KƏRGƏ

kərgə bağlamax:
(Basarkeçər)
dövrələmə oturmaq
KƏRƏZDƏNMƏK
KƏRGİLƏ
OBASTAN VİKİ
Kərgə
Kərgə (lat. Rhodeus) — Çəkikimilər fəsiləsinin nümayəndəsi. Bədəni hündür, yanlardan basıq, pulcuqlar iri, eninə pulcuq sıralarının sayı 32-40-dır. Yan xətt tam deyildir.Udlaq dişləri bir sırada yerləşir,sayı 5-5 olur.Dişlərin yanları basıq və hamardır.Ağız kiçik, azca çəpəki və aypara şəklindədir.Bel üzgəci uzunsovdur və qarın üzgəclərinin əsasından bir qədər geridəki səviyyədə başlayır.Anus üzgəci bel üzgəcinin qurtaracağına bir qədər qalmış vertikaldan başlayır.Periton pərdəsi qaradır.Bağırsaq kanalı uzundur.Kiçik balıqıardır. Azərbaycan sularında 1 növü yaşayır. Adi kərgə (Rhodeus amarus) == Növləri == Rhodeus amarus (Bloch, 1782) Rhodeus amurensis (Vronsky, 1967) Rhodeus atremius (Jordan and Thompson, 1914) Rhodeus colchicus Bogutskaya and Komlev, 2001 Rhodeus fangi (Miao, 1934) Rhodeus haradai Arai, Suzuki and Shen, 1990 Rhodeus laoensis Kottelat, Doi and Musikasinthorn in Kottelat, 1998 Rhodeus lighti (Wu, 1931), син. Pseudoperilampus lighti (Rhodeus ocellatus (Kner, 1866)) Rhodeus pseudosericeus Arai, Jeon and Ueda, 2001 Rhodeus rheinardti (Tirant, 1883) Rhodeus sciosemus (Jordan and Thompson, 1914) Rhodeus sericeus (Pallas, 1776) Rhodeus sinensis Günther, 1868 Rhodeus smithii (Regan, 1908) Rhodeus spinalis Oshima, 1926 Rhodeus suigensis (Mori, 1935) Rhodeus uyekii (Mori, 1935) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004,. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.168.
Adi kərgə
Adi kərgə (lat. Rhodeus sericeus) — çəkikimilər dəstəsinin nümayəndəsisdir. == Yayılması == Kərgəyə Fransadan tutmuş Neva çayı hövzəsinədək rast gəlmək olar.Qaradəniz hövzəsində, Xəzərdə, Qabırı çayı hövzəsində yaşayır. Kiçik Asiyada da qeydə alınır. Azərbaycan hüdüdlarında Aşağı Kürdə onun bütün qollarında, müxtəlif göl və axmazlarda, eləcə də Soyuqbulaq, Gəncə çaylarında, Həkərinin aşağılarında və Kiçik Qızılağac körfəzində yayılmışdır. == Morfoloji əlamətləri == Bədəni hündür, pulcuqları iridir. Yan xətti 4-9 pulcuqdan ibarətdir.Qarın tərəfi qaradır. Uzunluğu 10 sm-ə qədərdir. Bədənin arxa hissəsində ensiz gümüşü zolaq vardır. Cinsi differensiasiya aşkar ifadə olunmasa da, kürütökmə zamanı erkəyin böyürləri və qarnı qövsi-qüzeh rəngi alır, bel və anal üzgəcləri qızarır.
Avropa kərgəsi
Avropa kərgəsi (lat. Rhodeus amarus) — Avropada Fransanın Rona çayı hövzəsindən tutmuş, Rusiyanın Neva çayına qədərki ərazilərinə yayılmışdır. İlk olaraq 1782-ci ildə Marcus Elieser Bloch tərəfindən təsvir edilmişdir və Rhodeus sericeus amarus adı verilmişdir . İlk əvvəllər Adi kərgənin bir yarımnövü hüsab edilirdi. Balıq 10 sm-ə qədər böyüyə bilir. Səth sularında, qumlu və lilli dibi olan ərazilərdə yaşayır. Əsasən bitkilər və daha az dərəcədə qurdlar, xərçəngkimilər və böcək sürfələri ilə qidalanır. Balıq əsasən suyun dibinə kürülərini tökürlər. Hər iki fərd cinsi yetkinliyə 1 il, 30–35 mm uzunluğunda olduqda çatır.
Ağ kərgədan
Ağ kərgədan (lat. Ceratotherium simum) — kərgədanlar fəsiləsinin ağ kərgədan cinsinə aid yeganə növ. Ağ kərgədan savanna afrika filindən sonra Yer kürəsinin quru hissəsində yaşayan, kütləcə ikinci ən böyük heyvandır. Adətən kütələri 2-2,5 t, bədənlərinin uzunluğu 4,2 m-ə çatır. Bu nəhəng məməlilərin yaşlı erkəklərinin kütləsi 4-4,5 ton, bəzən hətta 5 t-a qədər olur. Süysününün hündürlüyü 1,6-2 m olur. Onun bədənində məxsusən ağ heç bir şey yoxdur, ona görə nəyə görə ağ kərgədan adlandırılması haqqında müxtəlif mülahizələr var. Qara kərgədanda olduğu kimi, ağ kərgədanın da 2 buynuzu olur. Qabaq buynuzu həmişə daha uzun olur və rekord göstəriciyə – 1.58 m uzunluğuna malikdir. Arxa buynuz əksər halda inkişaf etmir.
