Trofim Lısenko
Trofim Denisoviç Lısenko Ukrayna və Sovet aqronomu və bioloqudur.
Biologiya- Miçurin aqrobiologiyasında yalançı elmi istiqamətin banisi və ən böyük nümayəndəsi, SSRİ Elmlər Akademiyasının (1939), Ukrayna Elmlər Akademiyasının (1934), VASXNİL-in akademikidir (1935).
Sosialist Əməyi Qəhrəmanıdır (1945).
Üç dəfə birinci dərəcəli Stalin mükafatı laureatıdır (1941, 1943, 1949).
1934-cü ildə elmi rəhbər, 1936-cı ildə isə Odessada Ümumittifaq Seleksiya və Genetika İnstitutunun direktoru təyin edilir.
1940-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının Genetika İnstitutunun direktoru olub..
Trofim Lısenko bir aqronom kimi bir sıra aqrotexniki üsulları (vernalizasiya, pambıq budanması, kartofun yay əkini) təklif və təbliğ etmişdir.
Lısenkonun təklif etdiyi üsulların əksəriyyəti hələ sovet kənd təsərrüfatında geniş tətbiq olunduğu dövrdə də P.N. Konstantinov, A.A. Lyubişev, P.İ. Lisitsyn və başqaları tərəfindən tənqid edilmişdir.
Lısenkonun nəzəriyyələrinin və aqronomik metodlarının ümumi çatışmazlıqlarını üzə çıxaran elmi rəqibləri də onu dünya elmi və təsərrüfat praktikasından ayrıldığına görə qınayırdılar.
Bəzi üsullar (məsələn, macar entomoloqu Yablonovskinin təklif etdiyi Asproparthenis punctiventris ilə mübarizə üsulu) Lısenkodan çox-çox əvvəl məlum idi, lakin gözləntiləri doğrultmadı və ya köhnəlmişdi..