KAZ
KAZAK
OBASTAN VİKİ
1983 Beyrut kazarma bombalanması
Beyrut kazarma bombalanması, 23 oktyabr 1983-cü ildə Livan vətəndaş müharibəsi dövründə Beyrutda meydana gələn bombalı hücumudur. Bu hücum nəticəsində 299 Amerika və fransız əsgəri ABŞ və Fransa əsgərlərinin yerləşdirildiyi binaların qarşısında iki bomba yüklü yük maşınının partlaması nəticəsində həyatını itirmişdir. Daha sonra Hizbullah olaraq bilinən İslami Cihad təşkilatı bombalı hücumun məsuliyyətini öz üzərinə götürmüşdür. Nəqliyyat vasitələrindəki partlayıcılar intiharçılar tərəfindən partladılmışdır. ABŞ dəniz piyadaları korpusu kazarmalarına edilən hücumda 220 nəfəri dəniz piyadası, 18 nəfəri dənizçi və 3 nəfəri əsgər olmaqla ümumilikdə 241 Amerika əsgəri öldürüldü, 60-ı yaralandı. ABŞ Dəniz Piyadaları Korpusunun İkinci Dünya Müharibəsindəki İvo Jima döyüşündən bu tərəfə və ABŞ ordusunun Vyetnam müharibəsindəki Tet Hücumunun ilk günündən bu tərəfə bir gün ərzində ən çox əsgər itirdiyi hadisədir. Həmçinin bu hücum İkinci Dünya Müharibəsindən bəri xaricdəki Amerikalılara edilən ən ölümcül hücumdur. Bundan əlavə, binada qapıçı olaraq işləyən yaşlı bir livanlı da ilk partlayışda öldü. İstifadə olunan partlayıcı 5,400 kq ağırlığında TNT-yə bərabər idi. İki dəqiqə sonra, Fransız əsgərlərinin qaldığı səkkiz mərtəbəli binaya (Fransa “Drakkar” paraşütçü kazarması, Ramlet al Baida, Beyrut) edilən hücumda 58 Fransız paraşütçü öldürüldü, 15 əsgər yaralandı.
A.N.Tupolev adına Kazan Milli Tədqiqat Texniki Universiteti
A.N. Tupolev Kazan Milli Tədqiqat Texniki Universiteti — Kazanda tanınmış bir texniki universitetdir. Kazan Dövlət Aviasiya İnstitutu, 5 mart 1932-ci il tarixində, Aviasiya Sənayesi Baş İdarəsinin qərarı ilə Kazan Dövlət Universitetinin aerodinamik şöbəsi əsasında quruldu. Başlanğıcda institut aerodinamik və təyyarə istehsalı adlanan iki şöbədən ibarət idi. 1934-cü ildə təyyarə mühəndisliyi fakültəsi rəsmi olaraq açıldı. İnstituta Nikolay Çetayev rəhbərlik edirdi. O illərdə Ümumi Mexanika Məktəbində tədqiqat işlərinə rəhbərlik etdi. 1933-cü ildən bəri institut "KAI xidmətləri" adlı elmi məqalələr toplusunu nəşr edən ilk aviasiya universitetlərindən biridir. Elə həmin il namizədlik dissertasiyaları müdafiə olunmağa başladı. 1937-ci ildə institutda doktorluq dissertasiyaları müdafiə olunmağa başladı. 1939-cu ildə mühərrik fakültəsi açılmışdır.
Azov kazak alayı
Azov piyada kazak alayı (rus. Азовский пеший казачий полк) — 1696-cı ildə Rusiya Azov qalasını fəth etdikdən sonra Don deltasındakı digər istehkamlar kimi onun qarnizonunun kazak hissəsi. == Tarixi == 1711-ci ildə Prut müqaviləsi bağlandıqdan və Azov qalası Osmanlıya qaytarıldıqdan sonra Çerkessk şəhəri yaxınlığında "Tranjement" qalası tikilmişdir. Qala qarnizonunun tərkibində Azov piyada kazak alayı da var idi. 1730-cu ildə "Tranjement" qalası Donun yuxarı axınına köçürülmüş və ona Müqəddəs Anna qalası adı verilmişdir. 9 yanvar 1737-ci ildə Müqəddəs Anna qalasının qarnizonundakı kazaklar Azov kazakları adı ilə Don kazaklarından ayrılmışdır. 1761-ci ildə Müqəddəs Anna qalası Don çayı ilə Rostov və Naxçıvan-na-Donu arasındakı əraziyə köçürülmüş və Rostovlu Müqəddəs Dimitri qalası (indiki Rostov-na-Donu) adlandırılmışdır. 9 sentyabr 1769-cu ildə Azov qalasında Don kazaklarından beş yüz Azov kazak süvari alayı yenidən yaradılmışdır. 22 iyun 1770-ci ildə Azovda piyada kazak alayı da təyin olunmuş, lakin bu həyata keçirilməmişdir. 25 iyun 1775-ci ildə Azov kazak süvari alayı ləğv edilmişdir.
