1. “Keçmək”dən f.sif.
2. sif. Bundan əvvəlki, ötən, cari, axırıncı, sonuncu. Keçən il. Keçən həftə.
– Elədimi su yazda; Axar, gedər su yazda; Mən yarı görməmişəm; Keçən yaz da, bu yaz da. ( ).
Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağırılmışdı.
[Zeynalın] keçən gün əli hər yerdən üzülüb, öz dərdini Şərifzadəyə açıb söyləmişdi.
3. sif. Keçmiş, keçib getmiş, vaxtilə olmuş. Keçən günə gün çatmaz. ( Ata. sözü ). [Səfi:] Ağlaya-ağlaya düşdü yollara; Gələn dərdi, keçən dərdi, yol dərdi. “Əsli və Kərəm”.
Cahandan getdi gileyli; Keçən dövrana bir baxmaz.
// Keçən gün, keçmiş hadisə.
Keçənə güzəşt deyərlər. ( ).
4. Keçənlərdə şəklində zərf – keçmişdə.
Ürək deyir: Zaman, keçmə, amandur; Keçənlərdə gözüm var, bir dayan, dur!
Keçənlərdən şəklində – keçmişdən.
[Gənc çadırçı:] Keçənlərdən bizə əfsanə qaldı; Sönüb cəmşidi-cəm peymanə qaldı.
Keçənlər şəklində – keçmiş, olmuş şeylər.
Gəl qardaşım, keçənləri; Yada salaq dönədönə.
// Eyni mənada bəzən “bu” sözü ilə.
Bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar.
◊ Keçən yeri olmamaq – heç bir güzəşt edilə bilməyəcəyini bildirir.
Məmmədbağırın keçən yeri yox idi.