Poetika.izm (jurnal)
Poetika.izm — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı.
== Haqqında ==
Poetika.izm jurnalı 2013-cü il noyabrın 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnalıdır və 2014-cü ildən etibarən nəşr olunur.
"Poetika.izm" jurnalı ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsədinin və funksiyasının nə olduğunu, gerçəklə, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini, ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpgili məqalə və araşdırmalara üstünlük verir, bu prosesi ardıcıl və davamlı şəkildə aparmaq məqsədi daşıyır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dövri nəşri kimi "Poetika.İzm" jurnalı İnstitutun, eyni zamanda digər elmi tədqiqat və ali təhsil müəssisələrinin kadr və mütəxəssis hazırlığı prosesində doktorant və dissertantların elmi tədqiqat əsərlərinin aprobosiyasına şərait yaradır.
== Əhəmiyyəti ==
Jurnal həm tematika, həm də struktur baxımından Azərbaycan filoloji düşüncə tarixində yeni bir hadisədir,ədəbiyyatın tərifindən başlayaraq, onun mahiyyətini, qanunlarını, kateqoriyalarını, məqsəd və funksiyasını, cəmiyyətlə və insanla münasibətinin səciyyəsini , ədəbi dəyər məsələlərini, ədəbi əsərin ərsəyəgəəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmaları özündə birləşdirən jurnal bu baxımdan ədəbi-nəzəri mətbuat tariximizdə mühüm hadisədir.
== Redaksiya qrupu ==
Jurnalın redaksiya heyətinə Türkiyə, İtaliya, Latviya,Yaponiyavə və digər ölkələrin alimləri daxildir.
=== Baş redaktor ===
İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü
=== Baş redaktorun müavini ===
Tahirə Məmməd – professor
=== Məsul katib ===
Maral Yaqubova – filologiya üzrə fəlsəfə doktoru
=== Redaksiya şurası ===
Teymur Kərimli – AMEA-nın həqiqi üzvü
Bədirxan Əhmədov – professor
Rəhilə Qeybullayeva – professor
Məmməd Əliyev – professor
Şirindil Alışanov – professor
Vaqif Yusifli – filologiya elmləri doktoru, dosent
Rahid Xəlilov – filologiya elmləri doktoru
Salidə Şərifova – filologiya elmləri doktoru, dosent
Pərvanə İsayeva – filologiya elmləri doktoru, dosent
Elnarə Akimova – filologiya elmləri doktoru, dosent
=== Məsul redaktor ===
Ülkər Hüseynova
=== Beynəlxalq redaksiya heyəti ===
Ramazan Korkmaz – professor (Türkiyə)
Stefani Sini – professor (İtaliya)
Maija Burima – professor(Latviya)
Takayuki Yakota Murakami – filologiya üzrə fəlsəfə doktoru, dosent (Yaponiya)
Mikolay Sokolovski – professor (Polşa)
Yadiqa Petrusinska – professor (Polşa)
Fatima Festik – professor (Bosniya)
== Həmçinin bax ==
https://literature.az/?lang=aze&page=175
https://science.gov.az/az/news/open/23429
== Mənbə ==
İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı: Elm və təhsil.