Azov kazak qoşunu
Azov kazak qoşunu (ukr. Азовське козацьке військо, rus. Азовское Казачье Войско) — XIX əsrdə kazak qoşunları şurası. == Tarixi == 1828-ci ildə Zaporojya Seçinin dağıdılmasından sonra Osmanlı Türkiyəsinə köçən Zaporojye kazaklarının törəmələri burada Dunayyanı Seçini qurmuşdular. Onlar 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsinin əvvəlində ataman Osip Qladkinin başçılığı ilə Dunayyanı Seçindən Rusiya boyunduruğuna qayıtmış və Osmanlı qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak etmişdilər. Dunayyanı kazaklarından 1831-ci ildə Azov kazak qoşunu olaraq adlandırılan Zaporijya qoşunu yaradılmışdır. Onlar Azov dənizinin şimal sahilində, Yekaterinoslav vilayətində dəniz ilə Berdey və Obitoçnaya çayları arasında məskunlaşmışdılar. 1830-cu illərin sonlarında Azov kazaklarının sayı ailələri ilə birlikdə təxminən altı min nəfər idi. Kazaklara 29 kiçik gəmidən ibarət silahlı flotiliyanın, habelə yüzlərlə 1,000 süvarinin köməyi ilə Qara dənizin şərq sahillərinə nəzarət etmək tapşırılmışdı. Ordu Novorossiya general-qubernatoruna tabe idi, daxili idarə Petrovskaya kəndində, sonra Mariupolda yerləşən ataman və hərbi idarənin əlində idi.
Bauman küçəsi (Kazan)
Bauman küçəsi (tat.: Bauman uramı) — Tatarıstanın Kazan şəhərinin tarixi mərkəzində yerləşən piyada küçəsi. Küçə Kazan Kremlindən başlayaraq Minillik Meydanından keçib cənub şərqə doğru Tukay meydanına qədər uzanıb burada Puşkin küçəsi ilə kəsişir. == Tarixi == Bauman küçəsi Kazanın ən qədim küçələrindən biridir. Kazan xanlığının dövründə bu küçə Noqay yolu adlanırdı. 1552-ci ildə İvan Qroznının başçılığı ilə Moskva qoşunları Kazan Kremlinə hücum edəndə küçə boyunca olan cənub və şimal divarları partlayışlarla yarıldığı üçün küçə sonradan "Проломной", sonradan isə "Большой Проломной" adlandırılıb. XVI əsrdə küçənin şimalındakı mövcud tikintilərə davam edirlər, küçənin cənubunda isə sonradan burada tikilmiş kilsənin şərəfinə Boqoyavlenskiy adlı yaşayış yeri yaranır. 1930-cu ildə küçə əslən Kazandan olan inqilabçı Baumanın şərəfinə adlandırılıb. Sovet İttifaqı dağıldıqdan sonra küçənin adını dəyişdirərək Şalyapin qoyulması təklif edilsə də küçə hələ də Bauman küçəsi adlanır. 1986-cı ildə küçə Kazanda ilk piyada küçəsi olur. 1990-cı illərin əvvəllərində isə küçədə təmir bərpa işləri aparılır.
