Arif Babayev (rejissor)
Arif Hacı oğlu Babayev (25 sentyabr 1928, Bakı, Azərbaycan SSR – 26 avqust 1983, Bakı) — Azərbaycan kinorejissoru, televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindəndir.
== Həyatı ==
Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır.
1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışmışdır. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir.
26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir.
Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir.
Rejissor Vasif Babayevin qardaşıdır.
== Ad və mükafatlar ==
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (29.06.1964)
İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" Diplom (1968)
Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə Mükafat (1969)
Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici Diplom (1974)
"Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat (1981)
"Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatı (1986)
== Filmoqrafiya ==
Rejissor kimi
Dostluq dili (film, 1959) (qısametrajlı sənədli film)
Xəzərdə möcüzə (film, 1961) (qısametrajlı sənədli film)
Xəzər sahilində şəhər (film, 1962) (qısametrajlı sənədli film)
Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film)
Zirvə (1964) (qısametrajlı bədii film)
Şəhərimizin uşaqları (film, 1964) (qısametrajlı sənədli film)
10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film)
"Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film)
Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film)
Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film)
Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film)
Şəhər üzərində mahnı (film, 1965) (qısametrajlı sənədli film)
Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film)
İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film)
Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film)
Gün keçdi (film, 1971) (tammetrajlı bədii film)
Ömrün ilk saatı (film, 1973) (tammetrajlı bədii film)
Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)
Arxadan vurulan zərbə (film, 1977) (tammetrajlı bədii film)
Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film)
Birisigün, gecəyarısı...