CİLVƏLƏNMƏK

f. Nazlanmaq, naz etmək, əzilib-büzülmək.
Tavus kimi cilvələnə hər səhər; Bəzək verə camalına sərbəsər. M.P.Vaqif.
Görürsənmi oğrun baxan gözəli; Tərlan kimi necə cilvələnibdir? Aşıq Ələsgər …Xanım rübəndi və çarşabı atıb, mərsiyəxanın qarşısında cilvələnməyə başladı. Çəmənzəminli.

// Məc. mənada təşbehlərdə.
Su üstündə cilvələnir; Söyüdlərin yarpaqları. B.Vahabzadə.

CİLVƏLƏNMƏ
CİLVƏLİ

Digər lüğətlərdə