Bələbəy Kazakkol (Uçalı)
Bələbəy Kazakkol (başq. Бәләкәй Ҡаҙаҡҡол, rus. Малоказаккулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 60 km, ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Cakomo Kazanova
Cakomo Cirolamo Kazanova (it. Giacomo Girolamo Casanova) şevalye de Senqalt — zadəgan titulunu özünə vermiş, 2 aprel 1725-ci ildə Venesiyada anadan olmuş, 4 iyun 1798-ci ildə Çexiya respublikasındakı Duxsov qəsrində vəfat etmiş, məşhur italyan məcaraçı səyyahı və yazıçısı. Böyük Sovet Ensiklopediyasına görə Çovani Çakomo == Həyatı == Kazanova XVII əsrin 28 noyabr 1742-ci ildə Padua universitetində dünyəvi və kilsə hüququnu öyrənərək doktor titulu alır. Neapol, Roma, Konstantinopol, Paris şəhərlərinə səyahət etdikdən sonra Venesiyaya dönən Kazanova küfürlikdə günahlandırılaraq 1755-ci ildə həbsxanaya atılır. Memuarına əsasən onun həbs edilməsi üçün əsas dəlil onda tapılmış Zoqar kitabı olmuşdur. 1756 cı ildə o, Parisə qaçaraq, orada yerli içtimayi və şəxsi həyat tərzlərini öyrənməyə başlayır. Memuarında yazmış olduğu kimi, yeni imiclə Avropada peyda olan Kazanova Berlinə gələrək Böyük Fridrixin pərəstişini qazanır. 1760-cı ildə XIII Kliment Roma papası elan olunur. Elə bu vaxt Kazanova "Qızıl şpor" ordeninə layiq görülür. 1764–1765 ci illərdə Rusiyaya gələrək Sankt Peterburqda II Yekaterina ilə görüşür.
Culture of Kazakhstan
Qazaxıstanda sakinlərin köçəri pastoral iqtisadiyyatına əsaslanan yaxşı bir mədəniyyət var. 7–12-ci əsrlərdə İslam Qazaxıstanla tanış olmuşdur. Quzu ilə yanaşı, bir çox digər ənənəvi yeməklər, Qazaxıstan mədəniyyətində simvolik dəyər saxlayır. Qazaxıstan mədəniyyəti əsasən türk köçəri həyat tərzindən təsirlənir. Heyvandarlıq, qazaxların ənənəvi həyat tərzinə mərkəzi olduğundan, köçəri davranışlarının və gömrüklərin əksəriyyəti heyvətə bir şəkildə aiddir. Ənənəvi lə'nət və xeyir-dualar heyvanlar arasında xəstəlik və ya fecundity çağırdı və yaxşı davranış bir adam ilk növbədə onun həyatında insan aspektləri haqqında soruşmaq və ona salamlayarkən bir insanın mal-qara haqqında soruşmaq tələb etdi. Ənənəvi Qazaxıstan məskəni, dovun müxtəlif kalınlıkları ilə əhatə edilmiş, söğüt ağacının çevik çərçivəsindən ibarət olan bir çadırdır. Açıq top, mərkəzi ocaqdan tüstüdən qaçmağa icazə verir; temperatur və süzgə açılışın ölçüsünü artıran və ya azaldıran bir qanadla idarə oluna bilər. Düzgün tikilmiş bir dülgər yaz aylarında soyudulur və qışda istilənir və sökülüb yaxud bir saatdan az müddətdə qurula bilər. Yurt içərisində mərasim əhəmiyyəti var; sağ tərəfi kişilər üçün və sol qadınlar üçün qorunur.
Dinamo Kazan FK
"Dinamo" — Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində SSRİ dövründə fəaliyyət göstərmiş futbol klubu. == Tarixi == 1926-cı ildə Kazan şəhərində yaradılmışdır. Müvəffəqiyyətsiz olduğu üçün komandanın fəaliyyəti 1949-cu ildə başa çatdırıldı.
