BİRƏR-BİRƏR zərf Bir-bir, tək-tək. Cücələrim birər-birər; Suyu görüb yaxın gələr. A.Səhhət. Bu gün fövqəladə komisyonun iclası olacaqdı … yoldaşlar birər-birər yığıldılar. H.Nəzərli. İçəridən adamlar birərbirər işlərini qurtarıb çıxdılar. B.Talıblı.