relsyanı
relyativ
OBASTAN VİKİ
Relyasiya hesablaması
Relyasiya hesablaması – verilənlər bazalarının idarə olunmasında: əlaqələrin (cədvəllərin) işlənməsinin qeyri-prosedur üsulu. Relyasiya hesabının iki ailəsi var: domenə görə hesablama və kortejə görə hesablama. Hər iki ailə riyazi baxımdan ekvivalentdir; bu ailələrdən hər hansı birindən istifadə etməklə istənilən əlaqənin təsvirini verilənlər bazasında mövcud əlaqələr əsasında ifadə etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Relyasiyalı cəbr
Əlaqələr cəbri və ya relyasiyalı cəbr (ing. Relational algebra) — verilənlər bazalarının idarə olunmasında: əlaqələri (cədvəlləri) emal etməyə imkan verən qaydalar və deyimlər toplusu. Əlaqələr cəbrində, adətən, aşağıdakı deyimlərdən istifadə olunur: SELECT, PROJECT, PRODUCT, UNION, INTERSEC, DIFFERENCE, JOIN (yaxud INNER JOIN) və DIVIDE; onların köməyilə verilənlər bazasında olan əlaqələrə əsaslanan yeni əlaqələr qurmaq üçün prosedurlar işlənib hazırlanır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Relyasiyalı verilənlər bazası
Relyasiyalı verilənlər bazası – verilənlər bazasının və verilənlər bazasının idarəolunması sisteminin elə növüdür ki, informasiya cədvəllərə yazılıb, cədvəldə verilənlərin axtarışı üçün isə başqa cədvəlin sütunlarındakı verilənlərdən istifadə olunur. Relyasiyalı verilənlər bazasında cədvəllərin sıraları yazılar (ayrıca element haqqında informasiya toplusu), sütunlar isə sahələrdir (yazının ayrı-ayrı atributları). Axtarış zamanı relyasiyalı verilənlər bazası bir cədvəlin sahəsinin informasiyasını başqa cədvəlin uyğun sahəsində olan informasiya ilə əlaqələndirir və nəticədə hər iki cədvəlin sorulan verilənlərinin kombinasiyasından ibarət üçüncü cədvəl yaranır. Məsələn, bir cədvəldə VƏZIFƏ, SOYAD, AD, STAJ sahələri, başqasında isə ŞÖBƏ, VƏZIFƏ və ƏMƏK HAQQI sahələri varsa, relyasiyalı baza hər iki VƏZIFƏ sahəsini elə əlaqələndirə bilər ki, müəyyən stajı olan bütün işçiləri, yaxud müəyyən tarixdən sonra işə qəbul olunmuş işçilər olan şöbələri tapmaq mümkün olsun. Başqa sözlə, relyasiyalı verilənlər bazası bir cədvəldəki informasiyanı başqa cədvəldəki informasiya ilə əlaqələndirmək üçün iki cədvəldəki uzlaşan qiymətlərdən istifadə edir. Bax: RDBMS. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Relyasiyalı verilənlərin idarəolunması sistemi
Relyasiyalı verilənlərin idarəolunması sistemi (en. RDBMS (Relational Database Management System) — belə verilənlər bazalarında informasiya əlaqələr (RELATİONS) adlandırılan ikiölçülü cədvəllərdə saxlanılır. Cədvəlin sətirləri yazılar (TUPLE), sütunları isə atributlar (ATTRİBUTE) adlanır. Cədvəllər bir-biri ilə açar sahələrə görə bağlı olur. Relyasiyalı verilənlər bazaları konsepsiyası IBM şirkətinin əməkdaşı Edqar Kodd (Edgar F. Codd) tərəfindən 12 qayda şəklində ifadə olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.