Binəqədi kərgədanı
Binəqədi kərgədanı (lat. Rhinoceros binagadensis və ya lat. Dicerorhinus binagadensis) — Kərgədanlara aid nəsli kəsilmiş növ. Sonuncu buz dövründə yaşamışlar. Qalıqlar ilk dəfə 1938-ci ildə Binəqədi qır gölündə aşkarlanmışdır. Göl Abşeron yarımadasında Binəqədi rayonunun cənub-şərqində yerləşir. Bu növ ilk dəfə ətraflı olaraq 1955-ci ildə Cəfərov tərəfindən araşdırılmış və qeydə alınmışdır. Müasir kərgədanlarda olduğu kimi binəqədi kərgədanında iki buynuzu olmuşdur. Onların dişləri Asiya növlərindən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır. 2010-cu ildə kərgədanın skleti nümayiş məqsədi ilə Neapola aparılmış və Sitta dellaSienza müzeyində nümayiş etdirilmişdir.
Hindistan kərgədanı
Hindistan kərgədanı (lat. Rhinoceros unicornis) — Kərgədanlar fəsiləsinin Rhinoceros cinsinə aid növ. Hindistan kərgədanı nəhəng heyvan olub kütləsi 2,5 tona çatır. Yetkin erkək fərdlərinin süysününün hündürlüyü 2 m-ə çatır. Dişilər bir qədər kiçik olur. Quyruq və qulaqlarında sərt tüklərdən ibarət kiçik qotaz olur. Çılpaq, boz-çəhrayı dərisi Gözləri kiçik olur. Adətən 25 sm-ə qədrə olan yeganə buynuzunun uzunluğu bəzən 60 sm-ə çatır. Fəsiləyə daxil olan digər növlər kimi Hindistan kərgədanının da ayaqlarında 3 barmaq olur.
Kərgədan (komiks)
Kərgədan (ing. Rhino) və ya əsl adı ilə Aleksey Sitseviç (ing. Aleksei Sytsevich) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan supercinayətkar personaj. Sten Li və Con Romita tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-ci sayında (oktyabr 1966) peyda olmuşdur. Əsasən Hörümçək-adamın düşmənlərindən biridir. Kərgədanın güclü döyüş zirehi ilə təchiz olunmuş versiyası 2014-cü il istehsalı "Yeni Hörümçək-adam: Yüksək gərginlik" filminin axırında görünmüş və Paul Qiamatti tərəfindən canlandırılmışdır. == Nəşrolunma tarixi == Yazışı Mayk Konroy tərəfindən "Hörümçək-adamın ən ağılsız düşməni" kimi təsvir olunmuş Kərgədan ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-43-cü saylarında (oktyabr-dekabr 1966) saylarında debüt etmişdir. Bu saylarda Şərqi Avropa bloku üçün işləyən cinayətkar kimi göstərilmişdir. Daha sonra bir təcrübədə iştirak etmiş, bədəni supergüclü polimer ilə örtülmüş və supergüclü olmuşdur. Kərgədan "Hulk" komiksinin 104-cü sayında (iyun 1968) yenidən qayıtmışdır.
Kərgədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Kərgədan gürzə
Kərgədan gürzə (lat. Bitis nasicornis) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Ümumi uzunluqları 60 sm — 1,2 m arasında dəyişir. Dişilər erkəklərdən iri olur. Başları düz, və üçbucaqdır. Burnun üzərində çıxıntılar vardır. Bədəni kök olub, üzəri gözəl naxışlarla örtülüdür. Bel hissəsində qara rəngli romblar ilə əlaqəli sarı saçaqlı, ikiqat mavi trapeziya vardır. Bu qarışıq rəngləri onun ətraf mühitdə asanlıqla gizlənməsinə səbəb olur. Rütubətli meşələr, bataqlıq əraziləri, meşə çaylarıının sahilləri və bulaqlar olan əraziləri sevirlər.
