Eyruz Məmmədov
Eyruz Məmmədov (1953, Bakı) — azərbaycanlı jurnalist.
== Həyatı ==
1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildən Sumqayıt şəhərində yaşayır.
Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbi bitirmişdir.
Azərbaycan Dövlət Universitetini bitirib; ixtisasca jurnalist-filoloqdur.
"Sumqayıtın əks-sədası" qəzetinin baş redaktorudur.
1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr etmişdir.
"Sumqayıtın əks-sədası" tammetrajlı, "Sumqayıtın əks-sədası-2" sənədli filmlərinin, "28-dən 29-na keçən gecə", "Sumqayıtım mənim", "2-ci paralel", "Bir, iki, üç… və yaxud Dağ çiçəyi", "Anata", "Gecə… İncə gecə", "Mister Riç" və s. kitablarının müəllifidir.
== Mükafatları ==
Həsən bəy Zərdabi adına mükafat;
"Qızıl qələm" mükafatı;
"Araz" ali ədəbi mükafatı.