BAS I sif. [ ital. ] mus. Ən bəm kişi səsi, ən aşağı kişi səsi. Güləbətin Hacının otağını süpürəndə həyətdə Şahpələngin qalın bas səsini eşitdi (M.İbrahimov).
BAS II f. Üstdən sıxmaq, təzyiq etmək, ayaqlamaq, tıxamaq və s. Kələntəri görən kimi elə bil ki, Rüstəm kişini qaynayan aş qazanına basıb çıxartdılar (M.İbrahimov).