HAIR

hair1

n 1. saç, zülf; to brush / to comb one’s ~ saçını daramaq; to have one’s ~ cut saçını vurdurmaq / kəsdirmək / qırxdırmaq; to do one’s ~ saçını düzəltmək / qaydaya salmaq; 2. tük; 3. yun, qıl, qəzil, tük; 4. xov, narın tük (ipəkdə); 5. çox az məsafə; within a ~ of tük qədər; within a ~ of death ölümdən tük qədər aralı;

◊ to let one’s ~ down 1) özünü çox sərbəst aparmaq; 2) ürəyini boşaltmaq; not to turn a ~ özünü o yerə qoymamaq, tükü də tərpənməmək; to tear one’s ~ fəryad etmək, saçlarını yolmaq; to make smb.’s ~ stand (on end) tüklərini biz-biz etmək, ürəyini salmaq; to loose one’s ~ özündən çıxmaq; to have more ~ than wit ağıldan kəm olmaq; ağlı dabanında olmaq; to take a ~ of a dog that bit you ≅ Donuzdan bir tük çəkmək də qənimətdir

hair2

adj 1. = hairy; 2. nazik, tük kimi

HAINT
HAIR-DO
OBASTAN VİKİ
II Hairan
II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu. == RTP 736 adlı möhür == Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur. == Kral Herodian və II Hairan == Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.
Hairenik
Hairenik (erm. Հայրենիք, hərf. vətən) — ABŞ-nin Massaçusets ştatının Votertaun şəhərində Hayrenik Assosiasiyası tərəfindən erməni dilində nəşr olunan həftəlik qəzet. Qəzet Ermənistanın Daşnaksutyun Partiyasına məxsusdur. Daşnaksutyun ilə yanaşı, erməni diaspor təşkilatı – Amerika Erməniləri Milli Komitəsinin fikir və mülahizələrini də əks etdirir. ABŞ-də Levon Turyanın qətlində rolu, həmçinin nasizm, faşizm və antisemitizm kimi ideologiyalara simpatiyası ilə tanınır. == Qalmaqallar == === Levon Turyan === Levon Turyan erməni arxiyepiskopu idi və Daşnaksutyun üzvləri tərəfindən bıçaqlanaraq öldürülmüşdür. Sui-qəsddən əvvəl "Harenik" qəzeti belə təhdid mesajları dərc etmişdir: Hətta "Turyanı başa salacaq" birinə 100 dollar mükafat təklif etmişdir. Daha sonra Turyan polisdən müdafiə istəmişdir. === Nasizmə simpatiya === Qəzet nasizmə, faşizmə, antisemitizmə, Adolf Hitlerə və s. rəğbət bəsləyən sitatlara və fikirlərə görə tənqid olunur.

Digər lüğətlərdə