Dinamo Kazan QVK
"Dinamo Kazan" — qeyri-müstəqil Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərini təmsil edən qadın voleybol klubudur.Muxtar Respublika hal-hazırda Rusiyanın tərkibində olduğu üçün komanda Rusiya Superliqasında çıxış edir. == Tarixi == Komanda 2002-ci ildə Tatarıstan prezidentinin sərəncamı ilə yaradılmışdır. Klub Rusiyanın son illərdə ən böyük çıxış yaxalayan komandalardandır. Komanda ilk çempionluğunu 2011-ci ildə yaşadı. Daha sonra ardıcıl iki il bu titulu qorudu. Son Rusiya çempionu 2013-cü ildə super ulduz Yekaterina Qamovayı transfer edərək onsuzda güclü olan heyətini daha da zənginləşdirdi. 2014-cü ildə isə kazanlılar Bakıda keçirilən "Dördlər finalı"nda ilk öncə Rabitəni məğlub edib daha sonra finalda son çempion Vakıfbank Günəş Sığortanı 3-0 yenərək tarixində ilk dəfə CEV Qadınlar Çempionlar Liqasını qazandı. Həmçinin, turnirin ən yaxşı oyunçusu da Qamova oldu.
Dinamo Kazan VK
"Dinamo Kazan" — qeyri-müstəqil Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərini təmsil edən qadın voleybol klubudur.Muxtar Respublika hal-hazırda Rusiyanın tərkibində olduğu üçün komanda Rusiya Superliqasında çıxış edir. == Tarixi == Komanda 2002-ci ildə Tatarıstan prezidentinin sərəncamı ilə yaradılmışdır. Klub Rusiyanın son illərdə ən böyük çıxış yaxalayan komandalardandır. Komanda ilk çempionluğunu 2011-ci ildə yaşadı. Daha sonra ardıcıl iki il bu titulu qorudu. Son Rusiya çempionu 2013-cü ildə super ulduz Yekaterina Qamovayı transfer edərək onsuzda güclü olan heyətini daha da zənginləşdirdi. 2014-cü ildə isə kazanlılar Bakıda keçirilən "Dördlər finalı"nda ilk öncə Rabitəni məğlub edib daha sonra finalda son çempion Vakıfbank Günəş Sığortanı 3-0 yenərək tarixində ilk dəfə CEV Qadınlar Çempionlar Liqasını qazandı. Həmçinin, turnirin ən yaxşı oyunçusu da Qamova oldu.
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri (1667-1668)
Don kazaklarının Səfəvilər dövlətinə yürüşləri - XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu. Bu yürüşlərin nəticəsində Səfəvilər dövlətində ticarətə və sosial vəziyyətə böyük zərbə vuruldu.
Eliza Kazanova
Eliza Kazanova (26 noyabr 1973, Genuya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Eliza Kazanova, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Daha sonra Eliza Kazanova, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Ermitaj bağı (Kazan)
Ermitaj sarayı - Kazanın Vahidov rayonunda yerləşir. Əvvələr saray Alaksandr, İznov və Nikalay (bu sarayın sahibinin familiyası) sarayı adlanıb. == Harada yerləşir == Tarixi şəhərin mərkəzində, Marusov və Butlerov təpələrinin və iki yarğanın arasında, Tukuya meydanı mərkəzində yerləşir. Arxa hissəsində Şaparov küçəsi, digər hissələrində isə Nekras və Mayakov küçələri keçir. Parkın sahəsi 4 hektardır. == Tarixi == Müharibə illərində park dağılmış və sonra yenidən qurulmuşdur. 1950-ci ildə parkda kinoteatr və sonra isə uşaq sahəsi salındı. Sonra burada Lenin və Kirovun büstlərini qoydular. SSRİ dağıldıqdan sonra büstlər götürüldü. == İndiki vəziyyəti == Burada 500-ə yaxın müxtəlif növ ağac cinxləri mövcuddur.
