Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sipiso-piso şəlaləsi
Sipiso-piso (ind. Air terjun Sipiso-Piso, "Bıçaq kimi şəlalə"), (ing. Sipisopiso waterfall) — İndoneziyada şəlalə. Şəlalə Sumatra adasının şimalında yerləşir. Berastagi şəhərindən 45 km qərbdə yerləşən şəlalə yeraltı çayın Karo yaylası kənarından səthə çıxması nəticəsində meydana gəlmişdir. Şəlalənin şimal hissəsində böyük kalder gölü Toba yerləşir. hündürlüyü 120 metr olan şəlalənin suyu sonda Toba gölünə tökülür. İllik yağıntının yüksək olması nəticəsində şəlalənin suyu il boyu bol sulu olur. Ətraf ərazi tropik meşələrlə və dik qayalarla əhatələnib. == Ümumi məlumat == Sipiso-pisonun unikallığı yeraltı çayın yayla kənarından bir başa səthə çıxmasıdır.
Anisok
Añisoc — Afrikanın Ekvatorial Qvineya əyalətində şəhər. Şəhər, ölkənin mərkəzi hissəsində, materik bölgəsindəki Wele-Nzas əyalətində yerləşən yaşayış sahəsidir. 2012-ci ilin təxmini məlumatlarına görə, şəhərdə 16.626 nəfər yaşayır. 2001-ci ildəki rəsmi siyahıyaalınma nəticələrinə görə 7586 nəfər var idi. Añisoc, ölkənin beşinci ən böyük əhalisi olan şəhər mərkəzidir.
Sipsik
Sipsik — Estoniya uşaq ədəbiyyatı yazıçısı Eno Raud kitabında karakter və Estoniyanın simvollarından olan bez gəlincik. İlk dəfə "Sipsik" ​​(1962) kitabında göründü. Sipsikin mavi və ağ zolaqlı kostyumu, qara saçı, böyük gözləri və gülər üzü var. Sipsik Estoniya uşaq ədəbiyyatı karakter lərinin ən görkəmli simalarından biridir.
Spassk
Spassk — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir
Spitak
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Pişik
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü) Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Sisək
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Carex spissa
Carex spissa (lat. Carex spissa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Jurinea spissa
Jurinea spissa (lat. Jurinea spissa) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Spassk-Tatarski
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Spitak rayonu
Spitak rayonu, və ya Hamamlı rayonu — Ermənistan Respublikası ərazisində rayon. == Tarixi == Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür. 1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir. Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub.
Spitak zəlzələsi
Spitak zəlzələsi (həmçinin Leninakan zəlzələsi, Gümrü zəlzələsi də adlanır) — 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.
Sursok muzeyi
Sursok muzeyi - Livanın paytaxtı Beyrutda müasir incəsənət muzeyi. Muzey Beyrutun Əşrəfiyyə rayonunda tarixi Ru Sursok küçəsində yerləşir. Bu küçədə XVIII əsrdə Sursoklar və Bustroslar ailələri tərəfindən əzəmətli binalar inşa edilmişdir. == Tarixi == Sursok muzeyinin binası italyan və xüsusilə Venesiya və Osmanlı arxitektyrasının güclu təsiri altında olan Livan arxitekturasının ən gözəl nümunələrindən biridir. Beyrutun zadəgan dairəsi içərisində daha çox müvəffəqiyyət qazanan varlı Nikola Sursok XIX əsrin sonlarında bu muzeyin binasını öz villası kimi tikdirmişdi. 1961-ci ildə vəfat edən Nikola Sursok öz villasını Beyrut şəhərinə vəsiyyət etmişdir . Onun arzusuna uyğun olaraq villa muzey kimi yenidən qurulmuşdur . Muzey 1961-ci ildə müasir Livan rəssamlarının əsərləri ilə öz qapılarını tamaşaçılar üçün açdı. Bu hadisə Livanın mədəni həyatında böyük əks-səda doğurdu . Bu günədək muzeydə Livan və xarici ölkə rəssamlarının əsərlərindən ibarət yüzdən çox sərgi təşkil edilmişdir.
Sıpsık (Baltas)
Sıpsık (başq. Сыпсыҡ, rus. Чипчиково) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Tuşqır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 17 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 81 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (95%) üstünlük təşkil edir.
Osip Şpitko
Osip Şpitko (ukr. Осип Степанович Шпитко́; 7 aprel 1869 – 1942, Rio-de-Janeyro) — ukraynalı və braziliyalı yazıçı və publisist. O, Qorodnitsa kəndində (indiki Ukraynanın Ternopil vilayəti, Çortkivski rayonu) anadan olub və Braziliyanın Rio-de-Janeyro şəhərində vəfat edib. == Bioqrafiyası == 1869-cu il aprelin 7-də Qorodnitsa kəndində (indiki Qusyatinski rayonu; başqa mənbələrə görə, Kopıçinski rayonunun Qovılovi şəhərində, indi Terebovlyanski rayonunun kəndi) anadan olub, hər iki yaşayış məntəqəsi indi Ternopolun daxilində yerləşir. , Ukrayna). Qusyatinski rayonu, Xovılov Veliki şəhərində adi məktəbi bitirib. Ternopolda müəllimlər seminariyasında oxuyub. O, dəfələrlə peşəsini dəyişib, bəzən bilyard və ya kart oynamaqla dolanırdı. Üç il Qalisiyanın əyalət teatrlarında əvvəlcə kiçik şəhərlərdə, sonra isə Lvovda aktyor kimi çalışıb. O, "Monitor" jurnalı üçün polyak dilində şeir yazmağa başladı.
Balıqtutan pişik
Balıqtutan pişik (lat. Prionailurus viverrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Maru (pişik)
Maru (yap. まる [mä.ɾɯ́] — hərfi. "yumru", d. 24 may 2007-ci il) — şotland sallaqqulaq pişiyi növünə aid olan Yaponiyada yaşayan, YouTubeda məşhur videoların qəhrəmanı olan pişik. 2017-ci ilin mart ayında Maru YouTube-da ən çox izlənilmiş heyvan oldu. 3 iyun 2017-ci il tarixinə görə, Maru ilə olan videolar 341,840,777 baxış əldə etmişdir. Pişik tez-tez KİV-lərdə yada salınır. Videolarda heç vaxt üzünü göstərməyən və danışmayan onun sahibi YouTube-da mugumogu niki ilə qeydiyyatdan keçmişdir. 2011-ci ildə Marunun sahibəsinin müəllifi olduğu "I Am Maru" kitabı işıq üzü gördü (ISBN 978-0-06-208841-3).
Qaraayaq pişik
Qaraayaq pişik (lat. Felis nigripes) — pişik cinsinə aid heyvan növü. Orta hesabla kütləsi 1,6 kq, bədəninin uzunluğu 36–52 sm, quyruğunun uzunluğu 13–20 sm olur. Afrikanın cənub hissələrində səhralıqlarda yaşayır. Rəng çaları sarı-qumsal rəngindədir və tünd xallara malikdir.
Qızılı pişik
Qızılı pişik (lat. Profelis aurata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin profelis cinsinə aid heyvan növü.
Rubbl (pişik)
Rubbl (3 may 1988, Devon qraflığı – 3 iyul 2020, İngiltərə) — 3 may 1988-ci ildən 3 iyul 2020-ci il tarixinə qədər yaşamış dünyanın ən yaşlı pişiyi. Rubbl Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
Rubble (pişik)
Rubbl (3 may 1988, Devon qraflığı – 3 iyul 2020, İngiltərə) — 3 may 1988-ci ildən 3 iyul 2020-ci il tarixinə qədər yaşamış dünyanın ən yaşlı pişiyi. Rubbl Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
Sisak döyüşü
Sisak döyüşü (xorvatca:Bitka kod Siska, almanca:Schlacht bei Sissek) — 22 iyun, 1593-cü ildə Sisak-Moslavina regionunda, Kulpa çayının Sava çayı ilə qovuşduğu yerin yaxınlığında Osmanlı İmperiyasının sərhəd komandanı olan və bir il əvvəl Bosniya bəylərbəyi olaraq təyin edilmiş Telli Həsən paşanın Bosniya əyalət sipahiləri və Avstriya hersoqluğu ilə Xorvatiya krallığının birləşmiş orduları arasında baş tutmuş döyüşdür. Döyüşdə, Bosniya bəylərbəyi Telli Həsən paşanın qüvvələri ağır məğlubiyyətə uğradıldı. Telli Həsən Paşa və digər bir neçə paşa həlak oldu. Bu döyüşün nəticəsi 1593-1606-cı illərdə baş tutmuş Osmanlı-Avstriya döyüşlərinə gətirib çıxardı. == İstinadlar == == Xarici keçidlər == Joseph von Hammer-Purgstall, Geschichte des Osmanischen Reiches. online:Vol.4: Vom Regierungsantritte Murad des Dritten bis zur zweyten Entthronung Mustafa des Ersten 1574–1623 , Budapeste: C. A. Hartleben, 1829, s. 218.
Sison anisum
Adi cirəgülü (lat. Pimpinella anisum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü. == Yayılması == Adi cirəgülünün vətəninin Aralıq dənizi sahilləri və ya Yaxın Şərq olduğunu hesab edilsə də hələ də, onun vətəni dəqiq məlum deyil. Bəzi müəlliflər (Dekandol, Kalestani) isə bu bitkinin yabanı əcdadının Anisum creticum olduğunu hesab edirlər. == Sinonimləri == Anisum odoratum Raf. Anisum officinale DC. Anisum officinarum Moench Anisum vulgare Gaertn. Apium anisum (L.) Crantz Carum anisum (L.) Baill. Ptychotis vargasiana DC. Selinum anisum (L.) E.H.L. Krause Seseli gilliesii Hook. & Arn. Sison anisum (L.) Spreng.
Spiro Aqnyu
Spiro Teodor Aqnyu (9 noyabr 1918[…], Baltimor, Merilend – 17 sentyabr 1996[…], Berlin[d], Merilend) — Amerika Birləşmiş Ştatlarının 39-cu vitse-prezidenti (1969–1973). Agnew Merilendin 55-ci Qubernatoru (1967–1969) vəzifəsində çalışmışdır. O, bu vəzifələrdə çalışan ilk yunan əsilli amerikan olmuşdur. 10 oktyabr 1973-cü ildə vəzifəsindən istefa etmişdir.
Spiro Quberina
Spiro Quberina (1 mart 1933, Şibenik – 27 noyabr 2020, Zaqreb) - Xorvatiya aktyoru. == Həyatı == Spiro Quberina 1 mart 1933-cü ildə Xorvatiyanın Şibenik şəhərində anadan olub. Şibenik Milli Teatrında ilk rolunu oynayanda o, hələ lisey şagirdi idi. Orta təhsilini bitirən Quberina 1970-ci ildə Zaqreb Dramatik Sənətlər Akademiyasını bitirdi. Bundan sonra təqaüdə çıxdığı 1999-cu ilə qədər Zaqrebdəki Xorvatiya Milli Teatrında davamlı olaraq tamaşalarda rol oynadı. Teatr, kino və televiziya sahəsində rolları müvəffəqiyyətlə oynamış, spesifik nitqə əsaslanan xarakter komediyalarında üstün olmuşdur. Ranko Marinkoviçin, İvo Breşanın, Marin Drjiçin və digər yazıçıların əsərlərində müstəsna bir müvəffəqiyyət qazandı və xüsusilə də, radio-televiziya seriallarında da rol aldı: Divaç ("Dilənçilər və Oğullar", İvan Raos), Strikan ("Velo misto", Milyenko Smoye), Oçenaşek ("Oçenaşekin gündəliyi", Vyekoslav Mayer) və s. rollar Quberinanın əvəzsiz rolları idi. Bundan başqa, dublyajçılıq da edən Quberina "Asteriks Sezara qarşı" filmində Obeliksi və "Mune: Ay gözətçisi" filmində Yuneni xorvat dilindəki dublyajda səsləndirmişdi. == Ölümü == Fəaliyyətinə yüzlərlə tamaşalar və onlarla filmlər sığdıran Spiro Quberina 27 noyabr 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində dünyasını dəyişib.