Cəbəlpur
Cəbəlpur — Hindistanın mərkəzi hissəsində, Madhya-Pradeş ştatında şəhər.
== Əhalisi ==
Əhalisi 1,05 mln. (2011; aqlomerasiyada 1,27 mln) nəfərdir.
== Coğrafiyası ==
Narmada çayı vadisində yerləşir. İri nəqliyyat qovşağıdır.
== Tarixi ==
9–10-cu əsrlərdə Tripura racəliyinin paytaxtı olmuşdur. 1781-ci ildən Cəbəlpurda marathaların mənzil-qərargahı, 1818-ci ildən Britaniyanın hərbi bazası, Sauqor və Narmada ərazilərindəki Britaniya canişininin mənzil-qərargahı yerləşirdi.
== Memarlığı ==
1864-cü ildə şəhər statusunu almışdır. Rani Durqavati Universiteti (1836-cı ildə tarix kolleci kimi əsası qoyulmuş, 1957-ci ildən universitetdir; 1983-cü ildən indiki adını daşıyır), C.Nehru adına kənd təsərrüfatı universiteti (1964), mühəndislik, tibb, hüquq və s. kollecləri var.