Kati Kovaç
Kati Kovaç (tam adı: Kati Kovaç, mac. Kati Kovács; 25 oktyabr 1944, Verpelet[d], Xeveş[d]) — Macarıstan pop-rok müğənnisi, söz yazıçısı və aktrisa, Ferens List və Koşut mükafatları laureatı.
Macarıstanın ən populyar müğənnisi olan Kovaç musiqi albomları, mükafatları və ölkə daxili və xaricində təqdimatları, beynəlxalq səviyyədə tanınması ilə bərabər bu günə qədər çox aktiv bir karyeraya malikdir.
Kovaç macar musiqi tənqidçiləri tərəfindən təriflənən çox güclü mezzo-soprano səsi ilə tanınır: tənqidçilər onu "Macarıstanın ən yaxşı qadın səsi" adlandırırlar. O, opera, rok, caz, pop, rəqs, blüz və rok-n-roll janrlarında ifa edə bilir.
== Fəaliyyəti ==
Kovaç səhnəyə ilk dəfə 1962-ci ildə çıxmışdır. O, milli səviyyədə ilk dəfə 1965-ci ildə Macarıstanın "Ki mit tud?" adlı seminal televiziya istedad şousunda qələbə qazandığı zaman məşhur olmuşdur. Bir il sonra, 1966-cı ildə Macarıstanda keçirilən televiziya rəqs musiqi festivalını qazanan "Sənin oyuncağın olmayacağam" (mac. Nem leszek a játékszered) mahnısı ilə bir az daha böyük uğurlara imza atdı.
1968-ci ildə bəzi filmlərdə, məsələn, "Gün keçdi" (mac.