1905-ci il dekabr Moskva üsyanı
Moskvada dekabr silahlı üsyanı (1905)
1905-1907-ci il Birinci rus inqilabının ən yüksək inkişaf mərhələsi. 1905-ci il inqilabi hərəkatı, işçilərin tətilləri, kəndlilərin çıxışları, ordu və donanmada olan həyəcan çarizmin devrilməsi uğrunda üsyana çevrildi.
== Tərəflərin hazırlığı ==
Moskva işçiləri ilklərdən oldu. 1905-ci il dekabrın 5-də, RSDFP-nin Moskva konfransı dekabrın 7-də 12 saatlıq ümumi tətilə qərar verdi, tətil sonradan silahlı üsyana çevrilməli idi. Bu qərarı Moskvada keçirilən Moskva Şurasının plenumu, poçt-teleqraf işçilərinin qurultayı və Ümümrusiya dəmiryolçular konfransı dəstəklədi. Moskva Şurasının İzvestiya qəzeti "Bütün işçilərə, əskərlərə və vətəndaşlara" mütləqiyətə qarşı barışmaz mübarizəyə çağıran Manifestlə müraciət etdi. Tətil dekabrın 7 günorta saat 12 başladı. 600-dən çox müəssisədə işləyən 100000-dən çox adam işini dayandırdı. Nikolayevskdən başqa, bütün dəmir yollarında qatarların hərəkətləri dayandırıldı. Moskva proletariatının və başqa sosial qüvvələrin üsyanın V.L.Şanzer (Marat) və M.İ. Vasilyev-Yujinin rəhbərliyi ilə Moskva Şurası və RSDFP-nin Moskva komitəsi başçılıq edirdi.