Fərid Kazakov
Fərid Kazakov (tam adı: Fərid Kamil oğlu Kazakov; 24 dekabr 1997, Bakı) — Tatar əsilli Azərbaycan rəqqası, balet artisti, xoreoqraf, baletmeyster. Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunu, xoreoqrafiya üzrə dünya rəqs olimpiadası, beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi və digər nüfuzlu yarışların laureatıdır. Kazakov həmçinin bir sıra beynəlxalq və Ümumrusiya müsabiqələrinin qalibi, "Rusiyada İtaliya Gecələri" Beynəlxalq müsabiqə-festivalının baş mükafatının sahibi, Azərbaycan, Rusiya və Gürcüstanın çoxqat çempionu, "Zabradance" Bakı gimnastika və rəqs məktəbinin baş məşqçisi və Moskva "Olympus Grace" gimnastika və rəqs məktəbinin yaradıcısı və rəhbəridir. == Yaradıcılığı == Fərid Kazakovun hələ uşaq yaşlarında sirk tamaşasında gördüyü hava gimnastikasından gimnastika və rəqsə həvəsi yaranır. Sonra valideynləri Fərid üçün Bakı Gimnastika Məktəbinə müraciət edir. Orada komissiya dərslər üçün lazım olan təbii məlumatların olmaması səbəbindən onu qəbul etmir. Çox keçmədən yaxşı nəticələr göstərməyə başlayır və sonradan müxtəlif yarışlarda qalib gəlir. O, xoreoqrafiya dərslərində yaxşı nəticələr göstərir. Təlimçilərin məsləhəti ilə valideynləri Fəridi həmin vaxt Bakı Xoreoqrafiya Məktəbinə (indiki Bakı Xoreoqrafiya Akademiyası) göndərir. Qəbul imtahanlarında bədii rəhbər, Azərbaycanın balet artisti, Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri Tamilla Şirəliyeva Fəridin istedadını xüsusi qeyd edir.
Gennadi Kazanski
Gennadi Sergeyeviç Kazanski (rus. Геннадий Сергеевич Казанский ; d. 1 dekabr 1910 — ö. 14 sentyabr 1983) sovet rejissoru. RSFSR əməkdar incəsənət xadimi (1974). 1964-cü ildən Sov.İKP üzvü.
Göy məscid (Kazan)
Göy məscid — Kazanda Qədim Tatar qəsəbəsində yerləşən, tatar məbəd memarlığının bir nümunəsi. Adını divarlarının rənginə görə alıb. 1815–1819-cu illərdə klassisizm üslubunda kazanlı tacir Əhməd Aitov-Zamanovun vəsaitinə tikilib. 2 mərtəbəli, 2 zallı və damında 3 pilləli minarəsi olan məscidin memarı məlum deyil. == Tarixi == 1864-cü ildə tacir Q. Müstəqimov öz torpaq sahəsini məscidə bağışlayaraq onun binasını dah 3 pəncərə böyütmüş və ətrafında isə memar P. Romanovun layihəsi ilə hasar çəkdirmişdir. 1907-ci ildə tacir Q. İşmuratov məscidin mehrab hissəsini və digər texniki bölmələri böyütmüşdür. Tatarıstan Mərkəzi İcraiyyə Komitəsinin 10 mart 1932-ci il qərarı ilə məscid bağlanmış onun minarəsi isə sökülmüşdür. Sovet dövründə məscid binasından yaşayış evi kimi istifadə olunub. 1993-cü ildən təyinatı üzrə məscidi kimi fəaliyyət göstərməyə başlasa da minarəsi 2009-cu ildə yenidən tikilib. Bu ərazidə ibadətgahın yaranması 1778-ci ilə dayanır.
Jurinea kazachstanica
Jurinea kazachstanica (lat. Jurinea kazachstanica) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kazac
Kazac (fars. كزج‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,047 nəfər yaşayır (278 ailə).
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Kazak Hetmanlığı
Kazak Hetmanlığı (ukr. Гетьманщина; Het’manshchyna, Військо Запорозьке; Viys’ko Zaporoz’ke) - Ukraynanın mərkəzində və şimal-qərbində 1649 - 1764-cü illərdə mövcud olmuş kazak dövləti. Hetmanlığ Ukrayna ərazisində yaşayan kazaklar və Zaparoje Seçində yaşayan yerli xalqın birləməsi nəticəsində yaranmışdır. Kazak Hetmanlığının ilk hetmanı 1648 - 1657-ci illərdə hakimiyyətə olmuş Boqdan Xmelnitskidir. 1648-ci ildə Polşadan alınan müstəqillikdən sonra hetmanlıq, 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən Rus çarlığının tabeliyinə keçmişdir. 1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə görə Kazak Hetmanlığı Rus çarlığı və Polşa arasında bölünmüşdür. Andrusova müqaviləsinin imzalanmasından sonra Ukraynada yaşayan kazaklar arasında narazılıqlar yaşanmışdır. Qısa müddətdə baş verən narazılıqlar vətəndaş müharibəsinə çevrilmişdir. Vətəndaş müharibəsi XVII əsrin sonlarına qədər davam etmişdir. 1678-ci ildə Osmanlı imperiyası hetmanlığın mərkəzinə Çigirin şəhərinə səfər təşkil etmişdir.
