is. Maddələrin, şeylərin burun qişasının xüsusi sinirlərinə təsir etmə xassəsi. Kəskin iy. İy duymaq. Onun burnu yaxşı iy bilir.
– Güllərin ətri otların iyinə qarışıb, ətrafa saçılmaqda idi. T.Ş.Simurq.
Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal.
◊ İy almaq –
1) harada olduğunu duymaq, izinə düşə bilmək, axtarıb tapmaq.
…Jandarm idarəsi iy almaqda ov tulasından belə həssasdı. M.Hüseyn.
İyinizi alıblar! Ceyran çox həssas heyvandır, – deyə Almurad baba bizi başa saldı. İ.Əfəndiyev;
2) xörək, gül və ya xarab olan bir şeyin qoxusunu hiss etmək.
…Leylək bir qədər gedəndən sonra, cızbız iyi aldı. S.Rəhimov.
İy çəkmək – bax
iy almaq.
İy çəkirlər tulatək ta ki, görüb harda var aş; Kimdə var ağca plov, hər gecə yağlı bozbaş. S.Ə.Şirvani.
Burada Zeynal dayanıb, burnunu sağa-sola döndərərək iy çəkdi. Ə.Əbülhəsən.
İy götürmək (basmaq) – hər tərəfə iy yayılmaq.
İy vermək –
1) iylənmək, qoxumaq. Ət iy verir;
2) dan. üstüörtülü, eyhamlı, ikibaşlı söz, danışıq haqqında. Sənin sözün iy verir.
İy(i) burnundan getməmək – xoş qoxulu bir şeyin ətrini daim hiss etmək, duymaq.
Sən bu yerin canısan; Sultanısan, xanısan; İyin burnumdan getməz; Təbrizin reyhanısan. (Bayatı).