MAA
MABAĞ
OBASTAN VİKİ
Amin Maaluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Maalot qətliamı
Maalot qətliamı (ivr. ‏הפיגוע במעלות‏‎, ərəb. مذبحة معالوت‎) — 1974-cü il mayın 13-dən mayın 15-dək Maalot şəhərində Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhə (DFLP) terror təşkilatının yaraqlıları tərəfindən İsrail vətəndaşlarına qarşı törədilmiş qətliam. Livanla sərhəddən İsrailə daxil olan 3 terrorçu müxtəlif yerlərdə 4 mülki vətəndaşı qətlə yetirib və ələ keçməkdən yayınaraq Netiv Meir məktəbində ən azı 89 nəfəri girov götürüb, bundan sonra İsraildən 26 yoldaşının azad edilməsini tələb ediblər. Təxminən on saat davam edən binanın mühasirəsindən sonra xüsusi təyinatlılar hücuma cəhd etdilər, lakin terrorçular özlərini öldürməzdən əvvəl 25 nəfəri öldürməyə və ən azı 30 girovu yaralamağa nail oldular. Ümumilikdə qətliam nəticəsində 29 nəfər həlak olub ki, onların da əksəriyyəti Netiv Meir məktəbində girov saxlanılan uşaqlardır.