı İrlandiyanın Ader şəhərindən götürülüb. 1895-ci ildə norveç tədqiqatçıları Henrik Bull və Karsten Borxqrevnik Antarktik gəmisi ilə Ader burnuna yan aldılar. Bu hadisə həm də, Antarktida torpağına ilk rəsmi ayaq basma kimi tarixə düşdü.
Adsız burnu
Adsız burnu — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahilində yerləşir. Burun sahilləri balıqqulağı və dəniz qumları ilə örtülüdür. Burada Novxanı çimərliyi yerləşir. Sahil boyunca dalğavari şəkildə dayazlıqlar bir-birini əvəz edir.
Afrika burnu
Afrika burnu — Kamçatski yarımadasında yerləşən burun. Kamçatka yarımadasının ən ucqar şərq qutaracağı. Afrika burnunda mayak fəaliyyət göstərir. Ətrafında isə elə də böyük olmayan yaşayış məskəni vardır ki, onunda 10 nəfər əhalisi vardır. Burnu ilk dəfə 1882-ci ildə «Afrika» kreyserinin zabitləri kəşf etmişlər. Gəminin şərəfinə isə buruna bu cür ad vermişlər. == Mənbə == Siz Kamçatka Afrikasında olmusunuz?
Akkani burnu
Akkani burnu — Çukot yarımadası sahillərində yerləşən, Berinq dənizinə daxil olan Meçiqmen buxtası ilə yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukot rayonu ərazisinə daxildir. çuk. Ыкынин sözündən əmələ gəlmişdir. Mənası «soyuq» anlamındadır. Digər versiyaya görə isə «yeddi yurt» mənasını verir. Burun yaxınlığında morj yatağı vardır. == Akkani qəsəbəsi == Burnun şimal-şərqində dəniz məməliləri ovlayanlar tərəfindən salınmış qəsəbə vardı. 1960-ci illərdə burada 150 nəfər yaşayırdı. 1978-ci ildə sakinlər Lorinoya köçürlər.
Akritas burnu
Akritas (yun. Ακρωτήριο Ακρίτας) — Yunanıstanda, Peloponnes yarımadasının cənub-şərq qutaracağı və Messeniyanın cənub ucunu təşkil edən burun. Peloponnesenin cənub hissəsində Lıkodimon dağının cənub tərəfində meydana gəlmişdir. Peloponnes perferiyasının Messinya periferik vahidliyində, Pilos-Nestor cəmiyyətində, Koronidən 7 mil və Kalamatadan 21.5 mil məsafədə yerləşir. Bitki örtüyündən məhrumdur və İnuse və Avqo qayalı adaları ilə əhatə olunmuşdur. Qərbdən İon dənizinə aid olan Mesiniakos körfəzinə girişi məhdudlaşdırır. Tenaron burnu isə onu şərqdən əhatələyir. Qərbdən yüksək məsuldarlığı ilə seçilən Makariya adlandırılan düzənliklə həmsərhəddir. Düzənlik Pamisos çayı ilə suvarılır. Strabon Akrit və Pavsani isə onu Akrita kimi qeyd etdir.
Alava burnu
Alava burnu (ing. Cape Alava) — Sakit okeanın Amerika sahillərində yerləşən burun. Burun Olimpik yarımadasında yerləşir. Üstəlik Olimpik Milli parkı ərazisinə daxildir. İnzibati baxımından Vaşinqton ştatının Klellam dairəsinə daxildir. Alava burnu ABŞ-nin materik hissəsi ən ucqar qərb nöqrəsi hesab edilir. Ancaq Olimpik yarımadasının sahilləri güclü şəkildə erroziyaya məruz qalır. 1990-cı illərdə 48 şatatın ucqar qərb nöqtəsi Oreqon ştatında yerləşən Blanko burnu olmuşdur. Burun öz adını ispan qrandası olmuş Xose Manuelı de Alavanın adından almışdır.
Aleut burnu
Aleut burnu — Rusiya, Primorsk diyarı ərazisində yerləşən burun. == Adı == Burun öz adını 7 noyabr 1877-ci ildə Yaponiya sahillərində qəzaya uğramış «Aleut» şxunundan almışdır. == Coğrafiya == Burun Minonosok buxtasının cənub-şərqində yerləşir. Böyük Pyotr körfəzi, Poset körfəzinin qərbində yerləşən Reyd Pallada buxtasına doğru uzanır.
Almadi burnu
Almadi burnu (fr. Pointe des Almadies) — Yaşıl burun yarımadasının qutacağında yerləşir. Afrika materikinin qərb qutacağıdır. Seneqal ərazisində yerləşir. == Tarixi == VII - VI əsr b.e.ə Finikiyalılar ərazidə olmuşlar. Avropalılardan isə ilk olaraq portuqaliyalı dənizçi Diniş Diaş 1444-ci ildə ərazidən keçmişdir ( bəzi mənbələrdə 1445 il).
Alçaq burnu
Alçaq burnu və ya Alçaq qaya (ukr. Алчак, krımtat. Alçaq, Алчакъ) — Krım yarımadasının cənub-şərq hissəsində, eyni adlı dağ silsiləsində yerləşən burun. Alçaq burnu Sudak şəhərinin şərqində yerləşir. Buruna bir gəzinti cığırı ilə getmək mumkundur. Şərqdəki geniş Sudak Körfəzini bağlayır və Sudak Vadisini Kapselskaya vadisindən ayırır. == Təsviri == Alçak dağının hündürlüyü dəniz səviyyəsindən 152 metrdir. Geoloji quruluşunda, boz mərmərə bənzər əhəng daşlarından ibarət olan qədim mərcan qayasıdır. Dağın qərb yamacında "Eolov arfası" yerləşir - əhəngdaşının eroziyaya uğraması nəticəsində əmələ gələn çuxurlu bir qaya. Alçaq burnu Krım sahillərinin ən gözəl örtüklərindən biridir, kristal təmiz dəniz suyu dənizdə üzmək üçün turistləri, sualtı dalğıcları özünə cəlb edir.