MƏNALI-MƏNALI

zərf Bir şey, bir məqsəd ifadə edərək.
Qayınana susur, köksünü mənalı-mənalı ötürür, gözləri yaşarırdı. Çəmənzəminli.
Ovçu dostum bir söz demədisə də, amma mənalı-mənalı mənə baxdı. M.Rzaquluzadə.

MƏNALI
MƏNALI-MƏNASIZ
OBASTAN VİKİ
Konkret mənalı sözlər
Varlığını beş duyğu orqanıyla qəbul edə bildiyimiz sözlər konkret sözlərdir. Məsələn, rəng, görünüş, səs, qoxu, dad, göl, ev, külək, işıq.
Mücərrəd mənalı sözlər
Mücərrəd mənalı sözlər — varlığını yalnız ağıl və məntiqlə dərk etdiyimiz sözlər.Yəni gözlə görə bilmədiyimiz şəklini çəkə bilmədiyimiz sözlər. Məsələn, ruh, ağıl, vicdan, ədalət, ağrı, kədər, eşq, inanc,sevgi, müəllimlik, yaxşılıq, arzu və s.

Digər lüğətlərdə