Nihal Atsız
Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır. O, İslama nifrət edirdi və onu “Ərəblər tərəfindən ərəblər üçün yaradılmış bir din” kimi təyin edirdi.
== Ailəsi ==
Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır.
Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür.