Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.
Əhməd Şimşirgil
Əhməd Şimşirgil (25 may 1959) — Türkiyə "tarixçisi". == Həyatı == Əhməd Şimşirgil 1959-cu ildə Boyabadda doğulub. İlk, orta və lisey təhsilini eyni yerdə tamamladı.1978-ci ildə Atatürk Üniversitetinin ədəbiyyat fakültəsinin tarix bölümünə daxil olur və 1982-ci ildə məzun olur. 1983-cü ildə eyni bölümdəki Yeniçağ Anabilim Dalıından Araşdırma Görevlisi olaraq vəzifəye başlayır. 1985-ci ildə Yüksek Lisansını (aspiranturanı) tamamlayır. 1989-cu ildə Marmara Universitetinin fənn ədəbiyyat fakültəsinin tarix bölümünə keçir. 1990-cı ildə Osmanlı Taşra Teşkilatından Tokat (1455–1574) adlı dissertasiyası ilə tarix doktoru elmi adını alır. 1997-ci ildə Uyvar'ın Osmanlılar Tarafından Fethi ve İdaresi adlı araşdırması ilə dosent vəzifəsinə seçilir. Seyid Muradinin qələmə aldığı Barbaros Xeyrəddin paşa'ın qəzaları Kaptan Paşanın Seyir Dəftəri adı sadələşdirərək, ayrıca Osmanlı tarixini ilə ilgili Kayı I ,Kayı II,Kayı III,Taşa Yazılan Tarix Topkapı Sarayı və Ahmet Cevdet Paşa və Məcəllə adlı əsərlərini nəşr etdirdi. 2003-cü ildə professor kodrosuna keçən Şimşirgilin Osmanlı şəhər tarixi, siyasi həyatı və təşkilatı ilə ilgili çesidli dərgilərdə dərc olunmuş çox sayda elmi məqaləsi vardır.
Səbahəddin Şimşir
Səbahəddin Şimşir (türk. Sebahattin Şimşir; 9 fevral 1966, Balıkəsir ili) — Türkiyə tarixçisi, Azərbaycan siyasi mühacirət tarixinin araşdırıcısı, tərcüməçi, tarix elmləri doktoru, professor. == Həyatı == Səbahəddin Şimşir 9 fevral 1966-cı ildə Türkiyə Cümhuriyyətinin Balıkesir bölgəsinin Kayapa ilçəsinə bağlı İvrindi məhəlləsində anadan olmuşdur. Kayapa ibtidai məktəbini, Bandırma Şəhid Süleyman bəy orta məktəbini, Balıkesir Muharrem Hasbi Koray Liseyini bitirmişdir. 1990-cı ildə Ege Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Ege Universitetinin Tarix bölümündə müəllim kimi çalışmağa başlamışıdr. Magistratura və doktorantura təhsilini Ege Universiteti Sosial Elmlər İnstitutunda (Sosyal Bilimlər Enstitüsü) tamamlamışdır. 2001-ci ildə de Balıkesir Universiteti Atatürk İlkeləri ve İnkılab Tarixi bölümündə müəllim kimi fəaliyyətə başlamışdır. 2002-ci ildə Balıkesir Universitetinin Tarix bölümündə Türk dünyası tarixi ixtisası üzrə dosent əvəzi, daha sonra dosent adını almışdır. 2004–2008-ci illərdə Qazaxıstanın Almatı şəhərindəki Abay Dövlət Pedaqoji Universitetində bölüm başkanı kimi fəaliyyət göstərmişdir.