Kazak Jdanovun binası (Novoçerkassk)
Kazak Jdanovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 120 ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Novoçerkassk şəhərində 1910-cu ildə inşa edilmişdir. Prosveşeniya küçəsi ev 120 ünvanında yerləşən binanın əvvəlki ünvanı Yamskaya küçəsi, ev 16 olmuşdur. İlk əvvəllər burada XIX əsrin sonları XX əsrin əvvəlləri taxtadan inşa edilmiş bir bina vardı. Binanın həyətində tövlə vartı. 1897-ci il məlimstına görə mülkin sahibi kazak Pavel Stepanoviç Jidkov olmuşdur. XX əsrin əvvəllərində binanın sahibi kazak Jdanov Vasileviç Vasileviç olmuşdur.
Kazakh TV
Kazakh TV — Qazaxıstan Respublikasının ilk milli peyk telekanalıdır. Ölkənin ən böyük media holdinqlərdən biri olan "Xabar" ASC-nin strukturuna daxildir. Telekanal HotBird 13B, Galaxy 19, Eutelsat 36B və AsiaSat 5 vasitəsilə 118 ölkədən və dörd qitədən olan tamaşaçılara təqdim olunur. Kanalın məzmunu 100% yerli istehsaldır. Kazakh TV hazırda 300 milyondan çox tamaşaçıya malikdir. Televiziya proqramları bir neçə tematik sahələri (mədəniyyət, ənənələr, tarix, turizm və investisiya imkanları) əhatə edir. == Tarixi == Telekanal 25 oktyabr 2002-ci ildə Caspionet adı ilə yayıma başladı. 1 sentyabr 2012-ci ildə telekanal adını dəyişərək Kazakh TV oldu. Caspionet Qazaxıstanda ilk milli peyk kanalı oldu. Yerli media bazarında üç dildə (Qazax, Rus, İngilis) yayımlanan ilk 24 saatlıq telekanal, Qazaxıstanın dünyadakı əlamətinə çevrildi.
Kazakhtelekom
" Kazakhtelekom" (qaz. «Қазақтелеком»; Qazaxtelekom) — milli şirkət statusuna sahib olan bir qazax telekommunikasiya şirkəti. Qazaxıstanın ən böyük sabit telefon operatoru olmaqla yanaşı, milli məlumat ötürmə şəbəkəsinin ən böyük operatorlarından biridir. Genişzolaqlı İnternet, interaktiv televiziya, mobil rabitə, yerli və şəhərlərarası telefon rabitəsi və s. Şirkətin iki əsas ofisi Astana və Almatı şəhərlərində yerləşir. Qazaxıstanın bütün bölgələrində filialları var. == Tarixi == Kazakhtelecom milli səhmdar cəmiyyəti Qazaxıstan Respublikası Nazirlər Kabinetinin 17 iyun 1994-cü il tarixli, dövlət müəssisələrinin əmlakını təhvil verməklə Kazakhtelecom milli səhmdar cəmiyyətinin yaradılması haqqında 666 nömrəli qərarına əsasən yaradılmışdır. respublika daxilində geniş rabitə xidmətləri göstərən səhmdar cəmiyyətləri və telekommunikasiya təşkilatları (Qazaxıstan Respublikası Rabitə Nazirliyinə məxsusdur) nizamnamə kapitalına. == Magistral məlumat ötürmə şəbəkəsinin inkişafı == 2008-ci ildə Kazakhtelecom SC əhalinin yüksək keyfiyyətli rəqəmsal şəhərlərarası, beynəlxalq rabitə ilə təmin edilməsi çərçivəsində, ümumi uzunluğu daha çox olan fiber optik rabitə xəttlərini özündə birləşdirən Milli Məlumat Super magistralının (NİSM) tikintisini başa çatdırdı. respublikanın regional mərkəzlərini, Almatı və Astana şəhərlərini birləşdirən 11.500 km-dən çox.
Kazakkol (Uçalı)
Kazakkol (başq. Ҡаҙаҡҡол, rus. Казакку́лово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 13 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.