Kərgədan mövsümü (film, 2012)
Kərgədan mövsümü — 2012-ci ilin filmi. == Haqqında == Kərgədan Mövsümü (Farsca: فصل کرگدن; Fasle Kargadan), Bahman Ghobadinin yazıb idarə etdiyi 2012-ci il istehsalı filmidir. Baş rollarda Bəhruz Vüsuki, Monika Belluçi, Yılmaz Ərdoğan, Caner Cindoruk, Beren Saat, Belçim Bilgin, Arash Labaf və Ali Pourtash oynamaqdadır. Filmin premyerası 26 sentyabr 2012-ci ildə San Sebastián Beynəlxalq Film Festivalında reallaşdırılmışdır. Unudulmaz bir eşq hekayəsini mövzu alan Kərgədan Mövsümü, Gobadi'nin ailə dostu olan və İran İslam İnqilabı əsnasında haqsız yerə 27 il həbs edilən iranlı kürd şair Sadeg Kamangar'in tragik hekayəsindən ilhamlanmışdır. Filmdə, Sahel (Behruz Vüsuki) və həyat yoldaşı Mina (Monika Belluçi) bir intiqam uğruna həbsə atılırlar. 10 il sonra sərbəst buraxılan Mina, yoldaşının öldüyünə inanır və iki uşağını alaraq İrandan İstanbula yerləşir. Aradan 20 il keçdikdən sonra azadlığına qovuşan Sahel, həyat yoldaşı və uşaqlarını axtarmağa başlayır. Kərgədan Mövsümü, Bahman Gobadi'nin İranı tərk etdikdən sonra idarə etdiyi ilk filmdir. Çəkilişləri İraq və Türkiyədə həyata keçirilmişdir.
Kərgədanlar
Kərgədanlar (lat. Rhinocerotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin təkdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə Afrika və Asiyada yayılmış 5 növ daxildir. Bədəninin uzunluğu 2,5–4 m, süysününün hündürlüyü 1–2 m, kütləsi 3 t-dək olur. Hətta ağ kərgədanların kütləsi 5 t-a qədər ola bilir. Burnunun üstündə bir-birinin ardınca 1–2 buynuzu olur. Boynu gödək, beli əyilmiş, qarnı sallaqdır. Dərisi qalın və tüksüz, rəngi tünd-bozdur. Yaxşı eşidir və iy bilir, zəif görür. Bədəninin ağır olmasına baxmayaraq qısa məsafədə çox sürətlə — saatda 40–45 km sürətlə qaçır.
Kərgəlan
Kərgəlan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı. Sonuncu siyahıyaalınmaya görə kəndin əhalisi 3114 nəfərdir. == Toponimiyası == Bu toponim yerli əhali arasında Kaqolon kimi tələffüz edilir. Oykonimi talış dilindəki kağ (toyuq) və lona (hin) komponentlərindən ibarət "toyuq hini" mənalı söz kimi izah edirlər. Bəzi tədqiqatçılara görə isə, kəndin əsl adı Kəqolondur və "ev tikmək üçün əkilməmiş, münbit torpaq, düzən" mənasını bildirir (talış kə - "ev", qo - "yer", lon "əkilməmiş, münbit torpaq" deməkdir). == Tarixi == 1918-ci ilin mart hadisələri zamanı Lənkəran rayonu ərazisində, eləcə də Kərgəlan kəndində erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törətmişdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində Respublika üzrə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Həmin soyqırım hadisələri zamanı Kərgəlan kəndində onlarla sakin qətlə yetirilmişdir. Azərbaycanın Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Kərgəlan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kərgəs (Hurand)
Kərgəs (fars. كرگس‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (17 ailə).
Kərgəzli
Kərgəzli (fars. كرگزلو‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (21 ailə).
Qara kərgədan
Qara kərgədan (lat. Diceros bicornis) — kərgədanlar fəsiləsinin qara kərgədan cinsinə aid yeganə növ. Yox olma təhlükəsi altındadır. == Görünüşü == Gövdəsinin uzunluğu 300–375 sm. Peysərdə hündürlüyü 140–150sm. Çəkisi 1–1,8 ton. Başında iki, bəzən üç və hətta beş buynuzu olur. Qabaq buynuzunun uzunluğu adətən — 50, maksimum 138 sm. Qabaq dodağının ucu biz kimidir və xortum kimi aşağı dodağının üstünə sallanır. Rəngi adətən tünd qonur olur.
Sumatra kərgədanı
Sumatra kərgədanı (lat. Dicerorhinus sumatrensis) — Kərgədanlar fəsiləsinin Sumatra kərgədanı cinsinə aid növ. Sumatra kərgədanı, körpələrin doğum və tərbiyə dövrü istisna olmaqla, yalnız həyat tərzini sürür. Bu növ kərgədanlar vaxtilə Hindistan, Butan, Banqladeş, Myanma, Laos, Tayland, Malayziya, İndoneziya və Çinin yağış meşələrində, bataqlıqlarda və bulud meşələrində yaşayırdılar. Tarixin müxtəlif dövrlərində onlar Çinin cənub-qərbində, xüsusən Siçuanda yaşayırdılar. İndi vəhşi təbiətdə onlar yalnız beş əsas populyasiya ilə kritik təhlükə altındadır: dördü Sumatra və biri Borneo adasında. == Yarımnövləri == Şərq sumatra kərgədanı (D. s. harrissoni) Qərb sumatra kərgədanı (D. s. sumatrensis) † Şimal sumatra kərgədanı (D. s.
Tüklü kərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Yava kərgədanı
Yava kərgədanı (lat. Rhinoceros sondaicus) — Kərgədanlar fəsiləsinin Rhinoceros cinsinə aid növ.